Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   22   23   24   25   26   27   28   29   ...   62

106
10 il öncə başlanan yol
İdman  Sarayında  Olimpiadaya  lisenziya  uğrunda  yarışdılar.  İdmançılarımızdan 
Rəşad Əhmədov artıq Afina yolçusu olduğundan əsas namizədimiz dünya çem-
pionu Niyaməddin Paşayev idi və o, vəzifənin öhdəsindən gəldi. Bundan savayı, 
Bakıdan qədim ellin yurduna kişi və qadın idmançılar daha 3 çəki dərəcəsində 
vəsiqə əldə etdilər.
Aprelin 27-dən mayın 2-dək Çoudrinin şərəfinə təşkil edilmiş turnirə toplaşan 
boksçular 6 çəki dərəcəsində 11 lisenziya uğrunda mübarizə apardılar. Doğma 
rinqdə 4 boksçumuzdan 3-ü Ceyhun Əbiyev (48 kq), Ağası Məm-mədov (54 kq), 
Əli İsmayılov (81 kq) lisenziya qazandılar və ilk dəfə Azərbaycan Olimpiadaya 9 
boksçu ilə yollandı.
XXVIII  Yay  Olimpiya  Oyunlarına  Azərbaycan  38  idmançı  ilə  qatıldı.  Bu,  4  il 
əvvəllə  müqayisədə  7  lisenziya  çox  demək  idi.  36  vəsiqə  mübarizələrdə  əldə 
edildi. Yalnız 2 idmançımız Afinaya xüsusi dəvətlə yollandı. Sidneylə müqayisədə 
komandamızın bu dəfə yarışacağı proqramların sayı 2 növ artaraq 12-yə çatdı. 
Heyətə  stend  və  güllə  atıcılığı,  bədii  gimnastika,  taekvondo,  qılıncoynatmanın 
sablya növü, sərbəst və yunan-Roma güləşi, boks, cüdo, ağırlıqqaldırma, üzgü-
çülük, atletika nümayəndələri daxil idi.
Avqustun  4-də  olimpiyaçılarımızın  yolasalma  mərasimi  yenə  Zuğulbadakı 
“Gənclik” Beynəlxalq Turizm Mərkəzində keçirildi. 1996-cı ildən bu yana qoyulmuş 
ənənəyə görə idmançılarımızın xeyir-duası məhz bu məkanda verilirdi. Lakin ilk 
dəfə tədbir Heydər Əliyevsiz, hər kəsin ürəyinin incə tellərinə toxunan, idmançıları 
ruhlandırıb  mübarizə  ovqatı,  qələbə  ehtirası  ilə  coşduran  sözləri,  çöhrəsindəki 
təbəssüm olmadan keçdi. Hərçənd ümummilli lider kimi qəlblərdə özünə abidə 
ucaltmış Heydər Əliyevin ölməz ideyaları, fikirləri, böyük irsi, məktəbi, idmançılar 
və mütəxəssislərin təsdiq etdiyi kimi, hər zaman sönməz mayak təki yolumuza işıq 
saçacaq, yol göstərəcək, daim irəli səsləyəcək. Elə avqustun 4-də Afinaya yola 
düşəcək  heyət,  ölkənin  idman  ictimaiyyətinin  nümayəndələri  ilə  birgə  əvvəlcə 
Fəxri Xiyabana gedərək, Heydər Əliyevin məzarını ziyarət etdilər.
Böyük  yola  çıxmazdan  öncə  uluların  xatirəsinin  yad  edilməsi  milli  adət-
ənənəmizin  ayrılmaz  tərkib  hissəsidir.  Çünki  bir  insan  keçmişini  unudaraq  ona 
hörmət  və  ehtiramını  bildirməsə  xeyir  tapmaz,  irəli  gedə  bilməz.  Elə  tədbirdə 
Olimpiya çempionu 
Fərid Mansurovun 
qələbə sevinci 


107
çıxış edən sərbəst güləş üzrə məşqçi Yaqub Məmmədovun dedikləri də bunun 
təsdiqi  idi:  “Bu  gün  dahi  insanın  burada  olmaması  yalnız  şərti  xarakter  daşıyır. 
Çünki bütün olimpiyaçılar, bir qayda olaraq, onun xeyir-duasından, atalıq qayğı-
sından və diqqətindən bəhrələniblər. Əldə etdiyimiz bütün nailiyyətlər və uğurlar 
üçün hamılıqla ona borcluyuq”.
Ölkə başçısı kimi ilk dəfə yolasalma mərasimində çıxış edən İlham Əliyev idma-
nımızın tarixinə qısa nəzər salıb görülən işlərdən söz açdı, onların mahiyyətindən 
və  məqsədindən  danışdı.  İdman  qurumlarının  bir-biri  ilə  ziddiyyətlərdə  oldu-
ğu  ölkələrdən  fərqli,  Azərbaycanda  bütün  strukturlar  -  olimpiya  komitəsi,  na-
zirlik  və  federasiyaların  vahid  ailə  kimi  fəaliyyət  göstərməsini  uğurlarımızın  əsas 
səbəblərindən hesab etdiyini dilə gətirdi. O, gələcək uğurlarla bağlı fikirlərini də 
bəyan etdi: “Azərbaycan həqiqi mənada idman dövlətinə, ölkəsinə çevrilmişdir. 
Azərbaycanda  yeni  gənc  nəsil  yetişmişdir.  Biz  yeniyetmələrin  hazırlığına  böyük 
diqqət göstəririk. Əgər yeniyetmə idmanı olmasa, ümumiyyətlə, ölkədə idman 
inkişaf edə bilməz.”
Azərbaycan  Prezidenti  həmçinin  ənənələrin  davam  etməsi,  əsasən 
qısa  sürən  idmançı  ömrünün  Vətənə  xidmətdə  böyük  rolunun  layiqincə 
qiymətləndirilməsi  baxımından  veteranların  cəmiyyətdəki  fəxri  yerini  tutması 
üçün heç nəyi əsirgəməyəcəyini söyləyib, əməli olaraq, idmançının sosial statu-
sunu müəyyənləşdirdi. 2000-2004-cü illərdə ölkədə 8 olimpiya kompleksinin inşa 
edilməsi,  bir  sıra  idman  obyektlərində  təmir-bərpa  işlərinin  görülməsinə  “fiziki, 
mənəvi cəhətdən sağlam yeni nəsil Azərbaycanı gələcəyə aparacaq bir nəsil ola-
caqdır” dəyərini verib prioritet məsələləri də diqqətə çatdırdı.
“Hər bir ölkənin ictimai həyatında idman çox mühüm rol oynayır. Ölkəni dün-
yada tanıdır, ölkənin imicini qaldırır. Mən çox şadam ki, Azərbaycanda idman artıq 
çox mühüm bir ictimai amilə çevrilibdir,” - deyən prezident İlham Əliyev ölkəmizi 
beynəlxalq arenada, xüsusən olimpiadalarda təmsil edənlərə münasibətini açıq-
ladı: “İdmançılara çox böyük hörmət var, idmançılar Azərbaycanı çox ləyaqətlə 
təmsil  edirlər.  Hər  bir  azərbaycanlı,  hər  bir  Azərbaycan  vətəndaşı  görəndə  ki, 
onun ölkəsini təmsil edən idmançı birinci olur, dünya çempionu olur; Azərbaycan 
bayrağı  qaldırılır,  dövlət  himni  səslənir,  haqlı  olaraq,  qürur  hissi  keçirir.  Bu,  bö-
Afina: Çətin sınağın uğurları
Prezident İlham Əliyev Olimpiya çempionu 
Fərid Mansurovu qələbə münasibətilə 
Afinada təbrik etdi 


108
10 il öncə başlanan yol
yük sevinc, böyük xoşbəxtlikdir. Mən şübhə etmirəm ki, idmançılarımız Afina Yay 
Olimpiya  Oyunlarında  ölkəmizi  ləyaqətlə  təmsil  edəcək  və  doğma  Vətənimizə 
yeni uğurlar gətirəcəklər.”
Dövlətin hər bir idmançıya qayğısının sözdə deyil, əməli işdə sübutunu nü-
mayiş  etdirən  Azərbaycan  Prezidenti  İlham  Əliyev  olimpiya  komandamızın  hər 
bir üzvünə 15 milyon manat pul mükafatı təqdim etdi. Əlbəttə, Afina medalçıla-
rının mükafatları fərqli olacaqdı. Milli Olimpiya Komitəsi fəxri kürsünün ən yüksək 
pilləsinə  yüksələnə  250  milyon,  onun  məşqçisinə  125  milyon  manat  veriləcəyi, 
gümüş medalçıya 150 milyon, məşqçisinə 75, üçüncü yerin sahibinə 100 milyon, 
məşqçisinə isə 50 milyon manat verəcəkdi. Ölkə başçısının sərəncamına əsasən 
dövlət çempiona 500 milyon, məşqçisinə 250 milyon; ikinci yeri tutana 250 mil-
yon,  məşqçisinə  125  milyon;  bürünc  medalçıya  120  milyon,  məşqçisinə  isə  60 
milyon manat ayırmışdı. Bundan savayı, bir çox şirkət və müəssisələr, iş adamları 
da Vətənin adını yüksəldəcək idmançılara mükafatlar vəd etmişdilər.
XXVIII Yay Olimpiya Oyunlarının keçiriləcəyi Afina şəhərində Azərbaycan mis-
siyası fəaliyyətə erkən başladı. Nümayəndə heyətimizin ilk qrupunun gəlişinə ha-
zırlıq vaxtından əvvəl görülüb başa çatdırıldı. Təşkilat Komitəsi hər bir komanda 
üzvünün yerləşdirilməsi, məşq və istirahətinin təşkili kimi bir sıra vacib məsələləri 
dəqiqləşdirib, fəaliyyət planını hazırladı.
Komandamız  Yunanıstan  paytaxtına  3  qrupda  yola  salınmalı  idi.  Avqustun 
10-da  səhər  Heydər  Əliyev  adına  Beynəlxalq  Hava  Limanında  qələbəlik  idi. 
Qəhrəmanlara uğurlar diləmək, qələbələr, arzulamaq, dəstək olub ruhlandırmaq 
üçün yol ayrıcına elliklə çıxmaq xalqımızın inanclara söykənən ulu adət-ənənəsidir. 
4 il əvvəl olduğu kimi, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Şeyxülis-
lam  Hacı  Allahşükür  Paşazadə  idmançılara  xeyir-duasını  verdi,  müqəddəs  kitab 
Qurani-Kərimi ilk olaraq səfərə çıxan boks komandamızın lideri Ağası Məmmədova 
təqdim etdi. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dünyəvi dini qurumların - xris-
tian kilsəsinin, yəhudi icmasının rəhbərləri də idmançılara uğurlar arzuladılar.
Elə həmin gün Afinadakı Olimpiya kəndində dövlət bayrağımızın qaldırılma-
sı mərasimi oldu. Olimpiya kəndinin meri İoanos Manos komandamıza uğurlar 
arzulayıb  Yunanıstan  Milli  Olimpiya  Komitəsinin  xatirə  hədiyyəsini  nümayəndə 
heyətimizə təqdim etdi. Merə isə üzərində Azərbaycan Milli Olimpiya Komitəsinin 
emblemi toxunmuş xalça hədiyyə edildi. Dövlət himnimizin sədaları ilə yüksələn 
bayrağımız Azərbaycanı 28-ci Oyunların iştirakçıları sırasına daxil etdi.
Bəşəriyyəti sülhə, birliyə səsləyib, ən ulu ideyaların tərənnümçüsü olmuş Olim-
piya Oyunlarının vətəni 1896-cı ildə böyük yola çıxanlara xeyir-dua verdiyi kimi, 
aradan 108 il keçəndən sonra yenidən böyük idman ailəsini öz ocağına topla-
mışdı.  Afinaya  rekord  sayda  -  202  dövlətdən  idmançılar  təşrif  buyurmuşdular. 
Söz yox ki, onlar arasında Azərbaycanımızın olması da hər birimiz üçün qürurve-
rici hadisə idi. “Daha sürətli, daha yüksəyə, daha güclü” devizinə uyğun olaraq, 
Azərbaycanın da bu yarışlarda öz həyəcan dəqiqələri qarşıda idi. Artıq ölkədə hər 
kəs bu böyük təntənəyə qoşulan idmançıların əksəriyyətindən uğur gözləyirdi. 
İdmanımızın qısa müddət ərzində keçdiyi inkişaf yolunun ən böyük göstəricisi də 
elə bunlardır.
Təntənəli  açılış  mərasimi,  təbii  ki,  qədim  Ellada  tarixini  özündə  əks  etdirən 
zəngin  və  maraqlı  bədii  proqramla  müşayiət  olundu.  Dünyanın  hər  bir  yanın-
da olduğu kimi, Azərbaycan da nümayəndə heyətinin bu möhtəşəm bayrama 
qoşulmasını  -  parada  çıxmasını  gözləyirdi.  Budur,  ağırlıqqaldırma  üzrə  dünya 
çempionu Nizami Paşayev əlində üçrəngli ay-ulduzlu bayrağımızla komandamızın 
yürüşünə başçılıq edir. “Azərbaycan” sədaları ətrafa yayılır. Bu an dövlət başçı-
sı İlham Əliyevin fəxri tribunada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə