Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə15/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   11   12   13   14   15   16   17   18   ...   62

62
10 il öncə başlanan yol
görə, minnətdarlığını və Azərbaycanın həqiqətən böyük potensiallı ölkə olduğu-
nu bildirdi.
Həyat birrəngli, birçalarlı deyil. Onun öz qanunauyğunluqları var. 2003-cü ildə 
Azərbaycan idmanı ən böyük himayədarını, daim atalıq qayğısına güvəndiyi lide-
rini - Heydər Əliyevi itirdi. Ancaq qəlbləri ovudan hisslər də var idi. 1997-ci ildən 
idmanımızın mayakına çevrilən, onu çeşidli sınaqlardan uğurla çıxaran, yüksəldən 
İlham Əliyev bundan belə Azərbaycanı bütün sahələrdə irəli aparacaqdı.
2004-cü il Azərbaycan idmanı üçün daha bir məsuliyyət və sınaq, eyni  zaman-
da, imkanların genişlənməsi və əlaqələrin şaxələnməsi baxımından vacib dövr oldu. 
Azərbaycan  Prezidenti  İlham  Əliyev  sərbəst  güləşçilərin  Bakıda  keçirilən  Dünya 
Kuboku yarışının qonaqları ilə görüşdü. Beynəlxalq və Rusiya olimpiya komitələri 
ilə əlaqələrin möhkəmlənməsi baxımından bir sıra tədbirlər keçirildi, o cümlədən, 
dövlət başçısı BOK-un vitse-prezidenti Vitali Smirnovla, Rusiya MOK-un prezidenti 
Leonid Tyaqoçovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlər keçirdi və iki 
ölkənin  olimpiya  hərəkatı  sahəsində  əməkdaşlığını  genişləndirən,  buna  əsaslar 
yaradan müqavilə imzalandı. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti 
Kirsan İlümjinovun, Dünya Taekvondo Federasiyasının (WTF) yeni rəhbəri Çanq 
von Çunun paytaxtımıza səfərləri də yüksək əməkdaşlıq ovqatı şəraitində keçdi.
İyunun 22-də Yunanıstan prezidenti Konstantinos Stefanopulos Azərbaycana 
gəldi. Olimpiada ilində baş tutan bu səfər zamanı, söz yox ki, olimpizm mövzusu 
aktual  olmalı  idi.  MOK-un  inzibati  binasında  “Olimpiya  ruhu”  sərgisi  təşkil  edil-
Prezident İlham Əliyev və BOK vitse-prezidenti 
Vitali Smirnov Afinada Azərbaycan günündə 


63
di. Burada Yunanıstan Mədəniyyət Nazirliyinin xətti ilə “Antik Olimpiya Oyunları”, 
“1896-cı ildə Olimpiya Oyunlarının bərpası” və “Afina-2004” kimi bölmələrdən 
təşkil  edilmiş  sərgidə  ellin  ölkəsindən  gətirilmiş  eksponatlar  nümayiş  etdiril-
di.  Azərbaycan  rəssamı  Kərim  Cəlalın  “Afina-2004”  əsərinin  burada  nümayi-
şi  iki  dövlət  arasında  olimpiya,  sülh  və  dostluq  nümunəsi  kimi  qiymətləndirildi. 
Tədbirdə  nitq  söyləyən  prezidentlər  olimpiya  oyunlarının  dünya  və  xalqlarımız 
üçün əhəmiyyətindən, onun xidmət etdiyi amallardan söz açdılar.
Bu dostluğun ən böyük nümunəsini isə XXIX Yay Olimpiya Oyunlarının açılış 
mərasimində müşahidə etdik. İdmançıların paradında dövrə vuran komandamı-
zı  hər  iki  prezident,  habelə  BOK  rəhbəri  Jak  Roqq  eyni  kürsüdən  salamladılar. 
Avqustun 15-də isə Afinada “Azərbaycan günü” keçirildi. Söz yox ki, budəfəki 
mərasim  həm  tərtibat,  həm  mövzu,  həm  də  məqsəd  və  məramnaməsi  ilə 
Sidneydən  tam  fərqli  idi:  ötən  4  ildə  Azərbaycan  idmanı  çox  böyük  yol  keç-
miş,  beynəlxalq  əlaqələrimiz  dünya  idmanı  sistemində  ən  etibarlıların  sırasına 
yüksəlmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın 
iştirakı  ilə  keçirilən  “Azərbaycan  günü”  Yunanıstan  paytaxtı  Afinanın  ən  gözəl 
mehmanxanalarından  olan  “Divani  Karovel”də  təşkil  olunmuşdu.  Mərasim  sa-
lonu Azərbaycana xas milli dəyərlər üslubunda, zövqlə bəzədilmişdi. Quraşdırıl-
mış iri ekranlarda mərasimboyu müstəqil dövlətimizin bütün sahələrdə inkişafına 
əvəzsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin fəaliyyətindən, xalqımızın 
mədəniyyət və incəsənətindən, Azərbaycan MOK-un  fəaliyyətindən, eləcə də 
ölkəmizdə keçirilmiş beynəlxalq yarışlardan bəhs edən videomateriallar nümayiş 
etdirildi. Qonaqlara Azərbaycanda mədəniyyət və idmanın inkişafı haqqında qısa 
məlumat verildi.
Prezident İlham Əliyev BOK prezidenti Jak Roqq ilə görüşdü. Söhbət zama-
nı Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətindən, ölkədə idmanın inkişafı 
üçün  görülən  işlərdən,  BOK-la  əlaqə  və  əməkdaşlıqdan  danışıldı.  Azərbaycan 
olimpiya  hərəkatının  perspektivləri  haqqında  fikir  mübadiləsi  aparıldı.  Prezident 
İlham Əliyev mərasimdə iştirak edən digər qonaqlar - BOK-un sabiq və fəxri pre-
zidenti Xuan Antonio Samaranç, AOK prezidenti Mario Peskante, Ukraynanın baş 
naziri Viktor Yanukoviç, BOK-un vitse-prezidentləri Vladimir Smirnov və Sergey 
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru
Rusiya Olimpiya Komitəsinin prezidenti 
Leonid Tyaqaçov prezident 
İlham Əliyevə Olimpiya kuboku 
təqdim edir 


64
10 il öncə başlanan yol
Bubka, habelə FİLA prezidenti Rafael Martinetti, AİBA prezidenti Ənvər Çoudri, 
EJU prezidenti Marius Vizir, Almaniya, Moldova, Gürcüstan, Tacikistan, Belarus, 
Qazaxıstan, Qırğızıstan, Türkmənistan olimpiya komitələrinin prezidentləri, idman 
nazirləri ilə görüşərək səmimi söhbət etdi.
Mərasimdə nitq söyləyən prezident İlham Əliyev bütün qonaqlara “dostlar” 
deyə müraciət etdi və “çox şadam ki, Azərbaycan Olimpiya Komitəsinin həmişə 
gözəl  münasibətlərdə  olduğu  və  bu  əlaqələri  gələcəkdə  də  davam  etdirəcəyi 
dostları bu gün bizimlədir” söyləməklə, milli adət-ənənələrimizi, dostluq, sədaqət, 
inam, etibar nümunəsini nümayiş etdirdi. MOK rəhbəri kimi 7 illik fəaliyyətindən 
iftixar hissi duyduğunu ifadə edən ölkə başçısı, Azərbaycanın beynəlxalq olimpiya 
ailəsinin  fəal  üzvünə  çevrilməsindən  məmnunluğunu  dilə  gətirdi.  Odlar  yurdu-
nun həmişə öz idmançıları ilə seçildiyini qeyd edərək dedi: “Azərbaycanın daxil 
olduğu olimpiya ailəsi nadir ailədir. O, bütün dünyada insanları birləşdirir - yalnız 
idmançıları deyil, bütün dünyanı birləşdirir və olimpiadalar planetimizdə keçirilən 
ən böyük beynəlxalq hadisədir”.
Azərbaycan Prezidenti ölkəmizdə 10-dan artıq idman, o cümlədən olimpiya 
mərkəzlərinin  istifadəyə  verilməsini,  idmançılarımızın  yüksələn  templi  uğurlarını, 
gənc nəslin nailiyyətlərini, bir neçə ən yüksək səviyyəli yarış və tədbirin təşkilini, 
bundan sonra da bu ənənələrə sadiq qalacağımızı mərasim iştirakçılarının nəzərinə 
çatdırdı. Sonda isə iştirakçıları yaxın tanışlıq üçün Azərbaycana dəvət etdi.
Qırğızıstanın  idman  nümayəndə  heyəti  tərəfindən  dövlətimizin  rəhbərinə 
hədiyyə olaraq milli geyim təqdim olundu. Tədbirin sonunda bütün qonaqlara 
Azərbaycan haqqında məlumat verən xatirə hədiyyələri bağışlandı. Azərbaycan 
Prezidenti olimpiya komandamızın üzvləri ilə görüşüb, yarışlarla bağlı  tövsiyələrini 
verdi, idmançılar və məşqçilərlə xatirə şəkilləri çəkdirdi.
Afina  Olimpiya  Oyunlarının  gedişində  idmançılarımızın  5  medalı,  hər  dəfə 
yüksələn Azərbaycan bayrağı tariximizin dünyaya səslənən həqiqəti oldu və esta-
fet Pekin-2008-ə verildi.
Hələ  aşılacaq  sərhədlər  tükənməyib.  Ötən  üç  ildə  beynəlxalq  əlaqələrin 
qurulması  istiqamətində  ikitərəfli  sazişlər  xətti  daha  böyük  vüsətlə  aparılmışdır. 
Keyfiyyət  baxımından  bu,  çox  fərqli  fəaliyyət  sahəsidir.  Müvafiq  zirvəyə  çatmış, 
Səudiyyə Ərəbistanı Krallığı Gənclərə Qayğı 
Baş Sədrliyinin birinci vitse-prezidenti Şahzadə 
Əmir Nəffaf bin Veysəl bin Fəhd bin Əbdüləziz 
Azərbaycan Prezidentinin qəbulunda


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə