IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1689
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
kompilyasiya xarakteri daşıyan bu əsər Teymurilər dövrü və Səfəvilərin ilkin dövrü üçün mühüm
mənbədir).
2) Xüsusi tarixçilik: Nəsəvi kimi tanınan Məhəmməd bin Əhməd bin Əli bin Məhəmmədin “Si-
rəti Cəlaləddin Mənkberni” (Sultan Məhəmməd Xarəzmşahın oğlunun 11 illik sərgüzəşti, onun Çingizlə
döyüşləri əks olunub) və “Nəfsə tul-məsdur” (Monqol istilasından şikayət) əsərləri, Molana Kəmaləd-
din Əbdürrizaq Səmərqəndinin 2 cildlik “Mətlə əs-səədeyn va məcməə bəhreyn” əsəri (Sultan Əbu Səid
Qorqaninin həyat döövrünün hadisələrini, Sultan Hüseyn Bayqaranın 2 illik hakimiyyət tarixini verir).
3) Nəsil ya tayfaya həsr olunan tarixi əsərlər: Kərim Aqsarayi kimi məşhur olan Mahmud bin
Məhəmmədin “Tarixi Səlaceqe və ya məsameratol əxbar və masayeratol əxyar” əsəri (əsər Səlcuq
sultanları haqqında faydalı məlumat versə də, müəyyən qismləri Monqollar və Xarəzmşahlar haqda
məlumat verir), Mahmud Kutbinin “Tarixi Al-i Müzəffər” əsəri (Al-i Müzəffər sultanlarının şərhi
halı), Nasirəddin Monşi Kirmaninin “Səmtul ala hadratal ulya” əsəri (Kirman Qaraxitaylarının
padşahlığı (619-703 q.) tarixini), Əlaəddin Ata Məlik bin Məhəmməd Cüveyninin “Cəhanqoşayi
Cüveyni” (Monqollar, Xarəzmşahlar, İsmaililər tarixi) əsəri, Vəssaf əl-Həzrətin “Tarixi Vəssaf və ya
təcziyət əl-əmsar təzhiyət ol-əsar” əsəri (Elxanilər tarixindən bəhs edir) əsəri, Muinəddin bin
Cəmaləddin Məhəmməd Moəllem Yəzdinin “Məvahib ol-elahi dər tarixi ali müzəffər” əsəri (Əmir
Mübarizəddin Məhəmməd Müzəffərin həyatından başlayaraq Şah Şücanın hakimiyyətinin
ortalarınadək olan dövrü əhatə edir).
Məhəmməd Əli bin Məhəmməd Şəbankareinin “Məcmə ol-ənsab” əsəri (Elxani hakimiyyətinin
son dövrü 720-740 h.q. mühüm məlumat verir).
4) Vəzirlik və idarəçilik tarixçiliyi: Məhəmməd bin Hinduşah bin Səncər Naxçivaninin 2
hisssəli “Dəstur əl-katib fi təyin əl-məratib” əsəri, Nəsirəddin Monşi Kirmaninin “Nəsaim əl-əshar min
lətayem ol-əxbar” əsəri (əsərdə Elxani vəzirlərinin əksəriyyətinin adı zikr olunduğundan
əhəmiyyətlidir), Xandəmirin “Dəstur əl-vuzəra” əsəri, Monşi ləqəbi ilə tanınmış Məhəmməd bin Əli
bin Cəmal əs-Səlamın “Homayunnamə” əsəri (Monqollar dövrü idari quruluşu haqda məlumat verir).
Həmdulllah Mustovfinin “Nuhzətəl qolub” əsəri (Elxanilər dövründə İranın iqtisadi coğrafiyasından
bəhs edir), Xacə Nəsirəddin Tusinin “Tarixi Fəthi Bağdad” əsəri (Bağdadın fəthindən bəhs edir).
5) Lokal (yerli) tarixçilik: Abdullah bin Ömər Səfiəddin Bəlxinin yazdığı və Abdullah
Məhəmməd bin Hüseyn Bəlxinin tərcümə etdiyi “Fəzayele Bəlx” əsəri (Monqol hücumundan 10 il
əvvəlki hadisələrə dair məlumat verən mühüm mənbə), Əhməd bin Əbülxeyr Zərkub Şirazinin
“Şiraznamə” əsəri (Şirazın alimləri, məşhur şəxsiyyətləri haqda, eləcə də Al-i Buyedən Al-i
Müzəffərədək olan hadisələri ehtiva edib), Molana Oliyallah Amelinin “Tarixi Ruyan” əsəri (qədim
dövrdən 764-cü h.q. ilədək hadisələrdən bəhs edir).
6) Mənzum tarixçilik: Şəmsəddin Kaşaninin “Tarixi Qazan xan” əsəri (Monqolların mənzum
tarixini Qazan xanın əmri ilə yazıb), Xacə Nurəddinin “Qazannamə” əsəri (Qazan xanın hakimiyyəti
dövründən 798-ci ilin h.q. hadisələrinədək), Əhməd Təbrizinin “Şahənşahnamə” əsəri, Həmdullah
Mustovfinin “Zəfərnamə” əsəri (Müəllif Firdovsinin ”Şahnaməsi”nin yolunu davam etdirmək
niyyətində olmuşdur).
I ŞAH ABBASIN DÖVRÜNDƏ SƏFƏVİ DÖVLƏTİNİN AVROPA
DÖVLƏTLƏRİ İLƏ ƏLAQƏLƏRİ
Sevinc İSMAYILOVA
Azərbaycan Dillər Universiteti
seva_adu@yahoo.com
AZƏRBAYCAN
Dövrünün ən güclü dövlətlərindən olan Səfəvi dövlətinin tarixində özünəməxsus yer tutan
görkəmli şəxsiyyətlərdən biri dövlət xadimi I Şah Abbas olmuşdur. Şah Abbasın həyata keçirdiyi
islahatlar nəticəsində Səfəvi dövləti yenidən dirçəlmiş və özünün inkişaf dövrünü yaşamışdı. Onun
nəticəsində səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdi. Şah
Abbas Səfəvi dövlətində mərkəzi hakimiyyəti möhkənləndirmişdi. O, ölkədaxili keçirdiyi islahatlarla
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1690
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yanaşı, ölkənin xarici siyasətinə də xüsusi önəm vermiş və xarici siyasətdə uğurları sayəsində Səfəvi
dövlətinin inkişafına müsbət təsir etmişdi.
Şah Abbas hakimiyyətə gəldikdə Səfəvilər dövlətinin daxili və xarici vəziyyəti ağır idi. Ölkənin
xarici və daxili ticarəti azalmışdır. Bu və digər səbəblərə görə dövlət iqtisadiyyatı böhran keçirirdi.
Onun hakimiyyəti dövründə Səfəvi dövləti digər dövlətlərlə, xüsusilə bir sıra Avropa dövlətləri ilə
diplomatik münasibətlər qurmuşdur. O, Venesiya, İtaliya, Almaniya, İspaniya, İngiltərə, Hollandiya,
İsveç, Rusiya və digər Avropa dövlətləri ilə əlaqə qurmuş və elçilər mübadiləsi etmişdi.
Şah Abbasın Avropa dövlətləri ilə münasibətlər qurmasının bir sıra səbəbləri var idi. O dövrdə
Səfəvi dövləti ilə Osmanlı dövləti arasında münasibətlər gərgin idi. Osmanlı dövləti ilə müharibəyə
hazırlaşan Şah Abbas ilk öncə Avropa ölkələri ilə əlaqələrin qurulmasına çalışırdı və onların
timsalında özünə mütəffiq qazanmaq istəyirdi. Bu İtaliya dövlətlərinin, Venesiya və Papalığın da
mənafeyinə uyğun idi. Şah Abbas 1602-1612-ci illər müharibəsi dövründə Osmanlı imperiyasına qarşı
vahid hərbi ittifaq yaratmaq məqsədilə Avropa dövlətlərinə müraciət etmişdi. O, 1599-cu ildə
Hüseynəli bəyin timsalında nümayəndə heyətini Avropaya göndərir. Hüseynəli bəyi bu səyahətdə
Səfəvi sarayında İngiltərə elçilərindən biri Antoni Şerli müşayiət etmişdi. Səfər yoluna və apardığı
danışıqların miqyasına və əhəmiyyətinə görə tarixə “Böyük elçilik” kimi düşən bu səfər Səfəvi dövləti
tarixində böyük önəm kəsb edir. Səfəvi dövləti ilk növbədə İtaliya ilə əlaqələrini genişləndirməyə
başladı. 1600-1601-ci illərdə Almaniya imperatoru və Roma papası tərəfindən Səfəvi elçiləri qəbul
edilmişdi. 1600-1603-cü illər ərzində Şah Abbas nümayəndə heyətini Venesiyaya da göndərimişdi.
Şah Abbas İffət bəylə Venesiya hökumətinə göndərmiş məktubunda bildirirdi ki, onun ən böyük
arzusu və məqsədi xristian ölkələri ilə dostluq və ittifaqı əbədi olaraq qoruyub saxlamaqdır.
Şah Abbasın Avropa dövlətləri ilə əlaqə yaratmasının digər bir səbəbi ölkənin iqtisadiyyatını
dirçəltmək üçün ticarət münasibətlərinin qurulması idi. Şah Abbas Suriya vasitəsilə Venesiya və digər
Avropa ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. Venesiya hökuməti
də öz növbəsində Şah Abbasa cavab məktublarından birində iki ölkə arasında davam edən ticarət
əlaqələrini daha da genişləndirmək niyyətinin olduğunu bildirirdi. Qarşılıqlı olaraq, Alman
imperatoru, İspaniya və Portuqaliya səfirləri də Səfəvi dövlətinə səfirlər göndərmişlər. Səfəvi dövləti
ilə ticarət əlaqə qurmağa həmçinin İngiltərənin də maraq göstərirdi. 1610-cu ildə şahzadə Yakov I
Stüart Robert Şerlini qəbul etmiş və onun gətirdiyi Şah Abbasın məktubu ilə tanış olduqdan sonra
Səfəvi dövləti ilə ticarət münasibətlərinin imkanlarını genişləndirməyi Ost-Hind şirkətinə tapşırmışdı.
Şah Abbas 1616-cı ildə xüsusi fərmanla ingilis tacirlərinə ölkənin ərazisində sərbəst ticarət etmək
hüququ vermişdi. 1625-ci ildə Şah Abbasın İngiltərəyə göndərdiyi nümayəndələri iki dövlət arasında
ticarət münasibətlərini genişləndirmək üçün yenidən danışıqlar aparmışlar. Bununla, hər iki ölkə
arasında münasibətlər Şah Abbasın səyi nəticəsində genişlənmişdi.
Səfəvi dövləti və Portuqaliya arasında əsas mübahisə məsələsi Hörmüz idi. Portuqaliya Hörmüzə
sahib olduqdan sonra Səfəvi dövlətinin Hind okeanına çıxış yolu bağlanmışdı. Digər tərəfdən, Osmanlı
imperiyası Səfəvi tacirlərinin Aralıq dənizinə girməsinə mane olurdu. Ona görə Şah Abbasın xarici
siyasətinin əsas istiqamətlərindən biri portuqaliyaları körfəzdən çıxarmaq idi. Səfəvi dövləti üçün
Hörmüz çox böyük əhəmiyyət daşıyırdı, bu liman vasitəsilə Qərbi Avropaya Azərbaycan ipəyini ixrac
edirdi. Səfəvi dövlətinə Portuqaliyadan Hörmüzü almaqda ingilis Ost-hind şirkəti köməklik
göstərmişdi. Uzun sürən mübarizədən sonra Hörmüzün zəbt olunması ilə portuqaliyalılar oradan
sıxışdırılır. Bununla da, I Şah Abbasın hakimiyyəti dövründə Səfəvi dövləti daha da güclənmişdi.
Səfəvilər dövlətinə öz elçisini göndərmiş Avropa dövlətlərindən biri Fransa olmuşdu. 1628-ci ildə
elçilərini Səfəvi dövlətinə göndərmiş Fransanın məqsədi Körfəz bölgəsində imtiyazlar əldə etmək
niyyəti idi.
XVI əsrin sonu – XVII əsrin əvvəllərində Səfəvi-Avropa əlaqələrinin daha da genişlənməsi qərb
dövlətlərinin də marağı ilə üst-üstə düşürdü. Bundan əlavə, Avropa dövlətlərinin hər birinin Şərqdə öz
marağı var idi. Avropa ölkələrinin İngiltərə və Hollandiya İran körfəzi vasitəsilə Səfəvi dövləti ilə
əlaqələrini genişləndirməyə çalışırdı. Qərb dövlətləri arasında İran körfəzində möhkəmlənmək üstündə
rəqabət kəskinləşmişdi. Portuqaliyaların Hörmüzdən sıxışdırılması ilə İngiltərə burada xüsusi
imtiyazlar əldə etməyi nəzərdə tuturdu.
Beləliklə, Səfəvi dövlətinin Avropa dövlətləri ilə əlaqələri Şah Abbasın hakimiyyəti dövründə
daha da genişləndi. Bu dövlətləri yaxınlaşdıran başlıca səbəb Osmanlı imperiyasına qarşı birgə
mübarizə aparmaq zərurəti idi. Digər vacib səbəb isə Səfəvi dövlətini iqtisadi cəhətdən gücləndirən