Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   17   18   19   20   21   22   23   24   ...   62

89
Sidney: Həyəcanlı anlar
olsa, yetər. Ancaq Zemfira hər iki “uçan hədəf”i məhv edir: Qızıl medal! Müstəqil 
Azərbaycan idmanı əsrlərin qovuşuğunda idmanın yeni, intibah ruhlu yüksəlişinə ən 
yüksək əyarla, olimpiya zirvəsi ilə başlayır. İlk dəfə Azərbaycan bayrağının olimpiya 
səmasında yüksəliş anlarını himnimiz müşayiət edəcəkdi. Tək bu deyil, stend atıcılı-
ğının Olimpiya debütü bundan sonra Azərbaycan zəfəri ilə xatırlanacaqdı. Amma... 
Yarış hələ bitməmişdi...
Ulu hisslərin ürəklərimizə hakim kəsildiyi, sevincimizin hədd-hüdudu olmadığı bir 
vaxtda Zemfira hələ daha 2 dəfə hədəfi nişan almalı idi. “Qalib gəldiyimi bilsəm də, 
son 2 hədəfdə dəqiq olub yarışı əsl qalib kimi başa vurmalı idim” - deyən idman-
çının sənətinə əsl peşəkar münasibətinə, hisslərini cilovlamağı bacarmasına heyran 
olmaya bilmirsən. Bu əsl qalib stendçi vərdişidir. O, son 2 dəqiq atəşi ilə ümumi 
olimpiya rekordunu 98 xala çatdırdı.
Azərbaycanın ilk müstəqil olimpiya zirvəsini belə fəth etməsini heç də təsadüfi 
saymaq olmur. Qələbə, torpağının 20 faizi düşmən tapdağı altında olan məmləkətin 
tükənməz  gücünün, xalqının sarsılmaz inamının, bir gün mütləq çin olacaq arzuların 
onu gələcəyə səsləyən rəmzi ifadəsidir. Ancaq yarışlar bununla bitmirdi. Qarşıda 9 
günlük mübarizə var idi. Müstəqillik dövründə inkişaf templərinə görə Azərbaycanda 
idman növləri arasında boks xüsusilə seçilirdi. Sistemli yanaşma, yüksək təşkilatçılıq 
bacarığı ilə qurulan iş bəhrəsini verdi. Bu mənada AİBA prezidenti Ənvər Çoud-
rinin şərəfinə keçirilən turnir xüsusi qeyd edilməlidir. Belə bir yarışın ölkədə təşkil 
edilməsinin əhəmiyyətini danmaq olmaz. Onun təşkilini ölkə başçısı Heydər Əliyev 
təklif etmişdi. İllər keçdikcə bu ideya sayəsində Azərbaycan boksu dünya liderləri 
cərgəsinə yüksəldi. Ənənəvi turnir yeni istedadlı boksçular nəslinin yetişməsində, 
onların püxtələşməsində və beynəlxalq təcrübə qazanmasında həlledici rol oynadı. 
1996-cı  ilədək  Azərbay-can  boksunun  elə  ciddi  uğuru  yox  idi.  Həmin  il  Ədalət 
Məmmədov olimpiadada çıxış edən ilk boksçumuz olmuşdu. Fitri istedadına görə, 
çıxışı böyük hadisəyə çevrilsə də, o, hakim ədalətsizliyi ilə üzləşmişdi. Lakin Vətənə 
döndükdən sonra ölkə başçısı onun əməyinə, olimpiya medalı qazanmış kimi, yüksək 
qiymət vermişdi. Bu, sadəcə qərar deyildi: hər bir idmançının tək nailiyyətlərinin deyil, 
həm də çəkdiyi zəhmətin qiymətləndiriləcəyinin, hədər getməyəcəyinə olan inamı-
nın artmasına xidmət edirdi. Ümumiyyətlə, rinq ustalarının döyüşü, bütün dünyada 
daim diqqət mərkəzində olur. Çünki böyük biznes, şou sahəsinə çevrilmiş peşəkar 
boksun yolu məhz həvəskarlıqdan keçir. Məhəmməd Əlinin Roma Yay Olimpiya 
Oyunlarında qalib gəlib sonra peşəkar rinqin ən uca zirvəsinə qalxması bu növdə 
sıçrayışa səbəb oldu. Boksun inkişaf templərinin artdığı bir şəraitdə Azərbaycanın 
qısa müddətə keçdiyi yol ibrətamizdir. Boksa marağın həddini göstərmək üçün adi 
bir faktı qeyd etmək yerinə düşər: ölkə çempionatı keçirilən zaman satışa bilet çı-
xarılır və onu əldə etmək üçün növbələr yaranır. Bu daxili rəqabətin güclənməsinin, 
hər çəkidə mübarizənin keyfiyyətinin artmasının göstəricisidir. Bunlar Azərbaycan 
boksunun beynəlxalq arenada ən mötəbər yarışlarda uğurlarının təməl daşlarından 
idi.
Sidneyə 5 boksçumuz yollandı. Püşkün sərt üzü ilə rastlaşan 3 dəri əlcək usta-
mız daha təcrübəli və iddialı həmkarına uduzdu. Ancaq Ruslan Xairov heç kəsin 
gözləmədiyi halda sürpriz etdi. 1/4 finalda o, Atlanta Oyunlarının qalibi, 67 kq çəki 
dərəcəsində  qarşısıalınmaz  favorit  sayılan  rusiyalı  Oleq  Saitova  yumruğunun  gü-
cünü göstərdi. Görüş 10:10 hesabı ilə heç-heçə bitdi. Amma hakimlər Saitovun 
nüfuzunun  təsiri  altında  qələbəni  ona  verdilər.  Nəticədə  Olimpiya  medalının  bir 
addımlığında dayanan Ruslan 5-ci yeri tutdu. Ancaq bununla belə o, qeyri-rəsmi 
komanda hesabımıza qiymətli xalı yazdı. Azərbaycan boksu Sidneydə son illərdəki 
inkişaf tempinin ilk dividendini qazanmalıydı.
Mingəçevirdə dünyaya göz açmış gənc Vüqar Ələkbərov Sidneyə 19 yaşına 


90
10 il öncə başlanan yol
uyğun gəlməyən iddia ilə yollanmışdı: “Vətənə, anamın yanına medalla qayıdaca-
ğam”. Boksda psixoloji “qüdrət” amilinin rolu hər bir mütəxəssisə bəllidir. Hərçənd 
bu iddiaya hər kəs düşə bilməz, o ki qalmış böyük rinqdə ilk addımlarını atan id-
mançı olsun.
Hələ  ilk  döyüşünün  zinci  vurulmamış  Vüqarın  qalib  gələcəyinə  əmin  olmaq 
mümkün idi. Keniyalı Peter Nqumi onun sanki Fərhad külüngü kimi, Büsutun dağını 
yaran yumruqlarının qarşısında aciz idi. Rəqibi sanki rinqdə nə edəcəyini bilmirdi və 
təslim oldu. Amma sonrakı döyüşdə onu tək rəqiblə sınaq gözləmirdi. Pol Miller ev 
sahibi - avstraliyalı idi. Demək, Vüqar həm də zalın gurultusu, uğultusu ilə vuruş-
malıydı. Bu məqamda Vüqara ən böyük dəstəyi Milli Olimpiya Komitəsinin prezi-
denti İlham Əliyev verdi. Yarışdan bir gün öncə idmanımızın lideri onu ilk qələbəsi 
münasibətilə təbrik etdi və yerli boksçu Millerə də qalib gələcəyinə əmin olduğunu 
söylədi. Bu, sanki gənc boksçu üçün çağırış siqnalı oldu.
Söz yox ki, hakimlər də az-çox avstraliyalıya rəğbətə meylli olacaqdılar. Ancaq 
əlcək ustamız səngimədi. O, zərbələrinin sərtliyinə və dəqiqliyinə daha çox diqqət 
etdi. Döyüş sürətini azaltması isə onu tamaşaçıların psixoloji təsirindən yayındırdı. 
Yekunda hakimlərə də Vüqarın qələbəsini elan etməkdən başqa çarə qalmadı. O, 
“Harbor” zalının yekdil alqışları ilə rinqi tərk etdi. Baş məşqçi Rauf Cabbarovun tapşı-
rıqlarına səlis əməl edib döyüşdən-döyüşə mətinləşən Vüqar Türkiyəni təmsil edən 
Akın Kokuridzeyə qarşı döyüşü bir qədər təmkinli keçirdi. O, müdafiəni unutmur, 
texniki ifaya və zərbələrin dəqiqliyinə fikir verirdi. Əlbəttə, belə də olmalı idi. Axı, 
rəqibi təcrübəliydi və son şansını qaçırmaq fikrində deyildi. Vüqar bu sınaqdan da 
üzüağ çıxdı. Bu isə, ən azı bürünc medalin qazanılması demək idi.
Sonrakı  döyüşdə  rəqib  dünya  boksunun  lider  ölkəsi  Kubanın  ən  aparıcı  dəri 
əlcək ustası və əsas ümidi Xorxe Qutyerres idi. Vüqar əlindən gələni etdi. Ancaq 
kubalı  obyektiv  güclü  idi.  Bununla  belə,  Rəşid  Məmmədovun  yetirməsi  qarşısına 
qoyduğu əsas vəzifəsini yerinə yetirdi. O, tək özünün deyil, Azərbaycan boksunun 
ilk Olimpiya medalını qazandı.
Azərbaycan güləşsevərləri yarışı xüsusi ovqatla, böyük ümidlərlə gözləyirdilər. 
Oyunların son proqramları arasında olan güləşin Azərbaycanda özünəməxsus yeri, 
böyük tarixi, zəngin ənənələri, irsi var. Atlantada müstəqil dövlətimizin ilk olimpi-
ya  medalını  qazanmış  Namiq  Abdullayevə  ümidlər  xüsusi  idi.  Axı,  o,  son  illərdə 
güləşimizin  yetirdiyi  ən  böyük  istedaddır.  Ümumiyyətlə,  Namiqin  güləş  üslubun-
da şirinlik, doğmalıq var. O, cəsarətli qərarlar verməkdən çəkinmədiyi kimi, güləşin 
fənd sarıdan kasadlaşdığı bir dövrdə ən gözlənilməz cəhdləri uğurla yerinə yetirir. 
Bəlkə elə bu qətiyyətidir ki, hələ 1996-cı il Oyunlarından Vətənə döndüyü vaxt ölkə 
başçısının onun gümüş medalını qızıla bərabər saymasını özünə şərəf bilib, qarşısına 
ən uca zirvəni fəth etmək məqsədi qoymağa şərait yaratdı. Olimpiya seçməmizin 
kapitanı  kimi  yolasalma  mərasimində  o,  Azərbaycana  qızıl  medalla  dönəcəyinə 
söz  verdi.  Buna  kim  inanmırdı  ki?!  Sərbəst  güləşçilərin  54  kq  çəki  dərəcəsində 
mübarizəsinə pəhləvanımız qrupdakı hər iki rəqibi məğlub etməklə başladı.
Püşkə görə, o, birbaşa yarımfinala çıxdı. Amma bu dəfə rəqib güclü və təcrübəli 
yunanıstanlı  Əmiran  Kartanov  idi.  Bahadırımız  olimpiya  ölkəsi  təmsil-çisinə  aman 
vermədi. Qarşılaşma əvvəldən axıradək həmvətənimizin diktəsi şəraitində keçdi və 
5:3 hesablı qələbə medal daxılımızın zənginləşəcəyini bəyan etdi. 
Görəsən, Namiq bu dəfə vəd verdiyi qızılı qazanacaqdımı? 1996-cı ildə o, Olim-
piya zirvəsini fəth etməliydi. Lakin bolqarıstanlı İordanovla final görüşündə hakim 
səhvləri onu daha 4 il gözləməyə məcbur etmişdi.
Budur, 54 kq-ın daha bir finalı. ABŞ pəhləvanı Samuel Henson həm gənc, həm 
də çevik idmançı idi. Üstəlik, 1998-ci il dünya çempionatında Namiqə qalib gəlmişdi. 
Bu dəfə isə güləşimizin fəxrinin də öz üstünlükləri var idi. O həm təcrübəli, həm də 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə