Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili


 İqtisadiyyatın qeyri-rəsmi sektoru - müsbət və mənfi cəhətləri



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81857
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
Covid-19-az

5. İqtisadiyyatın qeyri-rəsmi sektoru - müsbət və mənfi cəhətləri 

Hamı  yekdilliklə  kölgə  iqtisadiyyatının  mənfi  fenomen  olduğunu  qəbul  edir  və  iqtisadiyyatda 

bunun  payı  (ÜDM-də,  əhalinin  gəliri  və  ya  məşğuliyyətində)  nə  qədər  yüksək  olarsa,  bu, 

iqtisadiyyat və cəmiyyət üçün o qədər pisdir. Eyni zamanda, qeyri-rəsmi setor ilə bağlı birmənalı 

qiymətləndirilmənin  düzgün  olacağı  ehtimalı  çox  azdır.  Qeyri-rəsmi  sektorun  müsbət  və  mənfi 

cəhətləri  var,  tarazlıq  birmənalı  hesab  edilmir  və  şəraitdən  asılı  olaraq  dəyişə  bilər. 

Ümumiyyətlə,  iqtisadiyyatda  qeyri-rəsmi  sektorun  payı  artdıqca  (müəyyən  bir  həddən  yuxarı) 

mənfi  cəhətlər  müsbət  cəhətlərə  nisbətən  üstünlük  təşkil  etməyə  başlayır.  Əksinə,  müəyyən 

dərəcədə hətta qeyri-rəsmi sektora ehtiyac yaranır. 

Təbii ki, qeyri-rəsmi sektorda məşğulluğun artması özü ilə birlikdə sosial və iqtisadi problemləri 

ortaya  çıxarır.  Çünki  buradakı  fəaliyyətlərdən  əldə  edilən  gəlir  üzrə  vergi  təyin  edilmir  və 

nəticədə büdcə və sosial fond müəyyən məbləğdə vəsaitdən məhrum olur.  




10 

 

Bu  sektor  məhsuldar  olmadığına  görə  (kapitalın  az  olması  və  primitiv  texnoloji  vasitələrin 



yayılması ilə), ehtiyatların qeyri-bərabər şəkildə bölünməsi ilə onun inkişafı bütövlükdə iqtisadi 

artımı məhdudlaşdıra bilər. Qeyri-rəsmi məşğulluğun artması onsuz da həddindən artıq olan gəlir 

bərabərsizliyini  daha  da  artırmağa  meyllidir.  Bu  sektorda  çalışan  vətəndaşların  əmək  hüquqları 

qanunla qorunmur. Burada işləyənlər bir çox əmək hüququndan və bütün sosial müavinətlərdən 

məhrum olaraq özlərini aciz və sosial haqlarının qorunmadığı bir vəziyyətə düçar olurlar. Kölgə 

iqtisadiyyatının  digər  sahələrində  olan  gəlir  kimi,  bu  sektorda  dövriyyədə  olan  nağd  pullar  da 

korrupsiya və cinayətləri artırır. Öz lobbi təşkilatlarını yarada və ya siyasi və iqtisadi maraqlarını 

qoruya  bilməyən  qeyri-rəsmi  sektorun  işçiləri  siyasi  proseslərdən  kənarda  qalırlar. Bu  sektorun 

miqyası nə qədər böyükdürsə, onun mənfi nəticələri də o qədər çox ola bilər. 

Lakin  qeyri-rəsmi  sektorun,  izafi  həddə  olmadıqda,  inkişaf  etməkdə  olan  və  ya  keçid 

iqtisadiyyatı üçün şübhəsiz müsbət cəhətləri var. Dövlətin işsizliyə qarşı effektiv müdafiə təmin 

edə bilmədiyi ölkələrdə dərin və ya uzun müddət davam edən tənəzzül zamanı məhz bu sektor 

potensial işsizlərə müəyyən sosial dəstək verir. Xüsusilə, işini itirənlərə qazanc əldə etməyə və 

yoxsulluqdan  uzaq  olmağa  kömək  edir  və  büdcə  ilə  bağlı  güclü  təzyiq  ilə  üzləşən  dövlətin 

işsizlik  müavinətlərindən  qənaət  etməsinə  imkan  verir.  Axı  qeyri-rəsmi  sektordan  əldə  edilən 

gəlirə iqtisadiyyatda böyük tələb var və bu qazanc hüquqi çərçivədə xərclənir.  

Qeyri-formal sektor bir növ sahibkarlıq subyektləri üçün inkubator rolunu oynamaqla ora daxil 

olub  ilkin  hazırlıq  tədrisini  təmin  etmiş  olur.  Kiçik  sahibkarlığa  başlamaq  üçün  çox  sayda 

inzibati və digər maneələr olduğu halda qeyri-rəsmi sektorda bu xərclərdən azad olmaq və ya bu 

xərci  azaltmaq  mümkündür.  Başqa  sözlə  desək,  yeni  peşəyə  başlamağa  və  ya  nisbətən  “ucuz” 

yeni bacarıqlara yiyələnməyə imkan verərək,bu, sosial, əmək və peşəkar hərəkətlilik üçün vacib 

bir  mexanizmdir.  Möhkəmləndikdən  sonra  belə  sahibkarlıq  və  özünüməşğulluq  daha    sonra 

rəsmiləşə və bir daha  ortaya çıxa bilər. 

Azərbaycanda qeyri-rəsmi sektorda fəaliyyət göstərən işçilərin sayı çoxdur? Mövcud vəziyyət və 

şərtlərin  müxtəlifliyini  nəzərə  alaraq  yalnız  hökumət  üçün  deyil,  eyni  zamanda  həmkarlar 

ittifaqları  üçün  də  effektiv  və  hərtərəfli  siyasi  tədbirləri  hazırlamaq  üçün  bu  məsələlərə  dair 

bütün məlumatların olması vacibdir. Ancaq təəssüf ki, bizdə də dəqiq məlumatlar yoxdur. 

Bunu anlamağa çalışırıq. Müəssisələrdə, hüquqi şəxs statuslu təşkilatlarda iş rəsmi sektorda olan 

iş kimi qiymətləndirilir. Qalan hər şey, daha dəqiq desək, təsərrüfatlarda, hüquqi şəxs olmadan 

sahibkarlıq  sahəsində,  fiziki  şəxslərdən  işə  götürmək,  fərdi  qaydada,  habelə  satış  üçün  ev 

təsərrüfatlarında məhsul istehsalında işləmək və s. qeyri-rəsmi sektora aiddir. Başqa sözlə, qeyri-

rəsmi  sektoru  fərqləndirmək  üçün  əsas  meyar  elə  bunun  hüquqi  şəxs  olaraq  qeydiyyatdan 




11 

 

keçməməsidir.  Qeyd  etmək  lazımdır  ki,    belə  olduğu  halda  fəaliyyətin  qeydiyyatdan  keçib-



keçməməsi heç bir əhəmiyyət daşımır. Belə ki, fermerin biri qeydiyyatdan keçərək vergi ödəyir, 

digəri  isə  qanundan  qaçır.  Lakin  hər  ikisi  qeyri-rəsmi  sektora  düşəcək.  İşçi  sayı  baxımından 

müəssisənin ölçüsünün də əhəmiyyəti yoxdur.  


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə