Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

138
10 il öncə başlanan yol
qeyd etdi ki, belə komplekslərin yaradılması gənclərimizi idmana daha da yaxın-
laşdıracaqdır.
Şamaxı  şəhərində  istifadəyə  verilən  Olimpiya  İdman  Kompleksi  ən  yüksək 
dünya standartlarına malikdir. Burada böyük oyun zalı, üzgüçülük hovuzu, digər 
oyun meydançaları var. Şəhərin girəcəyində yerləşən bu qurğunun inşasına MOK 
rəhbəri İlham Əliyevin təşəbbüsü ilə 2003-cü ildə başlanmışdı. 2005-ci il aprelin 
26-da kompleksin açılış mərasimində iştirak edən ölkə prezidenti İlham Əliyev bu 
gözəl idman qurğusunu gəzərək, idmançılar üçün yaradılmış şəraitlə tanış oldu və 
mərasimdə geniş nitq söylədi. Kompleksi həm idman standartlarına görə, həm də 
memarlıq baxımından yüksək qiymətləndirən dövlət başçısı belə idman qurğula-
rının tikilməsində dövlətin və MOK-un əsas məqsədlərini belə izah etdi: “Biz fiziki 
və mənəvi cəhətdən sağlam gənc nəsil yetişdirmək istəyirik. Bunun üçün idmanla 
məşğul olmaq çox vacibdir. Azərbaycanda gözəl yeni nəsil - bizim gələcəyimiz 
gənclər yetişir. Mən çox şadam ki, onlar vətənpərvərlik ruhunda tərbiyə alırlar. 
İdman vətənpərvərlik ruhunun daha da yüksəlməsində çox mühüm rol oynayır. 
Hər  dəfə  beynəlxalq  yarışlarda  Azərbaycanın  milli  bayrağı  qaldırılanda,  dövlət 
himni səslənəndə hər birimizin qəlbi qürur hissi ilə dolur. Bu vətənpərvərlik bizə 
lazımdır.”
2006-cı  il  aprelin  12-də  ölkəmizin  daha  bir  ucqar  rayonunda  -  Zaqatalada 
müasir  standartlara  cavab  verən  Olimpiya  İdman  Kompleksinin  təntənəli  açı-
lış  mərasimi  oldu.  Tədbirdə  iştirak  edən  Azərbaycan  Prezidenti  İlham  Əliyev 
kompleksin açılışını bildirən qırmızı lenti kəsdi. Bu möhtəşəm idman qurğusunun 
tikintisinə 1 milyon 600 min yeni manat vəsait xərclənib. Birinci korpusda inzibati 
bina, ikincidə 25 metrlik üzgüçülük hovuzu və 130 tamaşaçı tutan idman salonu, 
üçüncüdə isə 350 tamaşaçı yeri olan böyük idman zalı yerləşir. Bundan başqa, 
kompleksin məşq salonları, yeməkxana və xidmət otaqları da vardır. Həyətində id-
mançılar üçün 2 mərtəbəli 16 kottec tikilib. Kompleksin qarşısındakı ərazidə 3500 
tamaşaçı yeri olan, beynəlxalq standartlara uyğun inşa edilən yeni stadion isə bu 
ilin payızında istifadəyə veriləcək. Yaxın gələcəkdə idman kompleksinin ərazisində 
3 mərtəbəli mehmanxana və tennis kortlarının tikintisi də nəzərdə tutulub. Pre-
Prezident İlham Əliyev Mingəçevirdə
 «Kür» avarçəkmə bazasının yenidənqurma 
layihəsi ilə maraqlanır 


139
zident İlham Əliyev açılış mərasimində dedi: “Çox gözəl idman kompleksidir, hər 
cür şərait - idman salonları, üzgüçülük hovuzu var və əminəm ki, Zaqatala idman-
çıları və sakinləri bu kompleksdən səmərəli istifadə edəcəklər. Zaqatalada idman 
həmişə çox yüksək səviyyədə olubdur. Bu bölgədən çıxmış idmançılar beynəlxalq 
yarışlarda Azərbaycan idmanının şərəfini qoruyublar və yüksək nəticələr qazanıb-
lar. Eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi mən iki il 
əvvəl qərara gəldim ki, Zaqatalada müasir olimpiya kompleksi tikilməlidir ki, bura-
da idman daha da sürətlə inkişaf etsin, idmanla məşğul olmaq üçün şərait müasir 
dünya  standartlarına  cavab  versin.  Bu  gün  burada,  idman  salonunda  uşaqları 
görəndə  çox  sevindim.  Bu  bizim  gələcək  nəslimizin  fiziki  və  mənəvi  cəhətdən 
tərbiyə olunması üçün çox mühüm bir amildir.”
Masallıda inşa olunmuş olimpiya idman kompleksi istifadəyə bu il aprelin 9-da 
verildi. Bu münasibətlə keçirilən mərasimdə dövlətimizin başçısı İlham Əliyev və 
Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hikkey  də  iştirak  etdilər.  Qeyd 
edək ki, yüksək standartlara uyğun inşa olunmuş kompleksin təməli 2004-cü il 
noyabrın 9-da prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdu. Regionların sosial-
iqtisadi inkişafı Dövlət Proqramına uyğun inşa olunan bu kompleksə idman oyun-
ları, güləş, boks, ağır atletika və gimnastika salonları, iki örtülü üzgüçülük hovu-
zu, süni örtüklü voleybol və basketbol meydançaları, iki tennis kortu, mini-futbol 
meydançası  daxildir.  Burada,  həmçinin  dördulduzlu  mehmanxana  səviyyəsində 
10-dan çox kottec, eləcə də müasir tələblərə cavab verən mətbəx avadanlığı ilə 
təchiz edilmiş 60 nəfərlik yeməkxana tikilib. Kompleksin inşasına Azərbaycan Milli 
Olimpiya Komitəsi tərəfindən 1,6 milyon yeni manat vəsait xərclənib.
Qazax şəhərində tikilmiş Olimpiya İdman Kompleksi bu il mayın 30-da prezi-
dent İlham Əliyevin iştirakıyla keçirilən təntənəli açılış mərasimi ilə iştifadəyə verildi. 
Şəhərin girəcəyində böyük bir ərazidə inşa olunmuş, 2 böyük idman zalından, ra-
hat kotteclərdən ibarət bu idman mərkəzinin yerli gənclərin, idmançıların bədən 
Otüstü Hokkey Kompleksi 2003-cü 
ildən idmançıların istifadəsindədir
Maddi-texniki baza möhkəmlənir


140
10 il öncə başlanan yol
tərbiyəsi ilə məşğulluğu ilə yanaşı, yığma komandalarımızın təlim-məşq toplanışla-
rı üçün də faydalı olacağı şübhəsizdir.
Salyan  şəhərində  də  Olimpiya  İdman  Kompleksinin  tikinti  işləri  yekunlaş-
maq  üzrədir.  İdman  zalı,  36  yerlik  mehmanxana,  3  kottec,  üzgüçülük  hovuzu, 
yeməkxana, tennis kortu, voleybol, mini futbol, basketbol meydançaları ilə yanaşı 
12 hektarlıq sahəsi olan idman mərkəzində idmançıların yüksək səviyyədə hazırlığı 
üçün hər bir şərait yaradılıb.
Bu gün ölkəmizin bir çox başqa şəhərlərində də olimpiya idman komp-leksləri 
inşa  olunur.  2005-ci  il  iyulun  28-də  Qusarda  2  böyük  zalı,  hovuzu,  20  kotteci, 
mehmanxanası və başqa obyektləri olacaq olimpiya idman kompleksinin tikintisinə 
prezident İlham Əliyevin xeyir-duası ilə başlandı. Qeyd edək ki, bu bölgədə eyni 
zamanda xizəkçilik mərkəzinin də inşası planlaşdırılıb. Qusarın 30 km-liyində, Şah-
dağın Ləzə kəndindəki ətəyində salınacaq mərkəzin planına 9 km-lik kanat yol, 
müasir iri mehmanxana, beynəlxalq yarışların keçirilməsi üçün müvafiq qurğular, 
30 km-lik xizək yolu tikilməsi daxildir.
2006-cı il oktyabrın 6-da, eyni gündə ölkəmizin daha iki şəhərində - Kürdəmir 
və Sabirabadda olimpiya idman komplekslərinin təməli qoyuldu. Azərbaycan Pre-
zidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev hər iki təməlin ilk beton 
qarışığını tökərək xeyir-duasını verdi.
Ərazisi 5.5 hektar, smeta dəyəri bir milyon yeni manat olan Kürdəmir Olimpiya 
Kompleksində dünya standartlarına uyğun əl oyunları salonu, üzgüçülük hovuzu, 
stadion, tennis kortları, 4 ikimərtəbəli kottec və istirahət zonası nəzərdə tutulub. 
Burada hər biri 20 yerlik 5 hotel də tikiləcək.
Təməlqoyma mərasimi zamanı idman kompleksinin maketi ilə tanış olan pre-
zident İlham Əliyev, bu işlərin bir il ərzində başa çatdırılmasını tapşırdı və bildirdi 
ki,  binanın  xarici  görünüşünün  memarlıq  üslubuna  da  fikir  verilməli,  üzgüçülük 
hovuzunun isə beynəlxalq standartlara uyğun olması diqqətdən qaçmamalıdır.
Sabirabad şəhərində inşa edilən kompleksin tikintisi üçün 10 hektar torpaq 
sahəsi ayrılıb. Layihədə əsas korpusun, üzgüçülük hovuzunun, futbol, voleybol, 
basketbol meydançalarının, tennis kortlarının, 50 yerlik ikimərtəbəli mehmanxana-
nın və hər biri dörd nəfərlik 12 kottecin tikintisi nəzərdə tutulub.
MOK prezidenti İlham Əliyev 
Lənkəran Olimpiya İdman 
Kompleksinin qırmızı lentini kəsir 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə