Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

126
10 il öncə başlanan yol
çıdan 3-ü ilk onluqda yer almışdısa, 4 il sonra 3 tatami ustasından 2-si medalın bir 
addımlığında qərar tutdu.
Stend atıcılığındakı yeganə təmsilçimiz fəxri kürsüdə qalmaqla sabitlik nümunəsi 
göstərdi. İrəliləyiş güllə atıcılığında da müşahidə olundu. 4 il əvvəl ən yaxşı nəticə 
31-ci  yer  idisə,  bu  dəfə  Azərbaycan  idmançısı  2  proqramda  final  mərhələsinə 
çıxdı və ölkəyə 1 bürünc medal gətirildi.
Atletika və üzgüçülükdə əldə olunan nəticələr isə hələ bu sahələrdə görüləsi 
vacib  işlərin  öndə  olduğunu  göstərdi.  Ölkədə  coğrafiyası  genişlənən  olimpiya 
kompleksləri sistemində prezident İlham Əliyevin təşəbbüsü ilə üzgüçülük hovuz-
larının inşa edilməsi su idmanı növlərində irəliləyişlərin olacağına ümid yaradır. Təbii 
ki,  ölkə  başçısının  bu  sahəyə  diqqəti  gücləndirməsi  uzaqgörən  məqsədlərdən 
xəbər verir. Tək ona görə deyil ki, atletika və üzgüçülük dünya miqyasındakı ya-
rışların böyük qismini təşkil edir. Həm də idmanın geniş yayılması, kütləviləşməsi, 
ən əsası sağlam həyat tərzi baxımından bu iki idman növünün aparıcı rolu danıl-
mazdır.
Afinada  Azərbaycan  3  növdə  olimpiya  debütünü  etdi,  nəticələr  ümidverici 
oldu. Qılıncoynatma və taekvondo yarışlarında Olimpiya komandamızın hesabına 
qiymətli xallar yazıldı. Bədii gimnastikada isə komandanın liderinin zədələnməsinə 
görə,  onun  yerinə  cüzi  beynəlxalq  təcrübəsi  olan  bir  idmançının  yarışa  yollan-
masına  baxmayaraq,  14-cü  nəticə  göstərməsini  böyük  uğur  saymaq  olar.  Elə 
bu  günün  nəticələri  də  deyilənləri  təsdiqləyir.  Son  4  il  ərzində  3  idmançımız 
beynəlxalq tədbirlərdə ilk onluqda yer alır, ən vacibi çox mürəkkəb sayılan qrup 
hərəkətlərində  komandamızın  cəmi  2  ilə  dünya  onluğuna  daxil  olması  yaxın 
gələcəyin olimpiya müjdəsidir. Taekvondoçularla bağlı da eyni sözləri söyləmək 
mümkündür. Pekində komandamızın qadın idmançılarla təmsil olunması da artıq 
reallığa söykənən ehtimaldır.
Bu iki olimpiada ilə bağlı müqayisələr apararkən 2 vacib məqamı da unutmaq 
olmaz. Bu dəfə komandamızın heyətində ölkə kənarından dəvət olunan cəmi 1 
idmançı yer aldı. Sidneydə isə komandamızın 6 legioneri var idi. Get-gedə hər 
bir növdə öz yetirmələrimizin çəkisinin artması və ölkənin yalnız öz idmançılarına 
güvənməsi qəlbimizi fərəhlə döyündürür.
İdman  çox  mürəkkəb  sahə  olmaqla  yanaşı,  həm  də  yeni  idmançı  nəslinin 
yetişdirilməsi ilə müşahidə olunan ağır prosesdir. “O ölkələrdə ki, idman inkişaf 
etməyib və yaxud yenicə inkişaf edir, onlarda xaricdən dəvət olunmuş idmançı-
lar, ümumiyyətlə, idmanın inkişafına müsbət təsir göstərirlər. Amma o ölkələr ki, 
artıq dünyada idman ölkələri kimi tanınırlar və onlarda idman sürətlə inkişaf edir, 
idmanda qələbələr qazanılır, əlbəttə, onlar öz daxili imkanlarına söykənməlidirlər. 
Mən  çox  şadam  ki,  bizim  yığma  komandamızda  Azərbaycanda  yetişmiş,  təhsil 
alan, məşq edən idmançılar mütləq əksəriyyət təşkil edirlər”, - deyən prezident 
İlham Əliyev, daxili ehtiyatların tükənməz həddə çatdırılmasını və bununla da nəsil 
dəyişikliyi prosesinin problemsiz keçilməsi məsələsini gündəmə gətirmiş olur.
Olimpiada ilə bağlı qeyd edilməsi vacib olan daha bir məqam idmançıların 
xüsusi dəvət almasıdır. Sidneydə ölkəmizə 7 “uayld kard” verilmişdisə, Afinada 
yalnız 2 üzgüçümüz bu əsaslarla yarışa qatıldı. Bu isə onu göstərir ki, idmançıları-
mız müxtəlif yarışların sınağından özləri müvəffəqiyyətlə çıxdılar. Söz yox ki, bəzən 
güclülər də zədə və yaxud hər hansı bir təsadüf üzündən lisenziya yarışları sına-
ğından keçmirlər.  2000-ci ildə Zemfira Meftəhəddinovanın nümunəsində bunu 
gördük.  Lakin  o  vaxt  idmançımız  xüsusi  dəvətin  ona  təsadüfi  verilmədiyini  əsl 
idmançı ustalığı ilə sübut etmişdi.
“Uayld kardlar” bir qayda olaraq, müxtəlif ölkələrdə idmana dəstək verilməsi, 
hər hansı bir növün inkişafına təkan olmaqla onun genişlənməsi məqsədini da-


127
şıyır. Bu mənada Azərbaycanda görülən işlər onu əyani göstərir ki, dövlət özü 
də bu istiqamətdə məqsədyönlü addımlar atmaqda maraqlıdır. Çünki idman və 
onun tətbiqi zirvəsi olan Olimpiya Oyunları böyük bəşəri ideyaların daşıyıcısıdır. 
İdman həm cəmiyyət daxilində sabitliyin, sağlam düşüncənin, daim tərəqqinin və 
inkişafın, yeniliyin, sosial-mədəni yüksəlişin təminatçısıdır.
Hər zaman, hər yerdə heç də həmişə uğurları sıralamaq olmur. Bəzən hakim 
ədalətsizliyi,  bəzən  də  bəxtin  gətirməməsi  faktorunu  da  unutmamalıyıq.  Daim 
güclülərə, şanslılara, qaliblərə yol açmaq asandır. Lakin müdrikliyin təməli bununla 
bərabər, haradasa büdrəyənə dayaq olmaq, axsayanın qolundan tutmaq, yolun-
dan çıxana kömək edib şans vermək kimi nəcib keyfiyyətlərlə qoyulub. Ölkə baş-
çısının dediyi kimi: “Biz gərək olimpiadada aşağı nəticə göstərən və yaxud heç bir 
nəticə göstərməyən idmançılara, həmişə olduğu kimi, yenə də qayğı ilə yanaşaq. 
Bir şərtlə ki, onlar buraxdıqları səhvləri düzəltsinlər, özləri üçün nəticə çıxarsınlar və 
təlim-məşq prosesinə daha məsuliyyətlə yanaşsınlar”.
Bəli, bundan gözəl təklif fikirləşmək mümkün deyil. Müdrik, işgüzar, cəmiyyətə 
xeyirli, onu yüksəldəcək dövlət siyasətinin ana xətti də bundan ibarət olmalıdır. Axı, 
idman sülh elçisidir. Milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri ol-
maqla yanaşı, həm də cəmiyyətin saflığının barometri, ölkənin inkişaf səviyyəsinin 
göstəricisidir.  Demək,  hər  müqayisəli  təhlil,  belə  demək  mümkünsə  yaşanılan 
dövrə verilən qiymətdir. Axı nəticələr sabahımızın əsas dəyər yüküdür. İnşallah, 
bunun nədən ibarət olduğunu 2008-ci ildə Pekin Oyunlarında görəcəyik.
Olimpiya cempionu Zemfira Meftəhəddinova 
həm Sidneydən, həm də Afinadan
Vətənə medalla dönüb
İki Olimpiada: 
Müqayisəli məqamlar


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə