IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
855
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Əziz “Babək”adın
Mübarək olsun!
Azərbaycan dilinin antroponimik leksikası xüsusi kəmiyyət və tutumu, forma və məzmun
baxımından dilimizin mənəvi sərvətidir. Şəxs adları insan cəmiyyəti yarandığı gündən meydana
gəlmiş iqtisadi və mədəni tərəqqisi ilə bağlı inkişaf yolu keçmiş, dilimizdə şəxs adlarının müasir və
zəngin sistemi yaranmışdır. Tarixin müəyyən mərhələsində dilimizdə türk, ərəb, fars, rus və avropa
mənşəli şəxs adları özünə yer tapmışdır. Zaman keçdikcə bu adların xeyli hissəsi sıradan çıxmış,
dəyişmiş, öz yerini yeni milli adlara vermişdir. 1990-ci ilə qədər dilimizdə olan Vasili, Alik, Mayıs,
Sara, Raciv, Fidel, Tolik və s kimi alınma və qondarma adlar indi tamamilə sıradan çıxmış, onların
yerinə xalis Azərbaycan və türk mənşəli adlar öz yerini tapmaqdadır. Tarixə nəzər salsaq görərik ki,
övladlara ad verilməsi mərasiminə nikbin münasibət bəslənilmişdir. Bu hadisə xalq şadlığı , təntənə və
mərasim şəklini alardı.
Şifahi xalq ədəbiyyatımızın qədim yaradıcılığı olan “Kitabi-Dədə Qorqud”dastanlar küliyyatında
biz qədimlərdə olan advermə mərasimi ilə taniş oluruq. Dədə Qorqud kitabı Azərbaycan xalqının şah
əsərlərindən biri, Azərbaycan dilinin ölməz abidəsidir. Məhz dil abidəsi kimi, bu ulu kitab əvəzsiz bir
xəzinədir. ”Dədə Qorqud” kitabı Azərbaycan dilinin həm dünya dilləri, həm də türk dilləri arasında
aydın görünən, seçilən yerini həmişəlik təsdiq edən canlı sənəddir. O mənada canlıdır ki, yaşarı,
inkişaf edən sənəddir. Yazıya alınığı 1300 il ərzində bu dastanlar toplusu Azərbaycan xalqının hər
nəslinin ömründə, taleyində, yaddaşında, arzu və ümidlərində daim təzədən yazılmışdır. Bu ulu kitab
həqiqətən pozulmaz yazı olmuşdur. O, oxunduqca, təsdiq edildikcə, açıqlandıqca, xalqımızın
ömründə, gələcəyə bəslədiyi ümidlərində yenə təzədən yazılır, təzədən bizimləşir və müasirləşir. Bu
dastanda Dədə Qorqud insanlara ad verən tarixi şəxsiyyət kimi qələmə verilir. Maraqlısı odur ki, Dədə
Qorqud körpələrə deyil, sadəcə igidlik göstərmiş cavanlara ad verərmiş.
Beləliklə, sonda belə bir nəticəyə gələ bilərik ki, keçmişdə uşaqların müəyyən dövrə qədər adsız
keçdiklərini, adsiz dövürdə ancaq sahiblərinin, nəslin və ya tayfanın adları ilə tanındıqlarını göstərir.
“Kitabi-Dədə Qorqud” dastanında adları çəkilən antroponimlərdən Buğa, Buğac, Alp Aruz,
Budaq, Qazan oğlu Tural kimi adların semantikasında igidlik, qüvvətlilik kimi keyfiyyətlər, Boyuuzun
Burla Xatun, Banuçiçək, Qutluq(xoşbəxtlik,səadət) və s.adlarda isə incəlik və zəriflik kimi gözəllik
çalarları müşahidə olunur. Bığı qanlı Bəkduz Əmən, Qaraca Çoban antroponimləri zahiri görünüş,
Eltəris Kağan,Yoluq Təkin, Bayandır xan, Baybörə bəy, Selcan Xatun kimi antroponimlər isə ictimai
həyatla bağlı olaraq yaranan antroponimlər kimi izah edilə bilər.
“Kitabi-Dədə Qorqud” dastanının boylarında bir çox oğuz pəhləvanlarının adı çəkilir. Məsələn,
Aruz, Basat, Qazan, Dəli Qaracin, Məlik, Dugər Baybican, Selcan Xatun, Banu Xatun,Yeynək başqa
bir qisim şəxs adları həm də oğuz etnonimlərini xatırladır. Qırxqiniq, Dugər, Oxucu, Bayandır və s
tayfa adlarının şəxs adlarına, şəxs adlarının yenidən tayfa adına keçməsi bir oğuz ənənəsidir. ”Kitabi-
Dədə Qorqud-dakı şəxs adları qədim türk onamastikasını əks etdirir. Bu xüsusi adlar xalqın qiymətli
etnolinqvistiq yaddaşıdır. Türkologiyada antroponimlər az öyrənilmiş sahələrdən biridir. Tayfa
adlarından yaranan şəxs adlarının həm semantikasının, həm də coğrafi adlara çevrilməsinin
öyrənilməsinə böyük əhəmiyyət verilir.
Xalqın dil tarixi, etnoqrafiya və psixologiyasını yaşadan, milli etiket funksiyasını yerinə yetirən
antroponimlərin linqivistik baxımdan araşdırılması dil tariximiz və s barədə dəyərli faklar verə bilər.
“Ağ”və “Qara” komponentli antroponimlər qədim adlar sistemində xüsusi diqqət kəsb edir.
Azərbaycan və başqa türk dillərindəki onomastik vahidlərində “ağ” və “qara” leksemlərin dairəsi
genişdir. Dilimizdə rəng anlamında “qara” vahidi gözəllik motivi ifadə edən bir sıra leksik vahidlərin
yaranmasında inkişaf etmişdir. Məsələn,”Qara” sözü tarixdə böyüklük, güclülük, qüdrətlilik,
əzəmətlilik mənasını ifadə etmişdir.
“Ağ” rəngin müsbət, qara rəngin mənfi emosiyaları ifadə etmə xüsusiyyətləri “Kitabi- Dədə
Qorqud” dastanlarında daha qabarıq müşahidə olunur. Rəng anlamında qara lekseminin mənfi
emosiyalar ifadə etməsini də inkar etmək olmaz.
Dastanda adı çəkilən “Bayandır” adı Azərbaycan antroponimləri sistemində “Bayandur” şəklində
işlənməkdədir. Bayandur tayfa adının dilimizin antroponimik sisteminin zənginləşməsində xüsüsi,
özünəməxsus rol oynadığını göstərir. Qorqud, Dəmirgüc, Əmən Qoca oğlu Alp Ərən, Duxa Qoca oğlu
Yalıncıq, Qazlıq Qoca, Baybörə, Bamsı Beyrək, Yeynək İnək Qoca oğlu Sarı Qalmış, Banuçiçək,
Burla Xatun və digər şəxs adları kimi Bayandur adı da müasir ad sistemində tam aktuallıq qazanmasa
da təsadufi hallarda işlənir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
856
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Sovet höküməti qurulmazdan öncə Azərbaycanda körpələrə həm də dini adlar verilməsinə daha
çox rast gəlinir: Məsələn, Əli, Osman, Məhəmməd, Yusif, Zeynəb, Zəhranı misal çəkmək olar.
Bundan əlavə valideyinlərin uşaqlara məşhur qəhrəmanların və ya tarixi şəxslərin adlarını verməsi
populyar olub. Məsələn, Babək, Cavanşir, Nəbi, Həcər adları.
Keçmiş SSRİ-də isə valideyinlər öz körpələrinə rus və ya sovet ideologiyasına uyğun adlar
veriblər. Kolxoz, Konbayn, Sovet, Traktor, Marks, Komsamol,Yanvar, Fevral, Oktyabr kimi ictimai-
siyasi quruluşla bağlı adları misal gostərmək olar.
SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən sonra ölkəmizdə bütün
istiqamətlər kimi insan adları sahəsində də dəyişikliklər baş verdi. İnsan adları sahəsində baş verən bu
dəyişikliyi müasir dövrün tələbi, həm də azərbaycanlıların öz köklərinə qayıdışıı kimi izah etmək olar.
Dilçilik sahəsi üzrə ekspert Musa İsmayılovun sözlərinə görə Azərbaycanda ərəb-fars adları artıq
azalmaqdadır. Türk mənşəli adlar isə artmaqdadır. Bununla yanaşı dini adların verilməsi halları daha
cox nəzərə çarpmaqdadır.. Bu isə azərbaycanlıların İslam dininə qayıdışı ilə əlaqədardır.
SÖZSÜZ ÜNSİYYƏTİN MODELİ
Pərvin BAYRAMOVA
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
hesenova-88@mail.ru
AZƏRBAYCAN
Məlum olduğu kimi, insanlar kommunikasiya prosesində verbal vasitələrlə yanaşı, qeyri-verbal
vasitələrdən də istifadə edirlər. Sözsüz ünsiyyət görünən, başqa cür desək, vizual prosesdir və bu
qarşılıqlı yolla həyata keçirilir. Məsələn, biz dostumuzla zarafat etməmişdən əvvəl və çox zaman
söhbətin gedişində digər dostumuza göz vuraraq söhbətə başlayırıq. Elə bu zaman söhbətin hansı
tərzdə qurulacağı göndərilən mesajdan xəbərdar olan, yəni ötürülən siqnalı görən dost üçün aydın
olacaq, çünki o, qarşı tərəfin söyləyəcəyinə qeyri-verbal davranışa əsasən öncədən anlam verə bildi.
Bir sözlə, sözsüz ünsiyyət verbal kommunikasiyanı qabaqlamaqla yanaşı, onun gedişi haqqında
öncədən məlumat verir. Ünsiyyət prosesini sözsüz mesajlar və ya siqnalların köməyi olmadan
təsvəvvür etmək çətindir. Məsələn, bir insana verbal yolla “gəl” deyirik, o da bizə tərəf addımlayır.
Kənardan onları seyr edən bir insan deyilən sözü eşitməsə, çox təəccüblənər və nitq ona quru və
cansıxıcı təsir yaradar. Bunun əksinə olaraq siqnalları göndərən adam sözlə yanaşı, həm də xəfif bir
təbəssümlə və ya əli ilə ona gəl deyirsə, onları müşayiət edən insan üçün tam anlaşıqlı olar. Məhz bu
səbəbdən sözsüz vasitələrin nitqdə rolu çox mühümdür və onları şərti olaraq belə qruplaşdırmaq olar:
1) Sözlü vasitələrlə bərabər işlənən, onları müşayiət edən vasitələr
Belə vasitələr danışıq prosesinin gedişini daha da canlandırır və nitqin başa düşülməsini asanlaş-
dırır. Buna görə də biz onu nitqi müşayiət edən vasitələr adlandırırq. Məsələn, qarşıdakı insanı hədələ-
mək üçün deyilən sözlər kifayət etmədikdə, işarət barmağnı ona tərəf yönəltməklə prosesin anlaşılmas-
ını, diqqətin özümüzə tərəf cəlb edilməsini sürətləndirir və göndərilən informasiyaya yekun vurulur.
2) Müstəqil hərəkətlərə isə başın müxtəlif cür hərəkətlərini aid edə bilərik
Burada başın sağa və sola, yuxarı və aşağı hərəkətləri. Qeyd etdiyimiz kimi, qeyri-verbal
davranışların müşayiət edən və müstəqil tipli hərəkətlər şəklində bölgüsü şərti mahiyyət daşıyır. Belə
ki, əl hərəkətləri də müstəqil məna ifadə edə bilər. Qarşı tərəfə uzun-uzadı cümlələr qurub “sakit dur”
fikrini çatdırmağa çalışmaqdansa, sadəcə işarə barmağını şaquli şəkildə dodaqlara yaxınlaşdırmaqla
istənilən nəticəni əldə edə bilərik. Hər iki ünsiyyət forması qarşı tərəfi inandırmağa xidmət edir.
Əslində sözsüz ünsiyyət sözlü ünsiyyətdən daha inandırıcıdır ki, burada məlumatı göndərənin kimliyi,
sənəti, şəxsiyyətinin bir çox tərəfləri haqqında xeyli məlumat əldə etmək mümkündür. Alimlərin
araşdırmaları nəticəsində bir insanın 700.000 hərəkətdən istifadə etdiyi məlum olmuşdur. Bu haqda
M.Pey yazır: “İnsan 700.000 fərqli hərəkətlərdə bulunur” (Pei M. The story of language, London,
1952, 493 pp, p. 9-18). Maraqlı cəhət budur ki, bu hərəkətlər bir-birinin təkrarı olmadan bu qədər
hesablanır.