Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə13/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   9   10   11   12   13   14   15   16   ...   62

56
10 il öncə başlanan yol
ölkə başçısı Heydər Əliyevlə görüşdə eyni fikri ifadə etdi: “Olimpiya komitənizin 
əldə  etdiyi  uğurlar  bizi  hədsiz  sevindirir.  Məncə,  bu  təşkilat  yeni  yaranmış  milli 
olimpiya komitələrinə əsl nümunə ola bilər”.
Belə  layiqli  bir  qiymətin  olimpiya  hərəkatı  rəhbərliyi  tərəfindən  verilməsi 
gələcəkdə açılacaq geniş imkanlar deməkdir. Çünki belə qiymətin sorağı daha 
tez  yayılır  və  dəyəri  mübahisəedilməz,  çəkisi  isə  ağırdır.  Artıq  Azərbaycan  bu 
sahədə nəinki tanınır, hətta ölkəmizdə görülən işlər nümunə göstərilir. Bu fakt-
lar  Azərbaycanın  beynəlxalq  idman  arenasında  öz  yerini  tutmasının  ən  qısa 
yoludur;  Ölkəmizə  ehtiram  və  hörmətlə  yanaşılmasının,  beynəlxalq  əlaqələrin 
möhkəmlənməsinə  münbit  şərait  yaranmasının  mayasıdır;  Odlar  yurdunun 
mötəbər yarışlar və tədbirlər məkanına çevrilməsinə fürsətdir. Jak Roqqla görüşdə 
əlaqələrin  dərinləşməsinin  optimal  qiymətini  dövlət  başçısı  Heydər  Əliyev  ver-
di:  “Bizim  idmançılarımız  güclüdürlər.  İndi,  onlara  şərait  yaradandan  sonra,  öz 
güclərini  daha  çox  göstərəcəklər.  Ancaq  beynəlxalq  əlaqələr,  təbiidir,  hər  bir 
ölkənin idmançılarını yeni-yeni təcrübələrlə tanış edir. Bu baxımdan Avropa Olim-
piya Komitəsi ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında yaranmış əlaqələri 
yüksək qiymətləndirirəm. İnanıram ki, bu əlaqələr daim genişlənəcəkdir”.
2000-ci ilin noyabrında AOK-un Polşa paytaxtı Varşavada keçirilən XXIX Baş 
Assambleyasında  da  Jak  Roqq  olimpiya  hərəkatında  fəal  mövqe  tutan  ölkələr 
cərgəsində Azərbaycanın adını xüsusi vurğuladı, Sidneydə qazanılan nailiyyətlərin 
ölkədə olimpiya hərəkatına və idmana böyük qayğının nəticəsi olduğunu dedi. O, 
yeni olimpiya komplekslərinin tikintisini, idmançıların sosial problemlərinin həllini və 
kütləvi idman sahəsindəki fəaliyyəti də yüksək qiymətləndirdi.
İlham  Əliyevin  təklifini  nəzərə  alan  Baş  Assambleya  isə  İcraiyyə  Komitəsinin 
2001-ci ildəki ilk iclasını, həmçinin Texniki Əməkdaşlıq Komissiyasının növbəti top-
lantısını da Bakıda keçirməyə qərar verdi. 2001-ci il fevralın 20-də komissiya üzvləri 
paytaxtımızda  toplaşdılar.  Komissiyalarla  bağlı  bir  məsələni  qeyd  etmək  yerinə 
düşər. Struktur qaydalarına görə, belə qurumlarda hər ölkə çoxu 2 nümayəndə 
ilə  təmsil  oluna  bilər.  Azsaylı  belə  ölkələrdən  biri  də  Azərbaycandır.  Onlardan 
birində  -  Olimpiya  Oyunlarına  hazırlıq  komissiyasında  MOK-un  vitse-prezidenti 
Çingiz Hüseynzadə, digərində - Bakıda iclasını keçirən qrupda isə baş katibi Ağa-
MOK prezidenti İlham Əliyevlə Avropa Cüdo 
İttifaqının rəhbəri Marius Vizirin görüşü


57
can Abiyev yer aldı. MOK beynəlxalq əlaqələr sistemində təkcə gördüyü işlərin 
uğurları ilə möhkəmlənmədi. Eyni zamanda, İlham Əliyev Komitədə güclü peşəkar 
və bacarıqlı mütəxəssislər komandası yaratmaqla, yüksək təşkilatçılıq məharətini 
də göstərdi. Bunu Jak Roqq Heydər Əliyevlə görüşündə də vurğuladı.
Tədbirin məhz Bakıda keçirilməsi böyük marağa səbəb olmuş və komissiya 
üzvlərinin əksəriyyəti yığıncağa toplaşmışdı. Buna təbii ki, ölkəmizin adının öncüllər 
sırasında olması da təsir göstərmişdi. Bizim üçün də onların paytaxtımızın idman 
imkanlarını  görüb-qiymətləndirməsi  vacib  idi.  Üstəlik,  Azərbaycanın  komissiya-
nın işində fəal iştirakı, dopinqlə bağlı səmərəli təklifləri, həm də beynəlxalq id-
man qanunvericiliyi sahəsində imkanlarının və bu işlə yaxından məşğul olmasının 
göstəricisi kimi effektli olmaya bilməzdi.
2001-ci  il  aprelin  6-da  MOK-un  yeni  istifadəyə  verilmiş  inzibati  binasında 
əhəmiyyətli  hadisə  baş  verdi:  AOK-un  iclası  burada  keçirildi.  2002-ci  il  Qış  və 
2004-cü il Yay Olimpiya Oyunları, Avropa Həmrəyliyi Proqramı və bir sıra başqa 
məsələlərlə yanaşı, Jak Roqqun Beynəlxalq Olimpiya Komitəsinin prezidentliyinə 
namizədliyi  irəli  sürüldü  və  yekdilliklə  qərar  qəbul  edildi.  Beləcə,  iyunda  Mosk-
vada  keçiriləcək  seçkilərdə  qələbəyə  optimal  namizəd  sayılan  Roqqa  rəsmən 
yaşıl işıq yandırıldı. Qonaqlar Milli Məclisin sədri ilə görüşdə idmanımızın yüksək 
beynəlxalq  statusunu  təsdiqlədilər.  Roqq  Azərbaycanın  Avropaya  inteqrasi-
yasında,  Sidney  Oyunlarındakı  uğurlarda  MOK  prezidenti  İlham  Əliyevin  xüsusi 
rolunu  vurğulamaqla,  onun  lider  keyfiyyətlərinə  önəm  verdi.  Avropa  Olimpiya 
Dünya Taekvondo Federasiyasının 
başçısı Çanqvun Çu prezident 
İlham Əliyevin qəbulunda 
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru


58
10 il öncə başlanan yol
hərəkatı rəhbərliyinin Qafqazda bədən tərbiyəsi və idman sahəsində ilk ali təhsil 
ocağının 70 illik yubileyində iştirakı da maraqlı və yaddaqalan oldu. Jak Roqqun 
səfər haqqında ümumi təəssüratı olimpiya hərəkatımız barədə daha bir qiymətli 
dəyərləndirmədir:  “Fəaliyyətiniz  geniş  sovet  məkanında  yaradılmış  bütün  milli 
olimpiya komitələri üçün bir nümunədir. Avropada məndən bu məkanda idman 
hərəkatının  inkişafı  barədə  soruşanda,  böyük  məmnunluqla  Sizin  ölkəni  misal 
çəkirəm.  Sizdə  olimpiya  hərəkatına  çox  ciddi  yanaşılır.  Deməliyəm  ki,  olimpiya 
sahəsini qısa vaxtda belə dinamik inkişaf etdirən olimpiya komitələrimiz azdır”.
2001-ci ilin martında dövlət rəhbəri Heydər Əliyevin xeyir-duası ilə idmanımı-
zın baş olimpiya qərargahının təhvil verilməsi yeni mərhələnin startı idi. Bu dövrün 
yekunu Milli Olimpiya Komitəsinin martın 24-də keçirilən Baş Assam-bleyası oldu. 
Hesabat məruzəsində son illər MOK-un beynəlxalq əlaqələrə xüsusi diqqət ver-
diyini vurğulayan İlham Əliyevin bu yöndə görülən işlər barədə məlumatı obyek-
tiv mənzərəni əks etdirir: “Komitənin rəhbərliyi Beynəlxalq Olimpiya Komitəsinin, 
Milli  Olimpiya  Komitələri  Assosiasiyasının,  Avropa  Olimpiya  Komitəsinin  baş 
məclislərində,  digər  tədbir  və  görüşlərində,  seminarlarda  fəal  iştirak  etmişdir. 
Xuan  Antonio  Samarançla,  Jak  Roqqla  keçirdiyim  çoxsaylı  görüşlərdə  respubli-
kada  olimpiya  hərəkatının,  idmanın  vəziyyəti  və  inkişaf  perspektivləri  müzakirə 
olunmuşdur. Olimpiya təşkilatlarının komissiya və işçi qruplarına Azərbaycandan 
üzvlərin daxil edilməsi də komitəmizin beynəlxalq nüfuzunun artmasından xəbər 
verir”. Bundan əlavə, o, milli qurumun ədalətli oyunlar hərəkatı ilə bağlı da ardıcıl 
işlər gördüyünü, hesabat dövründə komitə rəhbər və üzvlərinin 70 dəfə xidməti 
ezamiyyətdə olmasının xüsusi önəm daşıdığını, komitənin beynəlxalq əlaqələrinə 
müsbət təsirini diqqətə çatdırdı.
Yeni  minillik,  yeni  yüzillik  və  yeni  il  beləcə,  Azərbaycan  üçün  yeni  üfüqlərlə 
başladı. Ötən dövrdə böyük zəhmət və səylə əldə olunan geniş əlaqələr, işgü-
zarlıq uğurlarını daha vacib tədbirlərlə yüksəklərə qaldırmaq mərhələsi başlayırdı. 
İlk tədbir mayın 5-6-da keçirilən bodibilderlərin Avropa çempionatı oldu. Yüksək 
təşkilatçılıq səviyyəsi, yarışa maraq hər kəsi razı saldı. Beynəlxalq Bodibildinq Fe-
derasiyası nümayəndələrinin İlham Əliyevlə görüşü zamanı təşkilat prezidentinin 
məsul köməkçisi Rafael Santoxa heyrətini gizlətmədi. O, bir neçə gün sonra Lozan-
Bakıda AOK İcraiyyə Komitəsinin iclasından 
öncə. MOK prezidenti İlham Əliyev qonaqlarla 
(J.Roqq, M.Peskante və T.Bayatlı) söhbət edir 


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə