Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

133
Maştağa Olimpiya Kompleksinin açılış 
mərasimində iştirak edən ulu öndər 
Heydər Əliyevi Olimpiya çempionu 
Namiq Abdullayev salamlayır 
Maştağada, həm də ətraf kəndlərdə, Sabunçu rayonunda gənclər çoxdur və on-
ların idmanla, bədən tərbiyəsi ilə məşğul olmaq imkanları var. Həqiqətən, bu, çox 
əhəmiyyətli fikir olduğuna görə, mən buna diqqət verdim. Sonra Milli Olimpiya 
Komitəsinin prezidenti İlham Əliyev ilə komitənin işləri haqqında söhbət edərkən 
ona söylədim ki, belə bir təklif var - Maştağada gənclərin idmanla məşğul olması 
üçün hansısa tədbir görmək lazımdır. Fikirləşin, görün nə edə bilərsiniz. O, dərhal 
bu sözlərə öz rəyini bildirdi. Qısa zamandan sonra mənə bildirdi ki, onlar, yəni Milli 
Olimpiya Komitəsi, Olimpiya Komitəsinin sədri kimi şəxsən o, qərar qəbul etdilər 
ki, Maştağada böyük bir idman kompleksi tikilsin. Mən buna sevindim və təbiidir 
ki, təşəkkür etdim. Ona dedim ki, arzu edirəm bunu tezliklə edəsiniz. Yaxşı olar 
ki, bu il olsun.
Amma,  doğrusu,  mən  inanmırdım  ki,  bu  qısa  müddətdə  belə  böyük  bir 
kompleksi tikmək mümkün ola bilər. Çünki burada böyük salon var, onun arxa-
sında idmançılar üçün həm müxtəlif xidmət otaqları və idmanın başqa növləri ilə 
məşğul olmaq üçün yerlər var. Bu gün biz gəzdik, baxdıq, gördük, həm tennis 
üçün, həm mini-futbol üçün, həm basketbol üçün, həm də başqa oyunlar üçün 
ən müasir səviyyədə nə qədər gözəl meydançalar tikilibdir və ətrafında böyük 
park yaranıbdır. Demək, bu kompleks təkcə bu binadan ibarət deyil, böyük bir 
ərazini əhatə edir. Mən bu gün bunu gəlib görəndə heyran oldum ki, qısa bir 
zamanda Maştağada belə bir gözəl kompleks yaranıbdır.”
Açılış  mərasimindəki  çıxışında  MOK  prezidenti  İlham  Əliyev  idmançılarımı-
zın  qazandıqları  uğurlardan,  onlara  yaradılan  şəraitdən,  eləcə  də  ölkəmizin 
beynəlxalq idman qurumları ilə fəal əməkdaşlığından danışdı. İlham Əliyev çıxışın-
da dövlətimizin idmana qayğısını xüsusi vurğuladı və MOK-un öz işini bu yöndə 
davam  etdirəcəyinə,  hər  bir  bölgədə  belə  komplekslər,  qurğular  tikiləcəyinə 
əminlik yaratdı.
Azərbaycanın qədim diyarı Naxçıvanda yeni, müasir olimpiya idman qurğusu-
nun tikilməsi blokada şəraitində olan bu diyar üçün çox əlamətdar hadisə oldu. 
MOK prezidenti İlham Əliyevin təşəbbüsü ilə inşa edilərək, 2002-ci il iyunun 15-də 
- rəsmi dövlət bayramı - Qurtuluş günündə istifadəyə verilən Naxçıvan Olimpiya 
İdman Kompleksi əyalətlərdə tikilən ilk idman qurğusu oldu. Bu kompleks Naxçı-
Maddi-texniki baza möhkəmlənir


134
10 il öncə başlanan yol
vanın mərkəzi stadionunun yaxınlığında yerləşir. Hər biri 600 nəfər tamaşaçı tutan 
2 böyük zaldan ibarətdir və burada əksər idman növləri üçün şərait vardır. Əsas 
zalda mini futbol, basketbol, voleybol və s. digər zalda isə gimnastika, boks, güləş 
və başqa idman növləri üzrə məşğələlər aparılır. Bu kompleksin də ayrıca trenajor 
zalı fəaliyyət göstərir.
Kompleksin açılış mərasimində rəmzi qırmızı lenti kəsərək geniş nitq söyləyən 
ulu öndər Heydər Əliyev, blokada şəraitində olan Naxçıvanda bu idman qurğu-
sunun inşa edilməsini mühüm hadisə kimi dəyərləndirdi: “Bu çox əlamətdar bir 
hadisədir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Hesab edirəm ki, 
siz bu olimpiya kompleksinin Naxçıvan üçün nə qədər faydalı olduğunu bir neçə 
aydan, bir neçə müddətdən sonra daha yaxşı qiymətləndirə biləcəksiniz.”
Sonralar Milli Olimpiya Komitəsinin Naxçıvanda inşa etdirdiyi daha bir idman 
qurğusu  üzgüçülük  mərkəzi  oldu.  2004-cü  il  sentyabrın  2-də  istifadəyə  verilən 
mərkəzin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak 
etdi. Müasir Avropa memarlığı üslubunda tikilmiş üzgüçülük mərkəzi ən yeni ava-
danlıqla da təchiz edilib. Açılış mərasimində prezident İlham Əliyev üzgüçülüyün 
insan sağlamlığı üçün ən faydalı idman növlərindən biri olduğunu vurğulayaraq, 
bu kompleksin çox səmərəli olacağına ümidvar olduğunu bildirdi.
Respublikanın ikinci böyük şəhəri olan Gəncədə yeni idman qurğusu 2002-
ci ilin payızında istifadəyə verildi. Sentyabrın 12-də bu qədim şəhərdə bayram 
əhval-ruhiyyəsi hökm sürürdü. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 
təşəbbüsü ilə tikilmiş yeni Olimpiya İdman Kompleksinin açılış mərasiminə topla-
şan minlərlə insan tədbirdə iştirak edən ölkə prezidenti Heydər Əliyevi alqışlarla 
qarşıladılar.
Mərasimdə  əvvəlcə  şəhər  icra  hakimiyyətinin  başçısı  Eyvaz  Babayev  çıxış 
edərək  dövlət  rəhbəri  Heydər  Əliyevi  bütün  gəncəlilər  adından  salamladı.  Bu 
gözəl, müasir kompleksin Gəncə idmançılarına və gənclərinə hədiyyə edilməsinə 
görə MOK prezidenti İlham Əliyevə şəhər əhalisinin minnətdarlığını çatdırdı.
Gəncə  idmanının  yetirməsi,  yeniyetmələr  arasında  Avropa  çempionu  Elçin 
Əlizadə  və  ikiqat  dünya  çempionu  Şahmurad  Qasımov  çıxış  edərək  idman-
çılara  göstərdiyi  qayğıya  görə  dövlət  rəhbərimizə  və  kompleksin  tikilməsinin 
Taekvondo İdman Mərkəzinin açılış 
mərasimi. MOK prezidenti İlham Əliyev 
və DTF-nin o zamankı rəhbəri Kim Un Yonq 
rəmzi lenti kəsirlər 


135
təşəbbüskarı,  idmanın  inkişafında  xüsusi  xidmətləri  olan  MOK  prezidenti  İlham 
Əliyevə bütün idmançılar adından dərin minnətdarlıq etdilər. Söz verdilər ki, bun-
dan sonra da Azərbaycan idmanının beynəlxalq qələbələri üçün əllərindən gələni 
edəcək və onlara göstərilən bu böyük qayğı və etimadı doğrultmağa çalışacaq-
lar.
Tədbirdə Azərbaycan Prezidenti Heydər Əliyev geniş nitq söylədi. “Biz çalı-
şırıq ki, gənclərimiz üçün, onların sağlamlığını təmin etmək üçün müxtəlif idman 
kompleksləri  yaransın.  Bədən  tərbiyəsi  ilə  kütləvi  məşğul  olmaq  üçün  imkanlar 
yaransın.  Azərbaycan  Milli  Olimpiya  Komitəsinin  bu  sahədə  gördüyü  işlər  çox 
yüksək  qiymətə  layiqdir.  Buna  nümunə  Gəncə  şəhərində  ucaldılmış  bu  gözəl 
Olimpiya  İdman  Kompleksidir”,  -  deyən  dövlətimizin  başçısı  həm  də  gənclərə 
dəyərli nəsihətlərini çatdırdı: “Bizim gənclərin, birinci növbədə, öz sağlamlıqlarını 
möhkəmləndirməsi, sağlam gənc nəsil yetişdirilməsi, Azərbaycan gənclərinin sağ-
lam gələcəyinin hazırlanması üçün imkanlar yaranır. İndi vəzifə bu imkanlardan 
səmərəli istifadə etməkdir. Bu isə yerli hakimiyyət orqanlarının, sizin, bu kompleksi 
idarə edənlərin üzərinə düşür. Gənclər nə qədər həvəs göstərsələr, bu komplek-
sin imkanlarından istifadəyə çalışsalar, o qədər udmuş olacaqlar”.
Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyev və Milli Olimpiya Komitəsinin 
prezidenti İlham Əliyev Gəncə Olimpiya İdman Kompleksinin açılışını bildirən lenti 
kəsdilər.
Ölkəmizin başçısı beynəlxalq standartlara uyğun inşa edilmiş kompleksin sa-
lonlarını  gəzdi.  Qeyd  edək  ki,  Gəncədə,  ümumiyyətlə,  ölkədə  idmanın  yüksək 
səviyyədə  inkişafına  təkan  verəcək  bu  kompleksdə  bir  sıra  idman  növləri  üzrə 
respublika və beynəlxalq miqyaslı yarışların keçirilməsi mümkündür.
Kompleks şəhərin Yeni Gəncə adlanan hissəsində yerləşir. Monolit konstruksi-
yalı iki böyük zaldan ibarətdir. 920 tamaşaçı tutumuna malik böyük zalda əsasən 
komanda  idman  növləri  basketbol,  voleybol,  futzal,  həndbol  və  badmintonla 
məşğul olmaq mümkündür. 220 nəfərlik kiçik zalda isə boks, güləş, karate, cüdo, 
gimnastika  və  digər  növlər  üzrə  bölmələr  fəaliyyət  göstərir.  Kompleksin  ayrıca 
trenajor zalı da var.
Kompleksin salonlar hissəsi bir, qalan hissələri isə 2 və 3 mərtəbəlidir. Burada 
Bu gün ölkəmizin hər bölgəsində 
idman qurğuları tikilir. 
Şəmkir Olimpiya Kompleksinin təməli 
Maddi-texniki baza möhkəmlənir


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə