NURU PAŞA KİLLİGİL
407
başlayaraq məclis əhli ehtiramla Paşa həzrətlərini səmimiyyətlə salamladılar,
hər kəs badə əlində stol başında özünəməxsus olan yerini tutdu və ziyafət baş-
landı. Yemək əsnasında baş nazirimiz Fətəli xan Xoyski həzrətləri birinci olaraq
bəlağətli bir nitq söyləyərək, Azərbaycan türklərinin əsarət bəndindən xilası
səadətinə nail olması yolunda tökülən Osmanlı türk qanına işarə ilə “Bu qan və
bu qan tökülən mübarək yerlər heç bir vaxt unudulmaz və xatirdən çıxmaz”
buyurdu. Azərbaycan türklərinin təşəkkürlərini Paşa həzrətlərinə bildirib qədəh
qaldırdı. O halda bütün həzərat ayağa duraraq müzəff ər və şanlı komandanımız
Paşa həzrətlərinin şərəfinə şərbətnuş olub sürətli alqışlarla izhari məsərrət və
şadyanalıq etdilər...”.
Ü. Hacıbəyli ziyafət məclisində Azərbaycan Milli Şurasının Sədri Məhəm-
məd Əmin Rəsulzadənin də çıxışının alqışlarla qarşılandığını qeyd edirdi: “Rə-
sulzadə nitqinə davam edərək: “Siyasi üfüqdə qara buludlar görünən kimidir,
lakin bu qara buludlara qarşı Nurularımızın zülmətqovan nuru vardır”, – dedikdə
bütün məclis əhli ayağa qalxıb Paşa həzrətlərini xüsusi bir təzimlə alqışlamağa
başladılar”.
Məclisdə çıxış edən Ə.Ağaoğlu isə bu sözləri söyləmişdi: “Mən Bakını İstan-
bulda və İstanbulu Bakıda görüb özümü o qədər bəxtiyar görürəm ki, daha öl-
səm o qədər də qəmim yoxdur, dünyadan kam almış kimiyəm”.
Ü. Hacıbəyli yazırdı: “Bu qədər nitq və alqışlara cavab olaraq Nuru Paşa həz-
rətləri gözəl İstanbul şivəsi ilə ruhumuza ləzzət verən və məzmunca qəlbimi-
zi bir çox əndişələrdən təmiz etməklə bəlağətli və səlis nitqi ilə məclis əhlini
şərəfyab və minnətdar etdi”
2
.
Ziyafət məclisində tanınmış tədqiqatçı Salman
Mümtaz Nuru Paşaya ithaf
etdiyi “Öyün, millət” şeirini oxudu.
Tanınmış aktyor Abbas Mirzə Şərifzadə isə Osmanlı generallarına məxsus
geyimdə zala daxil olub, Ənvər Paşanın qiyafəsində monoloq söylədi: “Ey qəh-
rəman türklərin igid balaları! Siz şanlı türk övladları olduğunuzu Bakının qurtulu-
şuna varmaqla sübut etdiniz...”.
Ziyafətdə Nazirlər Şurasının Sədri Fətəli xan Xoyski “Ədirnənin fəthi” əsəri-
nin müəllifi, gənc dramaturq Cəfər Cabbarlını Nuru Paşaya təqdim etmişdi.
Qeyd edək ki, böyük dramaturq Cəfər Cabbarlı 1919-cu ildə Bakının qurtu-
luşunun bir illik yubileyi münasibəti ilə “Bakı müharibəsi” pyesini yazmış və bu
əsər həmin ilin sentyabrın 16-da Abbas Mirzə Şərifzadənin rəhbərliyi və iştirakı
ilə tamaşaya qoyulmuşdu.
2
N. Yaqublu. Qafqaz İslam Ordusu və Nuru Paşanın Azərbaycanda izləri. B., 2017, s. 12.
CÜMHURİYYƏT
QURUCULARI
408
1919-cu ildə Bakının
Nuru Paşanın İstanbulda məzarı.
qur tuluşu münasibəti ilə ta-
nınmış jurnalist Mirzə Bala
Məmmədzadə də “Bakı uğ-
runda müharibə” pyesini ya-
zıb nümayiş etdirmişdi.
1919-cu ildə isə Bakıda
“Çəmbərəkənd” qəbirstanlı-
ğında türk şəhidlərinə abidə
qoyulması ilə bağlı təməl da-
şının atılması mərasimi keçi-
rilmiş və abidənin maketi də
hazırlanmışdı.
1920-ci ilin 27 aprelində Azərbaycanın bolşeviklər tərəfindən süqutundan
sonra həmin abidənin də qoyulması mümkün olmadı.
1918-ci ilin noyabrın 17-də Müttəfiq Dövlətlər Birliyinin hərbi hissələrinin
Bakıya daxil olması ilə əlaqədar Qafqaz İslam Ordusu Azərbaycandan geri çağı-
rıldı
3
.
Nuru Paşa 1919-cu ildə İngiltərə hökuməti tərəfindən həbs edildi. Son-
radan onun Batumdakı hərbi cəza evindən Azərbaycana qaçışı təşkil olundu.
Nuru Paşa Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Qarabağda
(əsasən Şuşada) sovet hökumətinə qarşı üsyana da başçılıq edənlərdən oldu.
O, sonradan Türkiyəyə getdi və Qurtuluş savaşında tabeliyindəki qüvvələrlə
Şərq Cəbhəsinə könüllü olaraq qatıldı, ermənilərə qarşı aparılan mücadilədə
12-ci Tümənin sağ qanadını təşkil edərək, Sarıkamışın geri alınmasında mühüm
rol oynadı. Daha sonra Şərq Cəbhəsi emalatxanalarında vəzifə aldı. 1923-cü ilin
4 oktyabrında təqaüdə çıxdı.
1949-cu ilin martın 2-də saat 16.30-da İstanbulda Nuru Paşaya məxsus olan
silah fabrikinin partlayışı zamanı 27 nəfərlə birlikdə o, da həlak oldu.
3
N. Yaqublu. Qafqaz İslam Ordusu və Nuru Paşanın Azərbaycanda izləri. B., 2017, s.14.
409
ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ
ŞƏFİ BƏY
RÜSTƏMBƏYLİ
(1893 –1953)
Ş
əfi bəy Rüstəmbəyli (Rüstəmbə-
yov) 1893-cü ildə Ağdaş qəzasının
Məmmədli kəndində anadan olub.
Gəncədə klassik gimnaziyada təhsil
aldıqdan sonra 1911-1916-cı illərdə Ki-
yev Universitetinin hüquq fakültəsində
oxuyub.
Ş.Rüstəmbəyli 1918-ci ildə forma-
laşan Zaqafqaziya Seyminə üzv seçilib,
Azərbaycan İstiqlal Bəyannaməsini im-
zalayıb.
O, Azərbaycan
Cümhuriyyəti döv-
ründə parlamentin üzvü, Daxili İşlər na-
zirinin müavini (1920-ci ilin martından),
“Azərbaycan” qəzetinin (rus dilində) re-
daktoru, Qaçqınlara Yardım Heyətinin
rəisi vəzifələrində çalışıb.
1920-ci ildə Azərbaycanı bolşeviklər işğal etdikdən sonra o, Gürcüstana,
1921-ci ildə Gürcüstan işğal edildikdən sonra isə Trabzona, həmin ilin avqust
ayında İstanbula gedib. O, burada siyasi fəaliyyətini davam etdirib
Ş.Rüstəmbəyli 1953-cü ildə dünyadan köçüb. Məzarı İstanbuldakı Fəriköy
qəbiristanlığındadır.