Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

116
10 il öncə başlanan yol
üzərindən  aşırma  fəndi  idmançımıza  3  xal  qazandırdı.  İlk  hissədə  pəhləvanımız 
daha 1 xal əldə etdi.
İkinci hissədə ona yalnız taktiki döyüş aparmaq lazım idi. Əroğlu yalnız finiş 
ərəfəsində sevimli fəndini işlədə bildi; gücü, imkanı da elə buna çatdı. Və Fərid 
Mansurov Olimpiya çempionudur! Tək elə bu qələbəni görmək üçün 18 gün da-
vam edən bu möhtəşəm Oyunları izləməyə dəyərdi. Cəmi 22 yaşı olsa da, Fərid 
Azərbaycan güləşçiləri üçün dastan yazdı - əzm, iradə, çətinliklərdən qorxmamaq, 
ona sinə gərmək, öz məqsədinə doğru inamla addım-addım irəliləmək dastanı. 
“İdmançılarımızın, uğurlu çıxışları Azərbaycan gənclərində vətənpərvərlik ruhunu 
daha da yüksəldir. Biz gəncliyi, yeniyetmələrimizi vətənpərvərlik ruhunda tərbiyə 
etməliyik, böyütməliyik. Əlbəttə, bunun çox böyük mənası var. Azərbaycan ordu-
su da güclənir, əsgəri daha da peşəkar olur. Bu baxımdan burada böyük məna 
var”, - deyən ölkə başçısı İlham Əliyev də ordu əsgərinin qələbəsini xüsusi olaraq 
qeyd etdi.
Avqustun  26-da  Yay  Olimpiya  Oyunlarını  izləmək  üçün  Afinaya  gəlmiş 
Azərbaycan Prezidenti İlham Əliyev Fərid Mansurov və seçmə komandanın baş 
məşqçisi Elçin Cəfərovla görüşdü. “Afinada unudulmaz anlardan biri də dövlət 
başçısı İlham Əliyevin məni təbrik etməsiydi. Çox həyəcanlı idim. Qazandığım bu 
qələbə əslində prezidentin ölkə idmanına qayğısının bəhrəsidir” - deyən Fəridin 
nailiyyətinə  ölkə  rəhbəri  də  öz  qiymətini  verdi:  “Bu,  böyük  bayramdır,  bütün 
Azərbaycan  xalqının  bayramıdır.  Bu,  Azərbaycanın  gücünü,  idmanın  səviyyəsini 
göstərir. Təkcə idmanın deyil, ölkəmizin səviyyəsini, şöhrətini göstərir”.
Prezident İlham Əliyev Olimpiya 
çempionu Fərid Mansurovu 
«Şöhrət» ordeni ilə təltif edir 


117
Yarışlarda ölkəmiz ilk dəfə üç növdə təmsil olundu. Qadınların sablya yarışında 
Yelena Jemayeva çıxış edərək komandamızın hesabına qiymətli xallar qazandırdı.
Azərbaycanda bədii gimnastika son vaxtlar ən sürətli inkişaf yolu keçən bir 
idman növünə çevrilib. Federasiyanın gördüyü tədbirlər təkcə istedadlar axtarıb 
məktəbi dirçəltməkdən ibarət deyil, həm də qarşıda gimnastikanı təbliğ etmək, 
yaymaq  kimi  vəzifə  dayanırdı.  Zənnimizcə,  bunun  üçün  ən  düzgün  yol  seçildi. 
Mehriban xanım Əliyevanın başçılığı ilə görülən işlər ölkədə hər hansı bir idman 
növünü inkişaf etdirmək üçün də əyani nümunə ola bilər. Azərbaycanda keçirilən 
beynəlxalq, yüksək səviyyəli yarışların sıxlığı, perspektivli idmançıların patronajlıq 
altına götürülüb dünyada nüfuzlu mütəxəssislərlə iş birliyi qurulması və müxtəlif 
səviyyələrdə  keçirilən  tədbirlərdə  mütəmadi  iştirak  yüksəlişin  təməlinin  əsası 
demək idi.
Qısa müddətdə bədii gimnastika elitasında yer almış Azərbaycanın ilk olimpiya 
sınağına çıxmalı olan Dinarə Gimatova zədələndi. Onu cəmi 8 ay əvvəl beynəlxalq 
arenada  kövrək  addımlarını  atmağa  başlamış  Anna  Qurbanova  əvəzlədi.  Bu-
nunla belə, idmançımız 14-cü yeri tutmaqla ən yüksək təriflərə layiq olduğunu 
göstərdi.
Azərbaycan  taekvondoda  da  olimpiya  debütünü  etdi.  Dünya  çempionu 
Niyaməddin  Paşayev  (68  kq),  zədələnsə  də  sarğı  ilə  yarışdı.  Bununla  belə,  o, 
rəqibinə  -  növün  yaradıldığı  Koreyanın  təmsilçisi  Myeob  Seonq  Sonqa  qalib 
gəlmək əzmini nümayiş etdirdi. Hakim səhvləri idmançımızın üstünlüklə yollandığı 
Afina: Çətin sınağın uğurları
Prezident İlham Əliyev Afinada 
idmançıların qida təminatı ilə maraqlanır 


118
10 il öncə başlanan yol
ikinci hissədən sonra özünü büruzə verməyə başladı və Niyaməddin 2 xal fərqilə 
yenildi.
Ertəsi gün dünya çempionatının bürünc mükafatçısı Rəşad Əhmədov (80 kq) 
taekvondoda ilk döyüş qələbəmizi qazandı. O, yarımfinaladək ciddi qarşılaşma-
lar sınağından uğurla çıxdı. Bu səddə rəqibi türkiyəli Bəhri Tanrıqulu idi. Gərgin 
mübarizə  şəraitində  keçən  döyüş  nəinki  dayanq  üzərindəki,  hətta  texniki  zona 
hakimlərinin də kobud səhvləri ilə müşahidə olundu. Hesabda irəlidə olan idman-
çımıza qeyri-fəallığa görə cərimə xalı yazılmasının absurdu bir kənara, bu, tabloda 
da əks olunmadı. Taekvondoçuların döyüşündə hər anın öz hökmü var və taktiki 
mübarizənin planı xalça üzərində tez-tez dəyişir. Hesab 7:7 ikən oyun bitəndə, 
hakim türkiyəli idmançıya daha bir xəbərdarlıq etdi və yalnız bu zaman Rəşadın 
da hesabına cərimə xalı əlavə olundu. İdmançımızın qaydalara uyğun etirazı isə 
bəhrə vermədi.
Ümumiyyətlə, bu növlə bağlı yarışlardan sonra Beynəlxalq Olimpiya Komitəsi 
bir sıra iradlarını bildirdi və sonrakı illərdə Dünya Taekvondo Federasiyasının icla-
sında yarış proqramı ilə bağlı bir sıra operativ qərarlar qəbul edildi.
Afinada  hər  şeyə  rəğmən  Rəşad  öz  centlmenliyini  göstərdi.  Taekvondoçu-
larla  güləşçilərimizin  mübarizəyə  qoşulması  ərəfəsində  Azərbaycan  məkanında 
Olimpiya  Oyunlarının  ilk  lisenziyalı  nümayişini  təşkil  etmiş  “Lider”  televiziyasına 
müsahibəsində dövlət rəhbəri İlham Əliyevin - “idmanda hər şey olur. Amma ən 
önəmlisi odur ki, hər bir idmançı daim yadında saxlasın - o, təkcə özünü deyil, 
bütün  ölkəmizi  təmsil  edir.  O,  döşək  üzərinə  çıxanda,  gərək  bunu  unutmasın. 
Bilsin ki, Azərbaycan xalqı ona baxır, onun qələbəsini arzulayır və o, Azərbaycanı 
ləyaqətlə təmsil etməlidir” - çağırışına cavab olaraq, idmançımız, psixoloji zərbə 
alsa da, 3-cü yerə şans verən təsəlliverici görüşdən birincisində qalib gəldi. Dün-
ya çempionu Yusif Kərimi ilə həlledici görüşdə maraqlı və nümunəvi mübarizə 
göstərən Rəşad həm də şərq döyüşü fəlsəfəsinin əsas meyarlarına riayət etməklə 
əsl sənətkar kimi rəqibə sayğı və diqqəti unutmadı. Beləcə, Olimpiya debütünə 
çıxdığı daha bir növdə komanda hesabımıza növbəti qiymətli xallar əlavə olun-
du.
Ənənə üzrə, Olimpiadada son mübarizəyə çıxan sərbəst güləşçilərimizin çıxı-
şını qapayan Rüstəm Ağayev (96 kq) 5-ci yeri tutdu.
Azərbaycan daha bir olimpiadanı uğur, inam notları ilə geridə qoydu. Bəzən 
sevindik, bəzən kədərləndik, bəzən də qəzəbləndik. “Hesab edirəm ki, ən önəmlisi 
budur ki, onlar kişi kimi yarışdılar və Azərbaycanın idman şöhrətini yüksəkliklərə 
qaldırdılar. Medal qazanmağa bir balaca nəsə çatmadı, haradasa bəxt gətirmədi, 
amma  qələbə  yaxın  idi.  Buna  baxmayaraq,  mən  onların  da  çıxışlarını  yüksək 
qiymətləndirirəm. Onlar bizim digər idmançılarla yanaşı, gənc nəslə, gənc idman-
çılara  örnək,  nümunə  olmalıdırlar”  -  deyərək,  ulu  öndər  Heydər  Əliyev  kursu-
nun layiqli davamçısı olduğunu bir daha sübut edən prezident İlham Əliyevin bu 
sözləri bu yarışdan, bu meydandan məyus ayrılan idmançılarımıza bir diqqət və 
sayğı demək idi. Bu, idman dünyamız üçün hər zaman, hər an müəyyənləşdirilmiş 
meyar və yoldur.
Azərbaycan olimpiyaçıları Afinadan 5 medalla döndülər və bu, ölkəmizin id-
man sərhədlərinin genişlənməsində, yeni perspektivlərin açılmasında tam fərqli 
cəhət oldu. Komandamız 202 ölkə arasında medalların sayına görə 37-ci, əyar 
göstəricisinə görə 50-ci oldu.
Sentyabrın 4-də, olimpiyaçılarımızın Yunanıstana yolasalma mərasimindən düz 
bir  ay  sonra,  Azərbaycan  Prezidenti  İlham  Əliyev  XXVIII  Yay  Olimpiya  Oyunla-
rının iştirakçılarını qəbul etdi. Gənclər, idman və turizm naziri Əbülfəs Qarayev 
olimpiadaya hazırlıq, yarışların təşkili, idmançılarımızın iştirakı və yekunlarla bağlı 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə