Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə48/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   44   45   46   47   48   49   50   51   ...   62

189

Azərbaycanın olimpiya çempionları üçün 
Azərbaycan Respublikası Prezidentinin 
xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına dövlət qay-
ğısının artırılması məqsədi ilə 
qərara alıram:
1. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Preziden-
tinin  hərəsi  ayda  iki  milyon  manat  məbləğində  xüsusi  olimpiya  təqaüdləri  təsis 
edilsin. Xüsusi olimpiya təqaüdü Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 
müəyyən olunur.
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  fərmandan  irəli  gələn 
məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2002-ci il

Azərbaycanın olimpiya çempionlarına 
Azərbaycan Respublikası Prezidentinin 
xüsusi olimpiya təqaüdlərinin verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan  Respublikası  Prezidentinin  “Azərbaycanın  olimpiya  çempionları 
üçün  Azərbaycan  Respublikası  Prezidentinin  xüsusi  olimpiya  təqaüdlərinin  təsis 
edilməsi haqqında” 10 oktyabr 2002-ci il tarixli fərmanına uyğun olaraq 
qərara 
alıram:
1.  Azərbaycanın  aşağıdakı  olimpiya  çempionlarına  Azərbaycan  Respublikası 
Prezidentinin xüsusi olimpiya təqaüdləri verilsin:
Abdullayev Namiq Yədulla oğlu
Hüseynov Nazim Qalib oğlu
Meftəhəddinova Zemfira Əli qızı
Şabanova Rəfiqə Mahmud qızı
Şubina Lyudmila Yeqorovna
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2002-ci il

Azərbaycan Respublikası Prezidentinin fərdi 
təqaüdlərinin verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


190
10 il öncə başlanan yol
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 
fərdi  təqaüdünün  təsis  edilməsi  haqqında”  11  iyun  2002-ci  il  tarixli  fərmanına 
uyğun olaraq 
qərara alıram:
1.  Azərbaycan  Respublikasında  bədən  tərbiyəsi  və  idmanın  inkişafında 
xidmətləri  olmuş  aşağıdakı  şəxslərə  Azərbaycan  Respublikası  Prezidentinin  fərdi 
təqaüdləri verilsin:
Abbasov Tofiq Teymur oğlu
Ağayev Oqtay Mirzəbaba oğlu
Ələsgərova Ziba Əlixeybər qızı
Əliyev Əli Cəlil oğlu
Əzimzadə Eldar Muxtar oğlu
Həsənov İbadulla Əziz oğlu
Hüseynov Fikrət Paşa oğlu
Hüseynov Sabir Məmməd oğlu
Kərimov Ehsan Qafur oğlu
Mehdiyev Tofiq Qasım oğlu
Miriyev Mirpaşa Mirismayıl oğlu
Pavlidi Algiviad Georgiyeviç
Rzayeva Zeynəb Hüseynqulu qızı
Sadıqov Əbdülağa Sadıq oğlu
Şamxalov Şamil Abdullayeviç
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2002-ci il

XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2004-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində XXVIII Yay Olimpiya Oyun-
ları keçiriləcəkdir. Dünyanın bütün ölkələrində bu mühüm beynəlxalq idman yarışına 
hazırlıq işləri aparılır.
Bir  əsrdən  çox  tarixi  olan  müasir  Olimpiya  Oyunları  bu  gün  dövrümüzün  ən 
nüfuzlu, mötəbər və geniş təmsil olunmuş idman tədbiridir. Müasir dünyada hər 
hansı ölkənin Olimpiya Hərəkatındakı iştirakı, idmançılarının Olimpiya Oyunlarında 
göstərdikləri nəticələr həmin ölkənin təkcə idman sahəsindəki potensialını deyil, həm 
də ümumi inkişaf səviyyəsini nümayiş etdirən, onun beynəlxalq nüfuzuna təsir edən 
göstərici kimi qiymətləndirilir. Milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq, mil-
yonlarla insanı bir yerə toplaya bilən Olimpiya Oyunları həm də qarşılıqlı anlaşma 
əlaqələrinin, dünyada sülhün və əmin-amanlığın möhkəmləndirilməsi işinə xidmət 
edən  güclü  vasitə  hesab  olunur.  Olimpiya  Hərəkatının  böyük  əhəmiyyətini  dərk 
edən dünya ölkələri ilbəil onun sıralarını artırmışlar. 1896-cı ildə Afinada I Olimpiya 
Oyunları cəmi 14 ölkənin iştirakı ilə keçirilmişdisə, 2000-ci ildə Sidneydə təşkil edil-
miş oyunlarda artıq 199 ölkə iştirak etmişdir. Azərbaycan idmançıları 1952-ci ildən 
etibarən Olimpiya Oyunlarında iştirak etməyə başlayaraq, 1992-ci ilə kimi əvvəl SSRİ, 
sonra isə Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində çıxış etməli ol-
muşlar. Bu dövr ərzində Azərbaycan idmançıları 10 olimpiadada çıxış edərək 12 qızıl, 
11 gümüş və 7 bürünc medal qazanmışlar.


191
Azərbaycanın  öz  dövlət  müstəqilliyini  bərpa  etməsi  ilə  ölkəmizin  Olimpiya 
Hərəkatında  yeni  bir  dövr  başlandı.  1992-ci  ildə  Milli  Olimpiya  Komitəsinin  yara-
dılması və onun Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınması Azərbaycana 
müstəqil bir dövlət kimi öz idman potensialını tam nümayiş etdirmək imkanı verdi. 
1996-cı ildə Atlantada ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının üçrəngli 
bayrağı altında çıxış edən milli olimpiya komandasının göstərdiyi nəticə uğurlu sa-
yıla  bilər.  Gənc  Azərbaycan  Respublikası  197  ölkənin  iştirak  etdiyi  bu  oyunlarda 
61-ci yeri tutdu. 1997-ci ildən başlayaraq, ölkəmizdə Olimpiya Hərəkatını sürətlə 
inkişaf  etdirmək  və  onun  Beynəlxalq  Olimpiya  hərəkatına  daha  fəal  qoşulmasını 
təmin etmək məqsədilə həyata keçirilən tədbirlər qısa müddət ərzində öz müsbət 
nəticələrini verdi. Azərbaycan idmançılarını Sidneydə keçiriləcək XXVII Yay Olimpi-
ya  Oyunlarına  hazırlamaq  məqsədilə  Azərbaycan  Respublikası  Prezidentinin  26 
avqust 2000-ci il tarixli Sərəncamı ilə idmançılarımızı və onların məşqçilərini XXVII 
Yay Olimpiya Oyunlarında yüksək nəticələrə həvəsləndirmək məqsədilə mükafat-
lar müəyyən edildi. 2000-ci ildə müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak 
edən  Azərbaycanın  idmançıları  XXVII  Yay  Olimpiya  Oyunlarında  2  qızıl  və  1  bü-
rünc medal qazanaraq, 199 ölkənin iştirak etdiyi bu oyunlarda ölkəmiz üçün 34-
cü yeri, Avropa dövlətləri arasında isə 23-cü yeri təmin etdilər. Bu, Milli Olimpiya 
Komitəsinin rəhbərliyi altında aparılmış məqsədyönlü və gərgin işin parlaq nəticəsi 
kimi,  Azərbaycan  dövlətinin  ölkəmizdə  Olimpiya  Hərəkatına  göstərdiyi  diqqət  və 
qayğının bəhrəsi kimi qiymətləndirildi.
XXVII Yay Olimpiya Oyunları başa çatdıqdan dərhal sonra Azərbaycanda Olim-
piya  Hərəkatının  daha  da  genişləndirilməsi,  xüsusilə  ölkəmizin  bütün  bölgələrini 
əhatə etməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançılarımızın 
beynəlxalq yarışlarda daha fəal iştirakının təmin olunması yolunda mühüm addımlar 
atıldı. Təkcə 2000-2002-ci illərdə Bakıda, onun Maştağa qəsəbəsində, Naxçıvanda, 
Gəncədə və Şəkidə müasir tipli idman kompleksləri tikilib istifadəyə verilmişdir. Bərdə 
idman  kompleksinin  tikintisi  artıq  başa  çatdırılıb.  Lənkəran  və  Quba  şəhərlərində 
də  idman  komplekslərinin  tikintisi  davam  etdirilir.  Şamaxıda  isə  belə  bir  komplek-
sin  tikintisinə  başlanılmışdır.  Bakıda  İdman  Oyunları  Sarayında,  İdman-konsert 
kompleksində, Respublika stadionunda və Bədən Tərbiyəsi Akademiyasının futbol 
meydançasında tam təmir-bərpa işləri aparılmışdır. Bakıda üzgüçülük hovuzu tikilib 
istifadəyə verilmiş, əltopu və gimnastika üzrə idman zallarının tikintisi işləri həyata 
keçirilir. Bakıda stend atıcılığı üçün idman qurğusunun və otüstü xokkey üçün stadi-
onun tikintisi də başa çatmaq üzrədir.
Həyata  keçirilmiş  irimiqyaslı  işlər  nəticəsində  Bakı  dünyanın  tanınmış  idman 
mərkəzlərindən birinə çevrilməkdədir. Son illərdə bir çox nüfuzlu beynəlxalq idman 
tədbirlərinin Bakıda keçirilməsi buna əyani sübutdur.
Sidney  Olimpiadasından  sonra  Gənclər,  İdman  və  Turizm  Nazirliyinin  və  Mil-
li  Olimpiya  Komitəsinin  apardığı  məqsədyönlü  işlər,  idmançılarımızın  əldə  etdikləri 
yüksək göstəricilər və qalan müddət ərzində həyata keçirilməsi nəzərdə tutulmuş 
tədbirlər  Azərbaycanda  Afina  Olimpiadasına  hazırlığın  yüksək  səviyyədə  getdiyini 
göstərir. Azərbaycanın milli yığma komandalarını 2004-cü ildə Yunanıstanın Afina 
şəhərində keçiriləcək XXVIII Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlamaq 
və hazırlıq mərhələsində onların rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək 
məqsədilə 
qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- milli yığma komandanın XXVIII Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində 
təlim-məşq toplanışlarının keçirilməsini, rəsmi beynəlxalq yarışlarda iştirakını, Gənclər, 
İdman  və  Turizm  Nazirliyinin  və  Milli  Olimpiya  Komitəsinin  təqdim  etdiyi  xüsusi 
proqramlara əsasən nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək 
məqsədilə maliyyə məsələlərini həll etsin;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə