Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə152/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   148   149   150   151   152   153   154   155   ...   166

ÜZEYİR HACIBƏYLİ

439


Ü.Hacıbəyli  

Ü.Hacıbəyli “Azərbaycan” qəzetinin əməkdaşları arasında

(ikinci sırada əyləşənlərdən sağdan ikinci). 1919-cu il.

  

məşhur operet-



talarını da bu il-

lərdə yazmışdır: 

“Arşın mal alan”, 

“O olmasın, bu 

olsun” və s. 

Ü.Hacıbəyli 

“Çırpınırdı Qara 

dəniz” musiqi-

sini (sözləri Əh-

məd Cavadın-

dır) bəstələmiş 

onun Azər-

baycan Cüm-

huriyyəti dövründə yazdığı Dövlət Himni bu gün də rəsmi tədbirlərdə səslən-

məkdədir.

Ü.Hacıbəyli 1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradıldıqdan sonra, 

“Azərbaycan” qəzetində müstəqil dövlətimizin geniş təbliğatını apardı. “Azadlıq”, 

“Cümhuriyyət”, “Parlament” sözləri onun yazılarının əsasını təşkil edirdi.

Ü.Hacıbəyli ilk dəfə olaraq 1918-ci ilin dekabrın 5-də “Azərbaycan” qəze-

tinin 56-cı sayında “Azərbaycan Parlamanı” məqaləsində Azərbaycan Cüm-

huriyyəti haqqında fikirlərini ifadə edirdi. O, yazırdı: “Bəli, bu günlərdə milli 

Parlamanımız açılasıdır, deməli, Azərbaycan istiqlalı təmin edilmiş olmasa da, 

təkmil ediləcək və cümhuriyyətimiz siyasi bir vahid olmaq üzrə mükəmməl 

bir surətə girəcəkdir”

5

.

Ü.Hacıbəyli “Azərbaycan” qəzetindəki “Tarixi günümüz” məqaləsində 



dekabrın 7-də açılacaq parlamentin əhəmiyyətini belə dəyərləndirirdi: 

“Böylə olan surətdə, deməli, qəlbimizdə bəslədiyimiz ümid – parlamanı-

mızadır və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolun-

da var qüvvəsi ilə çalışacaq və siyasi imtahanının xaricilər ənzari qarşısın-

da parlaq bir surətdə verməklə vətənimizin istiqlal və azadlığına birinci 

5

 “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920). I c. B., 



2015, s. 44.


CÜMHURİYYƏT QURUCULARI

440


Ü.Hacıbəylinin “Azərbaycan”  qəzetində imzası.

Müvəqqəti müdir Hacıbəyli Üzeyir bəy.

səbəb olacaqdır. Yaşasın Türk 

Azərbaycan Cümhuriyyətinin 

cavan parlamanı!”

6

.

1918-ci ilin dekabrın 7-də 

Azərbaycan Parlamentinin açı-

lış mərasimi oldu. Ü.Hacıbəyli 

“Təəssürat” məqaləsində hə-

min hadisəni belə təsvir edirdi: “Parlamanımız açıldı, gördük, Fətəli xan 

doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi...”

7

.

Sonra Ü.Hacıbəyli təsirli bənzətmələrlə fikrini gücləndirərək yazırdı: 

“Parlaman imarətinin içində ziynət cümləsindən diqqəti cəlb edən şey 

qiymətli xalılar deyil idi, bəlkə qiyməti ucuz, lakin mahiyyəti-milliyyə və 

siyasiyəsi dedikcə baha olan üçrəngli milli bayrağımız idi”

8

Ü.Hacıbəyli parlamentin açılış mərasimindən çox maraqlı məqamları oxu-

culara çatdırırdı: “Məhəmməd Əmin (Rəsulzadə – red.) nitqində bu üç rəngin: 

“Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğu-

na işarə ilə bu bayraq endiriləməz!” – dedikdə bütün Məclis ayağa qalxıb, əl ça-

la-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz 

durdu”

9

.



Ü.Hacıbəyli məqaləsini təsirli cümlələrlə davam etdirirdi: “Padşahlıq məm-

ləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin 

Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı. Məhəmməd Əmində natiqlikdə 

“patent” qazanmış olan “orator”lara məxsus qol atma, baş oynatma, üz-gözünü 

sifətdən-sifətə dəyişmə kimi hərəkətlər yox idi. Bunların əvəzində özgə bir hal 

var idi ki, o da keçdikcə qızışıb sözlərinin dəruni qəlbdən söyləndiyini eşidən-

lərə hiss etdirməklə dərin təsir oyatmaq idi”

10

.



Ü.Hacıbəylinin “İstiqlal və istiqlal ümidi” məqaləsi Versalda keçiriləcək Sülh 

Konfransına həsr edilib. O, yazırdı ki, həmin toplantıda istiqlalımıza “hə” və “yox” 

nəticəli qərar veriləcəkdir və oraya göndərilən nümayəndələrimiz çalışıb Azər-

baycanı dünyaya tanıtmalıdır. O, narahatlıq içərisində yazırdı: “Lakin Allah eləmə-

sin ki, “yox” xəbəri ilə qayıtsınlar! O halda bütün ümidlərimiz, bütün amal və ar-

6

 “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920). I c. B., 



2015, s. 51.

7

 Ü.Hacıbəyli. Təəssürat. “Azərbaycan” qəzeti, 9 dekabr 1918, №60.



8

 Yenə orada.

9

 Yenə orada.



10

 Yenə orada.




ÜZEYİR HACIBƏYLİ

441


zumuz məhv və nabud olub da, əvəzində qeyri-qabil təsəlli, bir hüzn və olduq-

ca dərin bir yas və əməl əmələ gəlib, artıq dünya üzündə yaşamaq həvəsindən 

düşərək və ya yaşasaq da ölü olduğumuzun və ya diri qaldığımızın heç bir fərqi 

olmaz, çünki hüquqi-siyasi və milliyyəsindən məhrum edilmiş olan bir millətin 

diriliyi ölülüyünə bərabərdir”

11

.



Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyətinə bağlı olmaq, dəyərləndirmək, 

onu müdafiə etmək prinsiplərini yazılarında əks etdirirdi: “Amma bu gün biz bu 

cürə dövləti qorumağa və ictimai işlərə girişməyə məcburuq. Bu cürə işlərə 

kənardan baxmağa və biganə qalmağa haqqımız yoxdur, çünki biz daha özgə 

vətənin ögey oğlu deyilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, 

hökumət də bizimdir, camaat da  bizimdir.  Bu gündən böylə hər bir əmri 

məhz hökumətin boynuna atmaq, “Hökumət özü bilər” demək, hökuməti tək-

başına buraxmaq, hökumətə əldən gələn köməyi etməmək mənafei-milliyyə 

və istiqlaliyyətimizin və həm də şan və şərəfimizin təmin və təyidi (qüvvətlən-

məsi – red) yolunda işləməmək, müstəqil yaşamaq iddiasında olan millət üçün 

günahdır”

12

.

Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyətinin böyük qurucularından olan 



F.X.Xoyskinin istefa vermək təklifi ilə bağlı yazdığı “Yeni böhran” məqaləsində 

Nazirlər Şurası Sədrinin fəaliyyətini yüksək dəyərləndirirdi: “Yeni vücuda gəlmiş 

olan Azərbaycan hökumətinin bir neçə rəisülvüzərası (Baş nazir – red) olmaqla, 

Azərbaycan tarixində mühüm bir mövqe tutmuş olan Fətəli xan həzrətləri, bu 

yeni dövlətin vəziyyətini köhnə parələrdən əmələ gəlmiş bir gəmiyə bənzə-

dirdi ki, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat və hər an dağa-daşa 

çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış bütün ümidini gəmiçinin us-

tadlıq və məharətinə bağlamışdı

13

.

Ü.Hacıbəyli Azərbaycan istiqlalının bir illiyinə həsr etdiyi məqaləsi-



ni “Bir yaş” adlandırırdı. Onun bu yazısında Azərbaycan istiqlalına böyük 

bağlılıq vardır. Üzeyir bəy yazırdı: “Bu gün istiqlalını elan etmiş olduğu-

muz və bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə 

xanımanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan Türk 

Dövlətinin bir yaşı tamam olub da iki yaşa qədəm qoyduğu gündür.

Novzad dövlətimizin təvəllüdü, ana vətənin bətnindən doğulması çətinlik-

lə əmələ gəldi. Ana vətən balasını doğarkən özünü qurban edəcək dərəcəsinə 

11

 Ü.Hacıbəyli. İstiqlal və istiqlal ümidi. “Azərbaycan” qəzeti, 30 dekabr 1918, №74.



12

 Ü.Hacıbəyli. Cəmaət köməkliyi. “Azərbaycan” qəzeti, 8 yanvar 1919, №82.

13

 Ü.Hacıbəyli. Yeni böhran. “Azərbaycan” qəzeti, 28 fevral 1919, №125.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə