Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə145/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   141   142   143   144   145   146   147   148   ...   166

ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ

419


S.Ağamalıoğlu fikirlərini belə əsaslandırırdı: “Birinci bölmədə deyilir ki, ölkə-

nin istənilən vətəndaşı nəşriyyat açaraq, qəzet, jurnal, kitab və s. çap etdirə bilər. 

Eyni zamanda 11-ci bölümdə deyilir ki, naşir qəzetin çapından 7 gün öncə Mət-

buat Müfəttişliyini xəbərdar etməlidir. Redaktorun savad dərəcəsinin ölçülməsi 

məsələsi də gülüncdür, bunu kim və hansı üsulla aparacaq, bu da müəmmadır...”

20

.



Bir sözlə, onun fikrincə, həmin şərtlər mətbuatın azadlığını xeyli məhdud-

laşdıra bilərdi. 



Müzakirədə Ş.Rüstəmbəylinin mövqeyini Nəsib bəy Yusifbəyli mü-

dafiə etdi. O, dedi: “Mən böyük məmnunluq hissi ilə bildirirəm ki, parla-

mentdə elə bir partiya yoxdur ki, mətbuat azadlığına qarşı çıxsın. Mətbu-

at azad olmalıdır. Biz dəfələrlə öz hərəkətlərimizlə bunu sübut etmişik. 

Cənab Ağamalıoğlu istəyir ki, mətbuata heç bir qadağa qoyulmasın. Mən 

onunla razılaşa bilmərəm. Əgər mətbuatda pornoqrafiya tərkibli və ya 

dövlətçiliyimiz əleyhinə çıxışlar varsa, biz bunun qarşısını necə almalıyıq? 

Ağamalıoğlu və onun partiya yoldaşları bir neçə dəfə məndən antisosia-

list mətbuata qarşı islahedici tədbirlər görməyimi tələb ediblər, ona görə 

də Ağamalıoğlunun azad mətbuatın qeydinə qalması məndə şübhə do-

ğurur”

21

.

Qeyd edək ki, bəzi məbuslar (parlament üzvləri – red.) parlamentin bu qa-

nunun qəbulunu demokratiyaya zərbə kimi qiymətləndirir, M.Ə.Rəsulzadənin 

də daxil olduğu başqa qrup isə Ş.Rüstəmbəylinin mövqeyini müdafiə edirdi. 

Mətbuat Nizamnaməsi ilə bağlı əsas məruzəçi olan Ş.Rüstəmbəyli çıxışlar-

dan sonra fikrini belə yekunlaşdırdı: “Burada göstərilən maddələrdən bir neçəsi 

var ki, bizim sosialistlər onların barəsində çox danışdılar və dedilər ki, mətbuat 

aləmini bu qanun boğur. Mən təəccüb edirəm ki, bu hansı maddədir ki, mət-

buatı boğur? Burada on birinci maddəni göstərdilər. 11-ci maddədə bir elə çə-

tin şey yoxdur. 11-ci maddədə deyilir ki, kim ki, qəzet çıxarmaq istəyir, lazımdır 

bir neçə gün əvvəl polisə, yaxud mətbuat müdirinə məlumat versin və qəzetə 

çıxaran imzasını qoymalıdır. İstər yazsın havayıdır, istər 10 manatdır, hansı mət-

bəədə çap olunur, ünvanı nədir. Qəzetə çıxaranın familiyası, işi nədir? Əcəba, 

göstərilən şeylərin hansı mətbuatı boğur, məhdudlaşdırır?”

22

.

Uzun müzakirələrə baxmayaraq, iştirakçılar ortaq məxrəcə gələ bilmə-



di. Səsvermə keçirilməsi qərara alındı. Səs çoxluğu ilə (29 səs – 27 səsə qarşı) 

20

 Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). II c. B., 1998.



21

 Yenə orada, s. 384.

22

 Yenə orada, s. 345.




CÜMHURİYYƏT QURUCULARI

420


Ş.Rüstəmbəylinin təqdim etdiyi qanun layihəsi qəbul olundu. Lakin sonradan 

nəticə ləğv olunaraq, daha iki səsvermə keçirildi. Narazılıqlar yarandığına görə 

yekun nəticənin növbəti iclasda elan ediləcəyi bildirildi. 

Mətbuat haqqında müzakirələr parlamentin fəaliyyəti dövründə ən mü-

bahisəli məsələ kimi tarixə düşdü. Qanuna həsr olunmuş 3-cü iclasda Sosia-

list Fraksiyasının üzvləri müəyyən dəyişikliklərin olmayacağı təqdirdə sənədə 

imza atmaqdan imtina edəcəklərini bildirdilər. Yekun məruzə ilə çıxış edən 

Ş.Rüstəmbəyli komissiyanın da mövqeyini nəzərə alaraq dəyişikliklərin lazım ol-

madığını və qanunun ilk təqdim olunduğu şəkildə qəbulunu elan etdi. Bu da 

sosialistlərin möhkəm narazılğına səbəb oldu və onlar zalı tərk etdilər. Onların 

ardınca Rəyasət Heyətinin üzvü Ə.Pepinov da getdi. Bu mövqelər parlament 

sədrində narazılıq yaratdı. Uzun debatlardan və gərgin müzakirələrdən sonra 

Ş.Rüstəmbəyli mətbuatın nizamlanması ilə bağlı planını həyata keçirə bildi. Bu, 

dövlət üçün vacib addımlardan biri oldu

23

.

“Mətbuat Nizamnaməsi” geniş müzakirələrdən sonra lehinə 28, əleyhinə 



21, səs verməyən 1 olmaqla parlamentin 30 oktyabrda keçirilən 90-cı iclasında 

qəbul edildi. 

Ş.Rüstəmbəyli Azərbaycan Parlamentinin sonrakı iclaslarında da fəallıq 

göstərirdi. Parlamentin 1919-cu ilin 9 fevralında keçirilən 123-cü iclasında o, “Əf-

vi-ümumi” (“Ümumi bağışlama”) haqqında olan qanunla bağlı məruzə etdi və 

bu layihə təcili surətdə baxılıb qəbul olundu.

Azərbaycan Parlamentinin 1920-ci ilin martın 9-da keçirilən 132-ci iclasında 

“Qars məsələsi” müzakirə olundu. Bu müzakirədə Ş.Rüstəmbəyli kəskin mövqe-

dən çıxış etdi: “Biz görürük ki, erməni hökuməti özünün tutduğu məsləkdən 

ayrılmayır. Öz xaniman söndürən siyasətini təqibdə davam edir. İndi də Qars vi-

layəti müsəlmanlarını qırmağa, onların köylərini dağıtmağa başlamışdır. Oradan 

hər gün alınmaqda olan xəbərlərdən anlaşılır ki, Ermənistan sistematik bir üsul 

ilə öz planını icra edir. O, istədiyi yerləri müsəlmanlardan təmizləmək siyasətini 

güdür. Bu, açıq və aydındır. Bunu İrəvan quberniyasında və Bəyazid qəzasında 

icra etdi.Bu kimi planını hazırda Qars vilayətində də icra etməkdədir. Bu saat 

Qars vilayəti müsəlmanları başsız qalmışdırlar. Kimsəyə öz ah və əminlərini eşit-

dirə bilmirlər. Adamları yoxdur ki, fəryadlarını Avropaya bildirsinlər. Başsız, təşki-

latsız qalmışlardır”

24

.

23



 Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). II c. B., 1998, s. 385-388.

24

 Yenə orada, s. 820.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə