IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1693
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
hesabat təqdim etmişlər. Arxeoloji ədəbiyyat kütləsinin ilkin mənbələri hesab edilən, xarici dildə
yazılan bu hesabatları Qafqaz xalqlarının tədqiq edən arxeoloq və etnoqraflardan T.S. Passek və
B.A.Latınin tərcümə edərək ümumiləşdirib “Очерки до-истории Северного Азербайджана” adlı
altına nəşr etdirmişdilər. Adı çəlilən əsərdə V.Belk, A.Bayern, A.Berje, E.Resler, Q.O. Rozendolf,
A.A.İvanovski və s. tədqiqatları haqqında məlumat verilir. Alman, fransız, rus mənşəli bu tədqiqatçılar
ilk tunc və erkən dəmir dövrünə aid qəbir abidələrində arxeoloji tədqiqat işləri aparmış və tapılan
maddi mədəniyyət nümunələrini öz ölkələrindəki muzeylərə göndərmişlər. Arxeoloji araşdırma aparan
tədqiqatçılar öz yekun hesabatlarını 1859-cu ildə təsis edilmiş “İmperator Arxeologiya Komitəsinin
hesabatları”nda nəşr etdirirdilər.
XX əsrin 20-ci illərindən sonra elmin digər sahələrində olduğu kimi arxeologiya elmində də
canlanma müşahidə olundu. Yeni yerli ixtisaslı kadrların hazırlanması və elmi mərkəzlərin yaradılması
arxeoloji tədqiqatların elmi əsaslarla sistemli şəkildə aparılmasına şərait yaratdı. Ölkəmizdə Rusiyadan
dəvət olunmuş alimlər də çalışırdılar. Akademik İ.İ.Meşşaninov Azərbaycan arxeologiyasının
inkişafında rolu olmuşdur. Onun rəhbərliyi altında İ.M.Cəfərzadə, Ə.K.Ələkbərov və başqalarının
iştirakı ilə Qarabağ, Naxçıvan və digər bölgələrə təşkil olunan ekspedisiyalarda arxeoloji abidələri
tədqiq edərək bir sıra yeni nəticələr əldə edildi.
Arxeoloqlar Ə.Ələkbərovun, İ.Cəfərzadənin, D.Şərifovun, S.Qazıyevin, Y.İ.Hummelin əsərləri
arxeoloji ədəbiyyat kütləsinin formalaşmasında xüsusi rol oynayır. Bu alimlərin iştirakı iləXX əsrin
30-cu illərində Mil düzünə, Kiçik Qafqazın cənub-şərq ətəklərinə, Naxçıvan ərazisinə və
Azərbaycanın qərb rayonlarına ekspedisiyalar təşkil olunurdu.
1969-cu ildə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinin öyrənib
araşdırılmasına xüsusi diqqət ayırmağa başladı. Heydər Əliyevin imzaladığı qərara əsasən 1974-cü
ildə yerli kadr potensialını nəzərə alaraq elmi tədqiqatların səmərəliliyini yüksəltmək məqsədi ilə
Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun tərkibində Arxeologiya və Etnoqrafiya Sektoru
yaradıldı. Naxçıvan, Qəbələ, Şamaxı, Gəncə və digər bölgələrdə arxeoloji bazaların əsası qoyuldu. 70-
80-ci illərdə çoxtəbəqəli arxeoloji qazıntılar aparılmağa başlanıldı. Artıq arxeologiya və etnoqrafiya
sahəsi üzrə bir sıra mətbu orqanları yaradıldı və nəşr yeni edilən monoqrafiyaların ədəbiyyat kütləsinin
nəzərəçarpacaq dərəcədə artması müşahidə olundu. Həmin dövrdə Kitab Palatasının təsis etdiyi cari
biblioqrafik göstəricilərdə arxeologiya elminə dair nəşrlər ayrıca bölmə altında qruplaşdırılmağa
başlandı.
Ölkəmiz müstəqillik əldə etdikdən sonar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü
il 8 iyul tarixli qərarı ilə Arxeologiya və Etnoqrafiya Sektorunun bazasında müstəqil Arxeologiya və
Etnoqrafiya İnstitutunun təsis edilməsi Azərbaycan arxeologiya və etnoqrafiya elminin daha geniş
inkişafına zəmin yaratdı. Cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan
arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 5 fevral 2008-ci il
tarixli Sərəncamı ölkəmizin bütün bölgələrində arxeoloji tədqiqatların aparılmasına təkan verdi.
MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNDƏ
MƏNƏVİ MƏDƏNİYYƏT (XALQ TƏBABƏTİ, MUSİQİ, XALQ
TƏQVİMİ VƏ XALQ BAYAMLARI)
Sadıqlı PƏRİNAZ
AMEA Arxeolgiya və Etnoqrafiya İnstitutu
AZƏRBAYCAN
XI yüzillikdə yaşamış böyük türk alimi Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsəri türk
xalqlarının mənəvi mədəniyyətini öyrənmək baxımından əvəzsiz qaynaqdır. “Divan”da türk
xalqlarının qədim və orta əsrlər mənəvi mədəniyyətinin bir çox sahələrinə aid ətraflı məlumatlara rast
gəlinir. Mənəvi mədəniyyətin mühüm sahələrindən biri olan xalq təqvimi və xalq bayramlarıdır.
“Divan”dakı izahlardan aydın olur ki, türk xalq təqviminin yaranma tarixi daha qədim dövrlərə gedib
çıxır. Türk təqvimində bir il on iki aydan ibarət olmuşdur. Türklər on iki heyvanın adını on iki ilə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1694
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
qoymuşlar. Uşaqların yaşlarını, savaş tarixlərini və s. bu illərin dönməsi ilə hesablayırmışlar.
“Divan”da türk təqviminin ardıcıllığı belə verilmişdir: ud yılı- sığır (inək) ili, pars yılı-qaplan ili,
tavışğan yılı-dovşan ili, nək yılı- tımsah ili, yılan yılı-ilan ili, yund yılı-at ili, koy yılı-qoyun ili, biçin
yılı-meymun ili, takağu-toyuq ili, it yılı-it ili, tonquz yılı-donuz ili.
Eyni zamanda “Divan”da vaxt, zaman anlayışı “çər” və “türk” sözləri ilə ifadə olunmuşdur.
“Ödhlək ərtti-zaman ötdü” cümləsində “ödhlək” sözü zaman anlamında işlənmişdir. “Divan”da “türk”
sözünün eyni zamanda “vaxt” mənasında işlənməyi böyük maraq doğurur. Bu, bütün meyvələrin
yetişdiyi zamanın ortasını bildirmişdir. “Türk üzüm ödi-üzümün dəydiyi vaxt”, “türk kuyaş ödi-
günorta” ifadələrində türk sözünün vaxtın ən yaxşı çağını ifadə etdiyini görürük.
“Divan”da ilin fəsilləri haqqında da müəyyən məlumatlara rast gəlirik. Payız fəsli, sonbahar “kuz”,
“yıl yazıktı-yaz fəsli girdi”, “ya bağrı-yayın ortası”, “kadır kış-zəmhərir, qaraqış” ifadələrində payızın
güz/küz, qışın qış, yayın yay, yazın yaz adlandığını görürük.
İllərin ardıcıllığı “Divan”da bu cür izah olunmuşdur: “izi-o biri il, gələn ildən sonrakı il”, “bıldır-
bildir/bıldır/, keçən il, bir ildir”.
“Divan”da novruz sözünə rast gəlinməsi bu bayramın türk xalqlarına məxsus olduğunu bir daha sübut edir.
Mənəvi mədəniyyətin mühüm sahələrindən biri də musiqidir. “Divan”da türk xalqlarına məxsus
bir neçə musiqi alətinin həm adları, həm də onların formalarının izahı verilmişdir. Qopuz, çənq, ud,
dəf, köz, davul və s. kimi musiqi alətlərinə rast gəlinir. “Divan”da “yır-mahnı, məqam (musiqidə)”
kimi izah olunmuşdur. Eyni zamanda “ol yır yırladı-o, şərqi söylədi. Bu söz çox zaman şeir, qəzəl
mənasında işlənir”, “yırağu-çalğıçı, müğənni, şərqiçi”, “ər yırladı-adam melodiya qoşdu, şərqi oxudu”
ifadələri “Divan”da yırla bağlı rast gəlinən ifadlərdir.
“Divan”da “kupzadı-ud çaldı”, “kubuz-qopuz, uda bənzər bir çalğı aləti”, “kubuzluğ kişi-qopuzlu
adam”, “kızlar kubzaşdı-qızlar qopuz çalmaqda yarışdılar”, “kobuz kubzaldı-qopuz çalındı” kimi
ifadələrdən aydın olur ki, qopuz türk xalqlarının həyatında önəmli yer tutmuşdur.
“Divan”da “buçi kubuz” simli udlardan biri kimi izah olunmuşdur. Bu qaz köksü (bərbət) adı
verilən çalğı alətlərindən biridir. “Divan”da eyni zamanda “buçi-çox inləyən ud” ifadəsi də var.
“Divan”da “tümrük-Oğuzca dəf, dümrük” kimi izah olunmuşdur.
“Divan”da “sıbızgu-düdək, tütək, ney”, “ol subuzğu ötürdi-o, tütək öttürdü, çaldı”, “küvrüg-köz,
davul”, “tuğ-xaqanın yanında çalınan nağara (kös) və davul. Xan tuğ urdu-xan növbə davulun vurdu”,
“tovıl-davul, nağara”, “borguy-nəfəslə çalınan boru” kimi musiqi alətlərinin adlarına rast gəlinməsi bu
musiqi alətlərinin qədimliyini göstərir.
“Divan”da “kög-oxunanda səsin yüksəlib-alçalması, zil-bəm”, “ər köglədi-adam çalıb-oxudu”
ifadələrinin də izahı verilmişdir.
“Divan”da xalq təbabətinə aid məlumatlara rast gəlinməsi böyük maraq doğurur. “Divan”da
“həkim-otaçi”, “əm-dərman”, “əmçi-dərman düzəldən” və s. terminlərə rast gəlinir.
“Divan”da eyni zamanda bədən üzvlərinin adlarına rast gəlinməsi maraq doğurur: “ümgük-
əmgək. Körpə uşaqların təpəsində olan yumşaq yer”, “öpkə-ağciyər”. “bağır-qaraciyər”, “kulak-
qulaq”, “bilək-bilək”, “burun-burun”, “talak-dalaq, qaraciyər”, “baş-baş”, “kaş-gözün üstündəki qaş”,
“sağ əlig-sağ əl”, “bögür-böyrək”, “kapak-göz qapağı”, “karın-qarın” terminlərinin hamısı oğuzcadır.
“Divan”da bir çox xəstəliklərin və onların müalicə üsullarının izahı da verilmişdir. Sarısu
xəstəliyi, ziyil, göz iltihabı, soyuqdəymə və s. belə xəstəliklərdəndir.
Sarısu xəstəliyi “Divan”da belə izah olunmuşdur: “atğak-qarında yığılan sarısu xəstəliyi. Sarı bir
bitkinin adı da “atğak”dır. Sarı su xəstəliyi eyni zamanda “sarığ suv” da adlanır.
“Divan”da dəri xəstəliklərindən biri olan ziyil “sigil” adlanmışdır. “Divan”da “kamçığu” adlanan
dolama, uçuq ağızda və barmaqlarda əmələ gələrək şiddətli ağrı və hərarətə səbəb olurdu.
“Divan”da göz iltihabı, göz irini “çəlpək” adlanmışdır. Geniş yayılmış xəstəliklərdən biri olan
itdirsəyi “Divan”da “tirsgək” kimi verilmişdir.
“Divan”da eyni zamanda yel adamın dodaqlarını çatladan zaman əmələ gələn çat və yarıqlara
yapışdırılan məlhəm “yakrıkan” adlanır. Bu fındıq boyda qırmızı meyvəsi olan bitkidir.
Soyuqdəymə və sətəlcəm zamanı qan almaq, müxtəlif isti vannalarda tərlətmək və s. üsullardan
istifadə olunurdu. Bu üsullardan biri “Divan”da belə izah olunmuşdur: “ilrük-səfra və bəlğəm gətirici
bir ot toxumu, üzərlik toxumudur”.
“Divan”da həmçinin xalq təbabətində istifadə olnunan bir neçə tibbi ləvazımatların adları da qeyd
olunmuşdur: “arkaçak-ağıza dərman tökmək üçün işlənən içi deşik bir alət, pipetka”, “bəlik-yara
yoxlamaq üçün işlənən mil, tibbi zond”, “sorğu-qan alan alət, neştər, lanset”.