Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   18   19   20   21   22   23   24   25   ...   62

91
Sidney: Həyəcanlı anlar
qarşısına qoyduğu məqsədə çatmaq üçün var gücünü sərf edən bir idmançıdır. 
Üstəlik, Sidneydə yarışqabağı onun “mən bura qızıl medal üçün gəlmişəm” qətiyyəti 
istər-istəməz inam yaradırdı. Bu psixoloji əminlik məqamı yalnız öz qüvvəsinə ina-
nanlara xas ola bilər. Bunda nə özündən razılıq var, nə müştəbehlik, nə də saymaz-
lıq. Elə buna görə də “sehrli söz” inandırıcı görünür. 
Zala toplaşanların əksəriyyəti, təbii ki, amerikalını dəstəkləyirdi.  Amma Namiq 
onları tezliklə susdurdu. Ümumiyyətlə, ilk baxışdan elə görünürdü ki, bahadırımız 
qəribə fəallıq taktikası seçib. Axı, Henson çox gənc olduğu üçün üstünlüyü ələ alıb 
görüşü qələbə ilə başa vura bilərdi. Ancaq finalın nə olduğunu gözəl bilən Na-
miq və onun şəxsi məşqçisi Vahid Məmmədov, eləcə də yığmanın rəhbəri Yaqub 
Məmmədov bunun üstün tərəflərini də bilirdilər. Məhz təcrübə və fəallığı sayəsində 
pəhləvanımız rəqibini çaşdıra və lazım olan xalları qazana bilərdi. Çox keçmədi elə 
də oldu. 3000-dən artıq fəndin unudulduğu, güləşin standart fiziki və güc növünə 
çevrildiyi vaxtda məhz güləş estetikası ilə seçilən Namiq onu sevdirən “şah əsəri” 
“xaç” fəndini işlətdi. 3 xal - final üçün əla başlanğıcdır. Ancaq Henson da bu həddə 
təsadüfən gəlib çıxmadığını sübut edib, hesabı bərabərləşdirdi. Hərçənd buna o, 
xeyli güc-qüvvə və vaxt sərf etdi. 
Vəziyyət,  əlbəttə,  ürək  çırpıntılarını  şiddətləndirən  həddə  gəlib  çatmışdı.  Bir 
səhv hər şeyi həll edə bilərdi. Budur, Henson həmin yanlışlığa yol verir. Bax, bu 
an əsl çempionun taktiki məharətini də gördük. Namiqin müdafiə olunmaq ustalı-
ğı, rəqibə yanaşmaq üçün aman verməməsi, onu çarəsizlik tələskənliyinə salmaqla 
sanki “sən bu dəfə gözləməli olacaqsan” deyir və məqsədinə yaxınlaşan aslan kimi 
şansını gözləyirdi. Pəhləvanımız qəfil hücuma keçdi və bu an fit çalındı. Namiqin çin 
olmuş arzusu Sidneydə ikinci dəfə möhtəşəm himnimizi səsləndirdi. Milli idmanımızın 
qədim tarixi olan və Azərbaycan güləşi kimi tanıdığımız bir növdə ilk qızıl medalımızı 
Namiq Abdullayev qazandı. Minilliklərin, əsrlərin qovuşuğunda müstəqilliyin idman 
baharını yaşayan bir ölkə üçün bu əbədi zirvədir və onu güləşimizin tarixinə adını 
əbədi həkk etdirmiş Namiq fəth etdi.
Sərbəst güləşçilərimizdən 58 kq-da Arif Abdullayev 10-cu, 130 kq-da Rəcəb 
Əshəbəliyev  9-cu,  63  kq-da  Şamil  Əfəndiyev  isə  7-ci  yeri  tutaraq,  ilk  onluğa 
düşdükləri üçün xüsusi diplomlar aldılar. Üç yunan-Roma pəhləvanımızdan isə ikisi 
10 ən güclü idmançı sırasında oldu. Natiq Eyvazova püşkün üzü gülmədi. Elə qrup 
yarışında dünya güləşinin iki ulduzu - Türkiyəli Ərcan Ulduz və kubalı Rivas Lazaro 
ilə qarşılaşmalı oldu. O, rəqiblərdən birini yenə bildi və bu inamlı qələbə yalnız 7-ci 
yerə kifayət etdi. İslam Diquçiyev isə medal uğrunda da mübarizəyə qoşula bilərdi. 
Lakin turnirin elə ilk görüşündə sağ əlindən aldığı zədə yalnız qrup raundundan 
çıxmağa imkan verdi. 1/4 finalda İslam estoniyalı Nikitinlə başabaş mübarizə apar-
dı. Ancaq rəqib onun zəif yerini - zədəsini nişangaha çevirmişdi və istəyinə yalnız 
əlavə vaxtda çatdı. Bununla belə, İslam Diquçiyev komanda hesabımıza 6-cı yeri ilə 
qiymətli xal yazdı.
Sidneydə ağırlıqqaldıranlarımız da ilk onluğa daxil olanlar arasında idilər. 4 id-
mançımızdan 3-ü buna nail oldu. Gənc Nizami Paşayev isə 85 kq-da təkanla qaldır-
mada 202.5 kq çəkini ram edib gənclərin yeni dünya rekordunu müəyyənləşdirdi. 
Turan Mirzəyev 9-cu, Elxan Süleymanov 8-ci nəticə göstərdilər. 
Sidneydə qadın ağırlıqqaldıranlar da ilk dəfə olimpiya mübarizəsinə qoşulmuş-
dular. Təmsilçimiz Təranə Abbasova 53 kq-da birinci onluğu qapadı və diplomla 
təltif edildi. Olimpiadada mübarizə meydanında ölkəmizin 32-ci təmsilçisi də var 
idi. Güləş yarışlarını həmyerlimiz hakim Oqtay Hüseynov uğurla idarə etdi. Beləcə, 
Sidney  oyanış  dövrünü  yaşayan  Azərbaycan  idmanının  tərənnümü,  təntənə  anı 
oldu. 2 qızıl və 1 bürünc medalla komandamız 199 ölkə arasında 34-cü yeri tutdu. 
Avropa ölkələri sıralamasında isə bu, 23-cü nəticə demək idi.
Prezident Heydər Əliyev Olimpiya 
çempionu Zemfira Meftəhəddinovanı 
«Şöhrət» ordeni ilə təltif edir 
Prezident Heydər Əliyev məşqçi 
Hafiz Cəfərovu «Şöhrət» ordeni ilə 
təltif edir 


92
10 il öncə başlanan yol
Oktyabrın 2-də Sidneydən yola düşən heyət 2 gün sonra Binə hava limanında 
izdiham içərisinə düşdü. Küçələrə axışmış on minlərlə insan əvəzedilməz hisslərlə 
qəhrəmanların pişvazına çıxmışdı. Gül-çiçək dəstələri, mahnı-musiqi çələngi, gurul-
tulu alqış sədaları - bütün bunlar sanki qəhrəmanlıq göstərmiş döyüşçüləri xatırla-
dan idmançılarımızın şərəfinə səslənirdi.
Oktyabrın  18-də  -  Azərbaycanın  müstəqilliyi  haqqında  Konstitusiya  aktının 
qəbul olunmasının 9-cu ildönümü günündə ölkə başçısı Heydər Əliyev olimpiya 
qəhrəmanlarını  Prezident  iqamətgahında  qəbul  etdi.  Görüşü  giriş  sözü  ilə  açan 
dövlət rəhbərinin yarışların yekununa verdiyi qiymət çox vacib və obyektiv idi: “Mən 
bu gün bütün xalqımızın iftixar hissini ifadə edərək deyirəm ki, Azərbaycan idman-
çıları, bizim nümayəndə heyəti verdikləri sözə sadiq olmuşlar, çalışmışlar, yarışmışlar, 
vuruşmuşlar və böyük qələbələr əldə etmişlər. Azərbaycan xalqının tarixində bu 
böyük qələbə, ilk qələbədir. Biz indiyə qədər heç vaxt idman sahəsində bu qədər 
yüksək zirvələrə çatmamışıq” - deyən Azərbaycan Prezidenti çıxışını belə tamamla-
dı: “Azərbaycanın müstəqilliyi dövründə bizim nailiyyətlərimiz az olmayıbdır. Ancaq 
indiyə qədər bütün xalqımızı, bütün vətəndaşlarımızı bu qələbə qədər, bu nailiyyət 
qədər sevindirən heç bir şey olmamışdır. Bütün xalq sevinmişdir. Siz bizə sevinc 
gətirmisiniz. Siz bizim xalqımızda böyük ruh yüksəkliyi yaratmısınız. Siz Azərbaycan 
xalqının, Azərbaycan övladının nəyə qadir olduğunu bütün dünyaya nümayiş et-
dirmisiniz.”
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Olimpiya Oyunlarının yekunları 
ilə bağlı hesabat xarakterli məruzəsində komandamızın çıxışını yüksək dəyərləndirdi: 
“Bizim məqsədimiz olimpiadada medallar qazanmaq idi və biz buna nail olduq. 
Bizim məqsədimiz reytinq cədvəlində yüksək yer tutmaq idi. Biz buna da nail olduq. 
Biz çox istəyirdik ki, Azərbaycanın qızıl medalları olsun və belə də oldu”.
Medal qazanan idmançılar Vüqar Ələkbərov, Zemfira Meftəhəddinova, Namiq 
Abdullayev, stend atıcılığı məşqçisi Hafiz Cəfərov qazandıqları uğurlardan söz açdı-
lar, göstərilən qayğıya və diqqətə görə təşəkkürlərini bildirdilər.
Yolasalma mərasimində sürpriz edərək, fərqlənən idmançılara veriləcək müka-
fatı xeyli artıran Azərbaycan Prezidenti daha bir qayğıkeşlik göstərdi. Sidneydə me-
dal qazanmayan bütün idmançılar 10 milyon manat, yekunlara görə, on ən yaxşılar 
Prezident Heydər Əliyev Olimpiya 
çempionu Namiq Abdullayevi 
«Şöhrət» ordeni ilə təltif edir 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə