Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə154/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   150   151   152   153   154   155   156   157   ...   166

ÜZEYİR HACIBƏYLİ

445


Ü. Hacıbəyli bu illərdə fəaliyyətsiz dayanmadı. Gənc musiqiçilər yetişdirdi

Azərbaycan Xalq Musiqisini nota köçürdü, Azərbaycan Musiqi Məktəbinin di-

rektorluğunu etdi, Azərbaycan Konservatoriyasının rektoru oldu, Azərbaycan 

Bəstəkarlar İttifaqına rəhbərlik etdi, böyük bir xor heyəti yaratdı.

Bu dövrdə Üzeyir bəysiz opera sənəti inkişaf etmədi. Azərbaycan SSR-nin 

Xalq Maarif Komissarı Mustafa Quliyev və başqaları Üzeyir bəyin əsərlərini aşağı-

layaraq “Quba meydanı” kimi adlandırmışdılar (yəni təhqiramiz münasibət).

1908-ci ildən 1920-ci ilə qədər 10-a qədər opera yazan Ü.Hacıbəyli Azər-

baycanın sovetləşməsindən keçən 17 ildə heç bir opera əsəri yazmadı. Əslində, 

ona bu imkanı heç yaratmadılar da. 

1920-ci illərdə Ü.Hacıbəyliyə qarşı mənəvi terror və ittihamlar davam edirdi. 

1920-ci illərdə Ü.Hacıbəylinin əsərləri haqqında mətbuatda nəşr edilən yazılardan: 

– “Onun (Ü. Hacıbəylinin) bütün operaları və operettaları mistik və idealist mo-

tivlər ilə doldurulmuşdur. Əsərlərinin əsasında fatalist dünyagörüşü hakimdir”. 

– “Varlı tacirləri, insafl ı mülkədar məişətini təsvir edən Nuh əyyamından qalma 

“Arşın mal alan” operettasının sosializm mədəniyyəti ilə nə kimi əlaqəsi ola bilər?”

– “Truppa utanmadan bu yaxınlarda “Leyli və Məcnun” kimi lüzumsuz, mə-

nasız və zərərli operanı oynadı”.

Ü. Hacıbəyli bu sıxıntılara baxmayaraq 1937-ci ildə “Koroğlu” operasını yazdı 

və sanki bu əsəri ilə o, xalqı bolşevik rejiminə qarşı üsyana çağırdı. “Koroğlu”nun 

“Üvertürası” isə 1918-1920-ci illərdə mövcud olmuş azad bir dövlətin - Azərbay-

can Cümhuriy-    



Ü.Hacıbəylinin dəfni. 23 noyabr 1948-ci il.

yətinin ruhunu 

yaşadırdı. Bu, Ü. 

H a c ı b ə y l i n i n 

qanlı bir bolşe-

vik diktaturası-

na qarşı 17 illik 

s u s m a ğı n d a n 

sonra ba-

rışmazlığı və 

etirazı idi.

Ü.Hacıbəy-

liyə qarşı sovet 

rejiminin mənfi münasibəti 1920-ci illərin sonlarında da ha sərt oldu. Ona bu 




CÜMHURİYYƏT QURUCULARI

446


münasibətin yaranmasında qardaşı C.Hacıbəylinin Avropada sovet dövləti əley-

hinə çalışmalarının da böyük təsiri vardı.

Ü.Hacıbəyli isə ciddi cəhd göstərməsinə baxmayaraq qardaşının Azərbay-

cana qayıtmasına nail ola bilmədi.

Bu mənada onun C.Hacıbəyliyə yazdığı məktublarda təsirli məqamlar çox-

dur. Ü.Hacıbəyli bu məktublarında ailə, məişət və dolanışıq problemləri ilə ya-

naşı, qardaşından nigaranlığını, onun ailəsindən, uşaqlarından ötrü darıxdığını 

ağrılı bir formada açıqlayırdı.

Ü.Hacıbəyli peşəcə müəllimə olan Məleykə xanım Terequlova ilə ailə həyatı 

qurmuşdu. Lakin onların 40 illik birgə həyatında övladları olmadı.

Ü.Hacıbəyli 1948-ci ilin noyabrın 23-də dünyasını dəyişdi.

Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu M.Ə.Rəsulzadə 

Ü.Hacıbəyli haqqında yazırdı: “Başda bir həvəskar olaraq işə başlayan Ha-

cıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticə-

də sözün Avropa mənası ilə otoritəsini (nüfuzunu – red.) hər kəsə tanıtmış 

bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna 

zəkasını da öz diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün 

sümürdükcə sümürmüş və verdiyi bir neçə rəsmi, siyasi vəzifə və ünvan-

larla onu “mənimsəmişdir”.

Fəqət beyhudə, dəmir pərdənin arxasında özünə süni marşlar yaz-

dırılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan 

komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azər-

baycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli 

Azərbaycan varlığının məsnədləri (qaynaqları – red.) arasında qalacaq ay-

rılmaz bir dəyərdir”

20

.

20



 M.Ə.Rəsulzadə. Hacıbəyli Üzeyir. “Azərbaycan” jurnalı, Ankara, 1952, № 8, s. 8-9


447

ƏHMƏD CAVAD

ƏHMƏD 

CAVAD


(1892 – 1937)

A

zərbaycanın tanınmış şairi Əh-



məd Cavad 1892-ci ilin mayın 

5-də Gəncə qəzası, Şəmkir na-

hiyəsinin Seyfəli kəndində anadan olub.

1906-cı ildə mədrəsə adlanan Yelizavet-

pol (Gəncə) Müsəlman Ruhani Seminari-

yasında oxuyub.

Ə.Cavad 1912-ci ilin mayın 27-də 

təhsilini başa vurub.

Ə.Cavad Müsəlman Xeyriyyə Cəmiy-

yətinin məsul katibi olaraq 1914-1918-ci 

illərdə böyük fəaliyyət göstərib.

1927-1933-cü illərdə Gəncədəki 

Azərbaycan Kənd Təsərrüfatı İnstitutun-

da müəllim, dosent, kafedra müdiri və-

zifələrində çalışıb.

Ə.Cavad 1937-ci ilin oktyabrın 13-də güllələnib.




CÜMHURİYYƏT QURUCULARI

448


DÖVLƏT HİMNİNİN MÜƏLLİFİ 

Azərbaycanın Dövlət Himninin müəllifi, tanınmış şair və cümhuriyyət 

dövrünün qüdrətli tərənnümçüsü Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu 

Axundzadə) 1892-ci ilin mayın 5-də Gəncə qəzası, Şəmkir nahiyəsinin Seyfəli 

kəndində anadan olmuşdur.

Ə.Cavad səkkiz yaşında olarkən atasını itirmiş, ilk olaraq molladan ərəb-fars 

dillərini öyrənmişdir.

Ə.Cavad ilk şeirini 1906-cı ildə yazmışdır. Elə həmin ildə o, mədrəsə adlanan 

Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasına daxil olub, 1912-ci ildə 

təhsilini tamamlamışdır

1

.

Ə.Cavada 1912-ci ilin mayın 27-də verilən şəhadətnamədən məlum olur ki, 



həmin seminariyanı bitirən şəxs digər fənlərlə yanaşı, Azərbaycan dili də daxil 

olmaqla dörd dil öyrənirdi: rus, ərəb, fars.

Ə.Cavad 1914-cü ildə Türkiyədə olmuş, Birinci Dünya müharibəsi başladı-

ğından bir neçə ay sonra geri qayıtmışdır.

Ə.Cavad 1914-1918-ci illərdə Müsəlman Xeyriyyə Cəmiyyətinin katibi ol-

muş, ön cəbhəyə gedərək məqalələr, xəbərlər, reportajlar yazıb qəzet və jur-

nallarda çap etdirmişdir.

Ə.Cavad “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” adlı şeirini də 

məhz həmin dövrdə – 1914-cü ildə yazmışdır.

Şair həm həsrətlə, həm qürurla bu misraları yazırdı:



Çırpınırdı Qara dəniz

Baxıb türkün bayrağına!

“Ah!..” deyərdim, heç ölməzdim

Düşə bilsəm ayağına!

2

Sonralar böyük bəstəkar Ü.Hacıbəyli bu şeirə təsirli musiqi bəstələ-

mişdir.

Ə.Cavad Xeyriyyə Cəmiyyətinin tapşırığı ilə 1915-1916-cı illərdə Acarıstana – Ba-

tuma getmiş, orada Süleyman bəyin qızı Şükriyyə xanımla ailə həyatı qurmuşdu

3

.



1918-ci ilin mayın 28-də Azər-baycan Cümhuriyyətinin yaradılması Ə.

Cavadın həyatında və yaradıcılığında mühüm rol oynadı.

1

 Ə. Cavad. Seçilmiş əsərləri. I c, B., 1992, s. 11.



2

 Yenə orada, s. 149.

3

 N. Yaqublu. Ağrılı ömürlər. B., 1990, s. 232.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə