Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə41/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   37   38   39   40   41   42   43   44   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

851



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Azərbaycan  dilinə  ən  çox  ərəb,  fars  və  rus  dillərindən  sözlər  keçmişdir.  Həmin  sözlər  xalq 

tərəfindən  qəbul  olunaraq  dildə  işlənməyə  başlayır.  Alınma  sözlər  dilə  daxil  olan  ilk  dövrlərdən 

dilimizin  xüsusiyyətlərinə  uyğunlaşmışdır.  Məsələn,  adam  -adəm,  mağaza-maqazin,  qəzet  -qazeta, 

maşın  -maşina,  rezin  -rezina,  vedrə  -vedro  və  s.  kimi  sözlər  dilimizin  quruluşuna  uyğun  şəkildə 

tələffüz olunur.  

“Afərin”  sözü  ana  dilimizə  fars  dilindən  keçmişdir,  afəridən  felindən  götürülmüş,  mənası 

yaratmaq,  xəlq  etmək  deməkdir.  Fars  dilində  afərin  sözü  yaradan,  xaliq  mənalarını  verir.  Bu  sözlər 

kifayət dərəcədə geniş şəkildə işlənərək dilimizin doğma sözləri kimi istifadə olunur. 

Bəşəriyyətin  inkişafının  müasir  mərhələsində  müxtəlif  xalqlar  arasında  geniş  dil  əlaqələrinin 

olması təbii haldır. Dil əlaqələri prosesində bir xalq digər xalqın topladığı həyat təcrübəsindən müəy-

yən anlayışları qəbul etdiyi kimi, əksərən həmin anlayışları ifadə edən sözləri də qəbul edir . Bu baxım-

dan onlar toplanmış həyat təcrübəsinin müxtəlif xalqlar tərəfindən mənimsənilməsinə xidmət edir. 

Əcnəbi sözlər daxil olduqları dildə bir neçə mərhələdən-nitq prosesində işlədilməsi, dil sisteminə 

keçərək assimilə olması və əcnəbilik formasını itirərək doğmalaşması mərhələlərindən keçir. 

Dil əlaqələri prosesində alınmış əcnəbi sözlər bu və  ya başqa dilin fonetik, morfoloji, sintaktik, 

leksik və üslubi sistemlərinə daxil olursa, demək həmin sözlər o dildə vətəndaşlıq hüququ qazanılır və 

qrammatik qaydalara uyğun şəkildə işlədilir. 

Alınma  sözlər  bu  və  ya  dilə  gələrəkən  həmin  dilin  daxili  quruluşuna  uyğun  olaraq  işlədilir. 

Alınma  sözlərin  həddindən  çox  dilin  tərkibinə  daxil  olması  onun  təbiətində  müəyyən  keyfiyyət 

dəyişiklikləri doğurur. Bu da öz növbəsində dilin daxili müvazinətini poza bilər.  

 

 

BƏKİR ÇOBANZADƏNİN DİLÇİLİK ARAŞDIRMALARINDA 

SAYLARINMORFONOLOGİYASI HAQQINDA 

 

Pərvin EYVAZOV 

Bakı Dövlət Universiteti 

pervin.bdu@mail.ru 

AZƏRBAYCAN 



 

Görkəmli  türkoloq  professor  Bəkir  Çobanzadə  öz  dilçilik  araşdırmalarında  türk  dillərinin,  o 

cümlədən  Azərbaycan  türkcəsinin  morfoloji  quruluşu  haqqında  geniş  məlumat  vermişdir.  Türk 

dillərinin  morfoloji  quruluşunu  xarakterizə  edən  amilləri  düzgün  şəkildə  və  konkret  faktlara 

söykənərək araşdıran müəllif bu yöndə Azərbaycan dilinin morfonoloji quruluşu barəsində akademik 

şəkildə təsəvvür yaratmış, o zamankı dilçilik elminin uğurlarına istinad etmişdir.  

Bu  mənada,  Bəkir  Çobanzadənin  toxunduğu  məsələlərdən  biri  də  türk  dillərində,  o  cümlədən 

Azərbaycan  türkcəsində  sayların  morfonologiyasıdır.  Əvvəla,  qeyd  edək  ki,  sayların  morfonologiya-

sından  danışarkən  onların  spesifik  xüsusiyyətləri  həmişə  nəzərdə  tutulmalıdır.  Məsələn:  kontekstdə 

daha çox sadalama intonasiyası ilə deyilən saylarda sait uzanması baş verir, geminantların yaranması 

üçün şərait yaranır, deməli, saylarda rast gəldiyimiz uzanmalar ilkin deyil, sonrakı vəziyyət kimi qiy-

mətləndirilməlidir. Yaxud sayların morfoloji quruluşu pratürk dilinin keçdiyi inkşaf mərhələləri fonunda 

izah olunmalıdır. B.Çobanzadə dilimizdəki sayların inkişaf tarixini də məhz bu məzmunda araşdırmışdır.  

Dilçi  alim  səkkiz,  doqquz,  iyirmi,  otuz,  əlli,  altmış,  yetmiş  saylarının  etimologiyasını  araşdırır, 

onların  fonosemantik  quruluşunu  türk  dillərinin  inkişaf  tarixi  fonunda  izah  edir.  Məlumdur  ki,  türk 

dillərində sayların adlandırılmasında onluq say sistemindən geniş istifadə olunur. Buna nümunə olaraq 

B.Çobanzadə  qeyd  edir  ki,  səksən  və  doxsan  sayları  “səkiz+on”,  “doquz+on”  saylarının  birləşməsi 

nəticəsində əmələ gəlib. Ancaq bunu bütün saylara şamil etmək olmaz. Belə ki, bu gün türk-tatar dillə-

rində on sayı mövcud olduğu halda, onun arxetipi olan mış sözü artıq arxaikləşmişdir. Ancaq fin-uqor 

dillərində mış sözünün tarixi izlərini müşahidə etmək mümkündür. Müəllifin qənaəti də odur ki, mış 

sözü Ural-Altay dillərinə aid leksik vahid olub, bütün dillərdə on mənasını ifadə edir. Bu mənada, alt-

mış sözü “altı+on”, yetmiş sözü “yeddi+on”, səksən sözü “səkkiz+on” formasında meydana gəlmişdir: 

“Bu təqdirdə alt+mış=altı+on, yet+miş=yeddi+on olur. Netəkim bir çox türk-tatar ləhcələrində böylə 

də qullanılıyor. Məsələn, yakutcada və bəzi Altay türk şivələrində mış yerinə on vardır”.  




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

852



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

B.Çobanzadə  əlli  sayının  morfonoloji  quruluşunu  dəqiq  şəkildə  izah  edir.  Ümumən  əlli  sayının 

türk dillərində müxtəlif fonetik variantlarda işləndiyini görürük: elli, əlli, ellik, elü, eliq, ələ, ille və s. 

Bu  allomorfları  nəzərdən  keçirdikdən  sonra  artıq  əlli  sayının  arxetipi  haqqqında  təsəvvür  yaratmaq 

mümkündür.  B.Çobanzadə  doğru  olaraq  əlli  sözünü  əl  və  li  morfemlərinə  ayırır.  Əl  sözünün 

arxetipinin eş (yəni beş) olması qənaətinə gələn müəllif göstərir ki, türk dillərində 



ş

səsinin





l

 səsinə 



keçməsi  hadisəsinə  rast  gəlmək  mümkündür  və  bu,  hal-hazırda  çuvaş  dilinin  ədəbi  normasına 

çevrilmişdir. Bundan çıxış edərək demək olar ki, əl sözü arxetipi  olmuş və fonetik dəyişikliklə  

sözü də beşə çevrilmişdir. –li hissəciyinə gəlincə isə qeyd olunur ki, bu morfem –mi formasında olub, 

sadəcə iki morfemin qovuşması zamanı assimilyasiya hadisəsi baş vermişdir: 



m

 səsi 





l

 səsinin təsiri 



ilə onun məxrəcinə uyğunlaşmışdır. Və bu –mi morfemi də əslində mış – on sayının törəməsidir ki, 

nəticə  etibarilə  əlli  sayı  bu  formada  təkamül  etmişdir:  beşmiş=bəyalmış  =bəyalmı=bəyallı=əlli

Professor  M.Qıpçaq  əlli  sayının  birinci  komponentinin  əl  sözünə  dayandığını  və  əl  sözünün  də  beş 

mənasında  olmasını  göstərir.  Demək  ki,  B.Çobanzadənin  gətirdiyi  arqumentlər  real  elmi  faktlara 

əsaslanır.  

Məlumdur ki, otuz sayı da iki komponentin birləməsindən meydana gəlmişdir. Monqol, tunqus-

mancur  və  fin-uqor  dillərinin  materiallarına  istinadən  ot  morfeminin  üç  mənasında  olduğu  aydın 

görünür. Bəkir Çobanzadə də otuz sayını ot və uz morfemlərinə ayırır. Qeyd olunur ki, ot sözündəki 



t

 səsi 





ç

 səsinin ilkin səslənməsidir, çünki “əsasən ç=t+ş olduğundan sövtiyyatca bu mümkündür və 



türk-tatar  dillərinin  tarixini  tədqiq  edəcək  olursaq,  buna  bir  çox  misallar  bula  biliriz”.  Sözün  uz 

hissəsinə gəlincə isə bildirilir ki, bu morfem mış və ya mıs hissəciyinin fonetik formasıdır. Beləliklə, 

tədqiqatçının gəldiyi nəticə budur: ut=uç, uz=mış, otuz=üçmış=üçon.  

İyirmi sayına gəlincə, bilirik ki, bu say bəzi türk dillərində işlənmir. Bu sözün qarşılığı kimi şor 

dilində iyqon, sarı uyğur dilində işkon, tofalar dilində ihyon və s. sözlər işlənir. Bu sayların quruluşuna 

diqqət  yetirdikdə  iyirmi  sözünün  etimologiyası  haqında  təsəvvür  yaranır.  Bəkir  Çobanzadə  iyirimi 

sayının  quruluşunu  izah  edərkən  sözü  iyir+mi  morfemlərinə  ayırır.  Bildirilir  ki,  türk  dillərində  ş>l 

hadisəsi ilə rastlaşdığımız kimi, iyirmi sözündə də r>z səs əvəzlənməsini bilmək lazımdır. Çünki türk 

dillərində  r  səsinin  z  səsinə  keçdiyini  göstərən  çoxlu  nümunələr  vardır.  Məsələn,  öküz=ökür+mək



semiz=semir(mək),  göz=gör(mək),  quduz=qudur(maq)  və  s.  Hazırda  bu  dil  hadisəsinə  digər  türk 

ləhcələri ilə müqayisədə çuvaş dilində daha çox rast gəlinir və bu dildə 



z

 səsinə qarşılıq 





r

səsindən 



istifadə  olunur.  Bu  faktlara  istinadən  tədqiqatçı  göstərir  ki,  yegir=yegiz,  yaxud  yekiz  olur  ki,  iki  və 

yaxud eki sözünün mənşəyi məhz buna söykənir.  



İyirmi sayının –mi morfemi isə əlli sözündə rast gəldiyimiz mış-ın mi formasından başqa bir şey 

deyildir.  Bu  mənada  iyirmi  sayı  yigirmi=ekizmi=ekizmiş=egiz  on=eki  on  formsasında  təkamül 

etmişdir.  

Bəkir  Çobanzadə  səkkiz  və  doqquzu  saylarının  quruluşunda  diqqəti  eston  və  fin  dillərinə  çəkir. 

Göstərir  ki,  fincədə  uhdekesen=doqquz,  kahdekesen=səkkiz  deməkdir  ki,  dekesen  fin  dilinə  daxil 

olmuş əski german sözü olub on mənasında on=bir, kah=iki deməkdir.  

Bu  mənada,  uhdekesen=bir  on,  yəni  bir  –  on=doqquz,  kahdekesen=ikion,  yəni  iki  –  on=səkkiz 

edir. Türk  dillərinin səkkiz  və  doqquz  sayları  da  eynilə  bu formadadır.  Beləliklə,  dilçi  alimin  qənaəti 

budur ki:  

Sək=eki, iz=miş olduğu təqdirdə, sək iz=sək - iz=eki – on=8;  

Doq=ek, uz=miş olduğu təqdirdə, doq uz=doq - uz=bir – on=9 edər.  

B.Çobanzadə  dilimizdəki  sayların  təhlilindən  sonra  qeyd  edir  ki,  bu  fikirlər  o  dövr  dilçilik 

elminin  nailiyyətlərinə  söykənən  “fərziyyələrdir”.  “Bəlkə,  yarınkı  tədqiqat  bunları  qüvvətləndirəcək, 

bəlkə,  büsbütün  yıxacaqdır”,  -deyən  görkəmli  türkoloqun  bu  mövzuda  apardığı  araşdırmaların 

məzmunu, düzdür, bu gün daha dərinləşdirilmişdir, ancaq onun fikirlərinin elmi çəkisi öz əhəmiyyətini 

və  aktuallığını  saxlamaqdadır.  Və  tam  əminliklə  deyə  bilərik  ki,  ilk  dəfə  olaraq  B.Çobanzadənin 

sayların  morfonologiyası  haqqında  tədqiqata  cəlb  etdiyimiz  fikirləri  bugünkü  dilçilik  tədqiqatları ilə 

demək olar ki, üst-üstə düşür.  

 

 

 



 


Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə