IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1704
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1924-cü ilə Amerika mühacirlər üçün sərt qanunlar qəbul edən tarixə qədər burada 200 minə
yaxın erməni qeydiyyatda idi. 1965-ci ildə isə artıq bu say 400 minə çatmışdır.
1965-ci ildə Liberal mühacirət qanunlarının qəbul olunması ilə digər etnik qruplar kimi
ermənilərin də bu ölkəyə axını başlandı. Yaxın Şərq və Rusiya bölgəsindən Amerikaya gələn
ermənilər burada qüvvətli diaspor tərəfindən qarşılanır, işlə və evlə təmin olunurdu. Bir-birlərilə sıx
əlaqə quran ermənilər diasporun qüvvətlənməsi istiqamətində işlərini cəmləşdirdilər. Əlaqələndirici
rolunda isə erməni kilsəsi çıxış edirdi. Kilsə burada ümumerməni fonduna rəhbərlik edir maliyyə
toplanmasını təşkil edir, ideoloji iş aparırdı.
Maccarycentc Armenian Evangelical Churchov martyrs, 1889-cu ildə Rod-Aylender Armenian
EUPN Rates Evangelical Church və s. ilə daim əlaqə saxlamaqla lobbiçilik fəaliyyətdə "xeyir-dua"
alırdılar. (2,s.91)
Bura məktəblərin açılması, kitabxanaların qurulmasında daxil etmək olar. Kilsənin başçılığı
altında fəaliyyət göstərən Erməni diasporu istənilən məsələni öz xeyrlərinə dəyişə bilər. Erməni
diasporunun gücü isə 2003-cü ildə məlum oldu. Ədliyə Nazirliyinin Ermənistanı terroru dəstəkləyən
dövlətlər sırasına aid etməsi lobbini hərəkətə gətirdi. Nəticədə nazirlik öz qərarını dəyişməli oldu.
Erməni diasporu sayəsində hər il ABŞ Ermənistan üçün külli miqdarda maliyyə yardımı ayırır.
Amerikada erməni diaspor təşkilatlarının fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Diaspor
təşkilatların lobbiçilik fəaliyyətilə yanaşı, mədəni, elmi, ictimai işlərlə məşğul olurlar.
XX əsrin II-ci yarısından sonra çoxlu sayda erməni qurumlarının açılmasına başlandı. 1972-ci
ildə Amerika Erməni Assambleyasının əsası qoyuldu. 1965-ci ildə Nyu-Yorkdakı Columbiya
Universitetində, 1969-cu ildı Los-Ancelesdəki Kaliforniya Universitetində ermənişünaslıq kafedraları
açıldı. 1982-ci ildə Kembricdə Zoryan İnstitutu yaradıldı. 1985-də Miçiqan Universitetində
Ermənişünaslıq tədqiqatları İnstitutut və nəşrlər mərkəzi açıldı. Vaşınqtonda erməni milli institutu
fəaliyyət göstərir. Hal-hazırda Dünyanın ən aparıcı universitetlərində artıq Ermənişünaslıq mərkəzləri
fəaliyyət göstərir. Harvard Universitetində hətta sözdə erməni soyqırımına həsr olunmuş müzey də
fəaliyyət göstərir.
Erməni Diasporunun Amerika siyasi həyatında göstərdiyi təsir və Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı səfərbər olunmaları qısa müddətdən sonra özünü göstərməyə başladı. Erməni disporunun təzyiqi
altında Amerika senatı 1989-cu il noyabr ayının 19-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi
qətnamə qəbul etdi. Qətnamədə Dağlıq Qarabağ əhalisinin 80 faizinin erməni olması, Sumqayıtda baş
verən hadisələrin düzgün qiymətləndirilməsi, Xüsusi İdarəetmə Komitəsinin fəaliyyətinin yarıtmazlığı
əks olunur və təklif olunurdu ki, ikitərəfli diskusiyyalar zamanı Dağlıq Qarabağ münaqişəsi Dağlıq
Qarabağ xalqının mənafeyinə uyğun həll olunsun.
Başqa sözlə, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasının başlanğıcında Amerikadakı erməni
diaporu Amerika siyasətçilərində Dağlıq Qarabağ münaqişəsinin tamamilə təhrif olunmuş informasiya
modelini yaratmağa müvəffəq oldular. Erməni disporunun Amerika ictimayyəti və siyasi dairələri
arasında apardığı təxribatçı informasiya fəaliyyətinin ciddi nəticələrindən biri 1992-ci ildə Azadlığa
dəstək aktına 907-ci Düzəliş oldu. Azadlığa Dəstək aktı keçmiş SSRİ respublikalarına iqtisadi
yardımın göstərilməsi ilə bağlı idi. Həmin düzəlişə görə, guya, Azərbaycan Ermənistanı və Dağlıq
Qarabağ blokadaya alınmış və Ermənistana qarşı təcavüzkar siyasət aparır. Bu Düzəlişə görə Amerika
höküməti tərəfindən Azərbaycana kömək göstərilməsinə qadağa qoyulur. (3,2-3)
Mütəxəssislərin fikrincə, Azərbaycana qarşı belə bir qeyri-obyektiv qərarın qəbul edilməsi bir
neçə səbəbi vardır-Amerikadakı erməni diasporunun güclü lobbiçilik fəaliyyəti, parlament və
prezident seçkilərində erməni disporunun dəstəyinin vacibliyi, Amerika administrasiyasının Cənubi
Qafqazla bağlı aydın siyasətinin olmaması və erməni disporunun da bundan məharətlə istifadə etməsi.
Sonrakı illərdə bu düzəlişə münasibət dəyişməyə başladı. 2001-ci ildə 907-ci Düzəliş dondurulması
haqqında qanun qəbul edildi.
Amerikadakı erməni disporunun dəstıyi və maddi yardımı ilə Dağlıq Qarabağda elan olunmamış
qondarma qurumun bu ölkədə nümayəndəliyi açılmışdır. Bu nümayəndəlik erməni diasporu ilə
birlikdə qondarma qurumun tanınmasında müəyyən işlər görür. Nüməyəndəliyin nkrusa.org saytı
bütün gücü ilə fəaliyyətdədir.
Erməni diasporu həm də çalışır ki, qondarma quruma maliyyə dəstəkləri alsın. Məsələn erməni
diasporunun apardığı təbliğatdan sonra Konqress 2009-cu ildə 8 milyon, 2010-cu ildə 10 milyon ABŞ
dolları maliyyə vəsaiti ayrılması haqqında qərar qəbul etdi.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1705
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ETNİK-MİLLİ MÜXTƏLİFLİYİMİZ ZƏNGİNLİYİMİZDİR
Günel BAXIŞOVA
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
AZƏRBAYCAN
Qafqazın mədəniyyət mozaikası hesab olunan Azərbaycanda tarixən
müxtəlif etnik və dini
qruplar mövcud olmuşdur.Tolerantlıq və harmonik birgəyaşayış üzərində qurulmuş və həyata
keçirilən milli siyasətin nəticəsində multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda
qorunub saxlanılmaqla yanaşı ,birarada sülh şəraitində yaşama təcrübəsinin öyrənilməsi nöqteyi-
nəzərindən çoxmillətli və çoxkonfesiyalı ölkə kimi dünya ölkələrinin diqqətini özünə cəlb
edərək,önəm kəsb edir .
Müstəqillik dövründən başlıyaraq Azərbaycanda milli mənəvi dəyərlərin inkişafına diqqət
artırılmış , milli 70 azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən hüquqi zəmin
formalaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci ,44-cü , «Mədəniyyət»
haqqında Qanunun 11-ci maddəsində, «Təhsil» haqqında Qanunun 6-cı maddəsi və «Dövlət dili»
haqqında Qanunu 3-cü maddəsinə əsasən ölkəmizdə yaşayan milli azlıqlar və etnik qrupların hüquq və
azadlıqları qorunur, bütün milli azlıqların mədəni kimliyinə təminat verilir.
Ulu öndər çıxışlarının birində demişdir: “Azərbaycanın varı,dövləti təkcə onun pambığı, yeraltı,
yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”.
2009-cu ilin siyahıyaalınmasına görə ölkə əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar
və etnik qrupların nümayəndələri təşkil edir. Azərbaycan hökuməti insan haqları, o cümlədən
milli azlıqların müdafiəsi məqsədilə 50-dən çox beynəlxalq konvensiyaya qoşulmuş, o cümlədən bir
çox nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlığa başlamışdır.
Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq
hüquqlarından tam istifadə edir, həmçinin müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın
dövlət qurumlarında geniş təmsil olunmaqla yanaşı, cəmiyyətin həyatında, eləcə də ölkə
səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirak edirlər.
Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət
göstərir,həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və
etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılmşdır.Bakıda katolik kilsələri, sinaqoqlar
məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı
kimi tanındı.
Multikulturalizm qloballaşan çağımızda regionda sülh və əməkdaşlığın təməli və qarantı kimi
çıxış etməkdədir.Çünki çoxmədəniyyətliyin təmin edilməsi xalqların öz milli dəyərlərini qoruması ilə
yanaşı, digərlərinin milli-dini dəyərlərinə hörmətlə yanaşmanı aşılayır.Multikulturalizm sülh və
əməkdaşlıq deməkdir. Multikulturalizm ideyalarının öz yerini tutduğu regionlarda ola biləcək
münaqişə ehtimalları azalır və regional əməkdaşlığın inkişafına zəmin yaradır.
Azərbaycanda yaşayan etnik icmaların dilində qəzet və jurnallar nəşr olunur. Mütəmadi
olaraq,telekanallarda milli azlıqların etnik-mədəni həyatından, etnoqrafiyasından bəhs edən
materiallar hazırlanır.Eyni zamanda öz ana dillərində təhsil almaları üçün dərsliklər çap edilir.
Azsaylı xalqların mədəni-maarif inkişafı tarixində Azərbaycanın müəyyən qədər təcrübəsi var.
Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqları öz milli adət və ənənələrini,
mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılıb: Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz,
Qəbələ rayonlarının 126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının
246 məktəbində 26070 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Şamux rayonlarının 32
məktəbində 4748 şagird avar, udin, tat, şaxur, yəhudi, xınalıq, kürd dillərini əsasən ibtidai siniflərdə
öyrənirlər. Beləliklə, respublikanın 407 məktəbində azsaylı xalqların və etnik qrupların 55488 nəfər
uşağı öz ana dillərini öyrənirlər.
Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və
etnik qrupların həyat tərzindən, məişətindən, adət və ənənəsindən, ümumilikdə mədəniyyətindən
təsirlənmə ilə qarşılıqlı surətdə öz mədəniyyətlərini inkişaf etdirmişdir. Etnik qrupların
nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsusluğunu qoruyub,