Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə157/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   153   154   155   156   157   158   159   160   ...   166

MİR YAQUB MEHDİYEV

455


M.Mehdiyevə məxsus sənəd.

M.Y.Mehdiyev İkinci Dünya müharibəsi illərində Türkiyəyə gedib və 1949-cu 

ildə orada vəfat edib.

M.Mehdiyevin İstanbulda məzarı.



456

CÜMHURİYYƏT QURUCULARI

MƏMMƏD 

MƏHƏRRƏMOV



(1895 – 1982)

M

əmməd Məhərrəmov 1895-ci



 

ildə anadan olub. Peterburq 

İmperator Universitetinin tibb 

fakültəsində oxuyub, sonradan isə Mosk-

va Universitetində təhsilini davam etdi-

rib. Sosialistlər Partiyasına mənsub idi. 

1918-ci ildə Azərbaycan Parlamentinin 

üzvü seçilib. 

M.Məhərrəmov Azərbaycan Parla-

mentinin ilk iclaslarında böyük fəallıq 

göstərib. 1918-ci ilin 7 dekabrında keçi-

rilən ilk iclasda o, Ədliyyə komissiyası ya-

radılması təklifini irəli sürmüşdür.

Parlamentin 15 dekabrda keçirilən 

3-cü iclasında o, Etimadnamə komissiya-

sı adından geniş məruzə etmişdir

2

.

Parlamentin 1918-ci ilin 20 dekabrında keçirilən 4-cü iclasında M.Məhərrə-



mov ermənilərin Qarabağda, Cəbrayılda və Zəngəzurda törətdikləri vəhşiliklər 

haqqında hökumətin məlumat verməsini xahiş etmişdir.

Parlamentin 1918-ci ilin 26 dekabrında keçirilən 5-ci iclasında M.Məhərrə-

mov Sosialistlər İttifaqı fraksiyası adından yeni hökumətə etimad bəyan etdiyini 

bildirmişdir.

2

 Azərbaycan Xalq Cümhuriyyəti Parlament (Stenoqrafik hesabatlar). I c. B., 1998, s. 145




MƏMMƏD MƏHƏRRƏMOV

457


Parlamentin 30 dekabr-

M.Məhərrəmov (soldan birinci), 

M.Mehdiyev və Ə.M.Topçubaşov. Paris.

da keçirilən 6-cı iclasında 

M.Məhərrəmov polis mə-

murlarının bəzi siyasi firqə 

üzvlərini həbs etmələrinin 

müzakirəsini təklifini irəli 

sürmüşdür.

1919-cu ilin yanvarın-

da Azərbaycan Nümayən-

də Heyətinin tərkibində 

müşavir olaraq Paris Sülh 

Konfransına göndərilmişdir. 

1920-ci ildən mühacirətdə 

yaşamışdır. 

O, Prometey hərəkatı-

nın fəallarından idi. 1972 və 



M.Məhərrəmovun Parisdə məzarı.

1975-ci illərdə Bakıya 

gəlmək və qohumları ilə 

görüşmək imkanı əldə et-

mişdir.

M.Məhərrəmov 1982-ci 



ilin martın 3-də Parisdə və-

fat etmiş və Monparks qəbi-

ristanlığında dəfn olunmuş-

dur


3

3



 M.Həsənov. Qərib məzarlar. B., 2015, s. 90.


458

CÜMHURİYYƏT QURUCULARI

ABBAS 

ATAMALIBƏYOV



(1895 – 1971)

A

bbas Atamalıbəyov 1895-ci ildə



 

anadan olub. Sankt-Peterburq 

Politexnik İnstitutunda hərbi də-

niz mühəndisliyi ixtisasını öyrənib. Eser 

Partiyasına mənsub idi. 1918-ci ilin de-

kabrın 7-dən fəaliyyətə başlayan Azər-

baycan Parlamentində Sosialistlər İttifaqı 

fraksiyasına daxil idi. 1919-cu ilin sent-

yabrında Parisə göndərilib və Azərbay-

can Nümayəndə heyətinin katibi funksi-

yasını yerinə yetirib. 1920-ci ildən Fransa-

da mühacirətdə yaşayıb. 1923-cü ildə 

Parisdə Siyasi Elmlər İnstitutunu bitirib. 

Prometey hərəkatının fəallarından olub. 

1935-1939-cu illərdə Qafqaz Konfedera-

siya Şurasının tərkibinə daxil olunub

1

.

1948-1966-cı illərdə Çilidə, 1967-ci ildən isə



A.Atamalıbəyovun məzarı.

 

ABŞ-da yaşayıb.



A.Atamalıbəyov 1971-ci ildə ABŞ-ın Klivlend 

şəhərində vəfat edib

2

.

1



 Кавказская Конфедерация в официальных декларациях, тайной переписке и секретных 

документах движения “Прометей”. Сборник документов. М, 2012, с. 215.

2

 M.Həsənov. Qərib məzarlar. B., 2015, s. 55.




459

ƏHMƏD AĞAOĞLU (AĞAYEV)

ƏHMƏD AĞAOĞLU 

(AĞAYEV)


(1869 – 1939)

Ə

hməd bəy Ağaoğlu (Ağayev)



 

1869-cu ildə Şuşada anadan 

olub. İlk təhsilini Şuşadakı rus 

mək 


təbində və Tifl 

is gimnaziyasında 

alıb. Peterburq Mühəndis-Texniki İnstitu-

tunda oxuyub, burada təhsilini yarımçıq 

qoyub, 1888-ci ildə Parisə gedib. Parisdə 

hüquq məktəbini və Sorbonna Universi-

tetini bitirib. 1894-cü ildə Bakıya qayıdıb, 

1905-ci ildə Difai Təşkilatını yaradıb. 

1905-ci ilin dekabrından “İrşad” qəzetini 

nəşr edib. Sonradan təqib edildiyindən 

Türkiyəyə gedib.

Ə.Ağaoğlu 1918-ci ildə Qafqaz İslam 

Ordusunun komandanı Nuru Paşanın si-

yasi müşaviri kimi Azərbaycana gəlib. O, 

Zəngəzurdan Azərbaycan Parlamentinə üzv seçilib.

Rusca “Azərbaycan” qəzetinin 18 noyabr 1918-ci il 38-ci sayında İ.Q. adlı 

yazarın “Azərbaycan Elçiliyinin İngiltərə, Amerika, Fransa elçilərilə görüşü” adlı 

məqaləsindəki “Əhməd bəy Ağayevlə danışma” alt başlığında bu məlumat qeyd 

olunub: “Birlik Dövlətlərinin Rusiyada bolşeviklərə qarşı olduqlarını, buna görə 

Qafqazı öz bazaları etmək istədiklərini öyrənəndən sonra Əhməd bəy Ağayev, 

Musa bəy Rəfiyev, Nəsib bəy Yusifbəylidən qurulmuş Elçilik bu böyük dövlətlə-

rin yetkililərilə görüşmək üçün Ənzəliyə getdi”. Bu məlumat Ə.Ağayevin general 

Tomsonla görüşdə olduğunu təsdiqləyir.



CÜMHURİYYƏT QURUCULARI

460


Ə.Ağaoğlu Azərbaycan Parlamentində ilk 

dəfə 1918-ci ilin dekabrın 26-da keçirilən 5-ci 

iclasında çıxış edib. O, çıxışında bu sözləri de-

mişdi: “Azərbaycan istiqlalı bizim hamımızın 

başlıca amalımızdır. Hər bir öz şərəfini, öz ama-

lını bilən azərbaycanlı bunu duymalı və bu yol-

da olmalıdır”

1

. O, çıxışında “hökumətin daxildən 



təsdiq edilməsi”, “Azərbaycanın Avropaya tanı-

dılması” vacibliyini qeyd edib.

1919-cu ilin yanvarında Azərbaycan Nü-

mayəndə heyətinin Bakı Dəmiryolu vağzalın-

dan yola salınma mərasimində Ə.Ağaoğlu çıxış 

etmişdir. 

Ə.Ağaoğlu 1919-cu ilin yanvarında Azər-

baycan Nümayəndə heyətinin tərkibində Paris 

Sülh Konfransına göndərilsə də, İstanbulda ingilislər tərəfindən həbs olunaraq 

Malta adasına sürgün edilib. Beləliklə, o, Sülh Konfransında iştirak edə bilməyib.

Ə.Ağaoğlu sonradan Türkiyədə yaşayıb. Ə.Ağaoğlu Türkiyədə olduğu döv-

rdə çox önəmli vəzifələrdə çalışıb. O, Mətbuati-ümumi müdiri, Türkiyə Böyük 

Millət Məclisinin üzvü (Qars bölgəsindən), yarı-rəsmi “Hakimiyyəti-milliyə” qə-

zetinin baş redaktoru, Ankara Hüquq Məktəbinin professoru, Atatürkün istəyi 

ilə yaradılmış Sərbəst Cümhuriyyət Partiyasının əsas rəhbərlərindən olmuşdur

2



Ə.Ağaoğlu 1939-cu ildə vəfat edib.

1

 Azərbaycan Xalq Cümhuriyyəti. Parlament. (Stenoqrafik hesabatlar). I c. B., 1998, s. 127.



2

 V.Quliyev. Məhəmməd Əmin Rəsulzadə Əhməd Ağaoğlu haqqında. “525-ci qəzet”, 12.03.2018.



Ə.Ağaoğlunun redaktoru olduğu 

“İrşad” qəzeti. 1905-1908-ci illər.


Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə