Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

87
Sidney: Həyəcanlı anlar
racaqdı. Onların arasında 31 Azərbaycan idmançısı da yer alırdı. Olimpiyaçılarımız 
cüdo, güləşin hər iki növü, stend və güllə atıcılığı, boks, atletika, ağırlıqqaldırma, 
üzgüçülük və suya tullanma növlərini təmsil edirdilər.
Bütün yarış boyu arenalarda, Olimpiya kəndində idmançılarla birgə olan MOK 
prezidenti İlham Əliyev hər gün, hər an onlara dəstək oldu, ruhlandırdı, yeri gələndə 
dəyərli məsləhətlərini verdi. Söz yox ki, yarış zamanı belə bir dəstək hər bir idmançı-
ya əlavə qüvvədir. Əlbəttə, belədə psixoloji məsuliyyət yükü ya arta, ya da idmançı-
nı təzyiq altına salaraq nəticələrinə əks-təsir göstərə bilər. Ancaq mütəmadi birgəlik 
insanları yaxınlaşdırır, münasibəti doğmalaşdırır, sadələşdirir və bir vahid bərabərlər 
komandası yaratmaqla müsbət bioenerji mənbəyinə çevrilir. Sidneydə İlham Əliyev 
komandamızda məhz belə bir ab-hava yaratmağa nail oldu.
Açılış  mərasiminin  ertəsi  günü,  əvvəlcə  cüdoçularımız  yarış  meydanın-
da  qüvvələrini  sınadılar.  Tatami  üzərinə  çıxan  18  yaşlı  Elçin  İsmayılov  turnirin  ən 
gənc cüdoçularından olsa da, artıq Avropa çempionu titulunu daşıyırdı. O, ilk 3 
görüşdə, o cümlədən Belarusu təmsil edən təcrübəli soydaşımız Natiq Bağırova 
ipponla qalib gəldi. Növbəti qarşılaşmada üstün vəziyyətdə olduğu halda, ani səhv 
etməsi və sayıqlığı itirməsi ona baha başa gəldi. O, təsəlliverici qrupa düşdü. Birinci 
görüşdə qalib gəlsə də, sonrakı qarşılaşmanı uduzan gənc cüdoçumuz 60 kq çəki 
dərəcəsində yekunda 7-ci yerlə kifayətləndi. Əksər Şərq döyüş növlərində olduğu 
kimi, cüdoda da fiziki-funksional hazırlıq həm yarış, həm də fərdi psixoloji yetkinliklə 
tam vəhdət təşkil etməlidir. Hər bir idmançının bütün diqqətini və bacarığını top-
ladığı Olimpiya sınağında isə məsuliyyət birə-beş artmalıdır. Belə olduqda, kənar 
subyektiv təsirlərin artması da idmançını səngitməməlidir. 5-ci yeri tutan digər ta-
tami ustası Rəsul Səlimovda da bu amillər özünü göstərdi. O, ilk görüşündə asan 
qələbə qazansa da, ikincidə yarış təcrübəsi çox olan rəqibinə yenildi. Təsəlliverici 
qarşılaşmalarda qələbələri ard-arda düzən Rəsul, son qrup səddində referi haqsız-
lığı ilə üzləşdi. ABŞ cüdoçusuna qarşı 4 fəndini hakim görməməzliyə vurdu. Görüş 
heç-heçə başa çatdı. 3 hakimin rəyi ilə idmançımız qalib elan edildi. Ancaq iştirak-
çıların sayı azaldığından o, cəmi 15 dəqiqə sonra bürünc medal duelinə çıxdı. Belə 
bir məqamda dünya cüdosunun lider ölkələrindən birinin təcrübəli nümayəndəsi 
ilə görüşə Rəsul lazım olan psixoloji və fiziki bərpa prosesini keçə bilmədi. Bununla 
belə, o, 90 kq çəki dərəcəsində Azərbaycanın hesabına qeyri-rəsmi komanda hesa-
bında ilk xalı yazdı. İdmançı həyatı mübarizə və qələbələr silsiləsindən ibarət olmur. 
Onun ağrılı və arzuolunmayan üzü də var - zədə. Belə hadisə idmançı ömrünün ən 
vacib dövründə və məsuliyyətin maksimal həddə yetişdiyi məqamda baş verəndə, 
çox  böyük  təəssüf  hissi  doğurur.  Olimpiya  proqramına  daxil  olmayan  samboda 
dünyanın  sayılıb-seçilən  idmançısı  Zülfiyyə  Hüseynovaya  zədə  rəqib  oldu.  O,  ilk 
görüşdə cüdonun tanınmış simalarından olan Maria Peklə uduzsa da, təsəlliverici 
görüşlərə  inamla  başladı.  Lakin  bürünc  medal  döyüşünün  astanasında  cüdonun 
vətəni Yaponiya təmsilçisi ilə qarşılaşmanın ilk dəqiqəsində çiynindən aldığı zədə 
onu mübarizəni yarımçıq dayandırmağa məcbur etdi və Zülfiyyə yarışı 7-ci yerdə 
başa vurdu.
Cüdoçularımız medal qazanmasalar da, iki prinsipial məsələdə vəzifəni tam yerinə 
yetirdilər. Birincisi, Azərbaycan cüdo məktəbinin yenidən möhkəmləndiyi və istedad-
lar yetişdirmək gücündə olduğu əyani göstərildi. Özünəməxsus mürəkkəbliklərini 
nəzərə alsaq, cəmi 2 il ərzində ümid dolu bir yol keçilməsi özü bir nailiyyət idi. Elə 
bu da ikinci prinsipial məsələnin təməl daşı oldu: Artıq Azərbaycanda Sidneydən 
medal  gətiriləcəyinə,  bayrağımızın  dalğalanıb  himnimizin  səslənəcəyinə,  beləcə 
müstəqil ölkəmizin idman tarixinə ilk qızıl sətirlərin yazılacağına olan ümidlər mütləq 
inama çevrildi. Və tezliklə o gün yetişdi.
Sentyabrın 21-də qadın stend atıcılarının yarış müsabiqəsi keçirildi. Bu növ Olim-


88
10 il öncə başlanan yol
piya tarixində ilk dəfə Oyunların proqramına salınmışdı. Azərbaycanda güllə atıcılığı-
nın və xüsusən də stend idmanının özünəməxsus yeri var. Çox geniş yayılmasa da, 
nailiyyətlər, beynəlxalq arenaya çıxıb liderlər sırasına düşən idmançılarımız kifayət 
qədərdir. Bu vaxtadək, 25 il ərzində bütün mümkün titulları qazanmış, dəfələrlə 
dünya  və  Avropa  rekordçusu  olmuş  Zemfira  Meftəhəddinovanın  stendçilərin  ilk 
olimpiya  mücadiləsinə  qoşulması  öz-özlüyündə  təbii  görünür.  Ancaq  Sidneyə  li-
senziya  turnirlərində  onun  bəxti  gətirmədi.  Beynəlxalq  federasiya  idmançımızın 
nailiyyətlərini əsas götürüb ona “uayld kard” adlanan xüsusi dəvətnamə verdi. Ta-
leyin də öz ədalət hökmü var. Zemfira olimpiadada yarışmaq hüququnun təsadüfi 
olmadığını, növün həqiqi liderləri sırasında yer aldığını sübut etdi.
Atıcılıq  idmanı  tək  sərrastlıqla  təmkinin  cəmindən  ibarət  deyil.  Ardıcıl,  sistem-
li məşqlər, qayğı və diqqət nəticələrdə heç də az rol oynamır. Mütəmadi hazır-
lığın  yaratdığı  vərdiş  xüsusiyyətli  ovqat,  optimal  şərait  şərtləri  çox  vacib  psixoloji 
sədlərin  dəf  edilməsində  həlledici  faktorlardır.  Zemfira  nədənsə  şikayətlənməyi 
sevməsə  də,  qazandığı  ən  böyük  və  əhəmiyyətli  uğuru  məhz  idmanımızda  baş 
verən  dəyişikliklərin  məntiqinə,  xüsusən  İlham  Əliyevin  Milli  Olimpiya  Komitəsinin 
prezidenti kimi fəaliyyəti dövründə idman və idmançının cəmiyyətdəki ictimai-sosial 
statusunun, əməyə verilən qiymətin yüksəlməsiylə bağlayır. Özünə arxa, dayaq qa-
zanan,  zəhmətinin  hədər  getməyəcəyini  görən  idmançının  diqqəti  məqsəddən, 
gözü hədəfdən yayınmaz. 
Meftəhəddinovanın Sidney günləri də belə başladı. Elə ilk gündən, əvvəl-cədən 
görülmüş tədbirlərin nəticəsində heç bir problem yaşamayan stendçi məşqçisi Ha-
fiz Cəfərovla birgə bütün diqqəti məşqlərə yönəltdi. Nəticəni yarış göstərdi. Seçmə 
mərhələdə o və sonradan məlum olduğu kimi, onun 2 əsas rəqibi - rusiyalı Svetlana 
Dyomina və macarıstanlı Diana İqali atəş xəttinə ilk yanaşmanın hərəsində 1 səhvə 
yol verdilər. Üçüncü 25 gülləlik yarışda Zemfira bir dəfə də hədəfdən yayınmadı. 73 
atəşi dəqiq olan Zemfiranın bu nəticəsi növün tarixində ilk olimpiya rekordu oldu.
Final mərhələsinə çıxan atıcıların hərəyə 25 nişangahı olur. Meftəhəddino-vanın 
20-ci gülləsi boşa çıxmayanda, Sidneydə Azərbaycanın hesabına ilk medal yazılaca-
ğı dəqiqləşdi. Bəs bu mükafat hansı əyarda olacaqdı? Budur, 21-ci hədəf də dəqiq 
nişan alınır - artıq gümüş medal bizimdir. İndi qoşa nişangahdan cəmi biri dəqiq 
MOK prezidenti İlham Əliyev 
Sidneydə, idmançılarımızla birlikdə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə