Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə141/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   137   138   139   140   141   142   143   144   ...   166

NURU PAŞA KİLLİGİL

407


başlayaraq məclis əhli ehtiramla Paşa həzrətlərini səmimiyyətlə salamladılar, 

hər kəs badə əlində stol başında özünəməxsus olan yerini tutdu və ziyafət baş-

landı. Yemək əsnasında baş nazirimiz Fətəli xan Xoyski həzrətləri birinci olaraq 

bəlağətli bir nitq söyləyərək, Azərbaycan türklərinin əsarət bəndindən xilası 

səadətinə nail olması yolunda tökülən Osmanlı türk qanına işarə ilə “Bu qan və 

bu qan tökülən mübarək yerlər heç bir vaxt unudulmaz və xatirdən çıxmaz” 

buyurdu. Azərbaycan türklərinin təşəkkürlərini Paşa həzrətlərinə bildirib qədəh 

qaldırdı. O halda bütün həzərat ayağa duraraq müzəff ər və şanlı komandanımız 

Paşa həzrətlərinin şərəfinə şərbətnuş olub sürətli alqışlarla izhari məsərrət və 

şadyanalıq etdilər...”.

Ü. Hacıbəyli ziyafət məclisində Azərbaycan Milli Şurasının Sədri Məhəm-

məd Əmin Rəsulzadənin də çıxışının alqışlarla qarşılandığını qeyd edirdi: “Rə-

sulzadə nitqinə davam edərək: “Siyasi üfüqdə qara buludlar görünən kimidir, 

lakin bu qara buludlara qarşı Nurularımızın zülmətqovan nuru vardır”, – dedikdə 

bütün məclis əhli ayağa qalxıb Paşa həzrətlərini xüsusi bir təzimlə alqışlamağa 

başladılar”.

Məclisdə çıxış edən Ə.Ağaoğlu isə bu sözləri söyləmişdi: “Mən Bakını İstan-

bulda və İstanbulu Bakıda görüb özümü o qədər bəxtiyar görürəm ki, daha öl-

səm o qədər də qəmim yoxdur, dünyadan kam almış kimiyəm”.

Ü. Hacıbəyli yazırdı: “Bu qədər nitq və alqışlara cavab olaraq Nuru Paşa həz-

rətləri gözəl İstanbul şivəsi ilə ruhumuza ləzzət verən və məzmunca qəlbimi-

zi bir çox əndişələrdən təmiz etməklə bəlağətli və səlis nitqi ilə məclis əhlini 

şərəfyab və minnətdar etdi”

2

.



Ziyafət məclisində tanınmış tədqiqatçı Salman Mümtaz Nuru Paşaya ithaf 

etdiyi “Öyün, millət” şeirini oxudu.

Tanınmış aktyor Abbas Mirzə Şərifzadə isə Osmanlı generallarına məxsus 

geyimdə zala daxil olub, Ənvər Paşanın qiyafəsində monoloq söylədi: “Ey qəh-

rəman türklərin igid balaları! Siz şanlı türk övladları olduğunuzu Bakının qurtulu-

şuna varmaqla sübut etdiniz...”.

Ziyafətdə Nazirlər Şurasının Sədri Fətəli xan Xoyski “Ədirnənin fəthi” əsəri-

nin müəllifi, gənc dramaturq Cəfər Cabbarlını Nuru Paşaya təqdim etmişdi.

Qeyd edək ki, böyük dramaturq Cəfər Cabbarlı 1919-cu ildə Bakının qurtu-

luşunun bir illik yubileyi münasibəti ilə “Bakı müharibəsi” pyesini yazmış və bu 

əsər həmin ilin sentyabrın 16-da Abbas Mirzə Şərifzadənin rəhbərliyi və iştirakı 

ilə tamaşaya qoyulmuşdu.

2

 N. Yaqublu. Qafqaz İslam Ordusu və Nuru Paşanın Azərbaycanda izləri. B., 2017, s. 12.




CÜMHURİYYƏT QURUCULARI

408


1919-cu ildə Bakının  

Nuru Paşanın İstanbulda məzarı.

 

qur tuluşu münasibəti ilə ta-



nınmış jurnalist Mirzə Bala 

Məmmədzadə də “Bakı uğ-

runda müharibə” pyesini ya-

zıb nümayiş etdirmişdi.

 1919-cu ildə isə Bakıda 

“Çəmbərəkənd” qəbirstanlı-

ğında türk şəhidlərinə abidə 

qoyulması ilə bağlı təməl da-

şının atılması mərasimi keçi-

rilmiş və abidənin maketi də 

hazırlanmışdı.

 1920-ci ilin 27 aprelində Azərbaycanın bolşeviklər tərəfindən süqutundan 

sonra həmin abidənin də qoyulması mümkün olmadı.

 1918-ci ilin noyabrın 17-də Müttəfiq Dövlətlər Birliyinin hərbi hissələrinin 

Bakıya daxil olması ilə əlaqədar Qafqaz İslam Ordusu Azərbaycandan geri çağı-

rıldı


3

Nuru Paşa 1919-cu ildə İngiltərə hökuməti tərəfindən həbs edildi. Son-



radan onun Batumdakı hərbi cəza evindən Azərbaycana qaçışı təşkil olundu. 

Nuru Paşa Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Qarabağda 

(əsasən Şuşada) sovet hökumətinə qarşı üsyana da başçılıq edənlərdən oldu.

O, sonradan Türkiyəyə getdi və Qurtuluş savaşında tabeliyindəki qüvvələrlə 

Şərq Cəbhəsinə könüllü olaraq qatıldı, ermənilərə qarşı aparılan mücadilədə 

12-ci Tümənin sağ qanadını təşkil edərək, Sarıkamışın geri alınmasında mühüm 

rol oynadı. Daha sonra Şərq Cəbhəsi emalatxanalarında vəzifə aldı. 1923-cü ilin 

4 oktyabrında təqaüdə çıxdı. 

1949-cu ilin martın 2-də saat 16.30-da İstanbulda Nuru Paşaya məxsus olan 

silah fabrikinin partlayışı zamanı 27 nəfərlə birlikdə o, da həlak oldu.

3

 N. Yaqublu. Qafqaz İslam Ordusu və Nuru Paşanın Azərbaycanda izləri. B., 2017, s.14.




409

ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ

ŞƏFİ BƏY 

RÜSTƏMBƏYLİ

(1893 –1953)

Ş

əfi bəy Rüstəmbəyli (Rüstəmbə-



yov) 1893-cü ildə Ağdaş qəzasının 

Məmmədli kəndində anadan olub.

           Gəncədə klassik gimnaziyada təhsil 

aldıqdan sonra 1911-1916-cı illərdə Ki-

yev Universitetinin hüquq fakültəsində 

oxuyub. 


Ş.Rüstəmbəyli 1918-ci ildə forma-

laşan Zaqafqaziya Seyminə üzv seçilib, 

Azərbaycan İstiqlal Bəyannaməsini im-

zalayıb.


O, Azərbaycan Cümhuriyyəti döv-

ründə parlamentin üzvü, Daxili İşlər na-

zirinin müavini (1920-ci ilin martından), 

“Azərbaycan” qəzetinin (rus dilində) re-

daktoru, Qaçqınlara Yardım Heyətinin 

rəisi vəzifələrində çalışıb.

1920-ci ildə Azərbaycanı bolşeviklər işğal etdikdən sonra o, Gürcüstana, 

1921-ci ildə Gürcüstan işğal edildikdən sonra isə Trabzona, həmin ilin avqust 

ayında İstanbula gedib. O, burada siyasi fəaliyyətini davam etdirib

Ş.Rüstəmbəyli 1953-cü ildə dünyadan köçüb. Məzarı İstanbuldakı Fəriköy 

qəbiristanlığındadır. 



Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə