Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə149/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   145   146   147   148   149   150   151   152   ...   166

CÜMHURİYYƏT QURUCULARI

430


zifə ilə Avropaya gəldik. Yeni təşkil etdiyimiz Azərbaycan dövlətini başqa mə-

dəni millətlər və Sülh Konfransına toplanmış böyük dövlətlər tərəfindən rəsmi 

surətdə tanıtdırmışdıq. Misyonumuzun üç ay sonunda bitəcəyini zənn edirdik”

9

.



C.Hacıbəylinin də daxil olduğu Azərbaycan nümayəndə heyəti 1919-cu ilin 

əvvəllərində böyük çətinliklə Parisə getdi. Onlar qısa müddət ərzində Azərbay-

canla bağlı 3 kitab və 12 informasiya bülleteni çap edib Avropa ictimaiyyətini 

məlumatlandırdılar.



1919-cu ilin sonlarında C.Hacıbəylinin fransız dilində nəşr edilən 

“Revyü dyu Mond Myuzulman” jurnalında “Birinci Müsəlman Respublika-

sı – Azərbaycan” məqaləsi çap olundu

10

.

İki çap vərəqi həcmində olan bu məqalədə yığcam, lakin çox məzmunlu for-

mada Azərbaycanın tarixi, coğrafiyası və inkişafı haqqında məlumat verilmişdi.

1920-ci ilin yanvarın 11-də Azərbaycan de-fakto olaraq dünya dövlətləri 

tərəfindən tanındı. Bu böyük hadisənin baş verməsində C.Hacıbəylinin də bö-

yük xidməti olmuşdur.

1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal 

edildikdən sonra nümayəndə heyətinin digər üzvləri kimi C.Hacıbəylinin Azər-

baycana qayıtması mümkün olmadı. C.Hacıbəyli Fransada qalıb Azərbaycanın 

Rusiya bolşeviklərindən azad edilməsi uğrunda mübarizə apardı.

C.Hacıbəyli Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı məqa-

lələr yazıb Fransa ictimaiyyətini bilgiləndirirdi.

1920-ci illərdə o, Ü.Hacıbəylinin “Arşın mal alan” əsərini fransız dilinə tər-

cümə edib tamaşaya qoydu. C.Hacıbəyli 1926-cı ildə “Azərbaycan teatrı” adlı 

məqalə yazaraq “Revyü dyu Mond Myuzulman” jurnalının 3-cü sayında çap etdi-

rib fransız oxucularına H.Cavid, C.Cabbarlı kimi məşhur dramaturqların yaradıcı-

lığı haqqında məlumatlar verdi

11

.



O, 1928-ci ildə “Aziatik” jurnalında çap olunan “A.Bakıxanov” məqaləsində 

fransız oxuculara Azərbaycanın görkəmli alimini tanıtdı. 

C.Hacıbəylinin 1931-ci ildə “Aziatik Revyu” jurnalının 27-ci cildinin 90-cı sayın-

da dərc edilmiş 1905-1910-cu illər Azərbaycan mətbuatı haqqındakı məqaləsi çox 

əhəmiyyətli idi.

C.Hacıbəyli 1933-cü ildə “Aziatik” jurnalının yanvar-mart ayındakı sayında 

“Qafqaz Azərbaycanının Qarabağ dialekti”adlı elmi məqaləsini də çap etdirdi.

9

 Ceyhun Hacıbəyli. “Azərbaycan” davam edir. “Azərbaycan”, 1951, №1. Münhen, s. 3.



10

 Р. Абуталыбов. Годы и встечи в Париже. Б., 2006, с. 57.

11

 M.Əliyev. Ceyhun Hacıbəyli. “Odlar Yurdu” qəzeti, №20, oktyabr 1988.




CEYHUN HACIBƏYLİ

431


Bundan əlavə, o, Almaniyanın Münhen

C.Hacıbəylinin “İslam əleyhinə 

təbliğat və onun Azərbaycanda 

üsulları” kitabı. Münhen, 1959-cu il.

 

şəhərində Azərbaycan və rus dillərində nəşr 



olunan “Azərbaycan” jurnalında müxtəlif yazı-

lar da çap etdirdi. O, bu yazılarında Azərbayca-

nın tarix və mədəniyyətini təbliğ etməklə ya-

naşı, sovet rejiminin işğalçı mahiyyətini də 

tənqid atəşinə tuturdu.

C.Hacıbəyli mühacirətdə olduğu dövrdə 

Qafqaz xalqlarının təmsiçiləri ilə də tez-tez 

görüşür, müxtəlif tədbirlərdə iştirak edirdi.

1936-cı ilin dekabrın 9-da Parisdə üç 

Qafqaz Respublikası Şurasının Müstəqil 

Qafqaz Komitəsi üzvlərinin iştirakı ilə keçirilən 

iclasında C.Hacıbəyli də vardı. Həmin görüş-

də Azərbaycan adından Ə.M.Topçubaşov və 

X.Sultanzadə (Sultanov), gürcülərdən A.Çxen-

keli, Ş.Amiredjibi, N.Ramişvili, Q.Qvazava, Dağ-

lılardan H.Bammat və A.Germoyev də iştirakçı idi.

Tədbirin əsas mövzusu Üç Respublika Şurası ilə Müstəqil Qafqaz Komitə-

sinin münasibətlərinin aydınlaşdırılması idi. Geniş müzakirədən sonra hər iki 

təşkilatın eyni hüquqlar çərçivəsində Qafqaz Respublikalarının müstəqilliyinin 

bərpası üçün mübarizə aparması razılaşdırıldı

12

.

Qeyd edək ki, C.Hacıbəyli 1920-ci ilin 27 aprelindən – Azərbaycanın işğal 



edildiyi vaxtdan başlayaraq bolşevik rejiminə qarşı kəskin siyasi mübarizə apa-

rırdı. Bununla əlaqədar olaraq mühacirətdə yaradılan təşkilatların fəaliyyətində 

onun imzasına tez-tez rast gəlmək mümkündür. C.Hacıbəylinin bu çalışmaları 

onun tanınmış siyasi xadimlərlə yazışmalarında daha geniş əksini tapmışdır.

Azərbaycan işğal edildikdən sonra 1920-ci ilin 15 iyulunda Ə.Topçubaşov 

Belçikanın SPA şəhərindən C.Hacıbəyliyə göndərdiyi qeydində yazırdı: “Əzizim 

Ceyhun bəy! Burda nə mümkün idisə etdik: nota verdik, ayrı-ayrı müttəfiqlərin 

bir neçə katibləri ilə, eləcə də İtaliyanın, Belçikanın, Polşanın nazirləri ilə görüş-

dük. Bu gün ikinci notanı verdik və surətini faydalanmağınız üçün göndərirəm 

(Abbas bəydən götürün). Bu gün Paderevski ilə (məşhur Polşa musiqiçisi və Pol-

şanın Xarici İşlər Naziri – red.) görüşdük. Görüşümüzdə ətrafl ı danışaram. Hələlik 

12

 Кавказская Конфедерация в официальных декларациях, тайной переписке и секретных 



документах движения “Прометей”. Сборник документов. М., 2012, с. 70.


CÜMHURİYYƏT QURUCULARI

432


xanım Broşenin (Dabs-Broşe – İsveçrə yazıçısı – red.) bizim burada olmağımız 

haqqındakı qeydlərini göndərirəm. Olsun ki, bu qeydləri SPA-dan məqalə kimi 

qəzetdə çap edəsiniz. 

Sabah Brüsselə gedirik və ümid edirəm ki, bazar günü Parisdə görüşərik. 

Hamıya, xüsusən Zöhrəyə salamlar, uşaqları öpürəm. Salamat olun. Ə.M.Topçu-

başov”


13

.

C.Hacıbəyli Azərbaycan Cümhuriyyəti dövründə xaricdə təhsil almağa gön-



dərilmiş və Azərbaycan işğal edildiyinə görə maddi köməkdən məhrum edilən 

tələbələrə də qayğı göstərirdi. Parisdə yaşayan Azərbaycanlı Tələbələr Assosiasi-

yasının 1922-ci ilin 6 iyulunda C.Hacıbəyliyə göndərdiyi məktubda yazılırdı: “Hazır-

da Komitə diqqətinizə çatdırır ki, Fransada oxuyan azərbaycanlı tələbələrin ümu-

mi yığıncağı 16 iyun tarixli iclasında təş-         

C.Hacıbəylinin M.Ə.Rəsulzadəyə 

məktubu. 30 iyun 1936-cı il.

 

kilatımıza ayırdığınız 300 franka görə Sizə 



təşəkkür bildirmişdir. Böyük hörmətlə, 

Komitənin sədri, C.Rəhimov”

14

.

S.Mümtaz adına Azərbaycan Res-



publikasının Dövlət Ədəbiyyat və İn-

cəsənət Arxivində saxlanılan 648 və 

649 saylı fondlardan Ə.M.Topçubaşov 

və C.Hacıbəyli arasında olan yazışma və 

qeydlərdən də onların mühacirətdəki 

fəaliyyətini öyrənmək mümkündür.

C.Hacıbəylinin Azərbaycanın tanın-

mış dövlət xadimi M.Ə.Rəsulzadə ilə 

də 1920-1930-cu illərə aid yazışmaları 

mövcuddur. M.Ə.Rəsulzadənin 1932-ci 

ildə dekabrın 10-da Varşavadan C.Ha-

cıbəyliyə göndərdiyi bir məktubda 

“İstiqlal” qəzetinin siqnal nüsxəsi üçün 

hazırlanmış bir anketə diqqət göstəril-

məsinin vacibliyi qeyd olunmuşdur. Həmin anketdə Qafqaz Konfederasiyasının 

fəaliyyəti ilə bağlı suallar qoyulmuşdur

15

.

13



 S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, f. 648, s. 6, iş 2, v. 2.

14

 А.М.Топчибаши. Документы из личных архивов 1903-1934 гг. М., 2012, с. 187.



15

 М.Э.Расулзаде. Сборник произведений и писем. М., 2010, с. 348-349.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə