IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1710
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
tərəfdən isə Sankt Peterburqda, Rusiyanın Qara Dəniz sahillərində və Qafqazda maraqlarının olması
təbii hal kimi qəbul edildi. Krım müharibəsi zamanı imperiyalar arasında gərginliyin açıq forması
başladı. Müasirlərin “Böyük Oyun” adlandırdıqları rəqabətin əsas məqsədi Osmanlı imperiyası və Fars
dövləti üzərində nəzarəti ələ keçirmək idi. Zaqafqaziya da Britaniyanın əsas marağında olan
ərazilərdən biri idi. Əsrlərlə Fars və Osmanlı dövləti tərəfindən idarə olunan Qafqaz regionu XIX
əsrdə Rusiya tərəfindən işğal edildi. Bu region təbii ehtiyatlarına görə əsrlər boyu məşhur olmuşdur.
XIX əsrin sonlarında Bakıda neft quyularında ABŞ-dakından daha çox neft hasil olunurdu. Lakin
tədricən Bakı dünya neft bazarında mövqeyini itirirdi. Bunun səbəbi isə köhnəlmiş texnika, vergi
sistemi və inqilab vaxtı baş verən ixtişaşlar idi. Bununla belə Baki dünyada ən zəngin yeganə neft
sahəsi idi və bütün Rusiya iqtisadiyyatı üçün qiymətsiz idi. I Dünya müharibəsi başlamamışdan
əvvəlki bir neçə il ərzində Bakıda çıxarılan səkkiz milyon tondan çox neft Rusiya tərəfindən istehlak
edildi və yalnız 15 % neft boru vasitəsilə Batuma, ordan da Avropaya və Orta Şərqə ixrac edildi.
Rusiya hökuməti dövlət monopoliyasını ləğv etdikdən sonra yerli sahibkarlar neft sənayesində
inkişafa nail oldular. Ölkəyə xarici kapital axını başladı. Bu isə neft sənayesinə nəzarətin xarici
qüvvələrin əlinə keçməsinə səbəb oldu. Belə ki, Britaniya Şimali Qafqazda ən çox investisiyaları Bakı
neftinə qoymuşdu. 1914-cü ildə 42.4 % neft Britaniya şirkətləri tərəfindən saflaşdırılıb, nəql
edilmişdir. Rusiya İmperiyasındakı toqquşmalar da, neft yataqları ilə zəngin olan bu əraziləri əldə
etmək istəyən dövlətlər üçün fürsət yaratdı. Həmin dövrdə müstəqilliyə can atan Qafqaz xalqları
Tehranda Britaniya səfiri ilə görüşüb, ondan dəstək istəmişdilər. Əslində Qafqazda həm də Alman-
Osmanlı birliyinə qarşı müqavimət göstərən Britaniya yerli əhali arasından əsgər toplamaqda çətinlik
çəkdi. Beləki, azərbaycanlı əhali türklərə, gürcülər isə almanlara rəğbət bəsləyirdi. 1918-ci ilin
İyununda türklər artıq əsas hədəfləri olan Bakıya yaxınlaşırdılar. Britaniyalılar Bakıya çatmamış
türkləri dayandırmaq qərarına gəldilər. Şəhərə Bolşevik mərkəzi hökumətinin hakimiyyəti altında
olan “Bakı İcması” nəzarət edirdi. Moskvadan verilən əmrlərə itaət göstərən və bolşeviklərin qəzəbli
etirazına baxmayan İcmanın sosial-inqilabi və daşnak elementləri Britaniya ilə əməkdaşlıq etmək
istəyirdi. Yeni yaranan “Mərkəzi Qafqaz diktatorluğu” hökuməti şəhəri müdafiə etməkçün Britaniya
qoşunlarına açıq müraciət etdi. Denstervilin qoşunları 4 Avqust 1918-ci ildə Bakıya daxil oldu. Lakin,
britaniyalılar Bakıda bir sıra çətinliklərlə üzləşdilər. Bununn əsas səbəbi isə onların əslində dəstəyi zəif
olan siyasi qüvvələrə bel bağlaması idi. Yerli müsəlman əhali ilə Mərkəzi Qafqaz Diktataorluğunun
münasibətləri, eynilə Bolşevik hökuməti kimi yaxşı deyildi. Bolşeviklər və daşnaklar Mart ayında
azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirmişdilər. Bakıda və digər regionlarda törədilən
qırğınların əsas məqsədi azərbaycanlıların mövqeyini zəiflədərək, dövlət yaratmasına mane olmaq idi.
Azərbaycanlılar Osmanlı imperiyasına ümüd edirdi. General Denstervili də narahat edən əsas məsələ
məhz şəhərin yerli əhalisinin türklərə olan rəğbəti idi. Həmçinin Britaniya ordusu Bakıda maliyyə
çətinlikləri ilə də üzləşdi. Qeyd etmək lazımdır ki, həmin dövrdə Bakıda üç valyutadan istifadə edilirdi
: Çar hökumətinə məxsus valyuta, Fevral inqilabının şərəfinə buraxılan valyuta və Bakının yerli
valyutası. Bütün bunlar Britaniyanın şəhərdəki vəziyyəti nəzarətə götürməsi üçün ciddi problemlər
yaradırdı. Orduda da vəziyyət ürəkaçan deyildi. Alman və Avstriya əsilli məhbuslar acından Bakının
küçələrində dolaşırdılar. Orduda döyüş əhval-ruhiyyəsi yox idi. Bütün bunlara baxmayaraq, general
Denstervil şəhərin istehkamlarını möhkəmləndirirdi. Avqustun 24-də Qafqaz İslam Ordusu şəhəri ələ
keçirtmək üçün döyüşə başladı. Sentyabrın 1-də Denstervil Bağdaddan Bakıya bir günlük səfərə
gəlmiş Gen Leüinlə görüşündə müdafiənin mənasız olduğunu bildirdi və saat 4-də Avropa otelində
diktatorluğun və komitələrin nümayəndələri ilə görüşdü. O, geri çəkilib , şəhəri tərk etməyi təklif etdi.
O, həmçinin nümayəndələrə türklərlə danışığa girməyi də məsləhət gördü. Daha sonra Mərkəzi Qafqaz
Diktatorluğunun müharibə naziri Bagratuni ilə görüşən Denstervil, vəziyyətin gərginliyini onun da
nəzərinə çatdırdı və şəhəri tərk etmək istədiyi bildirdi. Bagratuni bu təklifə narazı olmasa da, hələ
tələsməməyi məsləhət gördü. Vəziyyət isə çox gərgin idi. Belə ki, Nuri paşanın 32 silah və 15 minlik
ordusuna qarşı Britaniyanın 1300 nəfərdən ibarət qoşunu var idi. Artıq ikinci türk həmləsindən sonra
Britaniya qoşunları 1918-ci il, Sentyabrın 14-də Bakını tərk etdi. Lakin I Dünya Müharibəsində türk-
alman mütəffiqliyinin məğlubiyyətindən sonra türklər Azərbaycanı tərk etməli oldular. Mudros
barışığından sonra Britaniya qoşunları yenidən Bakıya gəldilər. General Tomson Azərbaycan
hökuməti ilə əməkdaşlıq etmək qərarına gəldi. Hətta Qarabağ və Zəngəzur məsələlərində də açıq
şəkildə Azərbaycanı müdafiə etdi. Azərbaycanın müstəqilliyi üçün təhlükə olan Denikin ordusu
Britaniya komandirinin güclü müqaviməti üzləşmişdi. 1919-cu ildə Paris Konfransında, Antantanın
Ali Şurası Birləşmiş Krallığın təkidi ilə Azərbaycanın müstəqilliyini tanıdı.