Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   24   25   26   27   28   29   30   31   ...   62

111
hədəfin hamısını dəqiq nişan alan macarıstanlı əlçatmaz oldu. Bununla belə, Zem-
firanın fəxri kürsüdən enməyəcəyi də qətiləşmişdi.
Yarış başa çatanda Meftəhəddinova və çinli Ninq Vey hərəyə 93 xal topla-
mışdılar. Bu cür hallarda reqlamentə görə, iki idmançı arasında ilk səhvə qədər 
“atəş dueli” davam etdirilir. Belə məqamlarda əsas psixoloji üstünlüyü ələ alan 
idmançı  yarışdan  qalib  çıxır.  Bu  dəfə  Çin  idmançısı  daha  dəqiq  oldu.  “Seçmə 
mərhələdə göstərdiyim nəticədən razı qalmadım. Çox əsəbi və gərgin vəziyyətə 
düşdüm. Nəticəni yaxşılaşdırmağa səy göstərdim. Əlbəttə, medal qazandığıma 
görə  sevinirəm.  İstənilən  əyarlı  olimpiya  mükafatı  hər  bir  idmançıya  şərəfdir”  - 
deyən Zemfira Meftəhəddinova Vətənə bürünc medalla döndü.
Avqustun  18-də  ağırlıqqaldırma  yarışının  gedişini  Azərbaycan  Prezidenti  İl-
ham  Əliyev  də  zalda  izlədi.  İdmançımız  Turan  Mirzəyev  69  kq-da  mübarizəyə 
inamla başlayıb birdən qaldırmada 147.5 kq ağırlığı ilk cəhddə dəf etdi. Lakin, 
sonra sifariş verdiyi 152.5 kq-ı dəf edə bilmədi. Təkanla qaldırmada isə Turanın 
2 cəhdi müvəffəqiyyətli oldu. 180 və 185 kq-lıq çəkilərin öhdəsindən gəlməklə 
o, şəxsi göstəricilərini xeyli yaxşılaşdırdı. Bununla belə, medalçılar arasına düşmək 
üçün ona daha 5 kq artığını qaldırmaq lazım idi. Turan buna yaxın olsa da, sədd 
keçilmədi və 332.5 kq-la 4-cü yeri tutub komanda hesabımıza qiymətli xallar yaz-
dı. Rəqabətin gedişini Türkiyənin TRT kanalına şərh edən dövlət rəhbəri İlham 
Əliyev gözəl mübarizəyə şahid olduğunu və idmançımızın nəticəsindən razı qal-
dığını bildirdi.
Afinada prezident İlham Əliyev 
idmançıların problemləri ilə maraqlanır 
Afina: Çətin sınağın uğurları


112
10 il öncə başlanan yol
Ağırlıqqaldıranlarımızdan 105 kq çəki dərəcəsində çıxış edən Alan Naniyev, 
yalnız şəxsi çəkisinin artıq olmasına görə, 6-cı yeri eyni xal (410 kq=190 kq+220 
kq) topladığı Ramunas Vişinyauskasa verdi.
Komanda  hesabımızın  artmasında  ötən  olimpiada  ilə  müqayisədə  cüdoçu-
larımız  da  fərqli  nəticələrlə  sözlərini  dedilər.  Əslində  3  tatami  ustamızın  hamısı 
yarışdan medalla qayıda bilərdi və Oyunlar ərəfəsində beynəlxalq mütəxəssislərin 
rəylərində də bu öz əksini tapmışdı. Amma komandanın lideri Elçin İsmayılov (66 
kq) macarıstanlı Avropa çempionu Unvari Mikloşla görüşdə hesabda 2 “koka” 
irəlidə ikən riskli fənd işlətmək istəsə də, özü əks-fəndə düşdü. Eyni səhvə yol 
verən Mövlud Mirəliyevə (100 kq) rəqibinin sonrakı qarşılaşmalarda qalib gəlməsi 
irəliləmək  şansı  verdi.  Təsəlliverici  qarşılaşmalarda  Mövlud  3-cü  yer  uğrunda 
mübarizəyədək irəliləyib yalnız həlledici görüşdə almaniyalı Mixael Yuraka məğlub 
oldu və 4-cü yerlə kifayətləndi.
Mehman Əzizov (81 kq) isə yarımfinaladək inamla irəlilədi. Burada onun yo-
lunu polşalı Robert Kravçik kəssə də, idmançımız 3-cü yer uğrunda yarışa qoşul-
du. Həlledici qarşılaşmada rusiyalı rəqibi Dmitri Nosovun sağ qolunda çat olması 
barədə xəbərlər yayıldı. Amma o, sanki heç nə olmayıbmış kimi mübarizə aparırdı. 
Bu, Dünya Dopinq Əleyhinə Agentliyinin (WADA) diqqətini çəkdi. Çünki, cüdo 
kimi növdə qolunda çat olan idmançının mübarizəsi qeyri-realdır. Belədirsə, onun 
dopinq qəbul etməsi aşkar fakt olardı. Ancaq Bakıda qarşılanarkən Mehman bu 
xəbərləri cəfəngiyyat adlandırdı. Çünki rəqibi hər iki əlindən eyni səviyyədə fəal 
istifadə edirmiş. Beləcə, Mehmanın da 4-cü yeri ilə olimpiya hesabımıza komanda 
xalları artırıldı.
Avqustun  21-də  Azərbaycan  ikili  hisslər  yaşadı.  Günün  birinci  yarısında  ko-
mandamızın sonuncu qrupunu yola salmaq üçün Heydər Əliyev adına Beynəlxalq 
Hava  Limanına  yüzlərlə  insan  gəlmişdi.  Əlbəttə,  hər  bir  kəsin  qəlbində  böyük 
fərəh hissi ilə yanaşı, ümid həsrətindən doğan xəfif həyəcan da var idi. Axı, taek-
vondoçularımız və güləşçilərimiz Afinada medallar uğrunda mübarizə aparacaq 
real qüvvə sayılırdılar.
Axşam saatlarında eyni məkanda yenə qələbəlik idi. Azərbaycan qəhrəmanlarını 
qarşılayırdı.  Təbii  ki,  iki  atıcımız  -  İradə  və  Zemfira  ən  çox  sorğu-sual  olunanlar  
sırasında  idilər.  Ancaq  çıxışından  asılı  olmayaraq,  heç  kəs  diqqət  mərkəzindən 
kənar qalmadı. Axı, ürək öz təbii gücünə, qüdrətinə görə nə qədər zirvələr arzu-
lasa da, bu, sadəcə, bir yarışdır. Ən əsası, qədim ellin torpağında idmançılarımız 
Azərbaycanı əsl idmançı prinsiplərinə uyğun olaraq sədaqətlə təmsil etdilər.
Afinada yarışlar, hadisələr bir-birini əvəzləyirdi. Növbə boksçularımızın həlledici 
görüşlərinə çatmışdı. Azərbaycan boksunun son 10 ildə keçdiyi yol özü öyrənilib 
tədqiq  olunmalı  bir  sahədir.  Dünyada  məşhurluq  dərəcəsinə  görə  aparıcı 
mövqelərdə olan, mübarizə sıxlığına görə atletikadan, üzgüçülükdən belə geri 
qalmayan növdə irəliləmək çox mürəkkəb bir işdir. Ancaq Afinada Azərbaycan, 
təmsilçiliyinə görə, yalnız rinqin mütləq liderləri Kuba və  Rusiyadan geri qaldı. 
Dəri əlcək ustalarımız Balkan yarımadasındakı sınaqlardan üzüağ çıxdılar. Koman-
danın bütün üzvləri ilkin sədləri keçdilər və aşağı-yuxarı ilk onluq həddində olan 
qrupa  daxil  oldular.  Ümumiyyətlə,  boksla  bağlı  oyunlarda  ciddi  narazılıqlar  ya-
randı. Qruplaşmalar, mübarizələrdə idman prinsiplərindən kənar hiylələrə əl at-
maq cəhdləri oldu. Beynəlxalq Olimpiya Komitəsi rəhbərliyi və xüsusən prezident 
Jak  Roqq  xüsusi  bəyanatla  çıxış  etdilər.  Məsələ  Oyunlardan  sonra  da  təşkilatın 
diqqətindən düşmədi və hətta boksun olimpiya proqramından çıxarılması da cid-
di müzakirə obyektinə çevrilə bilərdi.
Afinada  dəri  əlcək  ustalarımızdan  Şahin  İmranov,  Ceyhun  Əbiyev  və  Ağası 
Məmmədov zərərçəkənlər sırasında idilər. Ən yüngül çəkidə (48 kq) yarışan Cey-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə