Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

136
10 il öncə başlanan yol
eyni vaxtda beş komandanın istifadə edə biləcəyi duşxana, hər biri 6-7 nəfərlik, 
hər  cür  şəraitli  3  otağı  vardır.  Kompleks  telefon  rabitəsi,  radiotranslyasiya,  isti-
soyuq kondisionerlər, ventilyasiya sistemi və isti su qurğuları ilə təmin olunmuş-
dur.
Gəncə  Olimpiya  İdman  Kompleksinin  üzgüçülük  hovuzu  isə  2006-cı  il  okt-
yabrın  31-də  istifadəyə  verildi.  Prezident  İlham  Əliyev  bu  münasibətlə  təşkil 
olunan  mərasimdə  iştirak  etdi  və  rəmzi  açılışı  bildirən  lenti  kəsdi.  Bu  komplek-
sin genişləndirilməsi Azərbaycan Milli Olimpiya Komitəsinin regionlarda idmanın 
inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin bir hissəsidir. Hovuz 
uzunluğu  25,  eni  15,  dərinliyi  isə  2  metr  olan  qapalı  idman  qurğusudur.  150 
tamaşaçı  tutumu  olan  bu  hovuzda  beynəlxalq  səviyyəli  yarışların  da  keçirilməsi 
mümkündür.
Şəki Olimpiya İdman Kompleksi şəhərin girəcəyində yerləşir. Bu idman mərkəzi 
digər şəhərlərdə bundan əvvəl tikilib istifadəyə verilmiş qurğulardan daha geniş 
və gözəldir. 700 və 400 tamaşaçı tutumuna malik olan iki zaldan, trenajor za-
lından  başqa,  kompleksin  həyətində  açıq  tennis  kortu,  basketbol  və  voleybol 
meydançaları da vardır.
Şəkidəki kompleksi digərlərindən fərqləndirən əsas cəhət, ilk dəfə məhz bu-
rada üzgüçülük hovuzunun komplekslə birgə tikilərək istifadəyə verilməsidir. 25 
metr uzunluğu olan bu qurğuda üzgüçülüklə məşğul olmaq üçün hər cür şərait 
vardır. Şəki Olimpiya İdman Kompleksinin əvvəlkilərdən digər fərqli cəhəti bura-
da yaşamaq üçün əla şəraitli kotteclərin olmasıdır. Kompleksin həyətində müasir 
səviyyədə tikilmiş, yüksək tələblərə cavab verən 14 lüks kottecin hər birində 4 
nəfərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Kotteclərin hər biri iki otaqdan 
ibarətdir və otaqlar hərəsi 2 nəfərlikdir. Bundan başqa kompleksdə ikimərtəbəli 
superlüks kotteclər də inşa olunub.
2002-ci  il  noyabrın  9-da  bu  şəhərdə  idman  kompleksinin  təntənəli  açılış 
mərasimində iştirak edən prezident Heydər Əliyev qurğunun imkanlarını yüksək 
qiymətləndirdi  və  xeyir-dua  verməklə  bərabər,  həm  də  yerli  gənclərə  xitabən 
kompleksdən səmərəli istifadənin vacibliyini vurğuladı.
MOK prezidenti İlham Əliyev nitqinə bu idman qurğusunun tikintisinə rəvac 
verən  kiçik  tarixçə  ilə  başladı:  “Təxminən  bir  il  əvvəl  Şəkidən  Milli  Olimpiya 
Komitəsinə müraciət gəldi ki, biz burada inşası yarımçıq qalmış bir idman qurğu-
sunu bərpa edək. Mütəxəssisləri göndərdik və bütün məsələləri təhlil edəndən 
sonra belə qərara gəldik ki, o köhnə, demək olar ki, dağılmış vəziyyətdə olan 
idman qurğusunun əvəzinə Şəkidə yeni, müasir Şəkiyə yaraşan və eyni zamanda 
ona  əlavə  yaraşıq  verən  bir  idman  kompleksi  tikək.  Qısa  müddət  ərzində  biz 
bunu yaratdıq və bu gün kompleks açılır, idmançıların sərəncamına verilir”.
Görülən  işlərin  yalnız  bir  amala  -  idmançılarımızın  beynəlxalq  arena-
da  qələbələrinə,  üçrəngli  bayrağımızın  yüksəldilməsinə  və  dövlət  himnimizin 
səsləndirilməsinə xidmət etdiyini qeyd edən MOK prezidenti kompleksin rəmzi 
olimpiya məşəlini alovlandırdı.
Gözəl təbiəti ilə fərqlənən Bərdədə Olimpiya İdman Kompleksinin təntənəli 
açılış mərasimi 2003-cü il oktyabrın 7-də keçirildi. Açılış mərasimindəki nitqində 
MOK prezidenti İlham Əliyev qeyd etdi ki, ölkəmizdə aparılan quruculuq işləri, 
yeni idman obyektlərinin inşası və digər sahələrdəki yeniliklər ulu öndər Heydər 
Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf sayəsində mümkün olmuşdur.
Kompleksin  600  nəfərlik  böyük  zaldan  başqa,  trenajor  zalı,  həyətində  isə 
müxtəlif idman növləri üçün nəzərdə tutulmuş meydançalar vardır. Bərdə Olim-
piya  İdman  Kompleksində  həm  komanda,  həm  də  təkbətək  idman  növləri  ilə 
məşğul olmaq üçün gözəl şərait mövcuddur.


137
İlham Əliyevin təşəbbüsü ilə sonradan Bərdədə üzgüçülük mərkəzi də inşa 
edilmiş, 2004-cü il sentyabrın 7-də istifadəyə verilmişdir.
Münbit  təbii  şəraitə  malik  Lənkəranı  “yaşıl  şəhər”  də  adlandırmaq  olar. 
Ölkəmizin  bu  cənub  şəhəri  həm  də  Xəzər  dənizi  sahilində  yerləşdiyinə  görə 
əlverişli coğrafi şəraitə malikdir. Lənkəran şəhərinin yaxınlığında tikilmiş olimpiya 
idman kompleksi, öz iqliminin gözəlliyi ilə diqqəti daim cəlb etmiş, Azərbaycanın 
bu  dilbər  guşəsində  idmançıların  daha  səmərəli  hazırlığı  baxımından  böyük 
əhəmiyyət kəsb edir. Burada 2003-cü ildə istifadəyə verilmiş yeni olimpiya idman 
kompleksi həm də gənclərin bədən tərbiyəsi ilə məşğulluğu potensialını artırır. 
Qeyd edək ki, həmin kompleksin yaxınlığında müasir otel tikilib istifadəyə verilmiş-
dir ki, bu da bölgədə idmançıların rahatlığı ilə yanaşı, həm də beynəlxalq yarışların 
təşkilini mümkün edir.
2003-cü  il  oktyabrın  9-da  təntənəli  mərasimlə  istifadəyə  verilən  qurğunun 
açılış mərasimində Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirak edib.
Azərbaycanın səfalı rayonlarından sayılan Qubada inşa edilmiş yeni Olimpiya 
İdman  Kompleksi  ölkəmizdəki  mövcud  digər  idman  qurğularından  özünün  və 
imkanlarının  genişliyi  ilə  fərqlənir.  İdmançıların  təlim-məşq  toplantılarının  yüksək 
səviyyədə  təşkilinə  şərait  yaradan  bu  kompleks  çoxşaxəlidir.  Bunu  Milli  Olimpi-
ya Komitəsinin prezidenti İlham Əliyev 2003-cü il oktyabrın 11-də həmin idman 
mərkəzinin açılış mərasimindəki çıxışında xüsusi qeyd etmişdi: “Bu kompleks bir 
neçə vəzifəyə xidmət edəcəkdir. Bu, çox möhtəşəm bir kompleksdir. Burada həm 
qapalı idman salonu, qapalı hovuz, stadion, idman meydançaları, həm də otel, 
kotteclər, digər infrastruktur yaradılıbdır.” MOK prezidenti geniş nitqində onu da 
Naxçıvan Olimpiya İdman Kompleksinin
açılış mərasimində 
Maddi-texniki baza möhkəmlənir


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə