Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə144/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   140   141   142   143   144   145   146   147   ...   166

CÜMHURİYYƏT QURUCULARI

416


də qarşıdan gələn Məhəmmədi (mövlud) bayramı ilə bağlı dekabrın 7-nə keçi-

rilmişdir. Bölgələrin çoxunda seçkilər keçirilmişdir. Məlumatlara görə polyaklar, 

yəhudilər, gürcülər, almanlar parlamentə qatılacaqlar.

Bakıdakı Daşnaksütun Partiyasının siyasətinə uymayan Yelizavetpol (Gəncə) 

erməniləri də parlamentə qatılmaq istəyir.

Məlumatlara görə Rus Milli Komitəsinin bildirişinin əksinə olaraq, Azərbay-

canda yaşayan rusların yerli bir bölümü parlamentə qatılmaq istəyir”

12

.



7) Qəzetin 7 dekabr 1918-ci il, 54-cü sayında bütün səhifələrin yuxarısında, 

böyük hərfl ərlə “Bu gün Azərbaycan Parlamenti açılır” məlumatı verilmişdir

13



1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamenti fəaliyyətə başladı. Parla-



mentin yaradılması haqqında qanunda 120 Məclisi-Məbusanın olması nəzərdə 

tutulurdu. Parlament iclaslarının Azərbaycan dilində aparılması vacib sayılsa da, 

başqa millətlərin nümayəndələrinə rus dilində danışmağa icazə verilirdi.

Azərbaycan Parlamentində Ş.Rüstəmbəyli də Müsavat fraksiyasının üzvü 

olaraq təmsil olunurdu. O, parlamentdə iclaslarda çıxışlar edir, müzakirə edilən 

məsələlərlə bağlı fikirlərini söyləyirdi. Ş.Rüstəmbəylinin dedikləri çox vaxt ək-

səriyyətin mövqeyi ilə uyğun gəlməsə də, o, qətiyyətlə müdafiə olunmağı 

bacarırdı. Ş.Rüstəmbəyli parlament üzvü olaraq Azərbaycanda hüquqi dövlə-

tin yaranmasında və formalaşmasında ciddi fəaliyyət göstərirdi. O, tez-tez par-

lamentdə qanun müzakirələrində iştirak edir, fikirlərini bildirir, düzəliş təklifl əri 

irəli sürürdü.

Bu baxımdan onun Azərbaycan Parlamentində geniş çıxışına 1919-cu ilin 

sentyabrın 29-da 79-cu iclasda rast gəlirik. Həmin iclasda “Üsyan və hökumət 

əsaslarına sui-qəsd edənlərin məsuliyyəti” mövzusunda qanun layihəsi mü-

zakirə edilirdi. Əsas məruzəçi isə Ş.Rüstəmbəyli idi. O, çıxışında dedi: “Rusiya 

qanunlarını ki yeni qəbul etmişik və bizdə davam edir, o qanunların bir neçə 

maddələrini zamana görə və bizə lazım olmadığından tədricən ləğv edirik. O 

cümlədən cəza qanunları vardır ki, bu qanunlar Rusiya hökumətində çar hö-

kuməti dövründə yazılmış qanunlardır. O qanunlar bizə lazım olmur və lazım 

gəlir ki, ləğv olunsun. İndi bizim cümhuriyyətimiz köhnə qanunların bir qismini 

ləğv və bir qismini də düzəliş ilə qəbul edir. Cinayət qanunlarının 102, 110, 101, 

103, 128 və 129-cu maddələri təhlil üçün qəbul olunur... Cümhuriyyətin əsasları 

əleyhində olan şəxslər üçün 102, 103 maddələr isə qəbul edilir...”

14



12

 Газета “Азербайджан”, 2 декабря 1918 г, №51.

13

 Yenə orada, 7 декабря, №54.



14

 Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). II c. B., 1998, s. 179.




ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ

417


Sonra Ş.Rüstəmbəyli çar Rusiyası dövründən qalan digər qanunların da də-

yişdirilməsi vacibliyindən danışdı. O, dedi: “Keçən Rusiya hökumətinə aid əski 

bir hissə qanunlar da var. Məsələn, millətin içində hürriyyətpərvərlər tərəfindən 

yaradılan gizli cəmiyyətlər Nikolay zamanında ləğv edilir və siyasiyyədən sayı-

laraq, bu cəmiyyətlərin adamları cəzalandırılırdı. Halbuki, hökumətimiz bunları 

kamilən ləğv edir”

15

.

Parlament iclasında bəzi fraksiyalar bu müzakirəyə hazır olmadığından qa-



nun layihəsi təxirə salındı.

Parlamentin həmin 79-cu iclasında Ş.Rüstəmbəyli “Əsgərlikdən azad olu-

nanlardan alınan əsgəri vergilərin ləğvi haqqında” olan qanun layihəsi ilə bağ-

lı məruzə də etdi. O, çıxışında dedi: “Rusiya hökuməti zamanında əsgərlikdən 

azad olan şəxslər üçün qərar qoyulmuşdu ki, müəyyən miqdar vergi verilsin. 

Bu qanun təcrübi cəhətdən yaxşı hazırlanmamışdı. Xərci zəhmətindən artıq idi. 

Bu qanun 1917-ci ildə Rusiyada ləğv edilmişdi. Amma o, vaxtında gəlib çatma-

dığından, xəzinə palatasında bu verginin alınması davam edirdi. Fəqət 1918-ci 

ildə verginin alınmasını kəsdilər. Bu vergidən 20 min manat mədaxil gözlənilirdi, 

ona görə bu zəhməti çox, mədaxili az olan qanunun ləğvi məqbul göründü”

16

.

Ş.Rüstəmbəyli çıxışının sonunda bir fikri qəti olaraq bildirdi: “Hər halda Ru-



siya hökuməti tərəfindən tərtib edilmiş olan qanun bizim Azərbaycanda qəbul 

edilə bilməz. Təklif edirəm ki, bu qərar ləğv edilsin və bu barədə təklif etdiyim 

qanun qəbul olunsun”

17

.



Ş.Rüstəmbəylinin təklif etdiyi qanunun 1-ci və 2-ci maddələri səsə qoyula-

raq qəbul olundu. 

Azərbaycan Parlamentinin 1919-cu ilin 18 oktyabrında keçirilən 85-ci icla-

sında Ş.Rüstəmbəyli “Nəşr elanı” haqqındakı qanun layihəsini parlamentə təq-

dim etdi. O, dedi: “Bu vaxta qədər rəsmi idarələrin və dairələrin qərardadları və 

elanları, rəsmi qəzet olmadığından, elan edilib nəşr olunmayıbdır. Hərçənd ki, 

bizim “Azərbaycan” qəzetimiz var. Fəqət, o da bir növ qeyri-rəsmi hesab olunur. 

Zira camaatın əhvalını nəzərə alaraq, fəqət təzə xəbərlər yazmaqla məşğuldur. 

Bakıdan əlavə, qeyri şəhərlərdə, məsələn Gəncədə və qeyri yerlərdə belə qəzet 

heç yoxdur. Hərçənd Bakıda nəşr olunan “Azərbaycan” qəzetində bəzi elanlar 

nəşr edilir, fəqət onlar cüzidir”

18

.



15

 Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). II c. B., 1998, s. 76

16

 Yenə orada.



17

 Yenə orada.

18

 Yenə orada, s. 117.




CÜMHURİYYƏT QURUCULARI

418


Parlamentin həmin iclasında Ş.Rüstəmbəyli “Maliyyə Nəzarəti Şurası haqqın-

da” olan qanun layihəsini də müzakirəyə təqdim etdi. O, qeyd etdi ki, Maliyyə 

Nəzarəti Şurası çoxdan mövcud olmasına baxmayarq, qanun yoxdur. Onun bu 

təqdimatından sonra qanun layihəsini Əhməd Cövdət türk və rus dillərində 

oxudu. Sonra parlamentdə müzakirələr başladı. Müzakirələrdə R.Ağabəyov, 

M.D.Hüseynov çıxış etdilər. Qanun layihəsi əksəriyyət səslə qəbul edildi.

Azərbaycan Parlamentində ən geniş müzakirə olunan məsələlərdən biri də 

“Mətbuat Nizamnaməsi haqqında”kı qanun layihəsi idi. Həmin müzakirə parla-

mentin 1919-cu ilin 25 oktyabrında keçirilən 88-ci iclasında başladı. İlk olaraq 

S.Ağamalıoğlu çıxış etdi. Müzakirələrdə M.Ə.Rəsulzadə, A.Kazımzadə, Ə.Qara-

yev, İ.Əbilov, Ə.Pepinov, H.K.Sanıyev, Ə.Əhmədzadə, A.Əfəndiyev çıxış etdilər.

Ş.Rüstəmbəyli mətbuatın bəşəriyyətin mədəni inkişafında əsas vasitələr-

dən biri olduğunu vurğulayırdı. Söz və mətbuatın onları məhdudlaşdıran ma-

neələrdən azad olmasını zəruri sayırdı. Eyni zamanda qeyd edirdi ki, azadlıqdan 

hətta cinayət məqsədi ilə də istifadə etmək olar, ona görə də bu prosesləri tən-

zimləyən qanuna ehtiyac vardır. Qanundankənar hərəkətlər isə cinayət sayıla-

raq, səlahiyyətli, eyni zamanda ədalətli məhkəmə tərəfindən cəzalandırılmalıdır. 

Onun tərtib etdiyi qanun layihəsində mətbuata nəzarət və gündəlik müşahidə 

üçün mətbuat müfəttişi vəzifəsinin yaradılması nəzərdə tutulmuşdur. Lakin Qa-

nunvericiliyə Nəzarət Komissiyası onun təklifi ilə razılaşmırdı. 

Sonda Mətbuat Müfəttişliyi yaratmaq qərara alındı.

Ş.Rüstəmbəylinin təqdim etdiyi qanun layihəsinin aşağıdakı şərtləri vardı:

1. Hər bir vətəndaşa nəşriyyat sahibi olmaq və ilkin senzurasız, nəşr barədə 

icazə olmadan mətbuat nümunəsi çap etməyə icazə verilir.

2. Mətbuat azadlığının növbəti təminatı kimi inzibati cəzaların qəti şəkildə 

qadağan olunmasına, lazım gələrsə, məhkəmə yolu ilə cinayət işinin qaldırılma-

sına icazə verilir.

3. Mətbuatda qanuna nəzarət, həmçinin qanunun pozulmasına nəzarət in-

zibati quruma tapşırılır

19

.



Qeyd olunmalıdır ki, bu şərtlər parlament üzvləri arasında qızğın müba-

hisələrə səbəb oldu. Hümmət Partiyasının üzvü S.Ağamalıoğlu qanun layihə-

sinə qarşı çıxaraq mətbuat azadlığı şəraitində hökumətin yanaşmasını yanlış 

adlandırdı. Sosialist fraksiyasının nümayəndəsi İ.Əbilov da onunla həmfikir oldu-

ğunu bildirərək bu qanunu söz azadlığına zərbə kimi qiymətləndirdi. 

19

 Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). II c. B., 1998, s.383.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə