Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

93
Sidney: Həyəcanlı anlar
sırasına düşənlər isə 15 milyon manat mükafat aldılar. Həm Olimpiadada, həm də 
2000-ci ildə keçirilmiş qitə miqyaslı yarışlarda yüksək yerləri tutmuş idmançıların da 
mükafatları  ayrı  oldu:  Avropa  çempionu,  cüdoçu  Elçin  İsmayılov  37  milyon  750 
min, qitə çempionatının bürünc medalçıları - cüdoçu Rəsul Səlimov 19 milyon 550 
min, boksçu Əli İsmayılov isə 14 milyon 550 min manat. Yetirmələrinin uğurlarına 
görə, məşqçilər də pul mükafatlarına layiq görüldülər. (Göstərilən pul nominasiya-
ları köhnə - öz qaydası ilə verilir - red.)
Namiq Abdullayev və məşqçisi Vahid Məmmədov, sərbəst güləş seçmə koman-
damızın  baş  məşqçisi  Yaqub  Məmmədov,  Zemfira  Meftəhəddinova  və  məşqçisi 
Hafiz Cəfərov “Şöhrət” ordeni, Vüqar Ələkbərov və məşqçisi Rəşid Məmmədov, 
eləcə də boks yığmamızın baş məşqçisi Rauf Cabbarov “Tərəqqi” medalı ilə təltif 
olundular.
Oktyabrın  29-da  XXVII  Yay  Olimpiya  Oyunlarında  iştirak  etmiş  idmançıların, 
məşqçi  və  mütəxəssislərin  şərəfinə  “Olimpiya  balı”  keçirildi.  Tədbirdə  idmançıla-
ra Milli Olimpiya Komitəsinin vəd etdiyi mükafatlar paylandı. Medalçılar və onların 
məşqçilərindən savayı, idmançılarımızın sağlamlığının keşiyində dayanmış həkimlər 
Elxan Qurbanov, Kamil İsgəndərov və Lüdmila Quliyeva 4 milyon 500 min, Sidneydə 
ölkəmizi təmsil etmiş hakim Oqtay Hüseynov 9 milyon manat pul mükafatı aldılar. 
AZAL şirkəti hər 3 medalçımıza bu şirkətin aviareyslərindən ömürlük pulsuz istifadə 
etmək hüququ verən sənədləri təqdim etdi. Namiq Abdullayevə “Mersedes” avto-
mobili, Vüqar Ələkbərov və Zemfira Meftəhəddinovaya isə mənzil təqdim olundu.
Sidney uğurları bununla bitmədi. Ənənə üzrə olimpiada şəhəri Oyunlardan bir 
qədər sonra paralimpiyaçıların mübarizə meydanına çevrilir. Oktyabrın 18-dən 29-
dək keçirilən yarışda qüvvəsini sınayan 3920 idmançıdan 7-si ölkəmizi təmsil edir-
di. Onlar 20 növdən 3-də (atletika, pauerliftinq və güllə atıcılığı) yarışdılar. 1996-cı 
ildən bu yarışlara qoşulan komandamızın ilk medal sorağı oktyabrın 24-də Yelena 
Taranovadan gəldi. Onun nəticəsi ümumiyyətlə unikal oldu. Kiçik çaplı tapançadan 
atəş açma proqramında yarışan qadınlardan heç biri normanı ödəyə bilmədi və 
Yelena kişilərin yarışına qoşulmaq məcburiyyətində qaldı. Bununla belə, o, 622.7 
xalla gümüş medala sahib çıxdı.
Oktyabrın 27-də isə ilk paralimpiya qızılımız qazanıldı. Gündüz İsmayılov çəkisi 
90  kq-dək  olan  pauerliftinqçilərin  turnirində  dalbadal  4  dəfə  dünya  rekordunu 
təzələdi. 225, 230, 235 və nəhayət, 240 kq çəkini ram edən paralimpiyaçı Sidney 
zirvəsinə yüksəldi.
Komandamızın bütün üzvləri yarışlarda ilk onluqda yer aldılar. Atletlərdən Alek-
sandr Antofi 5 min metrə qaçışda 9-cu, marafonda 6-cı, Zeyniddin Bilalov uzunluğa 
tullanmada 8-ci, 100 metrə qaçışda 9-cu, Sərxan Əsədov nizəatmada 8-ci oldular. 
Pauerliftinqçilərin mübarizəsində Fuad Tarıverdiyev (82.5 kq) 9-cu, Mehman Rama-
zanov (100 kq) 6-cı yerə çıxdılar.
2000-ci il noyabrın 15-də dövlət başçısı Heydər Əliyev paralimpiyaçıları qəbul 
etdi. Onları heç zaman diqqətdən kənar qoymayacağını deyən ölkə rəhbəri, qa-
zanılan uğurları olimpiya statuslu mükafatla qiymətləndirməsi ilə bunu əyani sübut 
etdi. Gündüz İsmayılova 50 milyon, Yelena Taranovaya 30 milyon manat verildi. 
Onların məşqçiləri Vaqif Müsəddiq və Vitali Sotnikov, habelə yarışda iştirak etmiş 
bütün komanda üzvləri 10 milyon manat mükafat aldılar.
XXVII Yay Olimpiya Oyunları - ona məqsədyönlü hazırlığın müddəti, yarışların özü 
az bir vaxt ərzində görülə biləcək işlərin mümkün ən yüksək həddi idi. İctimai-siyasi, 
sosial-iqtisadi dəyişikliklərin təsiri ilə tənəzzülə uğramış idmanımız bu dövrdə intibah 
erasına qədəm qoydu. Bu prosesin nübarı Sidneydə dərildi. Elə bu zaman idma-
nımızın sonrakı mərhələdə inkişafına ən böyük təkan verildi. “Dövlətin, hökumətin 
hər bir sahədə çox böyük vəzifələri vardır. Əgər biz hansı sahədəsə nəyəsə nail 


94
10 il öncə başlanan yol
MOK prezidenti İlham Əliyev Komitənin 
III Baş Məclisində Olimpiya mükafatçısı 
Vüqar Ələkbərova BOK-un xüsusi 
nişanını təqdim edir 
ola  biliriksə,  demək,  biz  öz  borcumuzu  yerinə  yetirə  bilirik.  Mən  bu  gün  böyük 
qürur hissi ilə deyirəm ki, biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək, millət, 
xalq,  Vətən  qarşısında  öz  borcumuzu  yerinə  yetiririk”,  -  deyən  Heydər  Əliyevin 
dövlətçilikdə idmanımıza olan münasibəti belə idi: “Bu qələbəniz idmana, bədən 
tərbiyəsinə daha çox gənc cəlb edəcək; idman daha kütləvi, Azərbaycan gəncliyi 
fiziki və mənəvi cəhətdən daha sağlam olacaqdır”.
Nəticə ulu öndərin dedikləri kimi də oldu. Çox keçmədi, Azərbaycanda yeni id-
man qurğularının tikilməsi, sağlamlıq ocaqları sisteminin genişləndirilməsi sürətləndi. 
İdmanın cəmiyyətdə müəyyən edilən yüksək statusu hərəkətverici qüvvəyə çevrildi. 
Təşkilatçılıq yeni vüsət, yeni güc aldı. Sidneydəki uğurları “Azərbaycanın vahid id-
man ailəsinin bayramı” adlandıran MOK prezidenti İlham Əliyev təvazökarlıqla bu 
işdə öz əməyindən heç vaxt söhbət açmır. Əslində məhz onun liderlik keyfiyyətləri 
idmanımızın yeni mərhələsinin özülü oldu. İnam və nüfuzu, bilik və bacarığı, ba-
rışdırıcı  və  birləşdirici  mövqeyi  ilə  Milli  Olimpiya  Komitəsinin  prezidenti  özünə  ən 
böyük mükafatı - idman dünyamızın şəksiz və şəriksiz lideri kimi sevgi və məhəbbəti 
qazandırdı.  Bunun  ən  layiqli  qiymətini  isə  ölkə  başçısı  Heydər  Əliyev  verdi:  “Mil-
li Olimpiya Komitəsi əvvəlki illərdə, təəssüf ki, öz vəzifəsini layiqincə yerinə yetirə 
bilmədi. Son illər Milli Olimpiya Komitəsi fəaliyyətini artırıb, genişləndirib, idmançıları, 
gəncləri daha da səfərbər edib, həvəsləndirib, onlara yardım göstəribdir. Ona görə 
də qələbələri qeyd edərkən Milli Olimpiya Komitəsinin üzvlərinin və onun prezidenti 
İlham Əliyevin xüsusi xidmətlərini vurğulamaq lazımdır”. Bəli, bu xidmətlərsiz idmanı-
mızın sıçrayışı, sürət tempi indiki səviyyəyə heç vaxt çata bilməzdi.
Sidney  Oyunları  yüksək  təşkilatçılıq  nümunəsi  ilə,  ideya  və  bədii  zəngin 
məzmunu ilə, əsl olimpizm ideyalarının təntənəsi ilə başa çatdı. Beynəlxalq Olimpiya 
Komitəsinin prezidenti Xuan Antonio Samaranç bağlanış mərasimində “Sid-ney qa-
lib şəhərdir”, - dedi. Onun Oyunların bağlanış mərasimində Azərbaycan və idman-
çılarımız barədə xüsusi danışması, daha sonra həm ölkə başçısına, həm də MOK 
prezidentinə təbrik məktubu göndərməsi ikiqat sevindirici hadisə idi.
Azərbaycan idmançıları “qalib şəhər”dən qalib kimi döndülər. Hələ Milli Olimpi-
ya Komitəsinə prezident seçilərkən ən qısa müddətdə böyük yüksəlişə nail olmaq 
istəyən və “Sidneydə bayrağımız yüksəlib himnimiz çalınarsa, mən özümü qalib hiss 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə