Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   29   30   31   32   33   34   35   36   ...   62


Maddi-texniki baza 
möhkəmlənir
Biz ölkəmizdə hər bir insanın idmanla məşğul 
olması üçün gözəl şərait yaratmağa söz vermişdik. 
Azərbaycanda neçə-neçə yeni idman kompleksi, 
qurğusu tikilib istifadəyə verilib. Bu gün quruculuq 
işləri yüksək sürətlə davam etdirilir. Bizim yolumuz 
irəliyə və daim irəliyədir.
İlham Əliyev



131
İdmanın  inkişafı  üçün  əsas  amillərdən  olan  müasir  olimpiya  idman 
komplekslərinin tikintisi son zamanlar ölkəmizdə sürətlə aparılır və diqqəti xüsusilə 
özünə cəlb edir. Çünki idmançıların uğurlu çıxışı üçün ilk növbədə onların məşq 
şəraitinin yüksək səviyyədə olması tələb olunur. Bu baxımdan Bakıda və ölkənin 
əyalətlərində  tikilən  yeni,  müasir  idman  kompleksləri  mühüm  əhəmiyyət  kəsb 
edir.  Bu  yeni  idman  qurğuları  təkcə  idmanın  inkişafı  baxımından  deyil,  əhalinin 
sağlamlığı və asudə vaxtını səmərəli keçirməsi üçün də əlverişlidir.
1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsin-dən 
sonra bu qurumun fəaliyyətindəki canlanma təkcə olimpizmin təbliği, idmançı-
larımızın Olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də maddi-texniki 
bazanın gücləndirilməsi sahəsini də əhatə etməyə başladı.
İlk  öncə  paytaxtdan  başlayan  bu  hərəkat,  az  sonra  əyalətlərə  doğru 
istiqamətləndi. Ölkəmizdə idmanın inkişafı üçün mühüm əhəmiyyət kəsb edən 
tikinti-quruculuq  prosesi  Bakının  Nərimanov  rayonunda,  metronun  “Gənclik” 
stansiyası  yaxınlığında  ilk  olimpiya  idman  kompleksinin  inşası  ilə  start  götürdü. 
2000-ci il oktyabrın 21-də, Sidneydə ilk qızıl medal qazanılandan düz bir ay son-
ra  kompleks  idmançıların  ixtiyarına  verildi.  Bu  idman  qurğusu  iki  böyük  zaldan 
ibarətdir.  560  tamaşaçı  tutumuna  malik  böyük  zalda  əsasən  komanda-oyun 
növləri  inkişaf  etdirilir.  Basketbol,  həndbol,  voleybol  və  digər  növlər  üzrə  ölkə 
çempionatı əsasən bu zalda təşkil edilir. 430 tamaşaçı tutan digər zalda təkbətək 
idman növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılıb. Bu idman mərkəzində 
həmçinin, trenajor zalı da fəaliyyət göstərir.
Kompleksin  təntənəli  açılış  mərasimində  Azərbaycan  Respublikasının  Prezi-
denti Heydər Əliyev və o zaman Avropa Olimpiya Komitəsinin prezidenti, indi isə 
Beynəlxalq Olimpiya Komitəsinə rəhbərlik edən Jak Roqq, həm də AOK-un baş 
katibi Mario Peskante iştirak edirdilər.
Avstraliyanın Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya Oyunlarında me-
dal  qazanmış  idmançılarımız  -  Zemfira  Meftəhəddinova,  Namiq  Abdullayev  və 
Vüqar Ələkbərov prezident Heydər Əliyevlə səmimi görüşərək ona gül dəstələri 
təqdim etdilər. Dövlətimizin rəhbəri Heydər Əliyev və Jak Roqq kompleksin açılı-
şını bildirən rəmzi qırmızı lenti birlikdə kəsdilər.
Burada  idmanın  müxtəlif  növləri  üzrə  məşqlərin  və  beynəlxalq  yarışla-
rın  keçirilməsi  üçün  hər  cür  şəraitin  olduğu  barədə  Azərbaycan  Prezidentinə 
məlumat verildi. Heydər Əliyev bu gözəl idman qurğusunun ayrı-ayrı otaqlarını 
gəzdi, gənc idmançılara yaradılan şəraitlə maraqlandı, onların çıxışlarına tamaşa 
etdi. Ulu öndərimiz həmçinin, ayrı-ayrı regionlarda bünövrəsi qoyulmuş yeni id-
man qurğularının maketləri ilə tanış oldu.
Daha sonra, kompleksin böyük idman zalında təntənəli açılış mərasimi keçiril-
di. Mərasimi giriş sözü ilə açan MOK prezidenti İlham Əliyev hamını salamladıq-
dan sonra, idmana göstərdiyi qayğıya görə idmançılar adından xalqımızın müdrik 
rəhbərinə təşəkkür etdi. Olimpiya çempionu Namiq Abdullayev və nüfuzlu qo-
naq Jak Roqq Azərbaycanda idmana diqqətin yüksək səviyyədə təşkilindən və 
bunun Heydər Əliyevin adı ilə bağlı olduğundan danışdılar.
Prezident Heydər Əliyev mərasimdə geniş nitq söylədi. İdmançılara və MOK 
rəhbərliyinə uğurlar arzulayan dövlətimizin başçısı son zamanlar idman sahəsində 
görülən işləri yüksək qiymətləndirdi. Gənclərin sağlam həyat tərzinə yiyələnməsi 
üçün  idmanın,  bədən  tərbiyəsinin  kütləviliyinin  böyük  əhəmiyyətini  vurğula-
dı.  Ölkədə  olimpiya  hərəkatının  geniş  vüsət  aldığını,  son  illərdə  idmançılarımı-
zın  uğurlu  çıxışlarının  Sidney  Olimpiadasında  öz  zirvəsinə  çatdığını  qeyd  edən 
ulu  öndər,  bu  uğurları  hamının  səbirsizliklə  gözlədiyini  qeyd  etdi:  “Ona  görə 
gözləyirdik ki, Azərbaycanda idman, olimpiya hərəkatı yüksək səviyyəyə çatıbdır. 
Maddi-texniki baza möhkəmlənir


132
10 il öncə başlanan yol
Bizim çox gözəl, güclü və bacarıqlı idmançılarımız vardır. Biz ona görə gözləyirdik 
ki, yola salarkən onlar Azərbaycan dövlətinə, xalqına söz vermişdilər ki, qələbə 
qazanacaqlar, qələbə ilə Vətənə dönəcəklər. Bizim istəklərimiz və Milli Olimpiya 
Komitəsinin, idmançılarımızın verdiyi söz yerinə yetirilibdir. Azərbaycan idmançıları, 
müstəqil Azərbaycan ilk dəfə dünya olimpiya oyunlarında, XXVII Sidney Yay Olim-
piya Oyunlarında misli görünməmiş nailiyyətlər əldə etdilər, qələbə qazandılar”.
Beləliklə,  ölkəmizdə  müstəqillik  illərində  tikilən  ilk  idman  qurğusu  ulu  öndər 
Heydər Əliyevin xeyir-duası ilə öz qapılarını idmançılarımızın üzünə açmış oldu.
MOK-un  yeni  inzibati  binası  2001-ci  il  martın  27-də  istifadəyə  verildi.  Açılış 
mərasimində qırmızı lenti kəsən Azərbaycan Prezidenti Heydər Əliyev, MOK-un 
quruculuq işlərinin təqdirəlayiq olduğunu qeyd etməklə, ona yeni-yeni uğurlar 
arzuladı.
Maştağa  qəsəbəsində  həmin  il  dekabrın  29-da  istifadəyə  verilən  kompleks 
isə Milli Olimpiya Komitəsinin tikdirdiyi ikinci olimpiya idman qurğusu idi. İdmana 
xüsusi  qayğısı  daim  hiss  olunan  dövlət  başçımız  Heydər  Əliyev  bu  kompleksin 
açılışında da iştirak edərək öz xeyir-duasını verdi.
Paytaxtımızın inzibati ərazisi hesab olunan Maştağa qəsəbəsinin girəcəyində 
tikilmiş bu kompleks gözəl memarlıq üslubuna malikdir. Bir böyük zaldan ibarət 
olan (tamaşaçı tutumu 600 nəfərdir) idman mərkəzinin ətrafında gözəl yaşıllıq zo-
lağı salınıb. Bu kompleksin həyətində həmçinin tennis kortu, yüngül atletika cıdırı 
və voleybol meydançası da fəaliyyət göstərir. Kompleksin daxili zalına gəlincə, bu-
rada geniş və rahat salonda həndbol, futzal, ağırlıqqaldırma, güləş, cüdo, karate 
kimi növlər üzrə məşğələlər aparılır. Şəhərə yaxın, lakin ekoloji cəhətdən təmiz 
havanın mövcud olduğu qəsəbədə yerləşməsi Maştağa Olimpiya İdman Komp-
leksinin fiziki sağlamlıq və istirahət baxımından dəyərini xeyli artırır.
Prezident  Heydər  Əliyevin  təklifi  ilə  inşa  edilən  bu  kompleks  çox  qısa  vaxt 
ərzində tikilərək istifadəyə verilibdir. Böyük öndər kompleksin açılış mərasimindəki 
nitqində qurğunun meydana gəlməsinin tarixçəsi barədə bunları demişdi: “Bu ilin 
(2001-ci il - red.) martında Maştağadan olan deputat Əsmətxanımla (Əsmətxanım 
Məmmədova - red.) qəsəbədəki vəziyyət haqqında söhbət aparırdım və istəyirdim 
bilim, görüm, nə etmək lazımdır. Bizim söhbətimiz əsnasında aydın oldu ki, həm 
Gənclər və idman naziri Azad Rəhimov 
prezident İlham Əliyevə Salyan Olimpiya  
Kompleksinin tikinti işləri barədə 
məlumat verir 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə