Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə18/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

75
təmir-bərpası;
2.3. Azərbaycanda müxtəlif səviyyələrdə beynəlxalq yarışların keçirilməsi;
2.4.  İdmançıların  hazırlıq  səviyyəsinin  artırılması  üçün  kompleks  tədbirlərin 
həyata keçirilməsi;
2.5. Azərbaycanın və milli idman təşkilatlarının beynəlxalq aləmdə nüfuzunun, 
idarəedici və təşkilati imkanlarının artırılması;
2.6.  Ölkədə  dayağı  olmayan  və  ya  tənəzzül  etmiş  idman  növlərinin,  o 
cümlədən qış idmanının əsaslarının yaradılması və inkişaf etdirilməsi.
Avqustun 26-da İcraiyyə Komitəsinin İlham Əliyevin sədrliyi ilə ilk iclası məqsəd 
və vəzifələrə tam aydınlıq gətirdi. Onun geniş ictimaiyyət arasında atdığı ilk ad-
dımlar əməllə sözün bütövlüyünün parlaq aynası oldu. Milli Olimpiya Komitəsinin 
3-cü Baş Assambleyasında məruzəsi zamanı İlham Əliyev, 1997-ci ildə təşkilata 
prezident  seçilərkən  qarşıya  qoyduğu  və  reallaşdırdığı  vəzifələrə  belə  qiymət 
verdi:  “Fəaliyyətimizin  ilk  günlərində  biz  Azərbaycan  Olimpiya  hərəkatının  real 
vəziyyətini  öyrəndik,  mövcud  problemləri  aşkara  çıxardıq,  işə  əngəl  törədən 
amilləri müəyyənləşdirdik və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər 
gördük. Bütün bunlar nə qədər çətin olsa da, onların öhdəsindən gələ bildik.”
Çox  keçmədi  ölkənin  tanınmış  idmançıları,  məşqçi  və  mütəxəssis  korpusu 
və idman rəhbərləri ilə görüşlərdə Azərbaycan olimpiya hərəkatı lideri olimpiya 
təqaüdlərinin təsis edildiyini bəyan etdi. Bu olimpiadaya hazırlıq dövründə ardıcıl 
addımların ən vaciblərindən idi. İdmançıların bütün mümkün problemlərdən uzaq 
olması, ələlxüsus da maddi ehtiyaclarının tam ödənməsi əsas şərt idi. Beynəlxalq 
Olimpiya Komitəsinin ölkəmizdən 9 perspektivli idmançıya verdiyi məbləğdən sa-
vayı, Milli Olimpiya Komitəsinin rəhbəri 38 idmançı və onların məşqçisinə xüsusi 
təqaüdlər ayrılması barədə qərar verdi. Əsas ümidlər müəyyənləşdi və get-gedə 
onların  sırası  genişləndi.  Ümumən,  1998-2000-ci  illərdə  idmançılara  və  onların 
məşqçilərinə 2 milyard 220 milyon 350 min manat təqaüd verildi. Az vaxtda ölkə 
xaricində olan idman liderlərimizi geri qaytarmağa, onların hər bir şəraitlə təmin 
edilməsinə başlanıldı.
Ölkədə istər dövlət, istərsə də ictimai idman qurumlarının vəhdət işinə nail 
olundu. Hərəkata milli federasiyaların və müxtəlif idman təşkilatlarının qoşulması 
Prezident İlham Əliyev və Olimpiya 
çempionu Zemfira Meftəhəddinova 
Müstəqil Azərbaycanın 
qızıl Olimpiadaları



77
çoxşaxəli qolların vahid xətdə birləşməsinə kömək etdi. Belə bir dövrdə birlik va-
cib amildir. Çünki əsasını demokratik formalaşma prinsipləri təşkil edən Milli Olim-
piya Komitəsi, Olimpiya Xartiyasına görə, bir çox başqa idman birlikləri kimi, qeyri-
hökumət təşkilatıdır. Olimpiya hərəkatı isə yalnız və yalnız ictimai hərəkatdır. Bu 
səbəbdən də onun qanun qəbul etmək, öz şərtlərini diktə etmək hüququ yoxdur 
və bütün təşkilatlarla əlaqələrini qərar, qətnamələr əsasında qurur. Bununla belə, 
bütün dünyada federasiyalar və digər təşkilatlar, hətta dövlətlərin idman struktur-
ları da əsas xətti məhz Olimpiya hərəkatı ilə birgə və ona uyğun qururlar. Çünki 
olimpizmin mayası dönməz demokratik, plüralist meyarlardır. Uzun görünən belə 
marafonu  Azərbaycan  qısa  zaman  kəsiyində  ötüb  keçdi.  Bunun  ən  böyük  və 
başlıca səbəbi isə ölkədə hər bir gəncin, hər bir kəsin Milli Olimpiya Komitəsinin 
və onun rəhbərinin lider rolunu qəbul etməsi, ona inanması idi.
Prezident İlham Əliyev 
Afina Paralimpiya Oyunlarının 
qalibi İlham Zəkiyevi təbrik edir
Müstəqil Azərbaycanın 
qızıl Olimpiadaları



Sidney: 
Həyəcanlı anlar
İki qızıl medal, bir bürünc medal, 
bir neçə idmançımızın onuncu yerə
qədər müxtəlif yerləri tutması - bunlar
həqiqətən böyük qələbədir.
Heydər Əliyev


80
10 il öncə başlanan yol


81
aesıfldksdılfkjaısldkf
10 pt


82
10 il öncə başlanan yol


83
Olimpiya  hərəkatının  şah  əsəri,  onun  zirvəsi  və  xidmət  etdiyi  əsas  amalla-
rın təzahürü Olimpiya Oyunlarıdır. Əzəmət və möhtəşəmliyinə görə dünyanın 7 
möcüzəsindən bu günə gəlib çatmış yeganə nümunəsi - Misir ehramları ilə həyatda 
çətin ki, nəyisə müqayisə etmək olsun. Amma onlar, sadəcə, tarixin daş yadda-
şı, yadigarıdır. Dövrün ab-havasını, onun hərəkət və inkişaf xəttini bütün çalarları, 
cizgiləri, rəngləri ilə bizə çatdıra biləcək canlı hadisələrdən söz düşərsə, yəqin ki, 
olimpiya hərəkatı və ələlxüsus da olimpiya oyunlarını çəkinmədən misal gətirmək 
olar. Çünki olimpizm ideyaları ümumbəşəri mahiyyəti ilə mütərəqqi düşüncə tərzini, 
təfəkkürünü,  eləcə  də  milli-mədəni,  sosial-ictimai  baxışları  birləşdirir.  Hər  4  ildən 
bir  keçirilən  olimpiadalar  özündə  bir  dövrün,  dünyanın  müxtəlif  regionlarındakı 
hadisələrin annotativ təhlili və hesabatıdır. O, cəmiyyətimizdə baş verənlərin inika-
sı, zamanın sülh nəbzidir. Dəhşətli savaşlar, amansız silahların rəqabəti dövründə 
yüksəlib ucalmış olimpiya oyunlarının ən böyük qələbəsi də elə budur - zamanın 
meyarı, dövrün inkişaf aynası olmaq.
Olimpiya  Oyunları  bu  zirvəyə  gənc  nəslin  sağlamlığının  və  bu  yolla  əqidə, 
düşüncə  tərzinə,  demək,  tərəqqipərvər,  hərtərəfli  harmonik  nəslin  yetişməsinə, 
bəşəri ideyaların tərənnümünə, onun saflığına xidmət göstərdiyi üçün çatdı. “Si-
tius,  altius,  fortius”  -  “daha  sürətli,  daha  yüksəyə,  daha  güclü”  devizi  isə  insanın 
“daim irəli” əbədi hərəkət ideyalarının əksinə çevrildi. Niyə bu sırada Azərbaycan da 
irəliləməsin? Öz möhkəm yerini tutmasın? Dəyərli sözünü deməsin? İdmançılarımı-
zın ustalığının artması, cərgələrinin genişlənməsi, eyni zamanda, idman nəticələrinin 
daim  yüksəlməsi  Vətənin  tərənnümü,  təbliği,  ürəklərdə  qərar  tutması  deməkdir. 
Bu, böyük missiya, əvəzedilməz hisslərdir. Məhz bu əsaslar MOK prezidenti İlham 
Əliyevin olimpiya hərəkatındakı liderliyinin ana xəttini təşkil etdi və o cəmi 2 ildən 
sonra keçiriləcək Sidney Olimpiya Oyunlarında uğurla çıxış etməyi bir vəzifə kimi 
qarşıya məqsəd qoydu: “İstəyirəm ki, heç olmazsa, bir Azərbaycan idmançısı olim-
piadada qızıl medal əldə etsin. Əgər Azərbaycan himni Sidneydə səslənib, bayrağı-
mız dalğalanarsa, mən özümü qalib hiss edəcəyəm”.
Belə  qısa  müddətdə  olimpiya  uğuru?  Həddən  artıq  böyük  risk  deyildimi? 
Əlbəttə, bunun nə demək olduğu təkcə idmançı və məşqçiyə bəlli deyil. Oyunları 
izləmiş sadə azarkeşlər də dəqiq bilir ki, 4 ildən bir keçirilən bu möhtəşəm idman 
bayramına hər bir ölkə, xüsusən idmançılar özləri ciddi hazırlaşır, bütün qüvvə və 
bacarıqlarını buna yönəldirlər.
1896-cı ildə vətəni Yunanıstanda keçirilmiş Olimpiya Oyunlarının qəhrəmanı kimi 
ucalmaq üçün illərin sınağı, təcrübəsi gərəkdir. Bu gün iqtisadiyyatı ilə diqqəti çəkən 
Yaponiya ötən əsrin 60-cı illərindən əsl idman ölkəsinə çevrilməyə başladı. Çin isə 
ötən əsrin 80-ci illərindən sanballı və mütəmadi uğurları ilə irəliləməyə müvəffəq 
oldu. Postsovet məkanı ölkələrinə nəzər yetirmiş olsaq, bütün nümunələr göstərir 
ki, olimpiya oyunları iqtisadiyyatın təcəssümü, sosial-məişət rifahının göstəricisi və id-
manın cəmiyyətdəki statusunun tablosudur. 1998-ci ilədək Azərbaycan hələ böyük 
yolun astanasında idi. Belə bir məqamda, qısa müddət ərzində ən yüksək zirvələri 
fəth  etmək  məqsədini  qarşıya  qoymaq  olimpiya  hərəkatı  liderliyini  öz  üzərinə 
götürən şəxsdən böyük cürət tələb edirdi. Az vaxtda qüvvələr toplanmalı, nəticələr 
çıxarılmalı, planlar ən sistemli və mütəmadi şəkildə qurulmalı, beynəlxalq arenaya 
çıxılmalı, təcrübə qazanılmalı və ən əsası, bunlar hamısı bir yerdə mütəşəkkilliyin op-
timal sıx qrafiki ilə edilməli idi. Bəs bu deyilənlərə ölkəmizdə necə riayət olundu?
Diqqət yetirək: Oyunlara hazırlıq böyük təşkilati vüsət içərisində keçdi. Qayğı və 
diqqəti ən adi, xırda tələblərdə belə hiss edən idmançıda ruh yüksəkliyi, gələcəyə 
inam yaranmaya bilməzdi. Bu isə təbii ki, məsuliyyət hissi oyadır, onu Vətənə şərəflə 
xidmətə, mübarizəyə, qələbəyə kökləyir.
1997-ci ilin sonunda XXVII Yay Olimpiya Oyunlarına hazırlıq konsepsiyası hazır 
Sidney: Həyəcanlı anlar


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə