IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1706
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
saxlamışdır. Bu özünəməxsusluq məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə
öz əksini tapmaqdadır.
Əsrlər boyu azərbaycanlılarla yanaşı yaşayan , əsasən Zaqatala-Qax rayonları ərazisində
məskunlaşan avarlar, ingiloylar, saxurlar, Qəbələ və Oğuz rayonundakı udilər, dağ yəhudiləri, tatlar,
kürdlər, talışlar və.s xalqlar Azərbaycanın bügünki etnik xəritəsini yaratmışlar .Bu etnoslar arasında
buduq, xanalıq, udin min illər ərzində Azərbaycanda yaşayaraq, adət və ənənələrini qoruyub saxlamış,
dillərini və mədəniyyətlərini inkişaf etdirmişlər.
Və bu zəngin tərkib Azərbaycan millətinin
formalaşmasında böyük rol oynamışdır.
Ölkəmizdə da bu qədər azsaylı xalq, millət və etnik qrupun olması bir o qədər də psixologiya,
etnomədəniyyət,etnik şüur, mentalitet, həyat və davranış tərzinin olması mənasına gəlir.Bu
müxtəlifliklərin öyrənilməsi, azsaylı xalqların milli mədəni dəyərlərinin geniş ictimai sferada
təbliği, yaşadılması inkişafın başlıca prinsipinə və göstəricisinə çevrilmişdir. Etnik qruplar öz
dillərində olan ədəbiyyat və musiqi əsərləri yaratmaqla yanaşı, digər tərəfdən öz mədəni irsləri ilə
Ümumazərbaycan mədəniyyətinin tərkib hissəsinə çevrilmişlər. Azərbaycanda yaşayan azsaylı
xalqların mədəniyyəti, adət-ənənələri, yazarları mədəni-kütləvi tədbirlər və KİV vasitəsi ilə
vaxtaşırı təbliğ edilir.
Respublikamız son illərdə reallaşan Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Davos
Forumuna, III Qlobal Bakı Forumuna və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdir. Bu
beynəlxalq forumlar, konfranslar sayəsində sivil dialoqların qurulması, nəzəri və praktiki bilik
mübadiləsi, debat və müzakirələr üçün platformanın formalaşdırılması deməyə əsas verir ki, Bakı
şəhəri həm də multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanına çevrilmişdir.
QLLOBALLAŞMA DÖVRÜNDƏ MULTİKULTURALİZM
DƏYƏRLƏRİNİN ƏHƏMİYYƏTİ
Raisə CƏFƏROVA
AMEA Tarix İnstitutu
cafarova.r@mail.ru
AZƏRBAYCAN
Qlobal sivilizasiya çoxmədəniyyətililik, çoxsivilizasiyalılıq zəminində təşəkkül tapır və onların
konsentrasiyasında mövcud olur. Mullikulturalizm konsepsiyası qloballaşma, müasir dünyada baş
verən mədəni universalizasiya və unifikasiya meyllərinə əks olaraq mədəni müxtəlifliyin ifadəsi olan
bütün fenomenlərin (dil, din, adət-ənənə, sənət və s.) mühafizə və qayğısını bəşər mədəniyyətində
harmoniyanın əsas şərti hesab edir. Öz daxili bütövlüyünü müxtəlifliyin vəhdəti şəklində tapan qlobal
sivilizasiya özünü müxtəlif mədəniyyət və sivilizasiyalardan qidalandırmaqla deməli, tükənməz
potensiya mənbəyinə malik olmaqla inkişafının dialektikasını və dinamikasını da təmin etmiş olur,
Çoxmədəniyyətlilik, çoxsivilizasiyalılıq tarixən olduğu kimi, müasir dünyanın da mövcudluq şərti və
reallığıdır ki, qlobal sivilizasiyanın struktur əsaslarını təşkil edir. Buna görə də qlobal sivilizasiyanın
çoxmədəniyyətlilik, çoxsivilizasiyalılıq paradiqmasına bütün bəşəriyyətin birgə tarazlı tərəqqisinə
əsaslanan humanist-qurucu konsepsiya olaraq Multikulturalizm ideologiyası dünya ictimaiyyəti
tərəfindən dəstəklənməlidir.
Mədəniyyətlərarası münasibətlərin dialoji aspektdə inkişafına hazırda böyük önəm verilməsi və
bu prosesin yüksək beynəlxalq səviyyədə təşkilatlanması istiqamətində ciddi fəaliyyət göstərilməsi
təsdiq edir ki, dünya birliyi qlobal sivilizasiya məkanında qərarlaşmasının optimal variantlarını
həqiqətə çevirməkdədir. Çox ölçülü və çoxsəviyyəli heterogen dünyanın qarşılıqlı əlaqə və
təsirlənmələrlə təşəkkülü və harmonikləşməsi zərurətindən doğan qlobal sivilizasiya özünün lokal
(regional) sivilizasiya və mədəniyyət komponentləri arasında dialoji münasibətlərin hazırkı ilkin
fazasında həmin münasibətlərin təməl prinsiplərini yaratmaqdadır. Varlıq özü əksqütblülüyün dialoji
strukturundadır [2, s.112].
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1707
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait
yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının
hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz
mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq,
qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti
assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. O, dialoq ideyası üzərində qurulmuş mədəni
mövcudluq fəlsəfəsidir. Bu ideyaya söykənərək multikulturalizm yeni mədəniyyət tipi təklif edir. Bu
mədəniyyət tipi üç mühüm prinsip üzərində qərarlaşır: birincisi multikultural prinsipdir; bu prinsip hər
bir mədəniyyətin dəyərli, özəl və unikal olduğunu bəyan eləyir. İkincisi tolerantlıq prinsipidir; bu
prinsip özgəsinin özəlliyinə, fərqliliyinə dözümlülük aşılayır. Üçüncüsü özünütanıma hüququnun
təsbiti prinsipidir; bu prinsipə görə hər bir millət etnik mərkəzləşdirmə aparılmadan mədəni identiklik
hüququna malikdir.
Azərbaycan çoxmillətli bir dövlətdir: burada yəhudi, rus, tatar, türk, udin, gürcü, ləzgi, avar, tat,
talış millətlərinin nümayəndələri uzun qərinələrdir ki, birgə yaşayırlar. Biz əgər bu xüsusda
“Azərbaycan mədəniyyəti bu millətlərin dialoqunun mədəniyyətidir, “Azərbaycan mədəniyyəti dialoq
mədəniyyətidir” kimi ifadələrdən istifadə etsək, məncə, yanılmarıq. Hətta Azərbaycan coğrafi
baxımdan belə Qərblə Şərqin, Avropa ilə Asiyanın təmas nöqtəsindədir. Tarixi “İpək yolu”nun
üstündədir. Deməli, hətta fiziksəl olaraq, coğrafi parametrlərdə, yəni məkan koordinatlarına görə
Azərbaycan dialoqa modullaşdırılıb desək yanılmarıq.
Multikulturalizm – pozitiv sosial təzahürdür. O, cəmiyyətin inkişafı üçün münbit şərait yaradır;
etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir;
Azərbaycan mədəniyyəti ümumdünya mədəniyyət sisteminin tərkib hissəsi olmaqla tarix boyu
dünya mədəniyyətinin inkişafına öz bənzərsiz töhfələrini vermişdir. Multikultiralizm sözü Azərbaycan
leksikonuna yeni daxil olsa da xalqımızın çoxəsrlik ictimai-fəlsəfi fikir tarixində əslində bu dəyərlər
dərin tarixi köklərə malikdir. Azərbaycan ədəbiyyatının günəşi hesab edilən Nizami Gəncəvinin
yaradıcılığı başdan-başa humanizm və multikultiralizm dəyərləri ilə zəngindir. «Xəmsə»yə daxil olan
poemaların qəhrəmanlarını bir çox ayrı-ayrı xalqlara məxsusdur. Nizami Gəncəvi üçün şəxsiyyətin ən
yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları
içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast
gəlirik. Humanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini
görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda
mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram, digər xalqların mədəniyyətinə sayğı və
hörmət şairin yaradıcılığının aparıcı mövzularındandır.
Azərbaycan ictimai-fəlsəfi fikir tarixinin digər görkəmli nümayəndəsi Nəsirəddin Tusinin
yaradıcılığında da multikultiralizm dəyərləri öz əksini tapmışdır. Bu baxımdan «Əxlaqi-Nasiri» əsəri
xüsusi diqqətə layiqdir.
«İnsanlar həm özünü, həm də nəslini mühafizə etmək üçün bir-birinin köməyinə möhtac olduqları
kimi, kamala çatmaqları üçün də yaşamağa möhtacdırlar, deməli, kamala çatmaq üçün bir-birinə
ehtiyacları vardır. Belə olduqda hər adamın kamilliyi və bitkinliyi öz növündən olan adamlardan asılı
olar; deməli, o, qarşılıqlı kömək əsasında öz növü ilə ünsiyyət və əlaqə yaratmağa məcburdur. Əks
təqdirdə ədalət qaydalarından kənara çıxıb, zülm kandarına tərəf üz döndərmiş olar» [5, s.177].
Əsərdəki bu cümlələr özündə multikulturalizm dəyərlərini tamamilə əks etdirir. Buradakı «kama
çatmaq» ifadəsi əslində elə ədalətli cəmiyyətdən xəbər verir və ədalətli cəmiyyət o cəmiyyət hesab
olunur ki, burada insanlar qarşılıqlı ünsiyyətdə, harmoniyada firavan yaşasınlar.
Əsərdən başqa bir misal göstərək: «Ünsiyyət və əlaqə yalnız o zaman baş tutar ki, nəyin nizama
aparıb çıxaracağını, nəyin pozğunluğa səbəb olacağını, hər kəslə tək-tək necə davranmaq lazım
olduğunu öyrədən elmi yaxşı bilsən, bu ictimaiyyat elmidir. Deməli, hamı bu elmi öyrənməyə səy
etməlidir ki, fəzilət sahibi olmağı bacarsın; əks halda rəftar, müaşirət və davranışda səhvlərə yol verər,
dünyada qanunsuzluqlara səbəb olar, öz mərtəbə və dərəcəsinə çatmaz. Bu cəhətdən də haman elmin
nə qədər faydalı olduğu aşkara çıxdı» [5, s.178]. Buradakı «ictimaiyyat elmi» əslində müasir
multikulturalizm dəyərlərini tamamilə işıqlandırır. «Fəzilət sahibi olmağı bacarmaq» isə o deməkdir
ki, elə multikulturalizm dəyərlərinə sahib olmaq deməkdir.
«Tibb elmi sahibi öz sənətində mahir olduqda, insan sağlamlığını mühafizə edib xəstəlikləri
aradan qaldırmağı bacardığı kimi, bu elm sahibi də öz sənətində mahir olduqda həqiqi ədalət və