Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə12/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   8   9   10   11   12   13   14   15   ...   62

53
Sidney Oyunlarından başlayaraq, Azərbaycanın yüksək təmsilçilik mədəniyyəti 
nümayiş  etdirməsi,  vahid  komanda  ruhu  qısa  müddətdə  görülən  işlərin  İlham 
Əliyevin  fəaliyyətində  sezilən  maksimal  faydalılıqla  optimal  geniş  hədlərin  dəf 
edilməsi kimi qalib keyfiyyətinin təntənəsi meydanı oldu. Bu qələbə tək idman 
və  bu  istiqamətdə  beynəlxalq  əlaqələr  baxımından  Azərbaycan  həqiqətlərinin 
təntənəsi deyil, həmçinin Azərbaycan gənclərinin liderinin, onun ideyalarının, arzu 
və istəklərinin tərənnümçüsü kimi, bu “qüvvə”ni bir gün lazım gələrsə, Azərbaycanın 
ən ağrılı məsələsinin həllinə də yönəldə biləcəyinin əyani göstəricisidir.
Olimpiada  geniş  imkanlar  meydanıdır.  İdman,  yarış  öz  yerində;  o,  həm  də 
hər  bir  ölkənin  həyatında  böyük  mədəni  hadisədir.  O,  olimpiya  komandasının 
geyimindən tutmuş 18 günlük yarış dövründə hər bir dövlətin konkret proqram 
üzrə həyata keçirdiyi tədbirlər və müxtəlif mərasimlərin, əsasən, ölkə haqqında 
imicin, təəssüratın və beynəlxalq əlaqələrin formalaşması meydanıdır. 1906-cı ildə 
BOK-un Parisdə keçirilən iclasında, qədim ənənələrə uyğun olaraq, incəsənətin 
beş  əsas  istiqaməti  (memarlıq,  rəngkarlıq,  heykəltəraşlıq,  musiqi  və  ədəbiyyat) 
üzrə müsabiqələr keçirilməsinə də qərar verilmişdi. İlk qaliblər arasında olimpiz-
min memarı Pyer de Kuberten də var idi. 1948-ci ilədək bu yarışlar Oyunların 
proqramına daxil edildi, qaliblər olimpiya çempionu statusu aldılar. 1954-cü ildə 
isə  müsabiqələrin  incəsənət  sərgiləri  ilə  əvəzlənməsinə  qərar  verildi.  Tədbirləri 
Oyunlar dövründə təşkilat komitəsi keçirməlidir. Mövzular sırasında, qeyd etdiyi-
miz incəsənət sahələrindən savayı, fotoqrafiya və idman filateliyası da yer alır.
Olimpiya  Xartiyasına  uyğun  olaraq,  bundan  savayı,  Beynəlxalq  Olimpiya 
Komitəsinin icazəsi ilə təşkilat komitəsi milli-mədəni proqramların təşkilinə də razı-
lıq verə bilər. Bu isə maraqlı olan iştirakçılara ölkəsinin mədəniyyətini, incəsənətini, 
tarixi irsini nümayiş etdirib-yaymaq, tanıtdırmaq üçün bir şansdır. Məhz bunu əsas 
götürərək, son iki olimpiadada ölkəmizin geniş təmsil olunduğunu deyə bilərik. 
İlk belə tədbirə Milli Olimpiya Komitəsi 1997-ci ildə qoşuldu. BOK-un “Olimpiya 
oyunları uşaqların gözü ilə” müsabiqəsinə məktəblilərimizin 122 rəsm işi təqdim 
olundu və onlardan biri birinci, digəri dördüncü yeri tutdu. 
1998-ci ilin aprelində yaradılmış Milli Olimpiya Akademiyasının elmi-metodiki 
sahədə gördüyü işlər içərisində “Olimpizm tarixi və fəlsəfəsi” mövzusunda konf-
Belaruslu ikiqat olimpiya çempionu Viktor Renyski 
MOK prezidenti İlham Əliyevə xatirə hədiyyəsi 
təqdim edir 
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru


54
10 il öncə başlanan yol
ransı qeyd etmək olar. Üç il sonra daha bir belə tədbir təşkil edildi. Bu, ölkəmizdə 
olimpiya hərəkatına münasibətin geniş miqyasını nümayiş etdirmək üçün əyani 
vasitə oldu.
2001-ci ildə 6 Azərbaycan karikaturaçı rəssamın işi Türkiyə Olimpiya Komitəsinin 
xətti ilə təşkil edilmiş “Ədalətli oyun” müsabiqəsinə təqdim olundu və onlardan 
biri qalib gəldi.
2000-ci il Oyunları ərəfəsində start götürən mədəniyyət festivalı çərçivəsində 
“Olimpiya,  incəsənət,  idman-2000”  rəssamlıq  və  heykəltəraşlıq  müsabiqəsinə 
də nümayəndələrimiz fəal qoşuldular. Sidneydə isə nümayiş etdirilən 16 işdən 
2-si  Azərbaycandan  idi.  Onlardan  biri  4-cü  yeri  tutdu  və  Beynəlxalq  Olimpiya 
Komitəsinin diplomuna layiq görüldü.
Sentyabrın 18-də Sidney şəhərinin “Recent” mehmanxanasında “Azərbaycan 
günü”  keçirildi.  Mərasim  keçirilən  zalda  əsl  Azərbaycan  və  azərbaycançılıq  ab-
havası yaradılmışdı. Rəssam və heykəltəraşlarımızın əsərləri, müxtəlif mövzularda, 
o cümlədən olimpizm ruhunu ifadə edən xalçalarımız və bir çox başqa sənətkarlıq 
nümunələri  ölkəmizin  qədim  tarixini,  zəngin  ədəbi-bədii,  mədəni-fəlsəfi,  sosial-
məişət ənənələrini yetərincə təbliğ etdi.
Üç saat davam edən və səmimi şəraitdə keçən tədbiri MOK  prezidenti İlham 
Əliyev açdı. O, qonaqları, AOK prezidenti Jak Roqqu, təşkilatın baş katibi Mario 
Peskanteni, müxtəlif ölkələrin idman nazirlərini, yerli olimpiya komitələri, federasiya 
rəhbərləri, Sidneydə yaşayan Azərbaycan diasporunun nümayəndələrini salamla-
yıb ölkəmizdə olimpiya hərəkatı və idmanın yeri, inkişafı haqqında məlumat verdi. 
Eyni zamanda, bütün sahələrdə başqa ölkələr, federasiyalar və qurumlarla faydalı 
əməkdaşlıq etməyə hazır olduğumuzu, təcrübə mübadiləsinin olimpizm ideyala-
rı  ruhunda  beynəlxalq  münasibətlərin  möhkəmlənməsinə  xidmət  göstərəcəyini 
vurğuladı.  Çıxış  edən  Jak  Roqq  nəinki  ölkəmizdə  olimpiya  hərəkatı  və  idmanın 
yüksələn  templə  irəliləyişini  qeyd  etdi,  həm  də  bunu  nümunəvi  adlandırdı.  O, 
Odlar yurdunun zəngin mədəniyyət diyarı olmasına heyranlığını bildirib, tanışlıq 
üçün yaradılan şəraitə görə təşəkkür etdi. Sonda qonaqlara Azərbaycanı təbliğ 
və tərənnüm edən xatirə hədiyyələri təqdim olundu. İlham Əliyev bir sıra tədbir 
iştirakçısı ilə əməli fikir mübadiləsi aparıb, əlaqələrin dərinləşdirilməsi istiqamətində 
MOK prezidenti İlham Əliyev 
Avropa Olimpiya Komitəsi İcraiyyə 
Komitəsinin üzvlərini salamlayır 


55
təkliflər verdi. Olimpiya Oyunlarının sonunda Xuan Antonio Samarançın ölkəmizin 
Milli Olimpiya Komitəsinin gördüyü işləri yüksək qiymətləndirməsi heç də təsadüfi 
deyildi.
Ümumiyyətlə, MOK-un elm və mədəniyyət yönümlü işləri ölkənin tanınması 
və əlaqələrinin genişlənməsi baxımından hərəkata təkan oldu.
2000-ci ilin sonunda ölkədə olimpiya hərəkatının keyfiyyətcə yeni mərhələyə 
qədəm qoyması prosesi başa çatdı. Oktyabrın 20-21-də idmanımızın beynəl-xalq 
əlaqələrinə  təkan  verəcək  əməli  hadisələr  baş  verdi.  MOK-un  inşa  etdirdiyi  ilk 
kompleksin  açılışı  münasibətilə  keçirilən  mərasimdə  iştirak  etmək  üçün  Avropa 
Olimpiya  Komitəsinin  rəhbərliyi  Bakıya  gəldi.  Arena  ölkədə  idman  sahəsində 
görülən  işlərin  nümunəsi,  İlham  Əliyevin  həm  səfərlərdə,  həm  də  müxtəlif 
səviyyələrdə dediyi sözlərin əməli təsdiqi idi. Oktyabrın 20-dəki  görüşdə MOK 
prezidenti həyata keçirilən və qarşıda duran planlar barədə Jak Roqqa məlumat 
verdi. Azərbaycanda olimpizmin təbliğini yüksək qiymətləndirən AOK prezidenti 
başçılıq etdiyi təşkilatla əməkdaşlığın, Azərbaycanın beynəlxalq idman həyatında 
rolu və fəaliyyətinin genişləndirilməsini və bu nümunələrin başqa ölkələrə örnək 
kimi göstərilməsinin xüsusi əhəmiyyətini qeyd etdi, bütün işlərdə ölkəmizə köməyini 
əsirgəməyəcəyini söylədi. Başlanğıc kimi, Roqq ölkəmizin beynəlxalq tədbirlərin 
məkanına  çevrilməsini  vacib  saydı.  İdmanın  zirvəsi  olan  olimpiya  hərəkatının 
yüksək səviyyəli rəsmisinin bu dediklərini sadə sözlər adlandırmaq olmaz.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru 
adını alarkən, bunu rəhbərlik etdiyi təşkilata verilən yüksək qiymət sayan Roqq, 
Afinada Azərbaycan günü 
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə