Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə11/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

51
əsaslarını tərtib edib, geniş ictimaiyyətin müzakirəsinə çıxararkən təsadüfən yaz-
mırdı: “Olimpiya ideyaları xalqların dostluğu, qarşılıqlı anlaşma və əlaqələr qurma-
sı, sülh deməkdir”. Elə onun müəllifi olduğu Olimpiya Xartiyasında da bu prinsiplər 
əsas elan edilir: “Olimpiya hərəkatının məqsədi həvəskar idmanın dostluq mey-
danlarında  yarışmalarla  əldə  olunan  fiziki  və  mənəvi  keyfiyyətlərin  inkişafına 
kömək etmək və dörd ildən bir möhtəşəm idman bayramında dünya gənclərini 
birləşdirmək, bununla da beynəlxalq inam, etibar, xoşməramlıq yaradaraq, daha 
yaxşı və daha dinc dünya qurmağa yardımçı olmaqdır”.
Yarışlar,  meydan  mübarizəsi  olimpiadada  əsasdır.  2004-cü  ildə  idmançıla-
rımız  2  qızıl  və  1  bürünc  medal  qazanmaqla  ölkəmizin  şöhrətinin  artması,  imi-
cinin  yüksəlməsində  əvəzsiz  rol  oynadılar.  Eyni  zamanda  onlar  Azərbaycanın 
beynəlxalq əlaqələrinin yeni mərhələyə qədəm qoymasına, yeni vüsətinə səbəb 
oldular. Olimpiya Oyunlarına belə xüsusi əhəmiyyət verib, ona diqqətin artırılma-
sını əsas gətirən İlham Əliyev bununla qarşıya qoyduğu ilk vəzifəni əməli işi ilə 
sübuta yetirdi.
Olimpiya Oyunlarının istənilən ölkənin tarixi, tanınması baxımından əhəmiyyətli 
rol oynaması sirr deyil. 1997-ci ildə MOK prezidenti seçilərkən İlham Əliyev bu 
fürsətdən tam istifadə etmək qərarını verdi: “Azərbaycan tək yay deyil, həm də qış 
oyunlarında təmsil olunmalıdır.” O vaxt çoxları bu fikri anlamasa və ya başa düşmək 
istəməsə də, bu gün hər kəs atılmış addımın dəyərindən və əhəmiyyətindən da-
nışır. Söz yox ki, bu, ölkədə olimpiya hərəkatının mahiyyətinin təbliğindən, onun 
verəcəyi üstünlüklərin aşılanmasından irəli gəlir. Olimpiadalar tək zəfərlər meydanı 
deyil. Ötən 3 Qış Oyunları Azərbaycana yeni imkanlar pəncərəsi açdı, - desək, 
yanılmarıq. 1924-cü ildən sonra Yay Olimpiadalarından ayrı keçirilən Qış Oyun-
Prezident İlham Əliyev
Avropa Taekvondo Federasiyasının 
prezidenti Anostasis Prokalisə 
MOK-un inzibati binasının maketini 
hədiyyə edir
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru


52
10 il öncə başlanan yol
larının vacibliyini İlham Əliyev Milli Olimpiya Komitəsinin 2001-ci ildə keçirilən Baş 
Assambleyasında da xüsusi vurğuladı: “Qış Olimpiya Oyunlarında iştirakımız da-
vam etməlidir. Azərbaycanın adı bütün, o cümlədən Qış Olimpiya Oyunları kimi 
mötəbər tədbirlərdə səslənməlidir.” Onun ilk nümunəsini İlham Əliyevin səyi ilə 
qatıldığımız 1998-ci il Naqano “Ağ Oyunları”nda gördük. Bu Oyunlarda ölkəmizi 
İqor Paşkeviç, Yuliya Vorobyova, habelə İnqa Rodionova və Aleksandr Anişşenko 
cütlüyü  fiqurlu  sürüşmədə,  Elbrus  İsakov  dağ  xizəkçiliyində  təmsil  etməli  idilər. 
Rusiyalı fiqurçuların Azərbaycan bayrağı altında çıxış etməsi İlham Əliyevin Rusiya 
Olimpiya Komitəsinin o vaxtkı prezidenti Vitali Smirnovla görüşü zamanı həll edil-
di. Naqanoya qədər bir neçə yarışda, dünya və qitə çempionatında da ölkəmizi 
təmsil etmiş bu idmançılar prinsipcə yaxşı nəticə göstərdilər. İqor və Yuliya fərdi 
proqramlarda 16-cı oldular.
İnqa yarışdan qabaq zədələndi. Cütlüyün, ümumiyyətlə, turnirə qatılmaması 
təhlükəsi yaranmışdı. Ancaq İnqa, hər şeyə rəğmən, buz üzərinə çıxmağa qərar 
verdi. İlk gün nəticələr zəif olsa da, iki gün ərzində səviyyəli tibbi müayinə İnqanın 
vəziyyətini xeyli yaxşılaşdırdı və yekunda Rodinova-Anişşenko cütlüyü 18-ci oldu. 
İdmançıların çıxışı zamanı hakim subyektivliyi olmasaydı, nəticələr daha yüksək ola 
bilərdi.
Uşaq  ikən  Qazaxdan  Gürcüstana  köçmüş  və  Bakurianidə  dağ  xizəkçiliyi  ilə 
məşğul olan və yalnız Azərbaycan bayrağı altında çıxış edəcəyini deyən Elbrus isə, 
Naqanoda qriplə xəstələndiyi üçün yarışa bilmədi. Əlbəttə, hələ Azərbaycanda 
qış idmanı üçün şərait olmadığından, hansısa nəticələr ardınca qaçmaq yersizdir. 
Ancaq, söz yox ki, İlham Əliyev ölkəmizin Qış Oyunlarında iştirakına da nail olub-
sa, bu sahədə də uğurların zamanı yetişəcək. Əməli işlər isə hazırda bir neçə dağ 
rayonunda inşa edilən bazalarda gedir.
Bəs  bu  Qış  Olimpiadalarında  iştirak  bizə  nə  verdi?  Tələsməyə  ehtiyac  var 
idimi?  Yəqin,  ötən  üç  “Ağ  Oyunlar”ın  təkcə  açılış  mərasimini  izləyib,  arenaya 
“Azərbaycan”  sədaları  dalğasında  daxil  olan  və  deyək  ki,  Naqanoda  cəmi  72 
ölkənin iştirakçısı sırasında ölkəmizi də görmək hər birimizin ürəyini qürur və sevinc 
hissi ilə doldurur. Hələ Naqano Oyunları zamanı press-relizlər və müxtəlif nəşrlər, 
hesabat, teleyayım və s. vasitələrdə Azərbaycanla bağlı dərc olunan məlumat və 
rəylərdən də söz açmaq olar.
Naqanodan daha bir maraqlı fakt: təmsilçilərimizin, onlar üçün təyin edilmiş 
məktəbə gedərkən, doğma dilimizdə himnimizi oxumaları, tariximizi, coğrafiyamı-
zı bilmələri, təbiətimizdən danışmaları nəyə desən dəyər.
Oyunlardan bir neçə gün sonra, prezident Heydər Əliyevin Yaponiyaya dövlət 
səfəri zamanı, olimpiada yenə gündəmə gəldi, xatırlandı və baş verənlərdən söz 
açıldı. Elə bu faktın özü ikitərəfli danışıqların başlanğıcdan ən səmimi dostluq axa-
rına keçməsinin səbəblərindən oldu. Demək, çəkilən zəhmət və xərclənmiş 100 
min ABŞ dolları (onun yalnız yarısını dövlət ödəyib, deməli, xərclər 2 dəfə aşağı 
olub) özünü nəinki tam doğrultdu, əksinə, maliyyədən qat-qat vacib xeyir gətirdi 
- ünsiyyət quruldu, əlaqələr möhkəmləndi, münasibətlər dərinləşdi, səmimiyyət, 
inam artdı.
24-cü yeri tutan Sergey Rılov, 17-ci olan Kristin Freyzer - İqor Lukanin cütlüyü, 
həmçinin  mürəkkəb  döngədə  büdrəyib  yarışdan  çıxsa  da,  olimpiya  debütünü 
edən soydaşımız Elbrus İsakovun Solt Leyk Siti-2002-də iştirakından da çox misal-
lar çəkmək olar.
Elə ötən il keçirilmiş, Kristin Freyzer - İqor Lukanin cütlüyünün çıxış etdiyi Turin-
2006-nı  da  qeyd  etmək  mümkündür.  Azərbaycan  televiziya  kanalının  ilk  dəfə 
eksklüziv  hüquqla  yayımları  ilə  daha  bir  hüdud  aşıldısa,  yarış  zamanı  ölkəmizin 
təbliğiylə bağlı görülmüş işlər də şübhəsiz ki, izsiz ötüşməyəcək.
BOK vitse-prezidenti Vitali Smirnov Azərbaycan 
idmanının ən yaxın dostlarındandır 


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə