Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə158/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   154   155   156   157   158   159   160   161   ...   166

461

YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ

YUSİF VƏZİR 

ÇƏMƏNZƏMİNLİ

(1887 – 1943)

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN 

TÜRKİYƏDƏ SƏFİRİ

T

anınmış yazıçı Yusif Vəzir Çəmən-



zəminli 1887-ci ilin sentyabrında 

Şuşada anadan olub

1

. 1910-cu 



ildə Kiyevdə Müqəddəs Vladimir adına 

İmperator Universitetinin hüquq fakültə-

sinə daxil olub. 1915-ci ildə Birinci Dünya 

müharibəsinin gedişi ilə bağlı çar hö-

kuməti Kiyev Universitetini müvəqqəti 

olaraq  Saratova  köçürüb.  Y.V.Çə   mən-

 zəminli 1915-ci ildə Universiteti Saratov-

da bitirib.

Y.V.Çəmənzəminli 1919-cu ildə N.

Yusifbəylinin təklifi ilə Azərbaycan Cüm-

huriyyətinin səfiri kimi İstanbula göndə-

rilib.


Azərbaycan 1920-ci ildə Rusiya bol-

şevikləri tərəfindən işğal edildikdən sonra o, Parisə gedib.

Y.V.Çəmənzəminli 1926-cı ildə Bakıya qayıdıb.

1938-ci ildə Özbəkistana – Urgənc şəhərinə işləməyə gedib. O, 1940-cı ilin 

yanvarın 25-də həbs edilib.

Y.V.Çəmənzəminli 1943-cü ilin yanvarın 3-də Nijni-Novqorod vilayətindəki 

həbs düşərgəsində vəfat edib.

1

 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I c. B., 2004, s. 313-316.




462

CÜMHURİYYƏT QURUCULARI

MƏHƏMMƏD XAN 

TƏKİNSKİ


(1879 – 1938)

AZƏRBAYCANIN ERMƏNİSTANDA 

DİPLOMATİK NÜMAYƏNDƏSİ

M

əhəmməd xan Təkinski ta-  



nınmış siyasətçi, diplomat və 

dövlət xadimidir. 1879-cu ildə 

(bəzi mənbələrdə 1880-ci il yazılır – red.) 

Mərkəzi Asiyanın Axal-Təki Vadisində 

anadan olsa da, Naxçıvanda böyüyüb

1

. O, 



Kəngərlilər nəslindən olan II Ehsan xanın 

oğulluğudur.

M.Təkinski 1908-ci ildə Odessada 

yerləşən Novorossiysk İmperator Univer-

sitetinin hüquq fakültəsini bitirib.

M.Təkinskinin ilk formalaşan Azər-

baycan Hökumətində Xarici İşlər naziri 

vəzifəsini həyata keçirdiyi də qeyd olun-

maqdadır.

O, 1919-cu ilin yanvarın 29-da Ermə-

nistanda Azərbaycan Cümhuriyyətinin diplomatik nümayəndəsi təyin edilib.

M.Təkinski 1919-cu ilin oktyabr ayının 1-də Xarici İşlər nazirinin müavini tə-

yinatını alıb.

M.Təkinski sovet rejimi dövründə repressiyaya məruz qalmış və bəzi mən-

bələrdə onun 1938-ci ilin martın 18-də güllələnməsi qeyd olunmuşdur. 

1

 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II c. B., 2005, s. 399.




463

ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY 

HAQVERDİYEV

(1870 – 1933)

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN DAĞLI 

RESPUBLİKASINDA VƏ ERMƏNİSTANDA 

DİPLOMATİK NÜMAYƏNDƏSİ

A

zərbaycanın tanınmış yazıçı və



 

dramaturqu Əbdürrəhim bəy 

Haqverdiyev 1870-ci ildə Şuşa-

da anadan olub

1

. Peterburq Yol Mühən-



disləri İnstitutunda təhsil alıb.

Azərbaycan Cümhuriyyəti dövrün-

də 1919-cu ilin fevralın 25-də Dağlı Res-

publikasında diplomatik nümayəndə 

təyin olunub. Könüllü Ordunun Petrov-

sk və Dərbəndi işğal etməsindən sonra 

1919-cu ilin noyabrın 6-da Xarici İşlər 

naziri M.Y.Cəfərovun 69 saylı əmri ilə 

Dağlı Respublikasında diplomatik nü-

mayəndəlik ləğv edilib. Bundan sonra 

Ə.Haqverdiyev Ermənistana diplomatik 

nümayəndə göndərilib.

Ə.Haqverdiyev 1933-cü ildə Bakıda vəfat edib.

1

 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I c. B., 2004, s. 446-447.




464

CÜMHURİYYƏT QURUCULARI

ADİL XAN 

ZİYADXANOV

(1872 – 1954)

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN İRANDA 

DİPLOMATİK NÜMAYƏNDƏSİ

A

dil xan Ziyadxanov 1872-ci ilin



 

sentyabrın 25-də Gəncədə ana-

dan olub

1

. Tifl is Gimnaziyasında 



oxuduqdan sonra Moskva Universiteti-

nin hüquq fakültəsində təhsil alıb. 

Azərbaycan Cümhuriyyəti yaradıl-

dıqdan sonra Xarici İşlər nazirinin müavi-

ni təyin edilib (30.10.1918). 

A.Ziyadxanovun yazdığı, ana dilimiz-

də və fransızca nəşr edilən “Azərbaycan” 

kitabı 1919-cu ildə Parisə – Ə.M.Topçu-

başova göndərilmiş və orada yayılmışdır.

Azərbaycan Hökumətinin 16 iyun 

1919-cu il tarixli qərarına əsasən Tehranda 

Azərbaycan diplomatik nümayəndəliyi 

yaradıldı. A.Ziyadxanov həmin ilin oktyab-

rın 4-dən nümayəndəliyin rəhbəri olaraq fəaliyyətə başladı. 1920-ci ilin yanvarın 

15-dən isə A.Ziyadxanov İranda Fövqəladə və səlahiyyətli səfir kimi çalışdı.

1920-ci ilin aprelin 27-də Azərbaycan sovet rejimi tərəfindən işğal edildik-

dən sonra A.Ziyadxanov bir müddət Tehranda qaldı. O,1934-cü ildə Türkiyəyə 

köçdü, orada İstanbul Universitetində çalışdı. 

A.Ziyadxanov 1954-cü ildə vəfat edib.

1

 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II c. B., 2005, s. 471.




465

CƏFƏR BƏY RÜSTƏMBƏYOV

CƏFƏR BƏY 

RÜSTƏMBƏYOV

(1890 – 1938)

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN KUBAN 

BÖLGƏSİNDƏ DİPLOMATİK NÜMAYƏNDƏSİ

C

əfər bəy Rüstəmbəyov 1890-cı ildə Ərəş qəzasının Məmmədli kəndində 



doğulub. 1909-cu ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olub

1



Universiteti bitirdikdən sonra hərbi həkim kimi səfərbər edilib, 58-ci pi-

yada polkunda, 1917-ci ildən isə Krımda həkim işləyib.

Azərbaycan Nazirlər Şurasının Sədri və Xarici İşlər naziri F.X.Xoyskinin 1919-

cu ilin aprelin 3-də imzaladığı əmrlə Cəfər bəy Rüstəmbəyov martın 19-dan 

etibarən Azərbaycanın Kuban bölgəsində və Krımda diplomatik nümayəndəsi

eyni zamanda Ticarət müvəkkili təyin edildi.

Qeyd edək ki, Könüllülər ordusunun Azərbaycan Cümhuriyyətinə təcavü-

zündən qorunmasında və Qafqazda baş verə biləcək qırğının qarşısının alınma-

sında C.Rüstəmbəyovun də xidmətləri olmuşdur.

C.Rüstəmbəyov 1919-cu ilin noyabrın sonlarında ağqvardiyaçılar tərəfindən 

həbs olunacağı təhlükəsini nəzərə alıb Bakıya qayıtdı.

Azərbaycan 1920-ci ilin aprelin 27-də Rusiya bolşevikləri tərəfindən işğal 

edildikdən sonra C.Rüstəmbəyov həbs edilərək 1938-ci ildə güllələnmişdir.

Qeyd: C.Rüstəmbəyovun fotosunu əldə etmək mümkün olmadı.

1

 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II c. B., 2005, s. 323.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə