IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1691
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ticarət münasibətlərini qurmaq olmuşdu. Eyni zamanda Avropa dövlətlərinin Səfəvi dövləti ilə
əlaqələrinin qurulmasının öz səbəbləri var idi. Avropa ölkələri iki güclü müsəlman dövlətini bir-birinə
qarşı qaldırmaqla, hər ikisini zəiflətmək niyyəti güdürdü. Digər səbəb isə Avropa dövlətlərinin Səfəvi
dövləti ilə geniş əlaqə yaratmaqla müstəmləkəçilik siyasəti ilə bağlı idi. Beləliklə, I Şah Abbasın
uğurlu xarici siyasəti nəticəsində Səfəvilər dövləti Avropa dövlətləri ilə münasibətlərini genişləndirmiş
və Səfəvi dövləti özünü inkişaf dövrünü keçmişdi.
TÜRK TARİXÇİSİ CƏFƏR BARLASIN “HİCRƏTDƏKİ DAĞISTAN”
ƏSƏRİNDƏ AZƏRBAYCANLI MÜHACİRLƏR
Vidadi UMUDLU
Qafqaz Universiteti
vumudlu@qu.edu.az
AZƏRBAYCAN
Azərbaycanlı əhalinin müxtəlif zamanlarda Osmanlı torpaqlarına köçü və orada yerləşdiril-
məsi ilə yanaşı, mühacirlərimizin sonrakı fəaliyyətləti də bir sıra türk tarixçilərinin əsərlərində
geniş yer almışdır. Köçlər müxtəlif aspektlərdən dəyərləndirilərək araşdırılmış və dövriyyəyə
çoxsaylı tədqiqat işləri cəlb olunmuşdur. Əlbəttə araşdırılan mövzu ilə bağlı əsas mənbə Başbakanlıq
Osmanlı Axivlərinin sənədləri hesab edilir. Burada çoxçaylı sənədlər vasitəsi ilə köçlərin geniş
inkişaf dinamikasını izləmək mümkündür. Türk tarixçilərindən Kadircan Kaflının “Türkiyəyə köçlər”,
Abdullah Saydamın “Krım və Qafqaz köçləri”, Cəfər Barlasın “Hicrəttki Dağıstan” əsərlərində də bu
məsələlərdən bəhs olunmaqdadır. Əsas məqsədmizin köçə məruz qalan həmvətənlərimizin sonrakı
taleyinə aydınlıq gətirmək və onların yeni cəmiyyətə uyğunlaşmasını öyrənmək olduğundan türk
tarixçisi Cəfər Barlasın “Hicrəttki Dağıstan” adlı kitabı mühacirlərimizin Anadoludakı həyat tərzini
izləmək baxımından xüsusilə çox dəyərli tədqiqat əsəridir. Təqdim olunan məqalədə də Cəfər
Barlasın adı çəkilən kitabında bır sıra görkəmli şəxslərimizin Osmanlı cəmiyyətinə verdiyi töhvələr
və onların nümunə olacaq fəaliyyətləri ətraflı şəkildə öz əksini tapmışdır.
Bəhs etdiyimiz kitabın müəllifi Cəfər Barlasın da ailəsi vaxtilə Dağıstanın Çirkey kəndindən
Türkiyəyə köç etmək məcburiyyətində qalmış avar mühacirlərindəndir. Köçlərin səbəblərindən bəhs
edən müəllif bunu əvvəlcə çarların sonra isə bolşeviklərin işğal və zülmlərində görür, eyni zamanda
köç etmək məcburiyyətində qalan qafqazlıların əksəriyyətinin Anadoluya hicrət edərək müxtəlif
şəhərlərə yayıldığını qeyd edir. 1950-ci ildə Muşda doğulan Cəfər Barlas daha sonra Yalovaya
köçərək həyatını burada davam etdirmişdir. Qafqaz tarixi ilə bağlı, xüsusilə Qafqazın Rusiya
tərəfindən işğalı, Şeyx Şamilin azadlıq mübarizəsi və Dağıstan əhalisinin Anadoluya köçü ilə bağlı
əsərlər yazmışdır. “Hicrəttki Dağıstan” əsərində müllifin Dağıstanlı kimi təqdim etdiyi
mühacirlərin xeyli hissəsi Azərbaycanın şimal bölgələrini təmsil edən insanların payına düşür.
Müəllif köç edərək Anadoluya yerləşən minlərlə insana öz vətən torpağında yer vermiş əsil türk
milləti ilə qısa zamanda mühacirlərin qaynayıb-qarışdığını və bu tarixdən etibarən də mühacirlər
həmin torpaqları özlərinə vətən seçdiklərini qeyd etmişdir. Belə isti münasibətlər mühacirlərin
gələcək taleyinə müsbət təsir göstərmiş, onların Osmanlı cəmiyyətinə inteqrasiyasını
sürətləndirmişdir. Şəki, Şirvan, Xudat və digər bölgələrdən köç edərək Anadoluya pənah gətirən bir
çox həmvətənlərimizin sonrakı taleyi ilə bağlı məlumatları müəllifin adı çəkilən kitabından əldə
etmək mümkündür. Müəllifə görə bu insanlar vətən, müstəqillik, və imana olan sonsuz bağlılıkları ilə
yanaşı özlərinə xas olan dəyərləri də saxladıqları kimi, yeni vətənlərinin də inkişaf edib yüksəlməsi
üçün var gücləriylə çalışmışlar. Balkan və Birinci Dünya müharibələri başlayınca yeni vətəni
qorumaq üçün ölüm-dirim savaşına atılmışlar. Onlar bölücü deyil birləşdirici, dağıdıcı deyil qurucu
olmuş, yeni vətənləri üçün heç nədən çəkinməyərək bütün fədakarlıqlara sinə gərərək ölkənin
müdafiəsində ən ön sıralarda yer tutmuşlar.
Cəfər Barlasın “Hicrəttki Dağıstan” əsərində bəhs olunan bəzi görkəmli şəxslərin adını çəkmək
yerinə düşər. Məsələn burada XIX yüzilliyin əvvəllərində Anadoluya gəlmiş olan İsmayıl Şirvaninin
geniş elmi fəaliyyəti və dini görüşlərindən bəhs olunur. O, dövrünün görkəmli şəxsləri ilə görüşmək
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1692
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
və onlardan dərs almaq üçün Hicaz, Dehli və başqa yerlərdə səfərdə olmuşdur. Kürdəmirdə doğulan
İsmayıl əfəndinin ailə üzvləri haqqında, xüsusilə Osmanlı dövlətində yüksək məqama yüksələn
oğlanları Əhməd Hülusi və Mehmet Rüştü haqqında dəyərli məlumatlar kitabda yer almaqdadır.
Eləcə də kitabda atası Nuxadan olub, özü Bursada doğulan Məhəmməd Zahid Kotku əfəndinin
elmi söhbətləri, yardım sevərliyi, ibrətamiz sözləri və qiymətli nəsihətlərindən ətraflı şəkildə bəhs
olunmaqdadır. Müəllif onu görkəmli alim kimi dəyərləndirməkdədir. Şirvanda doğulan Əhməd
Həmdi əfəndinin təhsilini tamamlamaq üçün İstanbula gəlməsindən və onun çoxsaylı elmi əsərlər
yazmasından bəhs olunur. 1889-cu ildə Türkiyədə vəfat edən Əhməd Həmdi Şirvaninin Eyyupda
dəfn olunmuşdur. Xudatda doğulmuş Ömər Xülusi təhsil və məhkəmə sistemində mühüm vəzifələr
tutmuşdur. Müəllif həmçinin bir çox digər görkəmli şəxslər barədə də maraqlı məlumatlar vermişdir.
Əlbəttə bəhs etdiyimiz və etmədiyimiz görkəmli şəxslər haqqında oxuculara təqdim olunmuş bu
əsər müəllifin uzun sürən elmii axtarışlarının nəticəsində mümkün olmuşdur. Mühacir həyatı
yaşayan həmvətənlərimiz və onların nəsilləri haqqında ətraflı məlumatların bu kitabda toplanması
çox təqdirəlayiqdir və onların öz doğma ata yurdlarında xalqa tanıdılmasında mühüm əhəmiyyət
kəsb edir. Eyni zamanda əlaqələrizin yüksələn xətlə inkişaf etdiyi müasir dövrdə də insanlarımızın bu
şəxslərdən nümunə götürmələri və onların yolunu davam etdirmələri baxımından bu tədqiqat əsəri
mühüm əhəmiyyət kəsb edir.
AZƏRBAYCANDA ARXEOLOGİYA ELMİNİN İLKİN SƏNƏD-
İNFORMASİYA MƏNBƏLƏRİ VƏ ONLARIN SƏCİYYƏVİ
XÜSUSİYYƏTLƏRİ
Yasəmən SADIQOVA
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar institutu
AZƏRBAYCAN
Ölkəmiz sivilizasiyanın ən qədim ocaqlarından biridir. Azərbaycan ərazisində aparılan arxeoloji
və etnoqrafik tədqiqatlar və bu tədqiqatlar nəticəsində üzə çıxan zəngin maddi mədəniyyət nümunələri
bunu deməyə əsas verir. Tədqiqatçılar tərəfindən erkən əkinçilik mədəniyyətinə aid yaşayış
məskənləri, tünc dövrünün şəhərləri, antik və orta əsrlərə aid abidələr aşkar edilmişdir.
Azərbaycanda ilk arxeoloji qazıntılar XIX əsrin ortalarından aparılmağa başlandı. Qeyri
arxeoloqlar tərəfindən aparılan ilk qazıntılar zamanı Azərbaycan tarixinin son tunc və erkən dəmir
dövrünün materialları üzə çıxmışdır. Bu dövrdə arxeoloji tədqiqatlar sistemsiz şəkildə aparılmış,
tapılan nümunələr avropa muzeylərində göndərilmiş və heç bir elmi nəticə əldə edilməmişdir.
Tədqiqatların gedişi və onların nəticələri haqqında məlumatlar, siyahılar, çöl gündəlikləri, fond
materialları, arxiv sənədləri, elmi hesabatlar, elmi məqalələr və biblioqrafik göstəricilərdəöz əksini
tapmışdır. Bu sənədlər tarix elminin tərkib hissəsi olan arxeologiyanın sənəd kütləsinin
formalaşmasında xüsusi yer tutur. Azərbaycanda arxeologiya elmininnə ilkin sənəd-informasiya
mənbələri, nə də ümumilikdəinformasiya təminatıheç bir tədqiqat işinin obyekti olmamışdır.
Adları sadalanan mövcud sənəd növləri Azərbaycanda arxeologiya elminin ilkin sənəd-
informasiya mənbələridir.Azərbaycanda arxeologiya elminin ilkin sənəd kütləsinin formalaşmasında
başqa millətlərdən olan səyyah və tədqiqatçıların əsərləri mühüm rol oynayır. İsveçrəli səyyah Dyubua
de Monperenin “Qafqaz ətrafında səyahət” adlı 6 cildlik əsəri (Voyage autour du Caucase, chez les
Tcherkesses et les Abkhases, en Colchide, en Géorgie, en Arménie et en Crimée.- Paris),Lerik rayonu
ərazisində qazıntı işləri aparan həvəskarfransız arxeoloqu Jak de Morqanın “İranda elmi ezamiyyə”
(Mission
scientifique
en
Perse),rus
alimi
K.Nikitinin
"Qafqaz
xalqlarınıntəsviri üçün
materiallarməcmuəsi"ndənəşr etdirdiyi “Naxçıvan şəhəri və Naxçıvan qəzası” adlı əsərində Naxçıvan,
Bərdə, Göygölm (Xanlar), Şəmkir və s. bölgələrdə apardıqları qazıntılar haqqında məlumatlar və
memarlıq abidələrinin təsvirləriöz əksini tapməşdır.
Avropa ölkələrindən, Rusiyadan Azərbaycana işləməyə gəlmiş digər müxtəlif peşə sahibləri ayrı-
ayrı ərazilərdə qazıntılar aparmış, görülən işlər və əldə etdikləri nəticələr haqqında öz dillərində