Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə146/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   142   143   144   145   146   147   148   149   ...   166

ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ

421


Sonda Ş.Rüstəmbəyli Qars müsəlmanlarına qardaşlıq köməyi etməyin va-

cibliyini bildirdi. 

1920-ci ilin aprelin 1-də Azərbaycan Parlamentinin 137-ci iclası keçirilir. İc-

lasda sol sosialistlərdən Əliheydər Qarayev çıxış edərək Əli Bayramovun qətlin-

də hökuməti günahlandırdı. Həmin dövrdə Daxili İşlər nazirinin müavini olan 

Ş.Rüstəmbəyli onun bu ittihamlarını rədd edərək dedi: “Bir neçə gün bundan 

əvvəl polis bir sui-qəsd və üsyan qaldırmaq planı kəşf etdi. Bu üsyanda hökumə-

ti yıxmaq, parlamanı dağıtmaq, burada Şura hökuməti elan etmək istənilirdi. O 

sui-qəsdə imza edənlərin birisi Əli Bayramovdur. Habelə o kağızlarda parlament 

üzvü Əliheydər Qarayev cənablarının da imzası var (səslər: ar olsun, eyib olsun



rədd olsun xain!). 

Polisə əmr olunmuşdu ki, o adamlar tutulsun. Polis axtarır, lakin tapa bilmir-

di. Bu aralıq xəbər çıxdı ki, Əli Bayramov yoxdur”

25

.



Ş.Rüstəmbəyli çıxışında Ə.Bayramovun hökumət tərəfindən öldürül-

məsi fikrinə ciddi etirazını bildirdi. Qeyd etdi ki, kimin müqəssir olduğunu 

məhkəmə qərarı müəyyənləşdirər və o şəxs də cəzalanar.

1920-ci ilin 27 aprelində Azərbaycan Parlamentinin sonuncu – 145-ci 

iclası keçirildi. Son iclasda M.Ə.Rəsulzadə belə bir təklif etdi: “Ölkə parla-

mentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində 

olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin”. 

M.Ə.Rəsulzadənin bu təklifindən sonra stenoqramdakı məlumata 

görə, Şəfi bəy Rüstəmbəyli Azərbaycanın işğalına, istiqlaliyyətin əldən 

getməsinə dözməyib ağlamışdır.

Belə fakt da qeyd olunur ki, 1920-ci il aprelin 27-də N.Yusifbəylinin 

yanında məhdud dairədə keçirilmiş toplantıda Ş.Rüstəmbəyli qan tökül-

məməsindən ötrü Bakıdan çıxmağı və bolşeviklərə qarşı mübarizə apar-

maq üçün Gəncəyə köçməyi təklif edir. Lakin onun bu təklifi qəbul olun-

mur

26

.

Onun bu təklifl ə çıxış etməsi isə mümkündür. Çünki mühacirətdə ol-

duğu dövrdə o, bəzi silahdaşlarını Azərbaycan hökumətini “bir ovuc” bol-

şevikə təslim etməkdə günahlandırırdı.

Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklər 

amansız qətliamlar törətdi. Azərbaycan Cümhuriyyətinin tanınmış şəxsləri olan 

25

 Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). II c. B., 1998, s. 887.



26

 İ. Əliyeva. Məsləkinə sadiq böyük mücahid. “Azərbaycan” qəzeti, 22 iyul, 2015.




CÜMHURİYYƏT QURUCULARI

422


N.Yusifbəyli qətlə yetirildi, F.X.Xoyski, H.Ağayev, X.Rəfibəyli güllələndi, M.Ə.Rə-

sulzadə həbs edildi

27



1920-ci ilin aprel işğalından sonra Ş.Rüstəmbəyli Tifl isə getdi, yaxın qohum-



ları isə Azərbaycanda qaldı. Atası Mustafa bəy və qardaşı Hacı bəy bolşeviklər 

tərəfindən amansızlıqla qətlə yetirildi. Mustafa bəy ölüm ayağında onu oğlun-

dan öncə güllələməyi xahiş etsə də, Qızıl Ordu əsgərləri Hacı bəyi atasının gözü 

qarşısında öldürdülər. 

Məlumatlara görə, Sovet hakimiyyəti Ş.Rüstəmbəylinin həbsi ilə kifayət-

lənməyərək onun güllələnməsinə çalışırdı. Buna görə də o, gizlənməyə məc-

bur idi. Atası Mustafa bəy də azadlıq mübarizəsində fəallığına görə yox, məhz 

Ş.Rüstəmbəyliyə görə güllələnmişdi. Onların Pirəli kəndində olan evləri bu 

günə qədər qorunub saxlanılır. Onun atası Qəbələnin hörmətli şəxsiyyətlərin-

dən idi və indi də adı xüsusi ehtiramla çəkilir. Məşhur dramaturq Ə.Haqverdiyev 

özünün “Ağacın kölgəsi” pyesini məhz Mustafa bəyə həsr etmişdi.

1921-ci ilin fevralında Tifl isdə Sovet hakimiyyəti qurulandan sonra Ş.Rüstəm-

bəyli Gürcüstanı da tərk edərək Trabzona oradan isə İstanbula getmiş və fəaliy-

yətini orada davam etdirmişdir. 

Tanınmış Rusiya tarixçisi S.İsakovun bir məlumatında isə Ş.Rüstəmbəylinin 

1921-ci ilin fevralında Tifl isdə Azərbaycanı Xilasetmə Komitəsinə başçılıq etməsi 

qeyd olunur

28

.



Ş.Rüstəmbəyli İstanbulda olarkən dövri mətbuatda mühacirlərə aid bir sıra 

məqalələr çap etdirdi. İlk olaraq 1923-cü ildə işıq üzü görmüş “Yeni Qafqasya”, sonra-

dan nəşr edilən “Azəri-Türk”,  “Yaşıl Yarpaq”,  “Odlu Yurd”  jurnalı ilə əlaqə saxladı.

Bəzi məlumatlara görə, Ş.Rüstəmbəyli Qəbələ rayonundan bir xanımla evli 

olmuş, lakin övladı olmamışdır. Sonralar Türkiyədə yenidən evlənsə də, o övlad 

sahibi ola bilməmişdir.

Ş.Rüstəmbəyli qardaşı uşaqlarını – Bəhramı və Şükürü Azərbaycanda ölüm 

təhlükəsi ilə qarş-qarşya qoymamaq üçün gizlicə İstanbula gətizdirərək onları 

böyütmüş, yaxşı təhsil vermişdir. Bəhram bəy Londonda, Şükür bəy isə Sorbon-

nada universitet bitirmişdilər. Onların 1927-ci ildə İstanbulda birgə fotoları da 

vardır. 

Ş.Rüstəmbəylinin bir şəxsiyyət olaraq xarakterinin açılmasında silahdaşı 

Behbud xan Cavanşirin erməni terrorçusu Torlakyan tərəfindən qətli ilə bağlı 

keçirilən məhkəmə prosesindəki çıxışının çox əhəmiyyəti vardır. Bu haqda geniş 

27

 Н.Ягублу. Энсиклопедия Мухаммеда Эмина Расулзаде. М., 2015, с. 59-60.



28

 М.Э.Расулзаде. Сборник произведений и писем. М., 2010, s. 34.




ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ

423


bilgiləri Əhməd Cəmaləddinin 1921-ci ildə İstanbulda yayımlanmış “Torlakyan 

davası: Behbud xan Cavanşirin qətli” kitabından almaq mümkündür. Həmin ki-

tab 2007-ci ildə Bakıda “Yom Yayımları” nəşriyyatında təkrar nəşr olunmuşdur. 

Qeyd edək ki, həmin kitabı Türkiyənin tanınmış qəzetçisi Murat Gulcu 1990-cı 

ildə öz imzası ilə “Erməni intriqalarının pərdəarxası:Torlakyan davası” adı ilə İs-

tanbulda çap etdirmişdir.

B.Cavanşirin 1921-ci ilin avqustunda keçirilən məhkəməsi, o dövrdə İstanbul 

ingilis işğalı altında olduğundan ingilis prokuroru Qribbonun, məhkəmə sədri 

Freeizin başçılığı ilə aparılırdı. Ş.Rüstəmbəyli məhkəmədə B.Cavanşir haqqında 

çox müsbət fikirlər söyləyir, onun həm də məşhur mühəndis olduğunu qeyd 

edir

29

. Məhkəmə prosesində o, Torlakyanın erməni vəkillərinin suallarına da sərt 



və məntiqli cavab verir. Ş.Rüstəmbəyli 1918-ci ilin mart hadisələrində ermənilə-

rin bolşeviklərlə birləşərək 14 minə qədər müsəlmanı qətl etdiyini məhkəmədə 

söyləyir. O, qeyd edir ki, bolşeviklərə çatdırılan yalan məlumatlar əsasında (guya 

ki, müsəlmanlar xristianları məhv edirlər) onlar hərbi gəmilərdən müsəlmanlar 

yaşayan yerləri bombalayırdılar. O, bildirir ki, həmin hadisələrdə ermənilər qa-

dınları, uşaqları, günahsız insanları qətl edirdi.

Ş.Rüstəmbəyliyə hadisədən kənar, qərəzli suallarla müraciət olunsa da o, bir 

hüquqşünas, jurnalist və siyasi xadim kimi əsaslı cavab verir. B.Cavanşirin ölümü 

ilə bağlı keçirilən məhkəmədə ona verilən suallar bu məzmunda idi: “1918-ci ilin 

sentyabrında Bakı türklər tərəfindən müharibə ilə alındımı?”; “Türklərə qarşı mü-

haribə edən kimlər idi?”; “Gəncədə erməni varmıdır?”; “Müsavat Partiyasının 

Proqramı İttihad və Tərəqqi Partiyasının proqramına uyğun idimi?”; “Azərbaycan” 

qəzetinin nə zaman redaktoru ol-   

Ş.Rüstəmbəylinin İstanbulda məzarı.

dunuz?”; “O qəzeti nəşr etdiyiniz 

mətbəə kimə aid idi?”; “Ermənilər 

ingilislərə qarşı hərb etdilərmi?”: 

“Sizin fikrinizə görə, azərilər Ana-

doludakı türklərlə birləşmək üzrə 

Ermənistanı çeynəyib keçmək 

istərlərmi?”.

Ş.Rüstəmbəyli suallara Azər-

baycan mənafeyindən ciddi ca-

vablar verirdi: “Azərbaycan Cüm-

huriyyəti vətəndaşından hər kəs 

29

 Ə.Cəmaləddin. Torlokyan davası: Behbud xan Cavanşirin qətli. B., 2007, s. 257.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə