Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə156/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   152   153   154   155   156   157   158   159   ...   166

CÜMHURİYYƏT QURUCULARI

452


Bir müddət sonra üçrəngli bayrağın həsrətini çəkən Ə.Cavad bu misraları yazdı:

Çoxdandır ayrı düşdüm

Üç boyalı bayraqdan.

A dostlar, mən yoruldum,

Bu gizli ağlamaqdan

11

.

Ə.Cavad 1920-1922-ci illərdə Qubada Xuluq kəndində müəllimlik etdi, Xalq 

Maarifi şöbəsində çalışdı. O, 1927-ci ildən Pambıqçılıq İnstitutunda (sonradan 

Gəncə Kənd Təsərrüfatı İnstitutu adlandı – red.) müəllim, dosent, kafedra müdiri 

işlədi. 1930-cu ildən institut Gəncəyə köçürüləndə o da Bakıdan getdi. Ə.Cavad 

həmin institutda türk və rus dillərini tədris edirdi.

Ə.Cavadı ilk dəfə 1923-cü ildə həbs etdilər. Onu müsavatçı M.B.Məmməd-

zadənin Azərbaycandan qaçmasına şərait yaratmaqda təqsirləndirdilər. Onun 

həbsdən azad olunmasında keçmiş müəllim yoldaşı Mir Cəfər Bağırov və 

H.Musayev önəmli rol oynadı.

Ə.Cavadın əleyhinə sovet mətbuatında vaxtaşırı yazılar çap edilirdi. O, sərt şə-

kildə tənqid olunurdu. Sovet tənqidçiləri yazırdılar: “Bir az da əski şairlərdən bəhs 

edək. Biz güman etmirik ki, Cavad Axundov və Hüseyn Cavid kimi şairlərdə bu 

yaxın zamanlarda lazımi bir dönüş əmələ gələcəkdir... Mündəricə etibarı ilə bu şa-

irlərin yazıları yeni cəmiyyətin və yeni Azərbaycan mədəniyyətinin əleyhinədir”

12

.



Ə.Cavadın 1930-cu ilin aprelində yazdığı “Kür” əsəri də sovet tənqidçilərini 

narahat etdi. Əsərdə səslənən “Əyil Kürüm, əyil, keç! Meydan sənin deyil, keç!” 

misralarına siyasi xarakter verdilər.

Ə.Cavadın 1925-ci ildə yazdığı “Göygöl” şeirindəki bir bənd ona daha bö-

yük problem yaratdı:

Sənin gözəlliyin gəlməz ki, saya,

Qoynunda yer vardır yıldıza, aya.

Oldun sən onlara mehriban daya,

Fələk büsatını quralı, Göygöl!

13

.

Şeirdə işlədilən “ulduz”, “ay”, “yaşıl” sözlərinə görə onu ittiham etdilər. Onu 

ötən günləri, üçrəngli bayrağı və Müsavatı yada salmaqda günahlandırdılar. 

11

 N.Yaqublu. Müsavat Partiyasının tarixi. B., 2012, s. 154.



12

 N. Yaqublu. Ağrılı ömürlər. B., 1990, s. 238.

13

 Ə. Cavad. Seçilmiş əsərləri. I c. B., 1992, s. 230.




ƏHMƏD CAVAD

453


M.Ə.Rəsulzadə çağ-

Ə.Cavad həbsxanada.

daş Azərbaycan ədəbiy-

yatı ilə bağlı məqaləsin-

də Ə.Cavad haqqında ya-

zırdı: “Milli cərəyanın di-

gər nümayəndəsi Cavad 

Axundzadənin işi bolşe-

vik dövründə qətiyyən 

gətirmir. Əski bir müsa-

vatçı olduğuna görə onu 

həbs edirlər. Mətbuat sə-

hifələrində, ədəbiyyat 

qurultaylarında hər yerdən uzaqlaşdırılır və qovulur”

14

.

Ə.Cavadı 1937-ci ilin iyunun 4-də həbsə aldılar. Onunla bağlı istintaq prosesi 



1937-ci ilin sentyabrın 25-də başa çatmışdır.

Ə.Cavada həbsxanada işgəncə verirdilər. Onun həyat yoldaşı Şükriyyə xanı-

ma tanışı Mariya Sergeyevna belə məlumat çatdırmışdı ki, Ə.Cavadı Bayıl həb-

sxanasının səyyar xəstəxanasına başı tənzifl ə sarınmış halda, 40 dərəcə tempe-

raturda gətiriblər.

Ə.Cavadın 1937-ci ilin oktyabrın 12-də qapalı keçirilən məhkəməsi 15 

dəqiqə davam etmişdi. 

1937-ci ilin oktyabrın 12-dən 13-nə keçən gecə Ə.Cavadı güllələdilər.

1938-ci ilin fevralında onun həyat yoldaşı Şükriyyə xanımı da həbs edib, sək-

kiz il müddətinə Qazaxıstana sürgünə göndərdilər.

Bu hadisədən sonra  qorxudan qaçıb gizlənən Ə.Cavadın böyük oğlu 20 

yaşlı Niyazi də axtarılıb tapıldı və üç ay yarım həbsdə saxlanıldı. Ə.Cavadın 16 

yaşlı oğlu Aydın Keşlə həbsxanasına aparıldı, 14 yaşlı oğlu Tuqay Volqa-Nikolayev 

şəhərindəki çətin tərbiyə olunan uşaq yetimxanasına göndərildi. Ə.Cavadın bir 

yaş yarımlıq kiçik oğlu Yılması isə Volodarsk fabriki nəzdindəki körpələr evinə 

apardılar.

Ə.Cavadın həyat yoldaşı Şükriyyə xanım səkkizillik sürgün həyatından sonra 

1946-cı ildə Bakıya qayıtsa da, ona Bakıda yaşamağa icazə verilmədi. O, Şəmkirə 

getməyə məcbur oldu.

14

 M.Ə.Rəsulzadə. Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. 



B., 1991, s. 68.


CÜMHURİYYƏT QURUCULARI

454


AZƏRBAYCANIN SÜLH NÜMAYƏNDƏ 

HEYƏTİNİN ÜZVLƏRİ

MİR YAQUB 

MEHDİYEV


(1891 – 1949)

M

ir Yaqub Mehdiyev 1891-ci ildə



 

anadan olub. İttihad Partiyası-

nın rəhbərlərindəndir. Peter-

burq Politexnik İnstitutunda və Almani-

yada təhsil alıb. İqtisadçıdır. Zaqafqaziya 

Seyminin üzvü idi. 1918-ci ilin fevral-mar-

tında Zaqafqaziya nümayəndəliyinin 

üzvü kimi Trapezund Sülh Konfransına 

göndərilib. 

M.Y.Mehdiyev Azərbaycan Parla-

mentinin də üzvü idi. 1918-ci ilin 7 de-

kabrındakı 1-ci iclasda o da komissiya 

təşkilinə “hər partiyadan bir nümayən-

də, əyalət, şəhər nümayəndələrindən 

isə bir nəfər üzv” təklifi ilə çıxış edib

1

.



1919-cu ilin yanvarında məsləhətçi 

olaraq Paris Sülh Konfransına göndərilən Azərbaycan Nümayəndə heyətinin 

tərkibinə daxil edilib.

1920-ci ildən mühacirətdə yaşayıb. Prometey hərəkatında yaxından iştirak 

edib. Onun Polşada – Varşavada türk və rus dillərində nəşr edilən “Şimali Kaf-

kasiya” – “Severnıy Kavkaz” jurnalında 6-ya qədər məqaləsi və digər mətbuat 

orqanlarında da yazıları çap olunub. 1994-cü ildə Bakıda “Beynəlmiləl siyasətdə 

petrol” kitabı da nəşr edilib.

1

 Azərbaycan Xalq Cümhuriyyəti Parlament (Stenoqrafik hesabatlar). I c. B., 1998, s. 45




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə