Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

95
Sidney: Həyəcanlı anlar
edəcəyəm” - deyən İlham Əliyev isə qaliblərin lideridir. Azərbaycanımıza bu gün, 
ən vacib məsələlərin, ən əsası Qarabağ savaşının bitməsi üçün yalnız QALİB LİDER 
lazımdır. Çox şükürlər olsun ki, bu gün belə bir lider Azərbaycanı xoşbəxt gələcəyə 
aparmaqdadır.



Afina: 
Çətin sınağın uğurları
Azərbaycan idmançıları bu dəfə də bütün dünyaya 
sübut etdilər ki, onların peşəkarlığı, hazırlığı çox 
yüksək səviyyədədir. Olimpiya oyunlarında 5 med-
al qazanmaq hər bir ölkə üçün böyük nailiyyətdir. 
Xüsusilə, həm əhalisinin sayı nöqteyi-nəzərindən
həm də ərazisinə görə o qədər də böyük olmayan 
Azərbaycan kimi ölkə üçün bu, böyük nailiyyətdir.  
İlham Əliyev



99
aesıfldksdılfkjaısldkf
10 pt


100
10 il öncə başlanan yol


101
İdmanda uğurları qazanmaq nə qədər çətindirsə, onu qorumaq və daha irəli 
getmək ondan da mürəkkəb işdir. Çünki hər bir müvəffəqiyyət özündə uğursuzluq 
toxumu gizlədir. Rəqiblərin daha ciddi yanaşması, “ulduzluq xəstəliyinə” tutulmaq, 
zədə problemi və s. obyektiv-subyektiv səbəblərdən zirvədə qərar tuta bilməmək 
də insan təbiətinə xasdır. Min bir zəhmətlə qazanılan başgicəlləndirici nailiyyətlərin 
tənəzzülün başlanğıcına çevrilməməsi, əməyə verilən yüksək qiymətin kimisə yol-
dan azdırmaması və çaşdırmaması da düşündürücü şərtlərdəndir. Milli Olimpiya 
Komitəsi  artıq  özünü  təsdiqləmiş  və  cəmiyyətdə  layiqli  yer  tutmuş,  beynəlxalq 
arenada özünəməxsus imic qazanmış təşkilat kimi yeni mərhələdə əvvəlkindən 
fərqli yükü öz üzərinə götürməli idi. Bu dövrdə keçmiş dövrün təcrübəsinə də 
söykənən genişmiqyaslı addımlar atılmalı, idmanımızın təməlinə uğurlu yeniliklər 
əlavə olunmalı idi.
Ölkədə çoxşaxəli idman quruculuğu işlərinə start verən və bununla qarşıdakı 
dövrdə əsas məqsədlərə yeni cizgilər əlavə edən MOK prezidenti İlham Əliyevin 
qarşıya qoyduğu vəzifələrin daha bir mərhələsi belə başladı: “Məqsədimiz odur ki, 
Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün gözəl şərait olsun. 
Siz, əziz idmançılar, çempionlar, hesab edirəm ki, gənc nəsil üçün, uşaqlar üçün 
örnək olmalısınız. Onlar sizin qələbələrinizə baxıb idman bölmələrinə gəlməlidirlər. 
Mən Sidneydə yaşadığım o qələbəni, xoşbəxt anları bir daha yaşamaq istəyirəm. 
Hesab edirəm ki, siz də bunu istəyirsiniz. Mən əminəm ki, belə də olacaq. 2004-
cü ildə Afina olimpiadasında da Azərbaycan uğurlar əldə edəcək. Azərbaycanın 
bayrağı qaldırılacaq, dövlət himni səsləndiriləcək və biz yenə Vətənə qələbə ilə 
dönəcəyik”.
XXVIII  Yay  Olimpiya  Oyunlarına  hazırlıq  marafonuna  2001-ci  il  martın  24-
də Milli Olimpiya Komitəsinin 3-cü Baş Assambleyasında start verildi. İkinci dəfə 
təşkilata  prezident  seçilən  İlham  Əliyev  “Afina  Olimpiadasına  3  il  deyil,  cəmi  3 
il  qalıb”  deməklə  Oyunların  vətənində  keçiriləcək  yarışlara  hazırlıq  vəzifəsini 
konkretləşdirdi.
Sidney  qaliblərinin  şərəfinə  təşkil  edilmiş  ziyafətdə  bu  sözlər  yeni  simalı 
qəhrəmanları olan idmanımızda olimpiyaçıların rolu və yerini göstərməklə yana-
şı, Afinaya hazırlığın da təməli idi. Həmişəki kimi Olimpiya hərəkatımızın liderinin 
Prezident İlham Əliyev həm də 
əsl idman həvəskarıdır
Afina: Çətin sınağın uğurları


102
10 il öncə başlanan yol
sözləri bir tərəfdən ciddi çalışmaq lazım olduğunu, digər tərəfdən bunun bəhrəsini 
görəcəyimizə əminliyi ifadə edirdi. Sidney sevincinin eyforiyaya çevrilməməsi üçün 
bu  məramnanə  sanki  bir  çağırış  idi.  Elə  bir  çağırış  ki,  sanki  sərkərdə  ordusunu 
döyüşə hazır olmağa çağıran kimi.
Geri  qalmamaq,  vahid  ailə  kimi  birləşib  fəaliyyəti  davam  etdirmək,  verilən 
qərarların obyektiv reallığını qiymətləndirib çalışmaq lazım idi.
Odur  ki,  Azərbaycanda  Olimpiya  hərəkatının  inkişafının  ikinci  mərhələsi 
çərçivəsində mütəşəkkil tədbirlər planı həyata keçirilməyə başladı. Azərbaycanda, 
demək  olar  ki,  məhvə  sürüklənmiş  komanda  idman  növlərinə  həyat  verilməsi 
prosesinə keçildi. Voleybol, basketbol, həndbol, otüstü hokkeydə kompleks işlər 
görüldü. Ölkəmiz beynəlxalq yarışların, tədbirlərin, görüşlərin vətəninə çevrildi.
Məqsədyönlü  hazırlıq  Sidney  Oyunlarından  sonra  start  götürsə  də,  hələ 
ötən əsrin son illərində də bir sıra işlər görülmüş, özülü qoyulmuşdu. Əvvəlcə 
yeniyetmələr,  sonra  gənclər  və  nəhayət,  ustalar  arasında  ənənəvi  Çoudri 
turnirlərinin nübarını Sidneydə daddıqsa, tezliklə dünya çempionatı tacı, mükafat-
ları da uğurlar silsiləsinə çevrildi.
Beynəlxalq yarışların təşkilatçısına çevrilməklə, əlbəttə, irəliləyişlərə nail olmaq 
mümkündür. Ancaq MOK prezidenti İlham Əliyev bu məsələyə fərqli yanaşma 
vəzifəsini qarşıya qoydu. “Turnir xatirinə turnir” prinsipi olmamalı, ya da bu tədbirlər 
tək həmin növün ölkədə populyarlaşmasına köməkçi rolu oynamamalıydı. Bunlar 
həm  də  idmanın  kompleks  təbliğinə,  olimpiya  hərəkatının  genişlənməsinə,  ya-
yılmasına xidmət göstərməli və ənənə halına çevrilməli idi. Belədə bunun daha 
Prezident İlham Əliyev 
Afinada idmançılarla birlikdə  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə