Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə153/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   149   150   151   152   153   154   155   156   ...   166

CÜMHURİYYƏT QURUCULARI

442


gəlmişdi. Azərbaycan torpağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o 

madəri-mehribanın nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar həm 

anasını, həm bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əz-

mək və xurd-xəşil etməklə anasını da, balasını da öldürmək istəyirdilər. Lakin bu 

zəif sinə içinə gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvəti haiz 

idi ki, zəif cisim, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqət-

dən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi”

14

.



Ü.Hacıbəyli Azərbaycan istiqlalının mövcud durumunu belə təqdim 

edirdi: “Biryaşlı dövlətimiz gələcəkdə və yaxın gələcəkdə türklüyün ümi-

dgahı, islamlığın pənahı və aləmi-mədəniyyətin möhtərəm bir üzvü ola-

cağını hələ bir yaşında olduğu halda hər kəsə bildirməkdədir”

15

.

Ü.Hacıbəyli “Azərbaycan” qəzetində o dövrdə Qarabağda baş verən ha-

disələrlə də bağlı yazılar çap etdirir, bu bölgədə erməni silahlılarının dinc insan-

lara qarşı törətdikləri vəhşiliklərdən yazırdı: “Təqribən bir ay bundan əvvəl idi 

ki, Qarabağdan gələn ahu-fəryadlar həm hökumətimizi, həm də cəmiyyətimizi 

təchiz etməklə Azərbaycan torpağının bu hissəsinə xüsusi bir nəzər yetirilmə-

sini tələb edirdi. Nə olmuşdu orada? Ermənilərin generalı sayılan Andronik öz 

quldur dəstəsi ilə Qarabağın Zəngəzur adlanan qəzası üzərinə tökülüb müsəl-

man əhalisini qətli-qarət kimi quldurlara məxsus əməlləri ilə tədhiş edib bu-

raları müsəlmanlardan təmizləmək istəyirdi. Şübhəsizdir ki, hökumətimiz Azər-

baycan türklərinə qarşı icra edilən və rəva görülən bu vəhşiliklərə göz yuma 

və istimdad (komək) fəryadlarına qulaq asmaya bilməzdi. Hökumətimiz ingilis 

komandanlığının nəzərini dəxi bu günə, vəhşi əməllərə cəlb edib Andronikin 

əməli-vəhşiyanəsinə nəhayət çəkdirdi”

16

.

Ü.Hacıbəylinin “Azərbaycan” qəzetində çap edilən “İçimizdəki Denikinlər” 



məqaləsi də çox əhəmiyyətlidir. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin sər-

hədlərində dayanan, çar Rusiyasının generalı olmuş Denikin “Bölünməz Rusiya” 

xülyalarından uzaqlaşa bilmir, yaranmış müstəqil dövlətləri təhdidlər altında 

saxlamağa çalışırdı.

Azərbaycan Cümhuriyyətinin fəaliyyətinə ölkə daxilində mane olanları Ü.

Hacıbəyli “İçimizdəki Denikinlər” adlandırıb yazırdı: “Bir Denikin var ki, bizi xaric-

dən təhdid edir. Bir çox denikinlər də var ki, içimizə dolub, ən xətərli yerlərimiz-

14

 “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920). II c. B., 



2016, s. 147.

15

 Yenə orada.



16

 Ü.Hacıbəyli. Fitnələr qarşısında. B., 1995, s. 52-53.




ÜZEYİR HACIBƏYLİ

443


də gizlənib də bizi daxildən qor xudur-      

Üzeyir bəyin qardaşı C.Hacıbəyliyə 

məktubu. 10 iyun 1923-cü il.

lar. Heç şübhə edilməsin ki, bu daxili de-

nikinlərimizin qorxusu xarici Denikinin 

qorxusundan daha böyük və daha 

xətərlidir. Çünki xarici Denikin göz 

önündədir, aşkardır. Daxili denikinlər isə 

içimizdə gizlənmişlər, özlərini göstər-

mirlər. Gizli düşmənin aşkara düşmən-

dən daha təhlükəli olduğu hər kəsə 

məlumdur”.



Ü.Hacıbəylinin “Azərbaycan” qəze-

tindəki son yazısı “Zurna” adlanırdı. Yazı 

1920-ci ilin aprelin 25-də qəzetin 82-ci 

sayında “Çı” imzası ilə çap olundu.

Ü.Hacıbəyli böyük uzaqgörənlik-

lə iki gündən sonra Azərbaycanı iş-

ğal edəcək bolşeviklər haqqında ya-

zırdı: “Mən demirəm ki, Nikolay hö-

kuməti ilə Lenin hökuməti arasında 

təfavüt yoxdur, xeyir! Təfavüt vardır 

və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə 

həmişə “usvoloç” (itoğlu – red) deyib, atamıza söyərdilər, mujik və raboçi 

(fəhlə – red) hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər”

17

.

1920-ci ilin aprelin 27-də Rusiyanın XI işğalçı ordusu Azərbaycan sər-

hədlərini keçib ölkə ərazisini işğal etdi.

Sovet işğalının ilk illərində Ü.Hacıbəylinin həyatı sakit keçmədi. Bəzi məlu-

matlarda onun da bolşeviklər tərəfindən güllələnmə ehtimalı qeyd olunmaq-

dadır. Üzeyir bəyin xilasına kömək edən əsas şəxsin onun həyat yoldaşı Məley-

kə xanımın qardaşı İ.Terequlov olduğu söylənilməkdədir (İ.Terequlov o dövrdə 

Fövqəladə Komissiyada çalışırdı).

Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra o, mənən 

qəbul etmədiyi, məcbur olub 28 il yaşadığı sovet dövründə ümumilikdə 90-na 

qədər (Azərbaycan və rus dillərində) məqalə çap etdirdi.Azərbaycanın işğalı-

na qədər isə onun (1904-cü ildən 1920-ci ilə qədər) 16 il ərzində 600-ə yaxın 

məqaləsi çap olunmuşdur.

17

 Ü. Hacıbəyli. Fitnələr qarşısında. B., 1995, s. 162.




CÜMHURİYYƏT QURUCULARI

444


Ü.Hacıbəylinin Sovet dövründə 1 kitabı rus dilində çap edildi: “Azərbaycan 

xalq musiqisinin əsasları”.

 Ü.Hacıbəyli sovet dövründə bütün fəaliyyətini Azərbaycan musiqisinin 

inkişafına həsr etdi. 1920-ci ilə qədər çoxlu sayda musiqi əsərləri bəstələyən 

Ü.Hacıbəyli yalnız 1937-ci ildə bir opera əsəri – “Koroğlu”nu yazdı

18

.

Bolşeviklər böyük bəstəkar Üzeyir Hacıbəylinin musiqisini də xalqa unut-

durmaq istədilər. Bununla yanaşı, Azərbaycana bəstəkar da dəvət etdilər. Tanın-

mış rus bəstəkarı Qliyer, bəstəkar Zülfüqar Hacıbəylinin “Açıq Qərib” operasını 

“Şahsənəm” operasına çevirib təqdim etdi. Lakin bu Qliyer musiqisi özünü doğ-

rultmadı. 



Ü.Hacıbəyli ömrünün sonlarında.

    Ü.Hacıbəylinin əsərlərini kölgədə

saxlamaq istəyən bolşevik ideoloqları 

buna nail olmadı. Qliyer kimi bəstəkar-

lar Ü.Hacıbəyli musiqisinin dəyərini 

əvəz edə bilmədilər

Ü.Hacıbəylini Azərbaycan Sovet 

dövlətinin himnini yazmağa cəlb etsələr 

də, onu SSRİ-nin orden və medalları ilə 

təltif etsələr də, xalqa bağlılıq ruhunda 

olan əsərlərini inkar etdirə bilmədilər. 

Sanki bu Qliyerlərə, “Şahsənəm”lərə 

cavab olaraq Ü. Hacıbəyli 1937-ci ildə 

özünün növbəti bir ölməz əsərini – “Ko-

roğlu”nu yazdı.

Sovet rejimində Ü. Hacıbəyli 1938-

ci ilə qədər böyük həcmli əsər də yaz-

madı. Tanınmış mühacir Ə.F.Düdəngins-

ki Münhendə nəşr edilən “Azərbaycan” 

jurnalında yazırdı: “Bu qaynar yaradıcı fəaliyyət birdən-birə kəsilir. Sovet istilasın-

dan ta 1938-ci ilə qədər bəstəkarımız susmağa məcbur olur. Sovet hökuməti 

öz “socialist ismarlamaları” ilə Üzeyir bəyi yaradıcılıq böhranına məruz qoyur və 

musiqi fəaliyyətini davam etdirmək üçün bir açıq qapı da buraxmır. Şübhəsiz ki, 

sovetlərin ismarlamaları və əmrləri ilə Hacıbəyli yarada bilməzdi”

19

.

18



 Üzeyir Hacıbəyov Ensiklopediyası. B.,.2007, s.222.

19

 Ə. Fətəlibəyli. Azərbaycan xalqının böyük oğlu. “Azərbaycan” jurnalı, Münhen, 1952-ci il, N6-7, s. 7.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə