Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə143/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   139   140   141   142   143   144   145   146   ...   166

ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ

413


xalqa öz milli kimliyini xatırlatmaq,   

Ş.Rüstəmbəylinin redaktorluğu ilə rus dilində 

nəşr edilən “Azərbaycan” qəzeti. 

1918-1920-ci illər.

 

Azərbaycanın zəngin mədəniyyə-



tinə maraq yaratmaqdan iba rət idi

“Azərbaycan” qəzetində 

par lamentdəki iclaslar, qəbul olu-

nan qərarlar dai ma işıqlandırılırdı. 

Qəzetdə vacib sənədlərin mətni 

və fərmanlar da dərc olunurdu ki, 

bu da xalqı hökumətin fəaliyyəti

qəbul etdiyi qanunlardan xəbər-

dar edirdi.

Qəzetin rus dilindəki sayın-

da Azərbaycanın siyasi, ictimai, 

mədəni həyatındakı önəmli şəx-

siyyətlər çıxış edirdi: M.Ə.Rəsul-

zadə, C.Dağıstani (C.Hacıbəyli) 

S.M.Axundov və b. Yazıları tez-tez 

dərc olunanlar arasında rus jurna-

listləri də vardı: M.Spiridinov, S.M.

Mixaylov, Əsəd. M. Aplinski. Onlar öz məqalələri ilə oxucularla fikirlərini bölüşür-

dü. Müəllifl ərin əksəriyyətinin təxəllüsü vardı, yaxud da ad və soyadlarının baş 

hərfl ərindən istifadə edirdilər.

Qəzet rəsmi xarakter daşısa da, dərc olunan materialların əhatə dairəsi ge-

niş idi. İnsan fəaliyyətinə aid bütün mövzular burada işıqlandırılır, maraqlı şəkil-

də auditoriya ilə paylaşılırdı. Uzun illər yad mədəniyyətin və başqa millətin təsiri 

altında yaşayan ölkənin, nəhayət, öz xalqının səsini duymaq, onu maraqlandıran 

sualların cavabını vermək imkanını əldə etməsi böyük önəm daşıyırdı. 



Ş.Rüstəmbəyli mətbuatı maarifl əndirmənin yeganə vasitəsi olaraq 

qəbul edirdi. Onun fikrincə, qələm əhli savad, elm və mədəniyyətə olan 

bağlılığının köməyi ilə kütləni arxasınca apara bilər. 

Ş.Rüstəmbəyli məqalələrini öz adının baş hərfl əri ilə, bəzən də “Azərbay-

can” təxəllüsü ilə imzalayırdı. 

Onun qələmə aldığı məqalələrin mövzusu çox şaxəli idi. Müəllif tarix elmini 

mükəmməl bildiyindən tez-tez bu sahəyə də diqqət ayırır, baş verən hadisələri, 

hər hansı konkret tarixi faktı geniş şəkildə təhlil edirdi. O, böyük bacarıqla ha-




CÜMHURİYYƏT QURUCULARI

414


disələrin inkişafının ardıcıllığını, qanunauyğunluğunu düzgün qiymətləndirir, 

bəzən heç kimin görmədiyi məqamları da açıqlaya bilirdi. 

Ş.Rüstəmbəyli fikirlərini bütün yazılarında böyük məharətlə oxuculara çat-

dırır, sualları özünə ünvanlanmış kimi göstərir, sonra isə geniş şəkildə onları ca-

vablandırmağa çalışırdı. Mövzular nə qədər mürəkkəb olsa da, onun yazı dili çox 

sadə və anlamlı idi. Heç vaxt mətnin struktur quruluşuna toxunmur, fikirlərini 

qarışdırmadan, ardıcıllıqla izah etməyə çalışırdı. Buna görə də onun yazı üslubu 

maraqlı və rəngarəng olurdu. İstedadlı jurnalist ən dərin mövzunu ən asan dil-

lə oxucuya çatdırmağı bacarırdı. Hərtərəfl i biliyə sahib olan bu şəxsiyyət siyasi 

savadına güvənərək beynəlxalq aləmdə baş verən hadisələri təhlil edir, sanballı 

məqalələr yazırdı. Parlamentdə isə ən mübahisəli məsələlərin həllində yüksək 

natiqlik bacarığından faydalanaraq digərlərinə təsir edir, müəyyən də nəticəyə 

nail olurdu. 

Ş.Rüstəmbəylinin redaktorluğu dövründə qəzetin ilk aylardakı fəaliyyətin-

dən Azərbaycanda gedən ictimai-siyasi prosesləri aydın görmək və ciddi təh-

lillər aparmaq mümkündür. Bu yazılar Azərbaycan Cümhuriyyəti yaradıcılarının 

böyük çətinliklərlə müstəqil dövlətimizi qurduğunu sübut etməkdədir. Həmin 

yazıların ümumi xronologiyasından bəzi məqamlar: 

1) Qəzetin 11 noyabr 1918-ci il, 32-ci sayında “Azərbaycan Milli Şurasının 

Rəyasət heyətindən” adlı “Bildiriş” yayımlanmışdır. “Bildiriş”də deyilir: “Azərbay-

can Respublikası hökumətinin qərarına, Hökumət başçısı Fətəli xan Xoyskinin 

məktubuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün yurddaşlarına 

noyabrın 16-da Azərbaycan Milli Şurasının çağırıldığını bildirib, Şuranın bütün 

üzvlərindən deyilən gündə Bakıya gəlmələrini, nədənsə ayrıca çağırış almamış 

yurddaş bəylərin bu bildirişlə kifayətlənmələrini istəyirəm. Azərbaycan Milli Şu-

rasının başçısı, Məhəmməd Əmin Rəsulzadə”

7

.

2) Qəzetin 12 noyabr 1918-ci il, 33-cü sayında birinci səhifənin başında Azər-



baycan Milli Şurasının çağırılması ilə bağlı M.Ə.Rəsulzadənin adından yuxarıdakı 

“Bildiriş”, altında “Bakı, 12 noyabr” yazısı verilmişdir: “Hökumət Azərbaycan Milli 

Şurasını Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının sayına uyğun çağırmaq 

qərarını vermişdir”

8

.

3) Qəzetin 17 noyabr 1918-ci il, 37-ci sayında, birinci səhifənin yuxarısında Baş 



Nazir F.X.Xoyski ilə, Daxili İşlər naziri Behbud xan Cavanşirin adından “Bakıda yaşa-

yanlara” “Bildiriş”i verilmişdir. “Bildiriş”də yazılmışdır: “Azərbaycan hökumətinin Birlik 

7

 Газета “Азербайджан”, 11 ноября 1918 г., №32.



8

 Yenə orada, 12 ноября, №33.




ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ

415


Dövlətlərinin Ənzəlidəki qoşunla-     

Ş.Rüstəmbəyli “Azərbaycan” qəzetinin 

əməkdaşları ilə (soldan birinci).

rının başçısı general Tomsonla da-

nışıqlarında əldə edilən razılaşma 

əsasında noyabrın 17-də səhər 

Azərbaycanın paytaxtına general 

Tomsonun başçılığında Birlik Ordu-

sunun dəstəsi daxil olacaqdır”

9

.



4) Qəzetin 18 noyabr 1918-ci 

il, 38-ci sayında “İngilis-Fransız-A-

merikan Ordusunun Bakıya daxil 

olması” başlıqlı yazı çap olunmuş-

dur. Yazının “Gəmilərin gəlməsi” 

alt başlığında qeyd olunub: “Bazar 

günü, noyabrın 17-də, gündüz 

saat 1-də Birlik Dövlətlərinin Or-

dusu general Tomsonun başçılı-

ğında Bakıya gəldi”

10



5) Qəzetin 21 noyabr 1918-ci il 41-ci sayında “Rəsmi bölmə” adı altında ge-



neral V.M.Tomsonun “Danışıqsız əmr”i yayımlanıb: “1. 17 noyabr 1918-ci il, saat 

12-dən Bakı şəhəri Hərbi vəziyyətə keçirilir. Onu mən, aşağıda qol çəkmiş gene-

ral-mayor V.M.Tomsonla Birlik Dövlətlərinin adından təyin etdiyim şəxslər idarə 

edəcəklər.2. Hərbi vəziyyətdə mən, aşağıda imza edən Bakı şəhərinin hərbi qu-

bernatoru olacağam! 3. Polkovnik F.P.Kokkorel Birlik Dövlətilərinin Bakıdakı po-

lis komisarı təyin edilir. 4. Bakı Bələdiyyəsi, eləcə də başqa toplumsal təşkilatlar 

əvvəlkitək işləyirlər. 5. Hərbi vəziyyətin qaydaları tezliklə bildiriləcək, lazım ol-

duqca yenilənəçəkdir. Göstərilən qaydalardan hansı biriyləsə günahlandırılanlar 

təyin etdiyim şəxslər tərəfindən kəskin cəzalandırılacaqdır.

Birlik Dövlətlərinin Bakıdakı Ordusunun komandanı, general-mayor 

V.M.Tomson. Bakı şəhəri, 17 noyabr 1918-ci il”

11

.



6) Qəzetin 2 dekabr 1918-ci il, 51-ci sayında “Azərbaycan Parlamentinin ça-

ğırılması ilə bağlı” məlumatı yayımlanmışdır. “Azərbaycan Parlamentinin açılı-

şının sonraya keçirilməsi” alt başlıqlı yazıda bu məlumatlar vardır: “Azərbaycan 

Parlamentinin açılışı, bölgədəki nümayəndələrin bütünlüklə gəlməməsi, eləcə 

9

 Газета “Азербайджан”, 1918 г., 17 ноября, № 37.



10

 Yenə orada, 18 ноября, № 38.

11

 Yenə orada.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə