Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə49/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   45   46   47   48   49   50   51   52   ...   62

192
10 il öncə başlanan yol
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2003-cü il

İdman, gənclər və sosial təminat sahələrində 
çalışan işçilərin əmək haqlarının artırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
İdman,  gənclər  və  sosial  təminat  müəssisə  və  təşkilatlarında  çalışan  işçilərə 
dövlət  qayğısını  artırmaq  və  onların  sosial  müdafiəsini  daha  da  gücləndirmək 
məqsədi ilə 
qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşən idman, gənclər və sosial təminat müəssisə 
və təşkilatlarında çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə 
(tarif) maaşları 2003-cü il iyulun 1-dən 50 faiz artırılsın.
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2003-cü il

Yunanıstanın Afina şəhərində keçirilən 
XXVIII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə 
görə mükafatların müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan  Respublikasının  idmançıları  və  onların  məşqçilərini  XXVIII  Yay 
Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi 
ilə qərara alıram:
1. XXVIII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan 
Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatlar aşağıdakı qay-
dada müəyyən edilsin:
- birinci yeri tutan hər bir idmançıya 500 milyon manat, onun məşqçisinə isə 
250 milyon manat məbləğində;
- ikinci yeri tutan hər bir idmançıya 250 milyon manat, onun məşqçisinə isə 
125 milyon manat məbləğində;
- üçüncü yeri tutan hər bir  idmançıya 120 milyon manat, onun məşqçisinə isə 
60 milyon manat məbləğində.
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 avqust 2004-cü il


193

Azərbaycan idmançılarının təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXVIII Yay Olimpiya Oyun-
larında göstərdikləri yüksək nailiyyətlərə görə aşağıda adları çəkilən Azərbaycan 
idmançıları və onların məşqçiləri təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Mansurov Fərid Salman oğlu
Cəfərov Elçin Lənkəran oğlu
Həsənoğlu Əliqulu
“Tərəqqi” medalı ilə
Aslanov Fuad Alxan oğlu
Aşumova İradə Süleyman qızı
Meftəhəddinova Zemfira Əli qızı
Məmmədov Ağası Ağagül oğlu
Cəfərov Hafiz Yusif oğlu
Eyvazov Məmməd Fətəli oğlu
Kazımov Vaqif Babaş oğlu
Lunyov Vladimir Terentyeviç
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2004-cü il

Yunanıstanın Afina şəhərində keçirilən 
XII Yay Paralimpiya Oyunlarında əldə edilmiş 
nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının əlil idmançılarının və onların məşqçilərinin Yuna-
nıstanın  Afina  şəhərində  keçirilən  XII  Yay  Paralimpiya  Oyunlarında  göstərdikləri 
yüksək nəticələrə görə mükafatlandırılması məqsədi ilə 
qərara alıram:
1.  XII  Yay  Paralimpiya  Oyunlarında  yüksək  nəticələr  göstərmiş  Azərbaycan 
Respublikasının  əlil  idmançıları  və  onların  məşqçiləri  üçün  mükafatlar  aşağıdakı 
qaydada müəyyən edilsin:
- birinci yeri tutan hər bir idmançıya 250 milyon manat, onun məşqçisinə 125 
milyon manat məbləğində;
- ikinci yeri tutan idmançıya 125 milyon manat, onun məşqçisinə isə 60 milyon 
manat məbləğində;
- üçüncü yeri tutan idmançıya 60 milyon manat, onun məşqçisinə isə 30 mil-
yon manat məbləğində.
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr 2004-cü il
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


194
10 il öncə başlanan yol

Y.S.Blatterin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan  futbolunun  inkişafında  və  onun  beynəlxalq  əlaqələrinin 
genişləndirilməsindəki xidmətlərinə görə Beynəlxalq Futbol Assosiasiyaları Federa-
siyasının prezidenti Yozef Sepp Blatter “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 oktyabr 2004-cü il

Azərbaycanın Olimpiya çempionlarına 
Azərbaycan Respublikası Prezidentinin 
xüsusi Olimpiya təqaüdlərinin verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan  Respublikası  Prezidentinin  “Azərbaycanın  olimpiya  çempionları 
üçün  Azərbaycan  Respublikası  Prezidentinin  xüsusi  olimpiya  təqaüdlərinin  təsis 
edilməsi haqqında” 10 oktyabr 2002-ci il tarixli Fərmanına uyğun olaraq qərara 
alıram:
1.  Azərbaycanın  aşağıdakı  Olimpiya  çempionlarına  Azərbaycan  Respublikası 
Prezidentinin xüsusi Olimpiya təqaüdləri verilsin:
Ponomaryov İqor Anatolyeviç
Mansurov Fərid Salman oğlu
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2005-ci il

“Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Xalqımızın sağlamlığının qorunması və möhkəmləndirilməsində, gənclərimizin 
fiziki  inkişafında,  ölkəmizin  idman  şərəfinin  beynəlxalq  aləmdə  daha  da  uca 
zirvələrə qaldırılmasında bədən tərbiyəsinin əhəmiyyətini və rolunu nəzərə alaraq, 
qərara alıram:
Hər il martın 5-i Azərbaycan Respublikasında “Bədən tərbiyəsi və idman günü” 
kimi qeyd olunsun.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 4 mart 2005-ci il


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə