Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə37/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   33   34   35   36   37   38   39   40   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

843



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

BƏDİİ TƏYİN VƏ EPİTETLƏR ( KLASSİK AŞİQ                        

POEZİYASININ POETİK SİNTAKSİSİ ƏSASINDA) 

 

Təranə HACIYEVA 

Qafqaz Universiteti 



tehaciyeva@qu.edu.az 

AZƏRBAYCAN 

 

Bədii  dili,  fərdi  üslubu  məcazlarsız  təsəvvür  etmək  çətindir.  Xalq  dilinin  zəngin  söz  xəzinəsini 



dərindən  bilən  və  buradan  dəqiq,  səlis,  qüvvətli  ifadələri  seçib  dilə  gətirən  müxtəlif  dövr  söz 

ustalarımız  bədii  mətnin  məzmununu  dolğun  və  zəngin  etmişlər.  Məcazın  bədii  dildə  yaranması  ilk 

növbədə,  əsərin  üslub  tələbləri  ilə  bağlıdır.  O,  təkcə  təmtəraqlılıq  üçün  deyil,  həm  də  ideya  və 

məzmunun obrazlı şəkildə ifadə edilməsi üçün dilə gətirilir. Hələ antik dövrdə məcazın təbiəti alimlər 

üçün maraqlı olmuşdur və onlar məcazı sözün mənası ilə bağlı olan hadisə kimi qiymətləndirmişlər. 

«Məcaz söz və ya söz birləşməsinin elə məna dəyişkənliyidir ki, onun nəticəsində mətnin semantikası 

zənginləşir». Görünür, bu zənginlikdən irəli gələn xüsusiyyətdir ki, məcazlar ən çox tədqiq olunan və 

təsnifatı fərqli verilərək mübahisə doğuran dil vahidləri sırasına daxildir. Bu baxımdan, eyni sintaktik 

funksiyalı,  semantik  strukturlu  dil  vahidlərinin  bəzən  poetik  (bədii),  bəzən  də  epitet  adları  altında 

təqdim edilməsi diqqət çəkən və araşdırma tələb edən məsələlərdəndir.  

Bədii dilə poetik vüsət verən, onu gözəlləşdirən bədii təsvir vasitələrindən ən çox maraq doğuranı 

epitetlərdir.  Epitetlər  təsvir  edilən  hadisənin  bu  və  ya  digər  xarakterik  əlamətinin  meydana 

çıxarılmasında,  onun  qiymətləndirilməsində  mühüm  rol  oynayır,  haqqında  bəhs  olunan  əşyaya 

aydınlıq,  obrazlılıq  verir,  onun  haqqında  canlı  təsəvvür  yaradır.  «Epitet  sözün  birtərəfli  tərifidir,  ya 

sözün  məcazi  mənasını  təzələyir,  ya  da  əşyanın  hər  hansı  xarakterik  görünən  cəhətini  nəzərə 

çarpdırır».  Yəni,  bu  dil  vahidləri  yalnız  sözün  məcazi  mənasında  işlənməklə  epitet  statusu  qazanır. 

Epitetlər yüksək obrazlığa malikdir. Onlar təsvirin, tərənnümün daha da ifadəli alınmasına, diqqət cəlb 

etməyə  xidmət  edir.  B.V.Tomaşevski  epitetlərin  əsas  funksiyasını  aşağıdakı  kimi  səciyyələndirir: 

«Epitet əlaməti bildirmək üçün danışanın əşyaya diqqəti cəlb edən emosional və obrazlı münasibətini 

ifadə etmək üçündür» ( 3,s.34). Elə obrazlığa xidmət etməsi epitetləri digər təyinlərdən (qrammatik və 

poetik)  fərqləndirir.  Epitet  adi  deyil,  yüksək  obrazlığa  malik  olan  təyindir.  Bu  da  bir  həqiqətdir  ki, 

bədii  dildə  işlənmiş  bütün  təyinlər  emosionallığa  xidmət  edir  və  mətndə  qrammatik  təyin  rolunu 

daşısalar  da,  bədii  təsvir  sayəsində  poetik  təyin  səviyyəsində  olurlar.  Görünür,  elə  bu  cəhəti  nəzərə 

alaraq, epitetdən bəhs  edən  bəzi  tədqiqatçılar  bədii əsərlərin  dilindəki təyinlərin hamısını epitet  kimi 

qəbul  etməyin  tərəfindədirlər.  Hətta  «Bir  çox  alimlərimiz  epitetdən  bəhs  edərkən  onları  qruplaşdırıb 

iki  yerə:  qrammatik  və  bədii  təyinlərə  bölürlər».  Obrazlılıq  və  poetikliyin  məzmunca  fərqli  anlayış 

olmasına  istinad  edərək,  bu  fikirlə  razılaşmamaq  mümkündür.  Bədii  dildə  işlənmiş  təyinlər  hamısı 

təsvirə  xidmət  etsə  də,  obyektin  obrazlı  ifadəsinə  eyni  cür  nail  ola  bilmir.  Bədii  dilə  gətirilən  bütün 

vahidlər kimi təyinlər də bədiilik qazanaraq, poetik təyin səviyyəsinə yüksəlir, məcazi mənada işlənən 

təyinlər isə poetik (bədii) təyin olmaqdan əlavə epitet olmaq şansı da qazanır. 

Epitet  və  bədii  təyin  barəsindəki  nəzəri  fikirlərimizin  aşıq  şeirinin  poetik  sintaksisi  əsasında 

praktik izahına keçməzdən əvvəl aşıq poeziyasının bədii məziyyətlərini qeyd etmək yerinə düşər. Aşıq 

poeziyasının bünövrəsində məcazi düşüncə tərzi durur. Hələ aşıqlara qədər də bütün Şərq poeziyasında 

bədii  ifadə  vasitələri  şeirlərin  özəyini  təşkil  edirdi.  Yazılı  ədəbiyyat  bədii  ifadə  vasitələrinin  kökünü 

xalqdan  alırdı. Xüsusilə, tərənnümçülük,  vəsf  semantikası  güclü  olan  şeirlərdə məcaziliyin  yaratdığı 

imkanlar  əvəzsiz  idi.  Aşıqlar  da  məcaziliyin  imkanlarından  bacarıqla  istifadə  edərək,  bədii  cəhətdən 

dolğun,  bədii təsvir  və  ifadə  vasitələri ilə  zəngin olan  şeir  nümunələri  yaratmışlar.  Lakin  məqalənin 

məqsədi  və  həcmi  həmin  nümunələrin  şərhinə  yol  vermir.  Epitet  və  bədii  təyinin  ümumi  və  fərqli 

cəhətlərini aşıq şeirindən olan iki misra əsasında müqayisə edək: 

Ağ üzündə qoşa xallar bənəkli, 

Ay üzü birçəkli, xallı Sənəm, gəl!  

«Üz»  sözünü  həm  «ağ»,  həm  də  «ay»  sözləri  tə’yin  edir.  Hər  ikisi  şeirin  dilinə  ahəngdarlıq 

verərək,  təsvir  məqsədi  daşıyır.  Lakin  «ay»  təyini  kontekstual  məcazilik  kəsb  etdiyindən,  o,  fikrin 

obrazlı ifadəsinə xidmət edir və üç funksiyaya malik olur: qrammatik təyin, poetik təyin, epitet. «Ağ» 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

844



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

təyini  isə  iki  funksiya  daşıyır:  həm  qrammatik,  həm  də  bədiilik  funksiyaları.  Ancaq  obrazlılıq  kəsb 

etmədiyinə görə epitet ola bilmir, yalnız poetik təyin kimi səciyyələnir . 

Aşıq  şeirinin  poetik  sintaksisndə  tez-tez  rast  gəldiyimiz  «nazlı  dilbər»,  «alagöz  Pəri»,  «gözəl 

sənəm»  kimi  təyinlər  də  mətnin  təsir  qüvvəsini  artırsa  da,  məcazilik  kəsb  etmədiyinə  görə  epitet 

səviyyəsinə  qalxa  bilmir.  Onlar,  sadəcə  xüsusi  intonasiya  ilə,  xitabən  deyiliş  formasına  malik  ifadə 

tərzləri səviyyəsində təsvirçilik xarakteri daşıyır. Şirin dillər, əlif qəddim, mina qədd, gül camal kimi 

təyinlər isə obrazlı təfəkkürün bəhrəsi kimi meydana çıxır və epitet funksiyası daşıyır. 

Nəticə olaraq, demək olar ki, poetik nitqin ən güclü vasitələrindən olan bədii təyin də, epitet də 

aid olduqları əşyanı təyin edir, onun müsbət və mənfi keyfiyyətlərini, əlamətlərini aydınlaşdırır. Dildə 

işlənən bütün təyinlər qrammatik funksiya daşıdığına görə qrammatik təyin olur. Onların bədiilik və 

obrazlılıq kəsb etməsi isə ifadə formasından, semantik konstruksiyadan asılı olur. 

 

 

QLOBALLAŞMA VƏ TERMİNALOGİYA 



 

Könül ABDULLAYEVA 

ADPU 


abdullazade_konul@mail.ru 

AZƏRBAYCAN 

 

“Qloballaşma”  sözünü (intensiv  beynəlxalq  ticarət  mənasında) ilk  dəfə  bir  termin  kimi  1850-ci 



ildə Karl Marks Engelsə yazdığı məktublardan birində işlətsə də, bu terminin meydana gəlməsi Teodor 

Levitin  adı  ilə  bağlıdır.  O,  1983-cü  Harvard  biznes  revyu”  jurnalında  çap  etdirdiyi  “Bazarların 

qloballaşması”  məqaləsində  bu  terminlə  transmilli  korparasiyaların  istehsal  etdiyi  ayrı-ayrı 

məhsulların  bir-birinə  qovuşması  fenomenini  ifadə  etmişdir.  “Qloballaşma”  anlayışının  akademik 

status  alaraq  geniş  yayılmasında  amerikalı  sosioloq  R.Robertsonun  da  rolu  xüsusi  qeyd  olunur. 

Azərbaycan  alimlərindən  akademik  Ramiz  Mehdiyev  “Azərbaycan:  qloballaşma  dövrünün  tələbləri” 

adlı  monoqrafiyasında  qeyd  edir  ki,  qloballaşma  suveren  dövlətlər  arasındakı  sədləri  dağıdaraq 

cəmiyyətin  daxilində  sosial  münasibətləri  yeni  məcraya  salır,  milli  özünəməxsusluğu  xüsusi 

dünyagörüşü  çərçivələrinə  salaraq  sərt  şəkildə  məhdudlaşdırır.  O,  əvvəla,  milli  mədəniyyət  və 

ənənələrin  öncüllüyünü  dağıdar,  özünəməxsusluqdan  uzaqlaşmanı  gücləndirir,  coğrafi  və  iqtisadi 

vəziyyətdən, siyasi quruluşundan, habelə milli mentalitetindən asılı olmayaraq cəmiyyəti qərbləşdirir. 

İkincisi,  istər  millətin,  istərsədə  dövlətin  müstəqil  inkişaf  imkanlarının  mahiyyətinə  varmadan, 

səmərəsizliyi amansızcasına cəzalandırır və beynəlxalq səmərəlilik “çempionlarını” yəni, inkişaf etmiş 

ölkələri daha da həvəsləndirir.  

Bu  gün  qloballaşma  hər  yerdə,  hər  sahədə  hiss  olunur.  Qloballaşma  artıq  yalnız  iqtisadiyyatla 

bağlı  deyil.  O,  bu  dar  çərçivədən  çoxdan  çıxmışdır.  Hal-hazırda  qloballaşma  iqtisadiyyatla  yanaşı 

siyasət, mədəniyyət, elm və təhsil sahələrində də nəzərə çarpacaq dərəcədə aydın hiss olunur. Mədəni 

qloballaşma üçün dünyanın müxtəlif ölkələri arasında işgüzar və istehlak mədəniyyətinin yaxınlaşması 

və  beynəlxalq  ünsiyyətin  artması  normal  hadisədir.  Bir  tərəfdən,  bu  bütün  dünyada  müxtəlif  milli 

mədəniyyətlərin ayrı-ayrı növlərinin papulyarlaşmasına və yayılmasına gətirir. Digər tərəfdən, məşhur 

beynəlxalq  mədəni  hadisələr  milli  fenomenləri  sıxışdırıb  aradan  çıxara  və  ya  onları  beynəlmilələ 

çevirə  bilər.  Çoxları  bunu  milli  mədəni  dəyərlərin  itkisi  kimi  qiymətləndirir  və  milli  mədəniyyətin 

dirçəlişi üçün mübarizə aparır. Hər yerdə yayılmış internet mədəni qloballaşmada böyük rol oynayır. 

Bundan  başqa,  beynəlxalq  turizm  də  ildən-ildə  daha  da  genişlənir.  Müasir  filmlər  dünyanın  bir  çox 

ölkələrində  eyni  zamanda  ekranlara  çıxır,  kitablar  tərcümə  edilir  və  dünyanın  müxtəlif  ölkələrində 

oxucular arasında məşhurlaşır.  

Qloballaşmanın  təsiri  elm  və  təhsil  sahəsində  də  aydın  hiss  olunur.  Respublikamızda  həm  orta 

məktəblərdə, həm də ali məktəblərdə artıq köhnə metodla dərs keçmənin effektiv olmadığı göründüyü 

üçün yeni bir üsuldan istifadə etmənin zərurəti yarandı. Bu da təbiiki, kortəbii bir şey yox, artiq bir çox 

ölkərdə sınaqdan keçirilmiş, öz effektivliyini sübut etmiş bir metod olmalı idi. Odur ki, 2010-cu ildə 

ümumi  təhsilin  fənn  kurikulumları  Azərbaycan  Respublikası  təhsil  nazirinin  əmri  ilə  təsdiqləndi  və 

orta məktəblərdə dərslər kurikulumla aparılmağa başladı.  




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə