Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə155/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   151   152   153   154   155   156   157   158   ...   166

ƏHMƏD CAVAD

449


Ə.Cavad cümhuriyyətin ilk döv-    

Ə.Cavad.

ründə Maarif naziri olan (28.05.1918 – 

26.12.1918)

4

 N.Yusifbəylinin yaxın 



köməkçisi və dostu idi.

Ə.Cavad Müsavat Partiyasının üz 

vü 

olmaqla yanaşı parlamentin işinə kömək 



edir, yeni universitetin və bir çox məktəb-

lərin açılmasında yaxından iştirak edirdi.

Ə.Cavad yeni yaranmış Azərbaycan 

Cümhuriyyətinin tərənnümçüsü və bö-

yük istiqlal şairi idi.

O, 1918-1920-ci illərdə yaradıcılığın-

da Azərbaycan bayrağını, Azərbaycanı 

xilasa gəlmiş türk əsgərini böyük sevgi 

ilə tərənnüm edirdi.

Ə.Cavadın Azərbaycan Cümhuriyyə-

ti dövründə yazdığı ilk şeir belə adlanır: 

“Elin bayrağı”. Şeirin Milli Şuraya həsr 

edildiyi yazılıb. Bu şeir 1918-ci ildə Azərbaycan Cümhuriyyəti hökuməti Gəncədə 

olarkın qələmə alınmışdır. Dörd bənddən ibarət olan şeirdə bu misralar var:

Bu bəxtsiz millətin daddığı acı,

Çalış əlac olsun, diriltsin onu!

Düşmən başındakı o zəfər tacı

Görsün ki, hər qəmin deyildir sonu!

Təmiz al alnındakı tozu, torpağı,

Haqq üçün açdığın əllərinlə sil!

Qalxıb bir də enməz elin bayrağı,

O sənin, o mənim əlimdədir, bil!

5

.

Bu şeir Azərbaycan ədəbiyyatı tarixində bayrağımıza həsr edilən ilk şeir he-

sab edilməkdədir.

Qeyd edək ki, Ə.Cavad bu şeiri yazanda Azərbaycan Cümhuriyyəti hökuməti-

nin 1918-ci il 21 iyun tarixli qərarı ilə dövlət bayrağımız qırmızı rəngdə idi. Üçrəngli 

milli bayrağımız haqqındakı qərar isə 1918-ci ilin noyabrın 9-da qəbul edildi.

4

 N. Yaqublu. Müsavat Partiyasının tarixi. B., 2012, s. 91.



5

 Ə. Cavad. Seçilmiş əsərləri. I c, B., 1992, s. 140.




CÜMHURİYYƏT QURUCULARI

450


Ə.Cavad 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Gəncəyə Bakını azad et-

mək üçün gələn qəhrəman türk əsgərini alqışlayaraq “Ey əsgər!” şeirində yazırdı:



Dağa, daşa sancağını öpdürüb,

Duman kimi bu dağları bürüdün!

Dənizlərə salam rəsmi yapdırıb,

Göylərdəki bulud kimi yürüdün!

Yürü, yürü batan günəş izinə!

Gülümsəyir doğan günəş yüzünə!

Arslan kibi saldırdığın düşmana,

Ər oğlu ər olduğunu göstərdin!

Fələk bu gün uyğun sana diyor ki, 

Türk əsgəri, sən böyləmi istərdin?!

6

.

Ə.Cavadın bu şeiri türk əsgərlərinin Bakıya daxil olma ərəfəsində Güzdək 

bölgəsində yazdığı qeyd edilməkdədir. 

Ə.Cavadın 1918-ci ilin iyulun 16-da yazdığı “Bismillah” şeiri çox təsirli idi. 

Şair bu şeirində düşmən üzərinə qorxmadan hücum edən, Bakını xilasa çalışan 

əsgərin qəhrəmanlığından danışırdı:



Atıldı dağlardan zəfər topları,

Bürüdü elləri əsgər, bismillah!

O xan sarayında çiçəkli bir qız

Bəkliyor bizləri zəfər, bismillah!

Ey Bakı, sən qorxma, gəldik, gələli,

Səninçün atıldıq daim irəli!

Sağ qalanlar annələrə təsəlli,

Şəhidlərin ruhu gülər, bismillah!

7

.

Ə.Cavad hələ Gəncədə olan, Bakını xilasa hazırlaşan türk ordusuna sevgisini 



“Türk ordusu” şeirində belə açıqlayırdı:

Ey şanlı ölkənin şanlı ordusu,

Unutma Qafqaza girdiyin günü!

Gəlirkən qovmağa Turandan urusu,

Ayağını Qara dəniz öpdümü?

8

.

6

 Ə. Cavad. Seçilmiş əsərləri. I c. B., 1992, s. 151.



7

 Yenə orada, s. 147.

8

 Yenə orada, s. 152.




ƏHMƏD CAVAD

451


Bakını düşmənlərdən azad edərkən mindən çox türk əsgəri şəhid oldu. 

Türkiyədən gəlib yalnız Bakını yox, bütövlükdə Azərbaycanı azad etmiş şə-

hidlərin bir çox bölgələrdəki məzarları müqəddəs ziyarətgahlara döndü. 

Ə.Cavad xalqın türk şəhidlərinə olan sevgisini “Şəhidlərə”  şeirində belə 

duyğularla çatdırırdı:

Qalx, qalx sarmaşıqlı məzar altından,

Gəlmiş ziyarətə qızlar, gəlinlər!

Ey karvan keçidi, yollar üstündə,

Hər gələn yolçuya yol soran əsgər!

Sənin qovduqların yabançı xanlar,

Qurtardı ölkəni tökdüyün qanlar!

Bax nasıl öpməkdə tozlar, dumanlar,

Qərib məzarını, mən də bərabər!

9

.

Ə.Cavadın 1919-cu ilin iyulun 24-də yazdığı şeir üçrəngli bayrağımıza həsr 

edilmişdi və belə adlanırdı: “Al bayrağa”. Ə.Cavad bu şeirində bir rəssam kimi 

bayrağın təsvirini belə təqdim edirdi:



Gül rəngində bir yaprağın

Ortasında bir hilal!

Ey al bayraq, sənin rəngin

Söylə neyçin böylə al!?

Ey sevgili bayrağımın

O dalğalı duruşu!

Sandım salam rəsmi sana

Buludların yürüşü!

10

.

1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal 

edildi. 1920-ci ilin mayın 3-də işğalçı əsgərlər parlament binasına qalxıb üçrəng-

li bayrağımızı aşağı endirdilər. O müqəddəs və azadlıq rəmzi olan bayrağımızın 

yerinə yad bir ideyanın daşıyıcısı olan qırmızı sovet bayrağını asdılar.

9

 Ə. Cavad. Seçilmiş əsərləri. I c. B., 1992, s. 154.



10

 Yenə orada, s. 141.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə