Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

103
bir keyfiyyət üstünlüyü də olacaqdı: Azərbaycanın beynəlxalq aləmdə təşkilatçı 
nüfuzu artacaq, əlaqələr daha da genişlənəcəkdi.
Ölkə  başçısının  digər  bir  təklifi  də  hələ  Sidney  Oyunlarından  əvvəl  idma-
nımızın həyatında real əksini tapmışdı: 1997-ci ildə gələcəyin uğurlarına çevriləcək 
verilmiş bir qərarın nəticəsi olaraq, bir il sonra ölkədə ilk dəfə yeniyetmə oyunları 
keçirildi. Olimpiya ideyalarının ən böyük təbliğ aparatı olan bu yarışlar tezliklə yeni 
perspektivlərin üzə çıxmasında, ölkə idmanının kütləviliyinin təşkilində əhəmiyyətli 
rol oynadı.
Afinaya aparan birbaşa yol Milli Olimpiya Komitəsinin Gənclər və İdman Nazirliyi 
ilə birgə işlənmiş planları əsasında başladı. Hazırlıq prosesində Olimpiya ümidlərinə 
diqqətin daha da artırılması, imkanların optimal həddinin müəyyənləşdirilib müva-
fiq qərarların verilməsi, idmançıların maddi təminatının yüksəldilməsi, beynəlxalq 
yarışlarda  iştirak  və  təlim-məşq  toplantılarının  təşkili  yenidən  operativ  tədbirlər 
sırasında  idi.  Bu  məqsədlə  yaradılmış  xüsusi  qərargah  məsələlərin  korporativ 
həllində mühüm işlər gördü.
Azərbaycan  Prezidenti  fərmanla  olimpiya  çempionlarına  hər  ay  2  mil-
yon  manat  xüsusi  olimpiya  təqaüdü  təsis  etdi.  Namiq  Abdullayev  və  Zemfira 
Meftəhəddinovaya, həmçinin də bu qərarın Rəfiqə Şabanovaya, Lüdmila Şubina-
ya və Nazim Hüseynova şamil edilməsi (Sonralar İnna Rıskal, İqor Ponomaryov və 
Fərid Mansurov da bu təqaüdə layiq  görülüblər) idmançıların yüksək statusunun 
diqqətdə saxlanılmasının daha bir nümunəsi idi. Eyni zamanda, dövlətin daha ge-
niş miqyasda tanınmasına, beynəlxalq aləmdə yerinin möhkəmlənməsinə xidmət 
göstərənlər sırasından Ağayar Axundzadə, Xəzər İsayev, Yaşar Məmmədov, İnna 
Rıskal, Rəfiqə Şabanova və Lüdmila Şubinanın “Şöhrət” ordeni ilə, bir qrup id-
mançı və mütəxəssisin isə “Tərəqqi” medalı ilə təltif edilməsi ölkə rəhbərinin id-
manımıza olan böyük qayğısının bariz nümunəsi idi.
Niyaməddin  Paşayevin  postsovet  məkanında  dünya  zirvəsinə  qalxan  ilk  ta-
ekvondoçu  olması  və  Avropa  qızılı,  Arif  Abdullayevin  17  ildən  sonra  sərbəst 
güləşin  dünya  qızılını  Azərbaycana  gətirməsi,  Ağası  Məmmədovun  boks 
tariximizdə ilk dünya tacı, Nizami Paşayevin isə ağırlıqqaldırmada eyni zəfəri, Zem-
fira Meftəhəddinovanın stend atıcılığında qitənin və planetin ən güclüsü olması, 
Afina: Çətin sınağın uğurları
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, 
Şeyxülislam Hacı Allahşükür Paşazadə Afinaya 
yollanan olimpiyaçılarımıza xeyir-düasını verərək, 
müqəddəs «Qurani-Kərim» kitabını bağışlayır


104
10 il öncə başlanan yol
Dinarə Gimatovanın bədii gimnastikamızın ilk medallarını dünya kubokunda əldə 
etməsi bu dövrün ən yaddaqalan uğurlarından idi. İldən-ilə beynəlxalq arenalar-
da dünya, Avropa çempionatları, kubok yarışları və onlara bərabər turnirlərdən 
Azərbaycana gətirilən medalların sayının artması öz-özlüyündə hər şeyin heç də 
asan başa gəlmədiyini aydın göstərirdi.
1997-ci ildən 2004-cü ilə qədər 1166 medal qazanılmışdı. Bunlardan 406-sı 
qızıl, 317-si gümüş və 443-ü bürünc medal idi. Olimpiya proqramına daxil olan 
növlər üzrə də mükafatların artım tempi yüksələn xətlə inkişaf etmişdi. 1997-ci ildə 
idmançılarımızın ümumi medal daxılına töhfəsinin 16,18 faizi olimpiya növlərinin 
payına düşürdüsə, 2003-cü ildə bu rəqəm 39,36 faizə çatmışdı. Ümumən, 1997-
2003-cü illərdə olimpiya ümidlərimiz Vətənə 333 medalla dönmüşdülər. Ortaq 
məxrəcə nəzər salsaq, 2004-cü ildə potensial olimpiyaçıların ümumi qazancının 
28,56 faizə yüksəldiyinin şahidi olarıq. Qeyri-olimpiya idman növlərinin çeşidi və 
nisbət fərqinə nəzər salsaq, dünya ölkələri ilə müqayisədə Azərbaycanda inkişaf 
tendensiyasının güclü olduğu aydın görünər.
Komanda idman növlərindəki uğurlar da diqqəti cəlb edir. Voleybol və otüs-
tü hokkey komandalarımız yarış reqlamentlərinə görə, nəinki aşağı dəstələrdən 
yüksək dərəcəli divizionlara yüksəldilər, hətta Afina Oyunlarına vəsiqə uğrunda 
mübarizələrə qoşuldular. “Azərreyl” voleybol klubu qadınların Top komandalar 
kubokunu qazandı. Bir vaxtlar Azərbaycanın tək SSRİ deyil, dünya miqyasında səsi 
ola biləcək həndbolun pərən-pərən salınmış təsərrüfatının bərpa olunması işinə 
də  uğurla  başlanıldı.  Seçmə  komandamız  “Çağırış  Kuboku”na  sahib  çıxdı.  Bas-
ketbolda isə bütün işlərə yenidən start vermək lazım gəldi. Tək yığma komanda 
deyil, klub səviyyəsində də yeni işlər görüldü. 2001-ci il mayın 7-də Afina Oyun-
larına ilk lisenziya qazanıldı. Ötən olimpiadaya yalnız xüsusi dəvətlə gedən, lakin 
Sidneydə  fəxri  kürsünün  ən  yüksək  pilləsinə  qalxmaqla  dünya  stend  atıcılığının 
liderlərindən olduğunu sübuta yetirən Zemfira Meftəhəddinova dünya çempio-
natında qalib gələrək, planetdə bu hüququ ilk əldə edənlərdən oldu.
Afina  Olimpiadasına  məqsədyönlü  hazırlıq  2003-cü  il  iyulun  5-dən  həlledici 
fazasına  qədəm  qoydu.  Ölkə  başçısı  Heydər  Əliyevin  “XXVIII  Yay  Olimpiya 
Oyunlarına  hazırlıq  haqqında”  sərəncamı  işlərin  konkretləşməsinə  və  daha  da 
Olimpiya və dünya mükafatçıları – 
N.Abdullayev, Z.Meftəhəddinova, 
V.Ələkbərov və A.Məmmədov 


105
dərinləşməsinə yol açdı.
Hələ Olimpiya Oyunları başlamazdan əvvəl, Azərbaycanda olimpizm yeniliklərlə 
zəngin  oldu.  İlk  dəfə  olimpiadaya  hazırlıq  dövlət  büdcəsində  əksini  tapdı.  Bu 
məqsədlə 3 milyard 500 milyon manat vəsait ayrıldı. Hazırlığa sərf olunmuş ümu-
mi vəsaitin həcmi 4 milyard 105 milyon manat təşkil edirdi. Lisenziya turnirlərinin 
Azərbaycanda keçirilməsinə və idmançılarımızın vəsiqə verən yarışlarda iştirakına 
1 milyard 540 milyon manat xərcləndi. Təlim-məşq toplanışları 500 milyon ma-
nata, idman formasının bərpası prosesi, avadanlıq, tibbi vəsaitlər isə ümumən 1 
milyard 385 milyon manata başa gəldi. Dövlət lisenziya qazanmış idmançılara və 
onların məşqçilərinə, nümayəndə heyətinin Afinaya yola salınması və bu qəbildən 
bir sıra işlərə 520 milyon manat ayırdı.
Sidney  Oyunları  dövründə  qoyulmuş  ənənələr  Milli  Olimpiya  Komitəsinin, 
dövlət, ələlxüsus Gənclər və İdman Nazirliyi, həmçinin milli assosiasiyalarla birgə 
vahid konsepsiyanın tərtib edilməsinə münbit zəmin yaradırdı. Bu dövrün ən va-
cib məqamı beynəlxalq aləmdə Azərbaycanın idman ölkəsi olduğunu göstərən 
faktorlardır.
Quruculuq  işlərinin  çoxşaxəliliyi,  maddi-texniki  bazanın  inkişafı,  əldə  olunan 
nailiyyətlərlə  bərabər,  ölkəmizə  maraq  izləyici  səviyyəsini  aşıb,  keyfiyyətcə  yeni 
mərhələyə qədəm qoymuşdu. Ölkədəki ictimai-siyasi sabitlik, sosial-iqtisadi durum 
Azərbaycanı region dövlətləri arasında idman sahəsində də etibarlı tərəfdaşa çe-
virmişdi. Odlar yurdunda bir-birinin ardınca keçirilən dünya və qitə çempionatları, 
yüksək statuslu beynəlxalq yarışlar bu mərhələnin aynasıdır. Bu tək Azərbaycanda 
idmanın  daha  geniş  yayılmasına,  prioritet  sahəyə  çevrilməsinə  təsir  göstərmir, 
həm də beynəlxalq arenadakı uğurlarda əksini tapır, onları möhkəmlədir, təcrübə 
mübadiləsinin,  praktika,  bacarıq  və  ustalığın  artmasına  kömək  edirdi.  Müxtəlif 
səviyyələrdə yarış təşkilatçılığında əldə olunan müvəffəqiyyətlərin nəticəsi idi ki, 
ölkəmizdə 3 Olimpiya lisenziya turniri keçirildi. 
Bakıda Olimpiya təsnifat turnirlərinin ilkini voleybolçu qadınlar 2004-cü il yan-
varın 5-dən 10-dək etdilər. 8 komandanın 2 qrupda, ardınca yarımfinal və final 
görüşləri Afinaya vəsiqə qazanan Almaniya yığmasına düşərli oldu.
Avropanın 37 ölkəsindən 120-dək taekvondoçu fevralın 21-dən 23-dək Bakı 
Afina Olimpiadası:
Fərid Mansurov final 
görüşünün sonuncu fasiləsində 
Afina: Çətin sınağın uğurları


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə