Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   23   24   25   26   27   28   29   30   ...   62

109
Roqq və Yunanıstan Prezidenti Konstantinos Stefanopulosla birgə idmançılarımızı 
salamlaması, ekran qarşısında bu anları izləyən hər bir azərbaycanlının ürəyində 
qürur hissi oyatdı. Çünki “var millətimin imzası imzalar içində”.
Ertəsi gündən diqqət yarış arenalarına yönəldi. İdmançılarımızın XXVIII Oyun-
larda  debütünü  boksçular  etdilər.  Salonda  dövlət  bayraqlarımızın  çoxluğu, 
azarkeşlərin hərarətlə rinqə çıxan dəri əlcək ustalarımızı dəstəkləyib irəli səsləməsi 
diqqəti  çəkən  maraqlı  məqam  oldu.  Görüşləri  izləyənlər  arasında  Azərbaycan 
Prezidenti İlham Əliyev də var idi. Ölkə başçısının gəlişi boksçularımıza çox böyük 
psixoloji dəstək oldu. Bunun nümunəsini Cavid Tağıyev göstərdi. Bir qayda ola-
raq ev sahibliyi edən ölkələrin idmançıları ilə mübarizə aparmaq əlahiddə çətin 
vəzifəyə çevrilir. Üstəlik bunu debütdə etməliydi. Ancaq boksçumuz rəqibi yorma 
taktikasını seçib, son saniyələrdə vurduğu zərbə ilə Georgios Qazisi məğlub etdi. 
Əli İsmayılov da rəqibinə aman vermədi. Ruslan Xairov isə ikinci raunddan sonra 
qalib elan edildi.
İdmançılarımızın  ilk  medal  sorağını  avqustun  15-də  eşidə  bilərdik.  Yarışlara 
hazırlığı ən yüksək səviyyədə keçmiş İradə Aşumova 10 metr məsafəyə pnevma-
tik  tapançadan  atəş  proqramının  seçmə  mərhələsində  yüksək  ustalıq  göstərib 
386 xal topladı və final raunduna 2-ci yerdə çıxdı. Həlledici hissədə ilk 5 atəş çox 
uğurlu oldu. Ancaq 6, 7 və 10-cu atəşdə o, 9-dan aşağı xal toplamaqla yarışı 
8-ci yerdə başa vurdu. Belə gərgin və rəqiblərin bir-birindən kiçik fərqlə aralıda 
olduğu mübarizələrə hər turnirdə rast gəlmək olmur. Hesabına 481,5 xal yazmış 
İradə şəxsi rekordunu müəyyənləşdirdi. Amma onu qarşıda hələ daha bir sınaq 
gözləyirdi - 25 metrə kiçik çaplı tapançadan atəş açmaq.
Bakıda Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanarkən fikirlərini 
jurnalistlərlə bölüşən İradə Aşumova həmin dövrlə bağlı maraqlı açıqlama verərək 
demişdi: “10 metr məsafəyə pnevmatik tapançadan atəşdə final mərhələsində 
əldən verdiyim medal məni çox üzürdü. Ancaq ölkə başçısı İlham Əliyev mənə 
ürək-dirək  verib,  ruhdan  düşməməyi  məsləhət  gördü.  Dedi  ki,  avqustun  18-
də məndən daha inamlı çıxış gözləyəcək. Onun sözləri mənə sanki böyük ruh 
yüksəkliyi verdi, özümə inamı qaytardı.”
Atıcımız öz sözünü yarış arenasında deyə bildi: Avqustun 18-də İradə Aşumo-
Boksçumuz Fuad Aslanov 
Afina Olimpiadasının 
bürünc medalını qazandı 
Afina: Çətin sınağın uğurları


110
10 il öncə başlanan yol
va 3-cü olimpiadasının sonuncu mübarizəsinə qoşuldu. Medal boğçasında bütün 
mötəbər yarışlardan nümunələr olan güllə atıcımızın bircə olimpiya mükafatı yox 
idi. O, mübarizəyə 30+30 atəşlik seçmə mərhələ yarışı ilə qoşuldu. 588 xal onu 
liderliyə yüksəltdi. Final mərhələsinə xanım atıcımız inamla irəliləyirdi.
Aşumova bu olimpiadada həm də atıcılıq karyerasının 30-cu ilini qeyd edirdi. 
İlk  dəfə  əlinə  tapança  alanda  cəmi  16  yaşı  var  idi.  Məşqçi  Vladimir  Lunyovun 
rəhbərliyi ilə o, 10 ilə SSRİ yığması kimi rəqabətin çətin olduğu heyətə daxil ol-
mağı bacarmışdı. Sonra uğurlar bir-birini əvəzləmişdi: dünya və Avropa çempi-
onluğu, saysız-hesabsız turnirlərdə qələbələr və s. 1994-cü ildən İradə dəfələrlə 
fəxri kürsülərə qalxaraq müstəqil Azərbaycanımızın adını şərəflə ucaldıb. İndi isə 
olimpiya kürsüsünə yüksəlmək zamanı gəlmişdi.
Güllə atıcılığında psixoloji durum çox şeyi həll edir. Çünki bu idman növündə 
uğur gücdən, qüvvətdən deyil, hədəfi nişan alıb irəli uzanan əllərin dəqiqliyindən, 
titrəməməsindən asılıdır. “Finalda ilk 5 atəşdən sonra qalib gələ biləcəyimi hiss 
etdim. Rəqiblərdən kifayət qədər irəlidə idim. Amma onu da bilirdim ki, istənilən 
an hədəfi yaxşı nişan almasam, yaxşı nəticəyə nail olmayacağam. Bu hisslər özünü 
büruzə verdi”, - deyən İradə, yekun atəşdə 7.9 xal topladı. Lakin yekun 687.3 xal 
onun fəxri kürsüdəki yerini qorumağa imkan verdi və Azərbaycanın Afinadakı ilk 
qazancı bürünc medal oldu. Bu həm də ölkəmizin güllə atıcılığı üzrə ilk olimpiya 
uğuru idi.
Ölkə  başçısının  qəbulu  zamanı  keçdiyi  yolu  heç  də  hamar  adlandırmayan, 
lakin dövlətin qayğısını, bütün sosial, məişət problemlərinin həll edilməsini əsas 
amil sayan İradə Aşumova qazandığı uğurlarda, İlham Əliyevin şəxsi rolunu xüsusi 
vurğuladı.  “Bu  uğurun  qazanılması  üçün  yaratdığınız  şərait  və  imkanlara  görə, 
ilk növbədə Sizə borcluyam. Məhz 1998-ci ildə Sizin mənə hədiyyə etdiyiniz si-
lah idman ustalığımın artmasında mühüm rol oynamışdır”, - deyə, o, Milli Olim-
piya  Komitəsinin  tapşırığı  ilə  alınmış  elektron  səbətlərin  də  hazırlığının  optimal 
səviyyəyə çatmasına kömək etdiyini bildirdi.
Avqustun 19-da Azərbaycana daha bir medal gətiriləcəyinə böyük inam var-
dı. Axı səhnəyə - atəş xəttinə olimpiya çempionumuz çıxacaqdı. Hələ Afinaya yola 
düşərkən Zemfira Meftəhəddinova “Afinadan Vətənə medalla dönməyə çalışa-
cağam”, - demişdi.
Stend atıcılığının Azərbaycanda zəngin ənənələri var. Hələ ötən əsrin 80-ci 
illərində  SSRİ  yığmasının  üzvləri  arasında  Azərbaycan  təmsilçilərinin  sayı  kifayət 
qədər  idi.  1983-cü  ildən  Zemfira  bu  idmançılar  sırasına  qatıldı.  Onun  ötən 
illər  ərzində  qazandığı  uğurları  saymaqla  qurtarmaq  mümkün  deyil.  Bu  ənənə 
Azərbaycanın  müstəqillik  dövründə  də  davam  etdirildi.  O,  1993-cü  il  Avropa 
çempionatında dünya rekordu vurdu və 2 il sonra eyni uğuru təkrarlayıb planetin 
ən yaxşısı oldu. Həmin il ölkə başçısı Heydər Əliyev Zemfiranın uğurlarını yüksək 
qiymətləndirib, onu “Tərəqqi” medalı ilə təltif etdi. 
Söz yox ki, olimpiya proqramına daxil edilən qadın stendçilərin yarışında ilk 
qalib  kimi  Zemfiranın  adının  yazılması  idmanımızın  ən  böyük  uğurları  sırasında 
yer  alacaq.  Ənənələrin  davam  edəcəyinə  inam  isə  Afinaya  hazırlıq  dövründə 
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təklifi ilə Bakıda stend atıcı-
lığı  kompleksinin  inşa  edilməsindən  sonra  möhkəmləndi.  İndi  Zemfira  və  onun 
məşqçisi Hafiz Cəfərov burada yeni ənənələrin özülünü qoya bilər, hazırlıq pro-
sesini daha səmərəli təşkil edə bilərlər. Meftəhəddinova həm də öz nümunəsi ilə 
yeni nəslə örnək ola bilər.
O,  Afinada  uğurlarının  təsadüfi  olmadığını  bir  daha  sübut  etdi.  Seçmə 
mərhələdə  stend  atıcımız  75  mümkün  xaldan  71-ni  toplayıb  yalnız  güc-
lü rəqiblərindən macar Diana İqalidən 1 xal geri qaldı. Final raundunda isə 25 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə