Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

84
10 il öncə başlanan yol
oldu. İki bölmədən ibarət proqramın birinci hissəsində əvvəlki illərin nəticələri; poten-
sial qüvvənin hesablanması; ümidlərin aşkara çıxarılması; bütün təşkilatlar və onların 
imkanlarının, vəziyyətinin aydınlaşdırılması; hər bir qurumun görəcəyi işlər; oyunların 
xüsusiyyəti baxımından yerinə yetirilməli olan vəzifələr müəyyənləşdirildi. İkinci hissə 
3 mərhələdən ibarət idi. Birincidə, 1997-2000-ci illəri əhatə edən yarış və təlim-məşq 
toplanışlarının, heyətlərin təşkili; 3 geniş sahə üzrə dayaq növlərin müəyyən edilməsi 
(bu tək Sidney deyil, həm də bütün gələcək fəaliyyət üçün vacib idi) və buna ciddi 
nəzarət mexanizmləri əksini tapmışdı. İkincidə, 1998-99-cu illərdə, taktiki-texniki, fiziki-
funksional hazırlıqların inkişaf etdirilib təkmilləşdirilməsi, Sidneydəki ekvivalent şəraitə 
(iqlim, coğrafi, yarış və s.) uyğunlaşdırılması; heyətlərin tam komplektləşdirilməsi və 
fərdi proqramların işlənməsi nəzərdə tutulmuşdu. Üçüncüdə, 1999-2000-ci illərdə 
isə hazırlığın yüksək beynəlxalq standartlar səviyyəsinə çatdırılması; lisenziya yarışla-
rında optimal qüvvə ilə iştirak həyata keçirilməli idi.
Bu  dövrdə,  1998-ci  il  fevralın  20-də,  olimpiya  hərəkatına  heç  vaxt  yardımını 
əsirgəməyən ölkə başçısı Heydər Əliyev “XXVII Yay Olimpiya Oyunlarına hazırlıq 
haqqında”  sərəncam  imzaladı.  Milli  Olimpiya  Komitəsinin  beynəlxalq  arenalarda, 
ölkədaxili  məsul  yarışlarda  yüksək  nəticələr  göstərən  idmançıları  mükafatlandır-
ması,  onlara  misli  görünməmiş  hədiyyələr  verilməsi  də  hazırlığın  sürətlənməsinə 
həvəsləndirici təkan oldu.
Məqsədyönlü tədbirlərin nəticəsi kimi, olimpiadalarda cəmi ikinci dəfə müstəqil 
dövlət qismində təmsil olunan Azərbaycan Sidneyə daha böyük tərkibli komanda 
ilə yollandı.
Milli Olimpiya Komitəsinin prezidenti uzaq Avstraliyaya yollanmazdan əvvəl çı-
xışında əsas vəzifəni qısa və konkret, lakin ağır çəki ilə müəyyənləşdirdi: “İşimizin 
bəhrəsi Sidneydə üzə çıxmalı, orada göstəriləcək nəticələrdən asılı olaraq, həqiqi 
qiymətini almalıdır”.
Uğur həm də şəraitdən asılı olur. Üstəlik, nəzərə almaq lazım idi ki, Avstraliya 
Cənub yarımkürəsində - tam fərqli iqlim və coğrafi ərazidə yerləşir. Təbii faktorların 
da dəqiq öyrənilib, idmançılara ən optimal, rahat şərait yaradılması xüsusi proqram-
la həyata keçirildi. Komandamız təlim-məşqləri avqustun son ongünlüyündə başa 
vuraraq, iqlimə uyğunlaşmanı asan ötüşmək üçün Sidneyə erkən yola salındı.
Sidneyə yollanan olimpiyaçılara 
xeyir-dua verən prezident Heydər Əliyevə 
xatirə hədiyyəsi təqdim olunur 


85
Sidney: Həyəcanlı anlar
Avqustun 25-də Zuğulbadakı “Gənclik” Beynəlxalq Turizm Mərkəzində dövlət 
rəhbəri  Heydər  Əliyevin  iştirakı  ilə  olimpiyaçıların  təntənəli  yolasalma  mərasimi 
təşkil  olundu.  Milli  Olimpiya  Komitəsinin  prezidenti  İlham  Əliyev  ölkə  başçısına 
oyunlara hazırlıq barədə məlumat verdi. Cüdo seçməmizin baş məşqçisi Ağayar 
Axundzadə, Olimpiya komandamızın kapitanı Namiq Abdullayev uzaq yaşıl ada-
da  Azərbaycanın  idman  şərəfini  layiqincə  qorumaq  üçün  bütün  qüvvələrini  tam 
səfərbər edəcəklərinə, Vətənə medallarla qayıdacaqlarına söz verdilər. Dövlət baş-
çısı Heydər Əliyevin Azərbaycanın idman tarixini özündə əks etdirən hərtərəfli təhlil 
və  qiymət  xarakterli  çıxışı  nümayəndə  heyətimizə  mənəvi  dəstək,  eyni  zamanda 
onların sağlam mübarizəyə köklənməsinə əlavə stimul verdi. İdmançıları ruhlandırıb 
onlara uğurlar arzulayan Azərbaycan Prezidenti olimpiya medalçılarının mükafatla-
rını artırmaq qərarına gəldiyini söylədi. İndi Sidneydən Vətənə qızıl medal gətirənə 
25 deyil, 50 min ABŞ dolları veriləcəkdi. Gümüş mükafat 10 mindən 30 min, bürünc 
medal isə 5 mindən 25 min ABŞ dollarınadək artırıldı.
Zuğulbadakı tədbirdə Avropa və dünya boks çempionatlarının bürünc müka-
fatçısı Əli İsmayılov idmançılar adından and içdi. Prezident Heydər Əliyevin xeyir-
duası  ilə  olimpiyaçılar  dövlət  bayrağını  öpüb,  anda  sədaqətlərini  təsdiq  etdilər. 
Rəsm əsərlərinin nümayişi, incəsənət ustalarının konsert proqramı başa çatdıqdan 
sonra Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abiyev boksun ölkədə 
inkişafına qayğısına görə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) medalını 
və “Avropa yubiley ordeni”ni ölkə başçısına təqdim etdi. Dövlət rəhbəri olimpiya 
komandasının üzvləri ilə xatirə şəkilləri çəkdirdi.
Yola  düşməzdən  əvvəl  sonuncu  tədbiri  -  “Olimpiya  gecəsi”ni  Milli  Olimpiya 
Komitəsi  “Coca-Cola”nın  Azərbaycan  nümayəndəliyi  ilə  birgə  keçirdi.  Avqustun 
29-da paytaxtdakı “Hyatt Regency” mehmanxanasının “Quba” zalına ölkə idman 
ictimaiyyətinin  aparıcı  təmsilçiləri  toplaşmışdılar.  Milli  Olimpiya  Komitəsinin  prezi-
denti İlham Əliyev çıxışında idmançıların yarış və mübarizə ovqatına köklənmələri, 
iqlimə uyğunlaşmanı asan keçmələri üçün komandanın erkən yola salındığını qeyd 
edərək,  Sidney-2000-nin  son  2  ildə  komitədə  görülmüş  işlərin  mahiyyətinin  real 
əksini üzə çıxaracağını və çəkilən zəhmətin qiymətinin əldə ediləcək nailiyyətlərlə 
bağlı olduğunu söylədi. “Əminəm ki, Sidneydən Azərbaycan idmançıları medallar-
Sidneydə Azərbaycan günü 


86
10 il öncə başlanan yol
Sidney, XXVII Yay Olimpiya Oyunları. 
Azərbaycan güləşçisi N.Abdullayev 
fəxri kürsünün ən yüksək pilləsində 
la dönəcəklər”. O, fəxri kürsüyə yüksələcək olimpiyaçılara və onların məşqçilərinə 
MOK tərəfindən veriləcək məbləği də elan etdi: Ən yüksək pilləyə qalxacaq atlet 
50 min, onun məşqçisi 30 min, ikinci yer sahibi 30 min, məşqçisi 20 min, üçüncü 
olacaq idmançı 25 min, məşqçisi isə 15 min ABŞ dolları dəyərində pul mükafatı ala-
caqdı. Bu, ən uca mükafatı qazanaraq xalqın sevimlilərinə çevriləcək olimpiyaçıları-
mızın, mütəxəssislərin əməyinə verilən qiymətin daha bir bariz nümunəsi oldu. Bunu 
dünyanın aparıcı və yüksək inkişaf səviyyəsində olan ölkələrinin mükafat standartları 
ilə müqayisə etmək olardı.
Avstraliya səfərinə nümayəndə heyətimiz sentyabrın 2-də Binə hava limanından 
Bakı-Dubay-Sidney marşrutu ilə çıxdı. İzdihamlı kütlə onları yola salmağa gəlmişdi. 
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə 
idmançılarımıza xeyir-duasını verib, müqəddəs Quran kitabını komandanın kapitanı 
Namiq Abdullayevə təqdim etdi.
Sentyabrın 4-də olimpiyaçılarımız Oyunların keçiriləcəyi məkana yetişdilər.  Bu-
rada onları qəbul etmək üçün bütün şərait yaradılmışdı. Təşkilat komitəsi bütün 
işlərdə  idmançıların  optimal  rahatlığını  -  yerləşdirilmədən,  məişət  məsələlərindən 
tutmuş istirahət, məşq, asudə vaxtın səmərəli keçirilməsi üçün proqramlaradək hər 
şeyi nəzərə almışdı. Komandamız Olimpiya kəndində yerləşdirildi. İki gündən son-
ra Azərbaycan nümayəndəliyinin açılışı, təqdimat və dövlət bayrağının ucaldılması 
mərasimi keçirildi.
Yarışların  açılış  mərasimi  sentyabrın  15-də  Sidneyin  mərkəzi  arenasında  oldu. 
Hələ  hazırlıq  dövründən  görülən  işlərin  miqyası  əsrlərin  qovuşuğunda  keçirilən 
bu  Oyunların  tarixin  ən  möhtəşəm  idman  bayramına  çevriləcəyinə  işarə  idi. 
Gördüklərimiz gözlənilənləri də ötüb keçdi. Zəngin tarix, milli-mədəni irs bu gündən 
sabaha ümidlərlə yüksək bədii tərtibatlı, texniki təchizatla nümayiş etdirildi və mahir 
ifa sayəsində vəhdət, birlik, dönməz inam mənzərəsi yaradıldı. Bu mənzərədə Milli 
Olimpiya Komitəsinin xüsusi sifariş etdiyi geyimlərdə olan Azərbaycan nümayəndə 
heyətini görmək, əlbəttə, sevinc, fərəh hissi oyadırdı. Rəsmi paradda komandamız 
reqlamentə görə 12-ci keçdi. Bayrağımızı başı üzərində dalğalandıran kapitan Na-
miq  Abdullayev  oldu.  Ümumiyyətlə,  iştirakçıların  sayı  da  rekord  həddə  çatmışdı. 
199 ölkədən 11 min atlet 17 gün ərzində 301 medal dəsti uğrunda mübarizə apa-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə