Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə159/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   155   156   157   158   159   160   161   162   ...   166

466

CÜMHURİYYƏT QURUCULARI

FARİS 

VƏKİLOV


(1886-1982)

AZƏRBAYCANIN GÜRCÜSTANDAKI 

DİPLOMATİK NÜMAYƏNDƏLİYİNİN 

RƏHBƏRİ


F

aris Vəkilov 1886-cı ildə Tifl isdə

 

anadan olub.General İbrahim ağa 



Vəkilovun oğludur.1914-cü ildə 

Peterburq Texnologiya İnstitutunu biti-

rib.Peterburqdakı Putilov və Feniks za-

vodlarında mühəndis işləyib.O, rus,türk, 

gürcü və fransız dillərini mükəmməl bi-

lirdi.


F.Vəkilov Azərbaycan Cümhuriyyə-

ti dövründə - 1918-ci ilin dekabrında 

Azər baycanın Gürcüstandakı Nümayən-

dəliyinin rəhbəri təyin edilib.Azərbay-

can-Gürcüstan əlaqələrinin inkişafında 

onun böyük rolu olub.

Sovet rejimi dövründə - 1940-cı ildə  

F.Vəkilov 10 il müddətinə həbs edilmiş 

və əlavə olaraq, 5 il də bütün hüquqlardan məhrum olunmuşdur.

O, 1982-ci ildə Bakıda vəfat etmişdir

1

.

1



 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II c. B., 2005. s. 430.


467

VASİLİ İVANOVİÇ RAZUMOVSKİ

VASİLİ İVANOVİÇ 

RAZUMOVSKİ

(1857 – 1935)

BAKI DÖVLƏT UNİVERSİTETİNİN 

İLK REKTORU

1919


-cu ilin noyabrında Azər-

baycan Cümhuriyyəti döv-

ründə ilk universitetin yaradılıb fəaliy-

yətə başlaması böyük hadisə oldu.

İlk yaradılan Bakı Dövlət Universitetinin 

rektoru vəzifəsini Vasili İvanoviç Razumov-

ski icra etdi. V.İ.Razumovski peşəcə cərrah 

idi. 1887-ci ildən Kazan Universitetinin pro-

fessoru olaraq çalışıb. V.Razumovski 1909-

cu ildə Saratov, 1918-ci ildə Tbilisi Univer-

sitetlərinin əsasını qoyanlardan olub. O, 

1909-1912-ci illərdə Saratov Universiteti-

nin, 1919-1920-ci illərdə isə Bakı Universi-

tetinin ilk rektoru vəzifəsini icra edib. 

O, yazırdı: “Azərbaycan öz maarif 

ocağını yaratdı.Türk xalqının tarixinə yeni 

parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşağında yeni məşəl yandı.Bu bö-

yük tarixi hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edə bilərik”

1

..

1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edil-



dikdən sonra V.İ.Razumovski Kazana qayıtmış, oradakı universitetdə dərs demişdir. 

V.İ.Razumovski Kazanda 1930-cu ildə təqaüdə çıxmış, 1935-ci ildə isə vəfat etmişdir.

1

 A.Məhərrəmov. Bakı Dövlət Universiteti. B., 2009, s.24




CÜMHURİYYƏT QURUCULARI

468


STANİSLAV 

STANİSLAVOVİÇ 

VONSOVİÇ

(1889 – ?)

AZƏRBAYCAN PARLAMENTİNDƏ 

POLYAK KOMİTƏSİNİN NÜMAYƏNDƏSİ

S

tanislav Stanislavoviç Vonsoviç



 

1889-cu ilin mayın 8-də anadan 

olub. Zadəgan ailəsinə mənsub 

idi. Peterburq Universitetinin hüquq fa-

kültəsini bitirib. Çar Rusiyası ordusunda 

zabit olaraq xidmət edib

1

.

S.S.Vonsoviç Polşanın Bakıdakı Kon-



sul agentliyinin katibi vəzifəsini yerinə 

yetirib.


O, Azərbaycan Parlamentində Qa-

nunvericilik komissiyasının katibi kimi 

çalışıb.

S.S.Vonsoviç 1920-ci ilin avqustun 

14-də rus bolşevikləri tərəfindən həbs 

edilib


2

Azərbaycan Respublikası Dövlət 



Təhlükəsizliyi Xidmətində S.S.Vonsoviçə aid olan PR-20193 saylı istintaq işindən 

1

 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, S.S.Vonsoviçin PR-20193 saylı 



istintaq işi, v.20.

2

 Yenə orada, v.1.




STANİSLAV STANİSLAVOVİÇ VONSOVİÇ

469


məlum olur ki, o, 1920-ci ilin dekabrına qədər həbsdə saxlanılıb. S.S.Vonsoviç 

həbs edilərkən həyat yoldaşı 28 yaşında, oğlu Stanislav isə 5 yaşında olub.



S.S.Vonsoviçin həbs edilməsi haqqında 

sənəd. 14 avqust 1920-ci il.

S.S.Vonsoviçin istintaq işi.

14 avqust 1920-ci il – 15 dekabr 1920-ci il.

S.S.Vonsoviç istintaqa verdiyi ifadədə Bakıda çoxdan yaşadığını və buradakı 

polyakların hamısını tanıdığını bildirmişdir.

S.S.Vonsoviç sonradan həbsdən azad edilmişdir.




470

CÜMHURİYYƏT QURUCULARI

RƏHİM BƏY 

VƏKİLOV


(1897-1934)

AZƏRBAYCAN PARLAMENTİNİN 

ƏN GƏNC KATİBİ

R

əhim bəy Vəkilov 1897-ci ildə



 

anadan olub. Bakı Realnı məktə-

bində oxuyub.R.Vəkilov Zaqafqa-

ziya Seyminin Müsəlman fraksiyasının və 

Azərbaycan Milli Şurasının üzvü olub.

Azərbaycan İstiqlal Bəyannaməsində 

onun da imzası vardır.

O, Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə - 1918-ci ilin dekabrın 7-də 

H.Ağayevin təklifi ilə 21 yaşında ən gənc 

üzv  olaraq Azərbaycan Parlamentinin 

katibi seçilib. R.Vəkilov Müsavat  fraksiya-

sının üzvü idi.

 Sovet rejimi dövründə - 1923-cü 

ildə R.Vəkilovu 3 il müddətinə Rusiyanın 

Yaroslavl şəhərinə sürgünə göndərdilər.

Sürgündən sonra  onu yenidən həbs edib, 1927-ci ildə 8 il müddətinə SSRi-nin 

şimalına sürgün etdilər.R.Vəkilov sürgündən qayıtdıqdan sonra da təqiblərdən 

xilas olmadı və 1934-cü ildə intihar etdi

1

.



1

 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II c. B., 2005. s. 432.




471

ZİVƏR BƏY ƏHMƏDBƏYOV

ZİVƏR BƏY 

ƏHMƏDBƏYOV

(1873-1925)

BAKININ BAŞ ARXİTEKTORU

T

anınmış arxitektor Zivər bəy Əh-



mədbəyov 1873-cü ildə Bakıda 

anadan olmuşdur. 1902-ci ildə 

Rusiyada Mühəndislər İnstitutunu bitir-

mişdir. 1918-1922-ci illərdə Bakı şəhəri-

nin Baş arxitektoru olmuşdur. Onun la-

yihəsi ilə Bakıda və onun ətrafında  çoxlu 

binalar tikilmişdir: “Cümə” məscidi, Mixail 

xəstəxanası (sonradan M. Əzizbəyov adı-

na doğum evi), “Səadət” məktəbinin bi-

nası, Uşaq xəstəxanası (indiki Ana və 

Uşaqları Müdafiə Elmi-Tədqiqat İnstitu-

tunun binası)

1



Eyni zamanda, o, 1918-ci ildə Nuru 



Paşanın başçılığı altında Bakını azad et-

miş Qafqaz İslam Ordusunun şərəfinə 

qoyulacaq abidənin layihə müəllifi idi.

Qeyd edək ki, həmin abidənin təməlqoyma mərasimi Bakının azad edilmə-

sinin bir illiyində – 1919-cu ilin sentyabrın 15-də olub. Keçmiş Çəmbərəkənd 

(sonradan Dağüstü parkda, indiki Şəhidlər xiyabanında) adlı yerdə keçirilən 

tədbirdə M.Ə.Rəsulzadə abidənin ilk təməl daşını ataraq bu müraciəti etmişdir: 

“Ey hürr Azərbaycanın hürr vətəndaşları!... Bu böyük şəhidlər kimi biz də fəda-

1

 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I c. B., 2004. s. 356.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə