Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

65
özünü tanıtmış, təsərrüfatını bərpa etmiş, mexanizmləri nizamlamış, dəst-xəttini, 
kursunu müəyyənləşdirmiş ölkə üçün dövlətlərarası idman əlaqələrinin də qurulub 
möhkəmləndirilməsi vacibdir. İnteqrasiyanın, birgə fəaliyyətin, qarşılıqlı əlaqələrin 
özülü olan və münasibətləri tənzimləyən müqavilələrin gerçəkləşdirilməsi həm də 
idmanın inkişafına fərqli təkan vasitəsidir. Son illərdə ölkə başçısının Qətərə, İta-
liyaya, Çinə, Birləşmiş Ərəb Əmirliklərinə səfərləri zamanı yerli idman qurumları 
və  olimpiya  komitələri  ilə  sazişlər  imzalanmışdır.  Bundan  savayı,  Moldova,  Gür-
cüstan, Səudiyyə Ərəbistanı, Türkiyə ilə də müqavilələr artıq ölkələrimizin idman 
əlaqələrini tənzimləyir. Bu dövrdə dövlət başçısı FİLA prezidenti Rafael Martinet-
tini, ölkəmizdə keçirilən MDB ölkələrinin V İdman Oyunlarının baş hakimi, iki dəfə 
Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi-kosmonavt Aleksey Leonovu, BOK-un birinci 
vitse-prezidenti  Vitali  Smirnovu,  yenidən  ölkəmizə  təşrif  buyurmuş  Beynəlxalq 
Gimnastika Federasiyasının prezidenti Bruno Qrandini və Dünya Taekvondo Fe-
derasiyasının prezidenti Çanq von Çunu, eləcə də Avropa Olimpiya Komitəsinin 
prezidenti Patrik Hikkeyi də qəbul etmişdir. Səudiyyə Ərəbistanı Krallığı Gənclərə 
Qayğı  Baş  Sədrliyinin  birinci  vitse-prezidenti  Şahzadə  Əmir  Nəvvar  bin  Veysəl 
bin Fəhd bin Əbdüləziz, Türkiyə Baş nazirinin müavini, dövlət naziri Məhməd Əli 
Şahin də ölkə başçısı ilə görüşərək idman sahəsində əməkdaşlığın perspektivlərini 
müzakirə ediblər.
İndi  dünyada  idmanın  şahı  sayılan  futbolun  da  Azərbaycanda  olimpiya 
hərəkatının tərkib hissəsi kimi yeni perspektivlərinə ümid yaranıb. Dövlət başçısı-
nın sərəncamı ilə bu idman növünün inkişafına dair qəbul olunan proqram ona 
daha bir təkandır. 2004-cü ildən FİFA və UEFA ilə əlaqələr də yeni mərhələyə 
qədəm  qoyub.  Oktyabrın  13-də  ölkəyə  gələn  FİFA  prezidenti  Yozef  Blatter, 
UEFA vitse-prezidenti Şenes Erzik bu il qitə qurumunun prezidenti seçilmiş, bu 
vaxtadək İcraiyyə Komitəsi üzvü olan əfsanəvi futbolçu Mişel Platini və İngiltərə 
futbolu rəsmiləri, əfsanəvi futbolçular ölkəmizə səfər etdilər. Onlar 1966-cı ildə 
Dünya Kubokunun final oyununda verdiyi ədalətli qərarla futbol banilərinin ilk və 
hələlik yeganə böyük beynəlxalq futbol uğurunu qazanmasına səbəbkar olmuş 
Tofiq Bəhramovun Respublika stadionundakı abidəsinin açılış mərasimində iştirak 
etdilər. AFFA-nın yeni inzibati binasının təməl daşının qoyulmasında, məktəblilər 
Afinada Azərbaycan günü. 
Prezident İlham Əliyev və BOK-un sabiq 
və fəxri prezidenti X.A.Samaranç 
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru


66
10 il öncə başlanan yol
üçün süni örtüklü meydançanın təhvil verilməsində iştirak edib, uşaq komandala-
rın, ardınca Dünya Kuboku-2006-nın seçmə mərhələsinin Azərbaycan və İngiltərə 
milli  komandalarının  görüşünü  izlədilər.  Qonaqları  ölkə  başçısı  İlham  Əliyev  də 
qəbul etdi. Görüş təəssüratı Yozef Blatterə bundan sonra Azərbaycanda futbolun 
inkişafının yüksək səviyyədə olacağına əminliyini bildirməyə əsas verdi. FİFA prezi-
denti futbolun inkişafında gördüyü işlərə, onun yayılmasına xidmət göstərdiyinə 
görə “Şöhrət” ordeni ilə təltif edildi.
Beləcə, keçilən yola nəzər salsaq, BOK-un Olimpiya Həmrəyliyi və Milli Olim-
piya Komitələri ilə Əlaqələr idarəsinin direktoru Pere Mironun 2003-cü il iyunun 
7-də Bakıya səfəri barədə təəssüratlarını ümumi rəmzi qiymət saymaq olar: “3-cü 
dəfədir Azərbaycana gəlirəm. Bundan əvvəl 1997-ci və 2001-ci illərdə də bura 
gəlmişəm və hər dəfə böyük dəyişikliklərin şahidi olmuşam. Əgər görülən işlər 
və  birgə  əməkdaşlıqla  bağlı  dünya  milli  olimpiya  komitələri  arasında  reytinq 
müəyyənləşdirilsəydi, Azərbaycan birinci olardı”.
İdmanımızın  beynəlxalq  arenada,  o  cümlədən  əlaqələr  sistemində 
möhkəmlənməsinin  nəticələrini  isə  İlham  Əliyevin  2000-ci  il  oktyabrın  21-də 
Bakıda Olimpiya Kompleksinin açılışında dediyi sözlərlə yekunlaşdırmaq yerinə 
düşər: “Azərbaycanda son 7 il ərzində ictimai-siyasi sabitlik bərqərar olmasay-
dı,  əgər  Azərbaycanda  güclü  iqtisadiyyat  yaradılmasına  təkan  verilməsəydi, 
əmin-amanlıq,  sülh  olmasaydı,  biz  idmanda  heç  bir  nailiyyətə  çata  bilməzdik. 
Dövlətimizin başçısının ardıcıl siyasəti, deyə bilərəm ki, ölkənin yenidən qurul-
ması, müasir, sivilizasiyalı Azərbaycan qurulması idmana da böyük təsir etmiş-
dir.”


67
Avropa Olimpiya Komitəsinin prezidenti 
Patrik Hikkey dövlətimizin başçısı 
İlham Əliyevə AOK-un hədiyyəsini verir 
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru



Müstəqil Azərbaycanın 
qızıl Olimpiadaları
Olimpiya oyunlarında, sadəcə, iştirak etmək özü 
böyük hadisədir. İştirak edib hansısa bir yeri tut-
maq bundan da böyük hadisə və nailiyyətdir.
Heydər Əliyev


70
10 il öncə başlanan yol


71
XX əsrin son onilliyində dünyamız aparıcı qüvvəsinin - ictimai-siyasi proseslərin 
qlobal dəyişikliklər dövrünə qədəm qoydu. Hadisələr planeti iki qütbə, iki cəbhəyə 
bölmüş məmləkətlərdən birində - SSRİ-də, dövlətin qurucularından Vladimir Le-
ninin  təbirincə  desək,  “millətlər  həbsxanası”nda  baş  verirdi.  Beləcə,  prosesdən 
kənar qalmayan Azərbaycan bir əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu.
Azadlıq nə qədər şirin və şərəflidirsə, onun yolu bir o qədər ağrılı, keşməkeşlidir. 
Axı hər şeyi əməli olaraq yenidən qurmalı, münasibətlər sistemində öz yerini tut-
malısan. Azadlıq sadəcə dövlətçilik, hüquq və imkanlar genişliyi deyil. O müasir 
tarixi  formasiya  şəraitində  dövlətin  özülü,  onurğa  sütunu  və  milli  ideologiyanın 
inikasıdır.
Azərbaycan qədim tarixi, zəngin adət-ənənələri, mədəniyyəti, həyat fəlsəfəsi, 
möhkəm  sosial-məişət  qanunları  ilə  seçilsə  də,  minilliklər  boyu  keşməkeşli 
hadisələrin məskəni, iki fərqli dünya - Şərqlə Qərb arasında körpü, keçid olmuş 
bir məkandır. Get-gedə dərinləşən böhran, iflas və məhv təhlükəsi ilə üz-üzə qo-
yan xırdaçı pərakəndəlik, siyasi, sosial və mənəvi tənəzzül real təhlükə mənbəyidir 
və yalnız ortaq milli bəşəri dəyərlərin gücü ilə aradan qaldırıla bilər. Belədə, tarixin 
də sübut etdiyi kimi toplumun yenilikçilik ideyalarının, milli-bəşəri dəyərlərin da-
şıyıcısı olan güclü təşkilatçıya ehtiyacı yaranır. Belə bir bənzər-fərqli özəllikləri ilə 
seçilən məmləkətdə lider olmağın özü isə heç də asan məsələ deyil. Hələ üstəlik, 
bu  şəxs  həmrəylik  tərənnümçüsü,  birləşdirici  mərkəz  olmaqla  yanaşı,  təşkilatçı 
əvəzedilməzliyi, yenilikçiliyi və verdiyi qərarların qətiliyi ilə də seçilməlidir.
1997-ci  ildə  Azərbaycan,  öz  lideri  Heydər  Əliyevin  səyləri  ilə  artıq  həyatın 
bütün sahələrində olduğu kimi, idmanda da müəyyənləşdirilib formalaşmış yol-
la  irəliləyirdi.  Bununla  belə,  cəmi  bir  neçə  ilə  pərən-pərən  salınmış  istedadları 
cəmləşdirmək, məhv həddinə çatdırılmış təsərrüfatı bərpa etmək üçün qüvvələrin 
səfərbər  edilməsi  gərək  idi.  Amma  iş  tək  bununla  bitmirdi.  Dövrün,  zama-
nın tələbləri başqa idi. Tarixinin “ən yeni” çağına qədəm qoymuş əksər idman 
növlərində  beynəlxalq  səviyyədə  təşkilatlanma  optimal  inkişaf  həddinə  çatmış-
dı. Üstəlik, münasibətlər sistemi də sovet dövründə adət etdiyimizdən fərqli idi. 
Vahid mərkəzdən mütləq qərarlarla idarəedicilik nə mümkün, nə də arzuolunan 
deyildi.
Bütün dünyada artıq dərinləşmiş bir prosesin də təməl daşlarını qoymaq la-
zım idi. Radikal dəyişikliklər - yeni tipli idmançıların yetişdirilməsi, onların hazırlıq 
sisteminin  modernləşdirilməsi,  forma  və  mahiyyətin  yeni  keyfiyyət  meyarlarının 
müəyyənləşdirilməsi, təşkilat-struktur və s. baza anlayışları müasir yanaşma tələb 
edirdi.  İdarəetmədə,  elmi-metodiki  yanaşmada,  daxili  və  beynəlxalq  səviyyədə 
yeni  münasibətlərin  qurulmasında,  mexanizmlərin  işlək  vəziyyətə  gətirilməsində 
güclü islahatların gündəmə gətirilməsi zamanı çatmışdı.
İnkişafın xüsusiyyətlərindən ən vacibləri peşəkarlıq və keyfiyyətdirsə, demok-
ratik təsisatlar ondan da vacibdir. Həm də nə qədər yüksək statusla aparıcı rolda 
olsa da, idman dövlətin siyasətinin ana xəttinin yalnız bir qanadı ola bilər və əsas 
məqsədi əhalinin sağlamlığıdır. Demək, gənc, hələ formalaşmaqda olan dövlətdə 
idmanın bütün sahələrinin təşəkkül tapıb inkişaf etməsinin, təşkilatlanmasının və 
yüksəlməsinin meyarı ola biləcək istiqamətlər də olmalıdır. Ən vacibi ümumbəşəri 
dəyərlərin müəyyən edilib milli status alması və genişləndirilməsidir. Bunun ən real 
vasitəsi isə olimpizm ideyaları, olimpiya hərəkatıdır.
Milli  Olimpiya  Komitəsini  ölkədə  idmanın  əbədi  məbədi  hesab  etmək  olar. 
Təşkilat  belə  dövrlərdə  də  sosial,  ictimai  qurum  kimi  həlledici  rolda  olarsa, 
məqsədlərə  daha  da  yaxınlaşar.  Onun  rəhbəri  də  milli  idman  ideologiyasının 
tərənnümçüsü,  yeri  gələndə,  istiqamətverici  qüvvəsi  olmalıdır.  Çünki  bütün  id-
manın aparıcı qüvvələrini ətrafında cəmləməsi və illər ərzində onun ən böyük, 
Müstəqil Azərbaycanın 
qızıl Olimpiadaları


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə