IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1701
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
dövlətlərinə vəd edirdi ki, xristianlara öz dinlərini təbliğ edəcəklər və kilsə tikmək və yaşamaq üçün
Səfəvi dövlətinin istədikləri yerinə yetirməyə icazə veriləcəkdir; ölkənin ərazisində yaşayan
xristianlara –ermənilərə və gürcülərə hökm edəcəkdi ki, Roma papasının göstərişlərini yerinə
yetirsinlər. Lakin Şah Abbasın dövründə Qərb missionerləri istədiklərinə tam nail ola bilmədilər.
Missionerlər öz fəaliyyətlərini Şah Səfinin (1629-1642) hakimiyyəti illərində davam etdirdilər.
Səfəvi dövləti ərazisində itirilmiş imtiyazlarını bərpa etməyə çalışan katolik missionerləri
müsəlmanları xristianlaşdıra bilməsələr də, bütün diqqəti imperiyanın xristian məzhəbləri, xüsusilə,
qriqoryan ermənilərinin üzərinə yönəltmişdilər. “Karmelit xronikasında” Şah Səfinin xristianlara
münasibəti haqqında yazır ki, İran Şahı sələflərindən fərqli olaraq dini ayrı-seçkilik aparmır. Hətta
İranda təxminən 20 il yaşamış keşiş Dimas onu himayədarımız adlanırırdı. Avqustinlərin sonrakı
məlumatlarında da biz Səfəvi sarayında missionerlərin yaxşı qarşılanmasının şahidi oluruq. Məsələn,
iyirmi üç yanvar 1637-ci il tarixli digər bir məlumatda deyilir: “Geniş dinləyici auditoriyamız olmasa
da, İsfahanda Şah bizi yaxşı qarşılayır. Biz, həqiqətən də, Sarayın yüksək mənsəbli şəxsləri ilə
dəfələrlə görüşmüşük və burada franklara qarşı münasibət çox yaxşıdır. Biz şahı, eləcə də, o bizi bir
neçə dəfə görüb.
”Karmelit xronikası”ndan o da məlum olur ki, katolik missionerlər Səfəvi imperiyasında
xristianların müsəlmanlaşmasından dərin narahatlıq keçirir və bunu öz məktublarında dəfələrlə
qabardırdılar. 1636-cı ildə Romaya göndərilmiş məktubda deyilirdi: “1633-cü ildə İmam Qulu xanın
ölümündən sonra Şirazda Karmelitlərin nüfuzu zəifləyib. Bu şəhər yarı dağılmış vəziyyətdədir.
1631-ci ilin sonlarından faktiki olaraq orada Karmelit Ordeninin heç bir rahibi yoxdur. Yalnız 1632-
ci ildə Baş Yepiskopun cəhdlərindən sonra yenidən dini mərkəzlərin açılmasına cəhd edilmişdir”. Dini
mərkəzlərin açılmasından sonra yeni rahib İqnatius on doqquz dekabr 1634 –cü il tarixli məktubunda
yazırdı: “Şəhərdə çox az xristian var, lakin onların bəziləri burada kəndlərdədir. Ola bilsin ki, burada
xristian çərkəzlər də var, lakin mənim məlumatım yoxdur. Tezliklə mən onları görmək və bilmək
istəyirəm”.
Karmelitlər Səfəvi imperiyasının ayrı-ayrı vilayətlərində xristian kənd və qəsəbələrinin tarixi ilə
yaxından maraqlanır, xristianların vəziyyəti ilə bağlı məlumatlar toplayaraq mütəmadi şəkildə
bunların siyahısını da hazırlayırdılar. Məlumatlar xristian missioner təşkilatları və onların
nümayəndələrinin Şah Abbasın hakimiyyətindən sonra sanki bir müstəqillik əldə etdiyini deməyə əsas
verir.Karmelitlər Papanın göstərişinə uyğun olaraq Fars körfəzi bölgəsini xüsusi nəzarətə götürmüşlər.
Bu baxımdan 1628-ci ildə Kardinal Ludovisiyə göndərilmiş məktub diqqəti cəlb edir. Məktubda
deyilirdi: “Bəsrə bölgəsində baptistlərin bir qolu hesab olunan mandaenlərlə ərəblər çox kobud
davranır. Bu insanlar ərəb asılılığındadır”. İyirmi altı fevral 1628-ci ildə Kardinal Ludovisiyə
göndərilmiş məktubda isə onların dini inancları ilə bağlı öz arzularına uyğun olaraq bir ərazi
verilməsini özündə ehtiva edən layihə əksini tapmışdı. Məktubda deyilirdi: “Möhtərəm zati-həzrətləri,
iyirmi altı fevral 1627-ci ildə Romadan Papanın adından göndərilmiş məktubunuz və bu məktubda
kasıb xristianlardan, eləcə də, onların dövlət məsələlərindən bəhs edilməsi bu kimsəsiz xristianların
qəlblərində böyük ümidlərə səbəb oldu. Bu kimsəsizlərə Allahın hədiyyəsi kimi görünür. Bu, onlarda
böyük ruh yüksəkliyinə, böyük ümidlərin gerçəkləşməsinə bir töhfədir. Papanın İspaniya kralına
verdiyi təlimatnamələrin onlara çatdırılması Farsk örfəzi ərazisində onların azad şəkildə yaşamasına,
müsəlman ərəblərin asılılığından xilas olmasına-ətraflı nəticələrini gözlədiyim üçün indiyə qədər sizə
məlumat vermədiyim işlərin canlanmasına şərait yaradacaq. Bu və ya digər məsələləri sizin
diqqətinizə dəqiqliyi ilə çatdırıram və bunu etməmişdən əvvəl məlumatların tamamlanmasına vacib
olduğu əraziyə-Havaziehə getmək arzusundayam. Zati–müqəddəsləri, sizin mənə Xristianları Katolik
kilsəsinə itaət etmək istiqamətində verdiyiniz təlimatlara uyğun olaraq üç il əvvəl mən yalnız
ermənilər, suriyalılar və digər xristianlar üzərində uğur qazana bildim, Müqəddəs Coun xristianları
üçün əlavə imkanlar tələb olunurdu...”
Göründüyü kimi, Səfəvi dövləti ərazisində itirilmiş imtiyazlarını bərpa etməyə çalışan katolik
missionerləri öz məramlarını zaman-zaman davam etdirmişlər. Katolik missionerləri müsəlmanı
xristianlaşdırmaq sahəsində heç bir əhəmiyyətli iş apara bilmədikləri halda isə vaxt və qüvvələrinin
əsas hissəsini imperiyanın xristian məzhəbləri, xüsusilə qriqoryan erməniləri üzərinə yönəldirdilər. Bu
məqsədlə karmelitlər Səfəvi imperiyasının ayrı-ayrı vilayətlərində xristian kənd və qəsəbələrinin
tarixi ilə yaxından maraqlanır, xristianların vəziyyəti ilə bağlı məlumatlar toplayaraq mütəmadi şəkildə
bunların siyahısını da hazırlayırdılar. Papa tərəfindən göndərilən məktublarda Fars körfəzi